Azərbaycanın beynəlxalq münasibətlər sistemində yerirolu

 

Ölkənin geosiyasi əhəmiyyəti artır

 

 Son iyirmi illik tariximizə nəzər saldıqda Azərbaycanın böyük inkişaf yolu keçdiyini görürük. Eyni zamanda, bir sıra nailiyyətlərə imza atmasının şahidi oluruq. Ötən müddət ərzində əldə olunan nailiyyətlər dövlətimizin beynəlxaq aləmdə imicinin artmasının və iqtisadi qüdrətinin günü-gündən yüksəlməsinin təkzibolunmaz nümunəsidir. Azərbaycanın qısa zaman ərzində uğurlu daxilixarici siyasət yeritməsi, beynəlxalq aləmdə söz sahibinə çevrilməsi və region ölkələrini iqtisadi və hərbi gücünə görə geridə qoyması yuxarıda sadaladıqlarımızı bir daha əyani şəkildə təsdiq edir.

Danılmaz reallıqdır ki, bu daxilixarici siyasətin təməlində mərhum prezident Heydər Əliyevin əsasını qoyduğu düşünülmüş siyasətin rolu böyükdür. Sözügedən siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Artıq Azərbaycan dünya ictimaiyyətinin diqqət mərkəzində olan və beynəlxalq aləmdə öz mövqeyini diqtə etməyi bacaran ölkəyə çevrilib. Dünyanın aparıcı söz sahibi ölkələri və onların nüfuzlu tədqiqat institutları da bu faktı dəfələrlə etiraf ediblər.

Azərbaycan Respublikası müstəqil dövlət kimi bir sıra beynəlxalq təşkilatlara, o cümlədən Birləşmiş Millətlər Təşkilatı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, İslam Konfransı Təşkilatı, Müstəqil Dövlətlər Birliyiçoxlu sayda digər təşkilatlara üzv olub. Azərbaycan həmçinin NATO və Avropa Birliyi kimi qurumlarla əməkdaşlığı, eləcə də antiterror koalisiyası tərkibində fəaliyyəti durmadan inkişaf etdirir. Azərbaycan Respublikası həm də GUAM regional qrupunun təsisçilərindən biridir. Bu təşkilatlarda və regional təşəbbüslərdə iştirakı ilə Azərbaycan Respublikası öz milli maraqlarını gerçəkləşdirir. Bu gün Azərbaycan Respublikası müasir beynəlxalq münasibətlər sistemində əməkdaşlıq əlaqələrinin qurulmasına, transmilli layihələrin reallaşdırıcısı kimi qlobal təhlükəsizlik məsələlərinə, Avropanın enerji təhlükəsizliyinə öz töhfəsini verən fəal regional güc kimi qəbul edilməkdədir. 20 sentyabr 1994-cü il ölkəmizin müstəqil daxilixarici siyasət yolunu seçməsində dönüş nöqtəsi oldu. O zaman dünyanın iqtisadi cəhətdən inkişaf etmiş ABŞ, Türkiyə, Norveç, Yaponiya, Böyük Britaniya, Rusiya və Səudiyyə Ərəbistanı kimi dövlətləri ilə Azərbaycan arasında "Əsrin müqaviləsi" kimi tarixə düşmüş neft kontraktı imzalandı. Bu ölkələrin "Amoko", "BP", "MakDermott", "Yunokal", "LUKOYL", "Statoyl", "Eksson", "Penzoyl", "İtoçu", "Remko", "Delta", "Türkiyə Petrolları" kimi iri neft şirkətləri ilə ARDNŞ arasında "Azəri", "Çıraq", "Günəşli" yataqlarının dərinlikdə yerləşən hissəsinin işlənməsi və neft hasilatının pay bölgüsünə dair saziş imzalanıb. Məhz sözügedən müqavilə Azərbaycanın bir dövlət kimi tanınmasına, dünya iqtisadi sisteminə qoşularaq, beynəlxalq aləmdə mövqeyinin möhkəmləndirilməsinə şərait yaradıb və bir növ dönüş rolunu oynayıb. Müqavilənin imzalanması ilə iştirakçı dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığın inkişafı üçün əsas təməl qoyulubbununla da Azərbaycanın beynəlxalq aləmdə geosiyasi mövqeyinin daha da möhkəmlənməsi və dünya iqtisadiyyatına sürətli inteqrasiyası üçün münbit şərait yaranıb. Mərhum prezident Heydər Əliyevin bir siyasətçi və dövlət xadimi kimi müdrikliyinin və gərgin zəhmətinin sayəsində müqavilə imzalanıb. Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki yerirolu ilk illərdə neft amili ilə bağlı olsa da, sonrakı mərhələdə digər faktorlar da önəmli rol oynamağa başlayıb. Yəni əldə olunan naliyyətlər təkcə neft sektorundakı uğurlu nəticələrlə yekunlaşmır. Azərbaycanın regiondaki əlverişli geosiyasi mövqeyi onun əhəmiyyətini bir qədər də artırıb.

Təsadüfi deyil ki, ATƏT-in Lissabon sammitində 2-3 dekabr 1996-cı ildə Heydər Əliyev yüksək siyasi iradə nümayiş etdirərək Azərbaycanın maraqlarını beynəlxalq aləmin gözü önündə qətiyyətlə müdafiə etməyi bacarıb. O dövrün mürəkkəb və çətin şərtləri daxilində adıçəkilən sammitdə 54 iştirakçı dövlət tərəfindən Avropada XXI əsrdə ümumi və hərtərəfli təhlükəsizlik modeli adlı bəyannamə qəbul edilib. Bu da o dövr üçün böyük nailiyyət idi. Məsələ ondadır ki, bəyannaməyə qoşulan dövlətlərin təhlükəsizliyinə yönələn təhdidlər qeyd edilib və belə halları aradan qaldırmaq üçün qarşılıqlı əməkdaşlığın vacibliyi vurğulanıb. Lissabon Zirvə toplantısında Dağlıq Qarabağa Azərbaycanın tərkibində ən yüksək özünüidarəetmə statusunun verilməsi də vilayətin bütün əhalisinin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı bəyanat Heydər Əliyevin uğurlu siyasətinin bariz nümunəsidir.

Əsası ümumilli lider tərəfindən qoyulan bu uğurlu siyasət sonrakı illərdə cənab Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli və balanslaşdırılmış xarici siyasət kursu Azərbaycan Respublikasının milli dövlət kimi müasir beynəlxalq münasibətlər sistemində gücününüfuzunu artıran mexanizm qismində çıxış etməkdədir. Prezident İlham Əliyevin rəhbərliyi ilə iqtisadi sıçrayış dövrünü yaşayan Azərbaycan həm də dünya birliyinin fəal və nüfuzlu üzvlərindən birinə çevrilib. Rəsmi Bakı Amerika Birləşmiş Ştatları, Rusiya, Türkiyə, Avropa İttifaqı, İslam ölkələri ilə bərabərhüquqlu əməkdaşlıq edir. 2011-ci ildə 155 ölkənin səsini qazanaraq BMT Təhlükəsizlik Şurasının üzvü seçilən Azərbaycan Respublikası qlobal məsələlərin həllində, dünyada sülh və təhlükəsizliyin təmin olunmasında yaxından iştirak edərək beynəlxalq münasibətlər sisteminin fəal üzvü imicini möhkəmləndirib. Elə həmin il Qoşulmama Hərəkatına daxil olmaqla Azərbaycan öz xarici siyasətinin yeni vektorlarını müəyyənləşdirib, Latın Amerikası və Afrika ölkələri ilə səmərəli əməkdaşlıq əlaqələri qurmağa başlayıb. Ölkəmizdə öz ölkələrinin maraqlarını müdafiə edən bir çox dövlətin səfirləri də Azərbaycanla olan dostluq və tərəfdaşlıq münasibətlərindən məmnundur. Bu baxımdan Azərbaycan 2012-2013-cü illərdə Şərqi Avropa bölgəsini BMT Təhlükəsizlik Şurasında təmsil edən qeyri-daimi üzvü seçilməsi və rotasiya prinsipi əsasında Təhlükəsizlik Şurasına sədrlik etməsi böyük diplomatik uğur idi. BMT baş katibi Ban Ki Mun da 2013-cü ilin oktyabr ayında Təhlükəsizlik Şurasının sədri kimi səmərəli fəaliyyətinə görə Azərbaycana təşəkkür edib və Azərbaycanın BMT ilə birgə sülh, təhlükəsizlik və davamlı inkişaf sahəsində qlobal çağırışların həllinə vacib töhfələrini yüksək qiymətləndirib. Ümumiyyətlə, Azərbaycanın son on ildəki inkişafına nəzər yetirsək deyilənlərin bir daha şahidi olarıq. Deyə bilərik ki, Beynəlxalq Enerji Sammiti, Dünya Mədəniyyətlərarası Dialoq Forumu, Avroviziya mahnı müsabiqəsi, "Tour dTAzerbaidjan" beynəlxalq velosiped yarışı, Bakı Beynəlxalq Humanitar Forumu kimi mötəbər tədbirlərin Bakıda keçirilməsi, ölkəmizin BMT TŞ-nin qeyri-daimi üzvü seçilməsi və eyni zamanda, TŞ-yə iki dəfə sədrlik etməsi Azərbaycanın dünya arenasındakı nüfuzundanmühüm rolundan xəbər verir. Dünyanın aparıcı ölkələri Azərbaycana etibar edir. Məhz elə bu inamın nəticəsidir ki, 2015-ci il Avropa Oyunlarının keçirilməsi də Bakıya həvalə olunub. İlk Avropa Olimpiya Oyunlarının Azərbaycanda keçirilməsi barədə qərar 8 dekabr 2012-ci ildə Romada baş tutmuş Avropa Olimpiya Komitəsinin 41-ci Baş Assambleyasında qəbul edilib. Tədbir İtaliya Milli Olimpiya Komitəsinin qərargahında, "Foro İtaliko" stadionunda keçirilib. Baş Assambleya iştirakçıları arasında gizli səsvermə nəticəsində Azərbaycanın 48 səsdən 38-ni toplaması ölkəmizin beynəlxalq aləmdə yüksək nüfuzetimada malik olduğunu göstərir. Digər tərəfdən, Azərbaycanın ilk kosmik süni peyki olan "Azərspeys-1"in orbitə buraxılması əlamətdar hadisə hesab olunur. Onu da qeyd edək ki, yaxın 2015-ci və 2016-cı illərdə Azərbaycan ikinciüçüncü peykini kosmosa buraxmağa hazırlaşır. Bu prosesdə beynəlxalq şirkətlər yaxından iştirak edir. Ölkəmizə göstərilən bu isti münasibətin əsas səbəbi isə, təbii ki, yenə də dövlətimizin beynəlxalq aləmdə qazandığı uğurlardır.

Ölkəmizin enerji siyasəti bu gün dünyada mühümstrateji rola malikdir. Qloballaşan dünyada enerji təhlükəsizliyi ən ümdə məsələlərdən biri sayılır. Son illər bu problem bəşəri əhəmiyyətli məsələ kimi dünyanın diqqət mərkəzində qalmaqdadır. Zəngin təbii sərvətlərə, davamlı iqtisadiyyatamüasir texnologiyalara malik olan müstəqil Azərbaycan dövləti dünyanın enerji təhlükəsizliyi məsələlərinin həllində beynəlxalq müstəvidə aparıcı mövqeyə malikdir. Qərbin enerji tələbatının ödənilməsinə önəmli töhfə verməsi Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyinin ilbəil möhkəmlənməsinə səbəb olur. Avropanın enerji təhlükəsizliyinin təminatında ölkəmizin yaxından iştirak etdiyi bir ildən az (2012-ci ilin iyun ayından 2013-cü ilin fevral ayınadək ) müddət ərzində Trans-Anadolu qaz kəməri (TANAP) və Trans-Adriatik qaz kəməri (TAP) layihələrində iştiraka imza atması yuxarıda deyilənləri bir daha təsdiqləyir.

Bütün sadalananlara əsaslanaraq deyə bilərik ki, Azərbaycan beynəlxalq müstəvidə öz mövqelərini daha da gücləndirir. Azərbaycan bu gün dünyaya istər tolerantlıq, istərsə də iqtisadi inkişaf baxımından yeni model bəxş edib. Dünyada "sivilizasiyaların toqquşması" prosesinin cərəyan etdiyi, müxtəlif ölkələrdə cəmiyyətdaxili parçalanmalar nəticəsində dini, etnik zəmində konfliktlərin yaşandığı bir vaxtda Azərbaycan sabittolerant mühiti ilə diqqət çəkir. Azərbaycan mədəniyyətlərin inteqrasiyası və tolerantlıq təcrübəsinə malik olan bir ölkə olaraq qəbul edilir.

Son illər nüfuzlu beynəlxalq təşkilatların, maliyyə qurumlarının Azərbaycan haqqında hesabatları və rəyləri də bu faktı təsdiqləyir. Məsələn, biznes mühitinin yaxşılaşdırılması sahəsində reallaşdırılan islahatlar, həyata keçirilən səmərəli tədbirlər nəticəsində "Dooing Business" hesabatı Azərbaycanın nailiyyətlərini yüksək qiymətləndirib. 2009-cu ildə dərc olunmuş hesabatda Azərbaycan "ən islahatçı" ölkə elan edilib. "Dünya Rəqabətlilik Hesabatı 2012-2013" hesabatına əsasən, Azərbaycan rəqabətlilik reytinqinə görə 144 dövlət arasında 46-cı yerdə qərarlaşıb. Qlobal iqtisadiyyatın böhran dövrünü yaşadığı və yüksək rəqabət mühiti ilə səciyyələnən bir zamanda Azərbaycanın 9 pillə irəliləməsi və dünyanın 50 ən rəqabətqabiliyyətli iqtisadiyyatı sırasına daxil olması ölkəmizin beynəlxalq iqtisadi münasibətlər sistemində qazandığı uğurlardandır.

Bütün bunlar Azərbaycanın beynəlxalq münasibətlər sistemində yerinirolunu daha da artırır. Bölgədə lider olduğunu sübut edir.

 

 

Vidadi XUDAŞOV

 

Bakı xəbər.-2014.-21 aprel.-S.10.