Azərbaycanın enerji
layihələrində ictimai maraqlar necə qorunur?
Vaqif
Arzumanlı: "Azərbaycanın inkişaf səviyyəsi,
müstəqilliyi gücləndikcə ictimai maraqların
qorunması daha da yüksək səviyyədə təşkil
olunur"
"Sözügedən
məsələlər ölkəyə həm maddi, həm də
mənəvi baxımdan böyük dividendlər gətirib"
Bəlli olduğu kimi, həyatda bir sıra maraqlar var ki, həmin maraqlar da bu və ya digər dərəcədə bir-biri ilə bağlıdır. Bəşər cəmiyyəti mövcud olandan üzübəri maraqlar özünü hansısa formada göstərməyə başlayıb. Bütövlükdə maraqlar çoxşaxəli və rəngarəngdir.
Fərdi maraqlardan tutmuş, ümumbəşəri maraqlara qədər maraqlar sistemi mövcuddur. Fərdi maraqlar ailədən başlayır. İnsan yaşamaq üçün mübarizəsindən, ehtiyaclarını ödəməkdən ötrü müəyyən maraqlardan çıxış edir. İctimai formasiya inkişaf etdikcə, insanların maraqları bir sıra məsələlərə münasibətdə ümumiləşdi ki, bu da öz növbəsində ictimai maraqların yaranmasına birbaşa zəmin yaratdı. Necə deyərlər, maraqlar sosiallaşır və bu da ictimai maraqların yaranmasına gətirib çıxarır. Ümumilikdə ictimai maraqlar anlayışı çox geniş məfhumdur. Burada bir sıra məqamlar öz əksini tapıb. Təsadüfi deyil ki, ictimai maraqların yaranması cəmiyyətin yaranması, ictimai şüurun formalaşması ilə sıx bağlıdır. Çünki sadalananların fonunda ictimai əhəmiyyət kəsb edən hər bir şey ictimai maraq hesab olunur. İctimaiyyətin istənilən hadisəyə münasibəti, reaksiyası geniş kütlənin, cəmiyyətdəki çoxluğun birmənalı yekdil rəyi deməkdir. İctimai nəzarət, ictimai qınaq, ictimai tələbat və sair kimi deyimlər ictimai maraqları özündə ehtiva edir. Cəmiyyətin formalaşma dönəmində fərdi maraqlar inkişaf etdikcə, ictimai maraqlar da inkişaf etməyə başlayıb. Bütün dövrlərdə ictimai maraqlar cəmiyyətin maraqları ilə uzlaşaraq həmahənglik təşkil edib. Cəmiyyətin, dövlətin maraqlarından çıxış etmək elə ictimai maraqların qorunması deməkdir. Maraqlar subyektinə görə müxtəlif və çoxşaxəli olsa da, ictimai və dövlət maraqları hər zaman öndə gəlir. Məsələn, ola bilər ki, biz hansısa sahədə baş verən ciddi bir neqativ hadisəni görürük, amma buna açıq formada münasibət sərgiləməkdən çəkinirik. Çünki dövlət və ictimai maraqların aliliyi buna imkan vermir. Göstərilən münasibət son nəticədə ictimai və dövlət maraqlarına zərər vura bilər. Bu baxımdan sözügedən məsələ kifayət qədər geniş spektri əhatə edir. Maraqların nə dərəcədə yerinə yetirilməsi formalarından və dərəcələrindən asılı olaraq onlara qiymət verilir. İctimai maraqlar çox geniş bir sahəni əhatə edir. İctimai maraqlar həm öz subyektinə, həm də mahiyyətinə görə çoxşaxəli və əhatəlidir. Dövlət, ictimai, qrup, yerli və beynəlxalq təşkilatların maraqlarının reallaşmasını tənzimləyən nəzarətedici vahid bir sistem var. Bu maraqlar şəxsi, hüquqi, siyasi, ictimai və sair də ola bilər. Bütövlükdə sadalananlar ictimai maraqlar anlayışı ilə reallaşır.
Bu
gün ölkədə çoxlu
sayda siyasi partiya, ictimai təşkilat
və digər bənzər təsisatlar fəaliyyət
göstərir. Sadalanan təsisatlar da bu və ya
digər dərəcədə ictimai
maraqları ehtiva etməklə
yanaşı, həmin maraqların qorunmasında müəyyən
rol oynayır. Bütövlükdə ictimai maraqların həyata keçirilməsində
ictimai qurumlar böyük fəaliyyət göstərir.
Onların bu sahədə rolu
günü-gündən artır. Bu sahədə
müxtəlif təşkilatlar var ki, onlar ictimai
maraqlar naminə çalışır. Bu qurumlar ictimai maraqların
yerinə yetirilməsinə səfərbər edilib.
İctimai nəzarət, ictimai
qınaq, ictimai rəy kimi
anlayışların ictimai maraqlar sisteminə daxil olduğunu nəzərə alsaq
görərik ki, Azərbaycanda bu sahədə bir sıra
nailiyyətlər əldə edilib. Məsələ ondadır ki, sovet dönəmindəki sistemdən fərqli
olaraq, ictimaiyyət çevrəsində
gedən proseslərə adekvat münasibət
bildirir. İctimaiyyətin hansısa məsələyə
bildirdiyi münasibət birbaşa
ictimai rəyin formalaşmasına təsir
göstərir. Düzdür, bəzən
elə məsələlər ortaya
çıxır ki, burada
ictimai maraqların qorunması üçün lazım olan
münasibətin göstərilməsi özünü
büruzə vermir. Yaxud
da bu, arzuolunan
səviyyədə olmur. Ancaq zaman
keçdikcə və ictimai təsisatların
idarəçilikdə rolu artdıqca bu məsələlər öz
həllini tapacaq. Çünki
elə məsələlər, məqamlar var
ki, orada ictimai qınağa, ictimai
nəzarətə ehtiyac duyulur,
amma orada onların rolu nəzərə çarpmır. O baxımdan ictimai nəzarət
mexanizmini daha da təkmilləşdirib inkişaf
etdirmək lazımdır. İctimai
maraqların təmin olunmasında hər bir
vətəndaşın aktiv fəaliyyət
göstərməsinə ehtiyac var. Çünki əsl vətəndaşın
həyatda əsas vəzifələrindən biri
dövlətinin və dövlətçiliyinin möhkəmlənməsinə,
qorunmasına çalışmaqdır. Həmçinin, onun maraqlarını müdafiə etməkdir.
Dövlət maraqları qorunmayan dövlət
müstəqil ölkə sayıla bilməz. Adətən o cür dövlətlər
dünyanın siyasi xəritəsində marionet ölkə təsiri
bağışlayır. Yaxud da Ermənistan kimi,
hansısa dövlətin forpostu olur. Dövlət
maraqlarının qorunmasının kökündə ictimai maraqların nə dərəcədə
qorunması dayanır. İyirmi bir ildən çoxdur ki, Azərbaycan müstəqillik əldə edib. Ötən dövr ərzində
Azərbaycan bir sıra siyasi,
iqtisadi, hərbi və s.
təbəddülatlarla üzləşsə də, müstəqilliyini
qoruyub saxlaya bilib. Bu gün
Azərbaycan Cənubi Qafqazın aparıcı dövlətidir.
İqtisadi baxımdan ölkənin
imkanları göstərilən bölgədəki digər iki dövlətlə müqayisədə dəfələrlə
böyükdür. Bununla
yanaşı, Azərbaycanın nəinki regionda,
o cümlədən dünya
miqyasında nüfuzu hər keçən
gün artır. Bu da ölkənin müstəqilliyinin daha da möhkəmlənməsinə
xidmət edir. Məsələ ondadır ki, Azərbaycan beynəlxalq siyasi
arenada çəkisinin artması, dövlət
və ictimai maraqların daha
da yüksək səviyyədə
qorunmasına xidmət edir. Bir ildir ki,
Azərbaycan Birləşmiş Millətlər Təşkilatı
Təhlükəsizlik Şurasının 10 qeyri-daimi
üzvündən biridir. Halbuki, beş-on
il əvvəl bu haqda düşünmək bizə xəyal kimi görünürdü.
Bütün bunlarla paralel, Azərbaycan iyirmi
ilə yaxındır ki, həyata
keçirilən beynəlxalq əhəmiyyətli layihələrin
reallaşdırılmasında iştirak edir. Belə ki,
ölkə irimiqyaslı enerji, tranzit layihələrin həyata keçirilməsinə
fəal dəstək verir. İndiyə qədər
Bakı-Tiflis-Ceyhan neft, Bakı-Tiflis-Ərzurum
qaz kəmərləri inşa
olunub. Eyni zamanda, Bakı-Tiflis-Qars dəmir yolunun inşası prosesi gedir. Düzdür, sonuncu layihə ilə bağlı əsas işlər ölkə xaricində görülür, amma bunun maliyyələşdirilməsi
sırf Azərbaycanın
hesabınadır. Yuxarıda adı
çəkilən hər
iki kəmərin çəkilişi zamanı
ölkə ictimaiyyətinin
maraqları bu və ya digər
dərəcədə qorunub.
İş ondadır ki,
Bakı-Tiflis-Ceyhan neft, Bakı-Tiflis-Ərzurum qaz kəmərlərinin çəkilişi
zamanı ayrılan torpaq sahələrinin bir qismi şəxsi
mülkiyyətə aid idi.
Buna baxmayaraq, həmin torpaq mülkiyyətçilərinin hər birinə kompensasiya ödənilib.
Nəinki beynəlxalq, o cümlədən
yerli əhəmiyyətli
layihələrin reallaşdırılması
zamanı vətəndaşların
hüquqları qorunur.
Bu, Oğuz-Qəbələ-Bakı
su kəmərinin çəkilişi zamanı
bir daha öz təsdiqini tapdı. Bütün bunlar onu göstərir ki, profilindən asılı olmayaraq ictimai maraqlar qorunur.
Professor Vaqif Arzumanlı hesab edir ki, Azərbaycanın
inkişaf səviyyəsi,
müstəqilliyi gücləndikcə
ictimai maraqların qorunması daha da yüksək səviyyədə təşkil
olunur: "Azərbaycanın
beynəlxalq əhəmiyyətli
layihələrə qoşulması
bir sıra cəhətdən maraqlıdır.
Əvvəla, sözügedən layihələrdə iştirak
Azərbaycanın beynəlxalq
miqyasda imicini yüksəldir. Nə qədər
ölkənin adı beynəlxalq layihələrdə
çox hallanırsa,
bu, bir o qədər Azərbaycanın
dünya miqyasında iqtisadi-siyasi potensialını
sübut edir. Yəni Azərbaycanın nüfuzu
bu minvalla daha da genişlənir
və bu, təkcə regionla məhdudlaşmır. Uzaq xarici
ölkələr tərəfindən
də bu istiqamətdə görülən
işlər rəğbətlə
qarşılanır. Bu,
məsələnin sırf
siyasi və sosial-iqtisadi cəhəti.
Digər
tərəfdən, sözügedən
layihələrin həyata
keçirilməsi ölkənin
hər bir vətəndaşına müəyyən
mənada xeyirdir.
Eyni zamanda, hər bir Azərbaycan vətəndaşı üçün
bu, bir dividenddir.
Vaxtilə Bakı-Tiflis-Ceyhan
neft, Bakı-Tiflis-Ərzurum qaz kəmərləri fəaliyyət
göstərmirdisə, bu,
ölkənin beynəlxalq
imicinə mənfi təsir edirdi. O mənada ki, ermənilər bundan istifadə edərək, Azərbaycanı informasiya
blokadasında saxlayırdı.
Bu da ölkə
üçün bir sıra arzuolunmaz problemlər yaradırdı.
Azərbaycanın beynəlxalq əhəmiyyətli
layihələrdə iştirak
etməsi ölkəyə
həm maddi, həm də mənəvi baxımdan böyük dividendlər gətirib".
V.Arzumanlının
fikrincə, Azərbaycanın
beynəlxalq əhəmiyyətli
layihələrdə iştirak
etməsi ictimai maraqların hansısa formada kölgədə qalmasına rəvac verməyib: "Əksinə,
ictimai maraqların daha yüksək səviyyədə qorunmasına
stimul verir. Elə ölkələr var ki, orada dövlət
hakimiyyəti zəif olduğundan ictimai maraqların qorunması yox səviyyəsindədir.
Ancaq Azərbaycanda bu sahədə müsbət
mənada vəziyyət
tamamilə fərqlidir.
Azərbaycan beynəlxalq layihələrdə,
müqavilələrdə iştirak
etməklə paralel, ictimai maraqlarını da lazımi səviyyədə müdafiə
edir. Onu da qeyd edim ki, ictimai
maraqlar dövlət maraqlarını tamamlayır.
Beynəlxalq layihələrdə iştirak etmək o deməkdir ki, Azərbaycan bir sıra qiymətli strateji məhsullarını
birbaşa Avropaya çıxarmaq imkanı əldə edir. Yəni bu, Azərbaycanın indiki halda bir
sıra siyasi, ictimai məsələlərinin,
problemlərinin çözülməsində
mühüm rol oynayır. Bunun özü də
ictimai və dövlət maraqlarının
qorunmasına bir töhfədir. Bunun digər
ictimai əhəmiyyəti
ondan ibarətdir ki, beynəlxalq layihələrdə iştirak
etmək uzun illərdir mövcud olan Dağlıq Qarabağ probleminin həllində kömək
edə bilər.
Bu müqavilələr Azərbaycanın ən yaralı yeri olan Dağlıq Qarabağ münaqişəsinin
həlli istiqamətində
irəli atılan addımlardır. Fikrimcə, sözügedən
beynəlxalq əhəmiyyətli
layihələr olmasaydı,
o zaman beynəlxalq miqyasda təşəbbüs
hər zaman ermənilərin əlində
olardı. Bir vaxtlar informasiya məkanında üstünlüyü
ələ alan
ermənilər o minvalla
da öz üstünlüklərini qoruyub
saxlamış olardılar.
Bu zaman Azərbaycanın
həm dövlət, həm də ictimai maraqları zərbə altında qalacaqdı. Azərbaycan bir
sıra beynəlxalq əhəmiyyətli layihələrə
qoşulmaqla, sözügedən
təhlükəni neytrallaşdırmış
oldu".
Vidadi ORDAHALLI
Bakı Xəbər.-2013.-14 yanvar.-S.-12.