Qloballaşma və milli mətbuat
Müasir mediada müşahidə
olunan əsas inkişaf tendensiyalarından biri də
qloballaşmadır. Bunun ən sadə və real nümunəsini
dünyanın, demək olar ki, bütün nəhəng
informasiya agentliklərinin iştirak etdiyi qarşılıqlı
məlumat mübadiləsindən də aydın görmək
mümkündür. Məzmunundan asılı olaraq bir
çox məlumatlar təkcə yerli və regional yox, həm
də qlobal xarakter daşıyır. Bu da, öz növbəsində,
medianın qlobalaşmasına təkan verən əsas amillər
sırasında yer alır.
Müasir mediada müşahidə
olunan əsas inkişaf tendensiyalarından biri də
qloballaşmadır. Bunun ən sadə və real nümunəsini
dünyanın, demək olar ki, bütün nəhəng
informasiya agentliklərinin iştirak etdiyi
qarşılıqlı məlumat mübadiləsindən də
aydın görmək mümkündür. Məzmunundan
asılı olaraq bir çox məlumatlar təkcə yerli və
regional yox, həm də qlobal xarakter daşıyır. Bu da,
öz növbəsində, medianın qlobalaşmasına təkan
verən əsas amillər sırasında yer alır.
O da danılmaz həqiqətdir ki, müasir dövrdə cəmiyyətlərin özünün transformasiya prosesi zamanı qlobal informasiya axınının təminatında media vasitələri, onların informasiya siyasəti böyük rol oynayır. Tərəqqipərvər ideyaların hərəkətverici qüvvəsi kimi informasiya xalqlar və dövlətlər arasında sərhədləri aradan qaldırır. İnformasiya texnologiyaları vasitəsilə inkişafa xidmət edən ideya sərhədləri maneəsiz aşaraq qlobal miqyasda tərəqqini daha sürətli hala gətirir. Elə bu məqam bir daha təsdiq edir ki, qloballaşma prosesinin geniş vüsət almasında, onun daha sürətlə həyata keçməsində əsas vasitələrdən biri də məhz mediadır.
Daha bir məlum həqiqət isə ondan ibarətdir ki, qloballaşmanın cəmiyyətləri, bu cəmiyyətlərin fərdi üzvlərini əhatə etməsində bu gün müasir kommunikasiya vasitələri, o cümlədən internet müstəsna rol oynayır. Bu mənada təsadüfi deyil ki, qloballaşma məhz texniki tərəqqinin dinamik vüsət aldığı son 50 ildə daha çox insan həyatına daxil olmağa başlayıb. Onun daha çox insanı əhatə etməsi isə media vasitələri ilə birbaşa bağlıdır və buna görə hazırda media və qloballaşma prosesinin bir-birinə qarşılıqlı təsiri olduqca böyükdür. YUNESKO-nun məlumatına görə, inkişaf etmiş ölkələrdə məşğul əhali birbaşa, yaxud dolayı şəkildə informasiyanın istehsalı, qorunması və yayılması prosesində müasir texnologiyalar vasitəsilə iştirak edir. Bu səbəbdən istənilən dövlətin elmi-informasiya siyasəti formalaşdırılarkən telekommunikasiya infrastrukturuna xüsusi diqqət yetirilməlidir. Çünki onlar informasiya mübadiləsinin əsas vasitəsidir. Başqa sözlə, informasiya mübadiləsinə xidmət edən texnologiyanın özünün ən müasir standartlara cavab verməsi insanların bilik və mədəniyyətinin daha universal olmasına xidmət edir.
Dünyanın bir parçası olan, yeni müstəqillik tarixində artıq inkişafın özünəməxsus modelini yaradan Azərbaycan da beynəlxlaq hüququn müstəqil subyekti kimi qloballaşma prosesində əsas iştirakçılardan biri kimi çıxış etməkdədir. Ölkəmizdə bu gün, digər sahələr kimi, kütləvi informasiya vasitələri də sürətli inkişaf yolundadır. Azərbaycanda mövcud vəziyyət, reallıqlar və perspektivlər, qurulan iki və çoxtərəfli əməkdaşlıqların təkcə yerli yox, beynəlxalq ictimaiyyətə çatdırılması, bununla da ölkəmizin qloballaşmanın subyekti kimi çıxış etməsinə media, o cümlədən artıq özlərinin zəngin internet resurslarını yaradan, onu bəzən bir neçə xarici dildə təqdim edən qəzetlər böyük töhfələr verir. Eyni zamanda, milli mətbuat öz işini qloballaşmanın tələblərindən irəli gələn şərtlər əsasında quraraq fəaliyyətində getdikcə daha çox qabaqcıl texnologiyadan istifadə etməyə başlayır. Bu xüsusda ayrıca olaraq qeyd edilməlidir ki, milli mətbuat və qloballaşma prosesində internet müstəsna rol oynayır. Məhz internet vasitəsilə milli mətbuat öz yaradıcılıq məhsulunu təkcə yerli auditoriyaya yox, həm də beynəlxalq ictimaiyyətə təqdim edir. Həmçinin, qlobal məkandan daxil olan informasiyanı öz oxucusuna çatdırır. Ümumdünya internet şəbəkəsinin formalaşması ilə günümüzdə həm də milli mətbuatın yeni formaları hesab olunan elektron qəzetlər yaranıb və onların bir sıra özünəməxsus xüsusiyyətləri var. Bu xüsusiyyətlərdən biri belə qəzetlərin gün ərzində informasiya baxımından yenilənməsi və illüstrasiyalarla zəngin olmasıdır. Hazırda ölkəmizdə dərc edilən əksər gündəlik qəzetlərin internet portalları məhz bu formada fəaliyyət göstərir. Bu isə oxucunun daha çox informasiya ilə, özü də operativ şəkildə təmin olunması ilə müşayiət edilir. Yazılı mətbuatın bu formada fəaliyyəti isə elə qloballaşmadan yaranan əsas tələblərdən biridir.
Beləliklə, digər kütləvi informasiya vasitələri kimi, yazılı media da qloballaşmanın əsas iştirakçılarından biri qismində çıxış edir. Milli mətbuat sayəsində də cəmiyyətimizin həyatında informasiya və biliyin rolu davamlı şəkildə artır, daxili məhsulların axınında informasiya məhsullarının və xidmətlərinin payı yüksəlir. Həmçinin, insanların effektiv informasiya qarşılıqlı əlaqələrini, dünya informasiya resurslarına müraciətlərini təmin edən və onların informasiya məhsullarına və xidmətlərinə olan tələbatlarını təmin edən qlobal informasiya fəzasının yaradılması prosesi milli mətbuatın yaxından iştirakı ilə uğurla həyata keçirilir.
O da tamamilə təqdirəlayiq haldır ki, ölkədə medianın, mətbuatın inkişafına dövlət tərəfindən genişmiqyaslı dəstək nümayiş olunur. Demokratiyanın əsas göstəricilərindən biri sayılan azad medianın ölkəmizdə dinamik inkişafı həm də məqsədyönlü dövlət siyasətinin real təzahürüdür. Həmçinin, informasiya və bilik bazarının yaradılması, müxtəlif səviyyədə informasiya mübadiləsi sistemlərinin inkişafı, vətəndaş və təşkilatların istənilən məlumatı almaq, onu yaymaq və ondan istifadə etmək kimi hüquqlarının tam təmin edilməsi reallaşdırılır. Bütün bunların nəticəsidir ki, hazırda kütləvi informasiya vasitələri müxtəlif məqsədlərə xidmət göstərmək üçün bütün texniki və ideoloji imkanlara malikdir. Qeyd edilən imkanların formalaşmasında dövlətin çap media orqanlarına maliyyə və digər formada dəstəyi mühüm rol oynayır. Medianın iqtisadi mövqelərinin gücləndirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilməsi, kütləvi informasiya vasitələrinin müstəqilliyinin dəstəklənməsi və maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədi ilə mətbuat orqanlarının vergi yükünün azaldılması, qəzet redaksiyalarına kreditlərin ayrılması, qəzetlərin borclarının dövlət vəsaiti hesabına silinməsi, aparıcı kütləvi informasiya vasitələrinə maliyyə yardımı göstərilməsi, jurnalistlərin mükafatlandırılması və digər hallar üzrə atılan konkret addımlar öz müsbət nəticəsini verməkdədir. Eyni zamanda, məhz bu dəstək mətbuatın fəaliyyətində ən qabaqcıl texnologiyanı tətbiq edə bilməsi üçün əlverişli zəmin yaradır. Sonuncu isə çap media vasitələrinin qloballaşma prosesinin fəal iştirakçısına çevrilməsinə birbaşa Daha bir vacib nüans ondan ibarətdir ki, sonuncu informasiya inqilabı qloballaşma və mətbuat arasında qarşılıqlı əlaqəyə ciddi təsir göstərib. Məlumdur ki, XX əsrin ortalarından başlayaraq kibernetikanın, informasiya nəzəriyyəsinin sürətlə inkişafı və elektron hesablama maşınının, mikroprosessorun kəşfi, kompyuterin meydana çıxması, telekommunikasiya və əlaqə şəbəkələrinin yaradılması dördüncü informasiya inqilabına gətirib çıxardı. Ötən əsrin sonlarında internetin sürətli inkişafı və baş verən ictimai proseslər isə elektron inqilab adı verilən beşinci informasiya inqilabının əsasını qoymuş oldu. Məhz sonuncu informasiya inqilabı nəticə etibarı ilə informasiyanın daha tez və inanılmaz sürətlə qloballaşmasına yol açdı. Eyni zamanda bu hal, bütün dünyada olduğu kimi, Azərbaycanda da yazılı medianın işini yeni şərtlər və tələblər əsasında qurması ilə nəticələndi. Bu hal milli mətbuatın qloballşma prosesində aktiv iştirakçılardan biri olması ilə müşayiət edildi. Sözügedən kontekstdə hazırda milli mətbuatın bilavasitə iştirakı ilə informasiya və bilik bazarının yaradılması, müxtəlif səviyyədə informasiya mübadiləsi sistemlərinin inkişafı, vətəndaş və təşkilatların istənilən məlumatı almaq, onu yaymaq və ondan istifadə etmək kimi hüquqlarının tam təmin edilməsi də ölkəmizdə uğurla reallaşdırılır. Bununla yanaşı, insanların cəmiyyətdə normal fəaliyyəti üçün müxtəlif tipli və xarakterli informasiya resurslarını əldə etməsi və internetin xidmətlərindən geniş istifadə edə bilməsi eyni zamanda onun seçim imkanlarını da yüksəldir. Bununla da müasir Azərbaycan qlobal informasiya məkanın ən fəal subyektlərindən birinə çevrilir. Məlumdur ki, cəmiyyətin həyatının vacib sferalarında kütləvi informasiya vasitələri və onunla bağlı olan yeni informasiya, kompyuter texnologiyası, o cümlədən getdikcə daha çox istifadə olunan internet əhalinin ən geniş təbəqələrinin onlarla bağlı prosesdə real iştirakına yol açmaq, mövqelərini ifadə etmək iqtidarındadır. Bunu qəzetlərin elektron versiyalarında dərc edilən materiallara verilən oxucu şərhləri də aydın göstərir.
Müasir dönəmdə informasiya həm də istənilən dövlətdə insan, maliyyə, maddi ehtiyatlarla bir cərgədə dayanan ən vacib resurslardan biridir. Çünki bu informasiya cəmiyyət həyatını siyasi, iqtisadi, sosial baxımdan radikal şəkildə dəyişir. Bütün bunlar Azərbaycanda da özünü qabarıq formada büruzə verməkdədir. Qloballaşan dünyanın ayrılmaz parçasına çevrilən Azərbaycan informasiyalı cəmiyyətin formalaşması istiqamətində xeyli nailiyyətlər əldə edib. Bu isə həm sürətli inkişaf məqsədilə həyata keçirilən siyasətdən irəli gələn əsas hədəflərdən biri, həm də modern tərəqqinin başlıca təzahür formasıdır. Təqdirəlayiq haldır ki, informasiyalı cəmiyyətin formalaşma prosesində milli mətbuat da yaxından iştirak edir və buna onun modern texnologiyalarla işləməsi birbaşa təsir göstərir.
Qloballaşmanın ölkəmizdə milli mətbuata mühüm təsirlərindən biri isə bu sahədə ən mütərəqqi qanunvericilik bazasının formalaşdırılması, beynəlxalq konvensiyalırın tətbiqidir. Xatırlatmaq yerinə düşərdi ki, Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsində hər kəsin informasiya əldə etmək hüququ təmin edilib. Konstitusiyaya bu müddəanın daxil edilməsi respublikamızın da qoşulduğu beynəlxalq müqavilələrdən irəli gəlir. 1948-ci ildə BMT tərəfindən qəbul edilən İnsan Hüquqları Bəyannaməsinin 19-cu maddəsi, eyni zamanda, 1966-cı ildə yenə BMT tərəfindən qəbul edilən Mədəni və Siyasi hüquqların qorunmasına dair Konvensiyanın 19-cu maddəsi, 1950-ci ildə Romada qəbul edilən Avropa İnsan Hüquqlarının qorunmasına dair Konvensiyanın 10-cu maddəsi bütünlükdə hər kəsin məlumat azadlığını - informasiyanın axtarılması, əldə edilməsi, hazırlanması, ötürülməsi və yayılması hüququnu qoruyur. Beləliklə, qloballaşma və mətbuat mütəmadi olaraq bir-birinə təsir göstərməkdə və bir-birini tamamlayan hal kimi çıxış etməkdədir.
Abdulla ƏLİYEV
Bakı Xəbər.-2013.-6
mart.-S.12.