Təhsildə yeni layihələr
və gəncliyin vətənpərvərlik tərbiyəsi...
Mükəmməl təhsil hər
bir gəncin həyatında mühüm
rol oynayan, onun gələcəyini təmin edən bir vasitədir. Təhsilsiz gəncliyin sabaha inamla addımlamaq imkanları da məhduddur. Son illər respublikada bir sıra sahələrdə
ciddi, köklü islahatlar həyata keçirilir. Təbii ki,
bu dəyişiklik təhsil sahəsini də əhatə edir. Axır bir ildə "Azərbaycan Respublikasında
təhsilin inkişafı
üzrə Dövlət
Strategiyası"nın
hazırlanıb həyata
keçirilməsi böyük
uğurlardan biri kimi diqqəti cəlb edir.
Strategiyanın şərtlərindən aydın
olur ki, qarşıdakı illərdə
müasir təhsil sisteminin qurulması sahəsində aparılacaq
islahatların əsas
istiqamətləri, hədəfləri
təhsildə məzmun
və keyfiyyətə
nail olmağa hesablanıb. Əlbəttə, reallaşdırılan hər
bir sağlam layihə gənclərin təhsilə bağlanmasına
aparan bir yoldur.
Təhsil eksperti Mənzər Ataxanovanın
sözlərinə görə,
təhsil sahəsində
həyata keçirilən
islahatlar və bu çərçivədə
reallaşdırılan yeni-yeni
layihələr hər
keçən gün sözügedən sahədə
görülən davamlı
işlərdən xəbər
verir":Görünən
odur ki, müasir inkişafla ayaqlaşmağı hədəf
seçən bu kimi layihələr bir sıra yenilikləri
özündə ehtiva
edir. Son zamanlar Təhsil Nazirliyi tərəfindən həyata
keçirilməsinə start verilən bir sıra yeni layihələr bunu deməyə əsas verir. Artıq orta ümumi
təhsilin 11 ildən
12 ilə qaldırılması
gündəmdədir və
bu istiqamətdə müzakirələr gedir.
Onu da qeyd edim
ki, on iki illik təhsil sisteminə keçid həm də Baloniya sisteminin tərkib hissəsidir.
Digər tərəfdən,
Azərbaycanda ali məktəb tələbələri oxuduqları
təhsil müəssisəsində
keçilən, amma tədris səviyyəsindən
razı qalmadıqları
fənləri digər
ali məktəbdə
öyrənə biləcək".
Ekspert hesab edir ki, ali təhsil sistemində bu dəyişiklik kredit sisteminin tətbiqi ilə əlaqədardır.
Onun sözlərinə görə,
bu məsələ iki ildən artıqdır ki, geniş müzakirə olunur. O deyir ki, bununla əlaqədar
müvafiq sənədlərə
dəyişikliklərin edilməsi
istiqamətində işlər
aparılır. Eyni zamanda
da Milli Məclisdə təhsilin kreditləşməsilə bağlı
məsələ geniş
müzakirə edilir.
Lakin hələ də bu sahədə müsbət nəticə
əldə olunmayıb.
Tələbə hansısa
fənləri digər
ali məktəbdə
keçmək üçün
təhsil müəssisəsinin
rektoruna müraciət
edəcək. Ekspert dedi ki, bundan
başqa, bəzi məsələlər də
var ki, onlar
da öz həllini tapmaq üzrədir. Mənzər
xanımın dediyinə
görə, kredit sistemi tətbiq olunarsa, bu halda
həmin ali
məktəbdə aldığı
qiymət tələbənin
təhsil aldığı
məktəb tərəfindən
tanınacaq: "Bu yeniliyin
tətbiqi üçün
ali məktəblər
arasında müəyyən
qarşılıqlı əməkdaşlıq
da qurulacaq. Sözügedən yeniliyin
tətbiqi nəticəsində
artıq ali
məktəb tələbələrinin
köçürülməsi məsələsi öz əhəmiyyətini itirəcək.
Digər mühüm layihə ondan ibarətdir ki, ölkənin bəzi ali məktəblərində
buraxılış işi
və yekun dövlət imtahanları
ləğv oluna bilər. Məsələn,
2010/2011-ci tədris ilində
Azərbaycan Dillər
Universitetinin təklifi
və Təhsil Nazirliyinin razılığı
əsasında bu ali məktəbdə
buraxılış işi
və yekun dövlət imtahanlarından
imtina olunub. Tələbələrin buraxılışı məzunların təlim müddətində tədris,
elmi və ictimai fəaliyyətini əks etdirən hesabatların təqdimatı
formasında həyata
keçirilib. Bununla
belə, buraxılış
işi və dövlət imtahanlarının
humanitar ixtisaslar və bəzi təbiət elmləri üzrə ləğvi mümkün ola
bilər. Reallaşdırılan layihələr içərisində
ən diqqətçəkəni
gənclərə ikinci
təhsil almaq şəraitinin yaradılmasıdır
ki, bunun onların gələcək
həyatında oynaya biləcəyi rolu inkar etmək olmaz. Məsələ
ondadır ki, Azərbaycanın ali məktəblərində
təhsil alan tələbə eyni zamanda başqa ixtisas üzrə də təhsil ala biləcək".
Hatta iki il əvvəl
Təhsil Nazirliyindən
mətbuata verilən açıqlamada deyilirdi ki, tələbə yalnız təhsil aldığı ixtisasa yaxın ixtisas üzrə əlavə təhsil ala bilər. Bunun üçün tələbəyə
yandan fənn götürməyə icazə
veriləcək. Eyni zamanda,
bu imkandan yalnız akademik borcu olmayan tələbələr
istifadə edə biləcək. O da qeyd olunur ki,
tələbələr üçün
yandan fənn götürmək ödənişli
əsaslarla olacaq. Bu yenilik tələbəyə
gələcəkdə əlavə
ixtisas kimi yiyələndiyi sahə üzrə də peşə fəaliyyəti
ilə məşğul
olmaq hüququ verəcək. Məsələn, tələbə vergi siyasəti ixtisası üzrə təhsil alırsa, sığorta işindən də fənlər götürüb
onu öyrənə bilər. Onda o, gələcəkdə həm vergi siyasəti, həm də sığorta işi üzrə işləyə bilər.
Əlavə ixtisas alan tələbəyə
diplomdan əlavə xüsusi sertifikat və ya əlavə
ixtisas almasını təsdiq edən sənəd veriləcək.
Hazırda layihə formasında
olan bu yeniliyin
gələn tədris
ilindən tətbiq ediləcəyi gözlənir.
Həqiqətən də tələbələrə
ikinci ixtisasa yiyələnmək şəraitinin
yaradılması çox
əhəmiyyətli məsələdir.
Bəzən imtahanlarda
yüksək bal toplayan tələbələr
arzulamadığı fakültəni
seçmək məcburiyyətində
qalır. Təki ali məktəbdə
oxusun. Bu da
sonrakı dövrdə
onlarda oxumaq həvəsini bu və ya digər
dərəcədə azaldır.
Məlum
yenilikdən sonra sözügedən problem də
həll olunacaq. Yaxud da belə
olurdu ki, tələbə ali
məktəbi bitirəndən
sonra ikinci ixtisasa yiyələnməkdən
ötrü xaricə üz tuturdu. Bu zaman təhsil
həm baha başa gəlirdi, həm də ölkə müəyyən
valyuta itkisi ilə üzləşməli
olurdu. Nəzərə alsaq ki, xaricdə oxuyan tələbələrin bir
qismi geri qayıtmır və mütəxəssis olaraq öz potensialını orada reallaşdırır,
bu zaman itirdiklərimiz daha böyük olur.
Tarix müəllimi Qəndab Allahverdiyevanın sözlərinə görə isə, gənclərə ölkə daxilində bu şəraitin yaradılması, heç şübhəsiz, onların səriştəli mütəxəssis kimi yetişməsi ilə yanaşı, vətənpərvərlik hisslərini də artırır: "Bütövlükdə Azərbaycan gəncliyinin problemlərinin həlli istiqamətində ölkə hakimiyyəti mütəmadi olaraq bir sıra addımlar atır. Dövlətin imkanları artdıqca, bu istiqamətdə diqqət də günbəgün yüksələn xətt üzrə inkişaf edir. Gəncliyin normal formalaşması, intellektual təbəqənin yaranması, dünyagörüşünün formalaşması üçün gənclərin təhsil alması vacib məsələlərdən biridir. Bu gün kifayət qədər geniş imkanlar mövcuddur ki, bu da gənclərin seçim imkanlarının artmasına xidmət edir. Təqaüd verilən zaman tələbənin hansı ixtisas üzrə təhsil alacağı mühüm məsələlərdən biridir. Hazırda "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində bir sıra ixtisaslar üzrə maliyyə ayrılır. Əsasən bu gün Azərbaycanın ehtiyacı olan ixtisaslar üzrə təqaüd verilir. Təhsil Nazirliyində hər il prioritet ixtisaslar elan olunur və həmin ixtisaslar üzrə təhsil almaq istəyən tələbələrə təqaüdlər verilir. Məsələn, dəqiq elmlər sahəsi həmişə prioritet ixtisas kimi siyahıda olur. İnformasiya texnologiyaları 2007-ci ildən Təhsil Nazirliyinin prioritet ixtisasları sırasında yer alır. Təbii ki, müasir dövrdə bu sahəyə ehtiyac nəzərə alınaraq əsas ixtisas kimi götürülüb. Digər tərəfdən, Azərbaycan neft ölkəsi olduğundan, bu sahə proqramda diqqət mərkəzindədir. Mövcud reallıq elədir ki, bir çox dünya ölkələrində bu sahənin əhəmiyyəti var, əsasən də nefti olan ölkələr. Elə sahələr var ki, həmin ixtisaslar üzrə mütəxəssislərin yetişdirilməsi bizim üçün çox vacibdir. Yaxşı təhsillə yanaşı, milli mentalitetə, təəssübkeşliyə bağlılığı da qoruyub saxlamaq lazımdır. Hər hansı bir gənc nə qədər savadlı olsa da, onda milli təəssübkeşlik, vətənpərvərlik hissi olmasa, o şəxsin gələcəkdə mütəxəssis kimi yetişməsinin də bir əhəmiyyəti olmayacaq. Ona görə də mütləq sözügedən faktlar, amillər nəzərə alınmalıdır".
Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı, yazıçı-publisist Əkbər Qoşalı əməkdaşımızla söhbətində bildirib ki, təhsil sistemində həyata keçirilən islahatlar və yaradılan şərait gənclərin seçim imkanlarını artırır: "Bu da, öz növbəsində, gənc nəslə vətənpərvərlik hisslərinin aşılanmasına müsbət təsir göstərir. Son dövrlər TN bu istiqamətdə bir sıra islahatlara start verib ki, həqiqətən də bu işlər təqdirlə qarşılanmalıdır. Məlum olduğu kimi, təhsilin 11 ildən 12 ilə qaldırılması artıq bir müddətdir mətbuatda müzakirə olunan əsas mövzulardandır. Bizimlə bərabər Türkiyədə də təhsilin bir il artırılması ilə bağlı müzakirələr getməkdədir. Təhsil və vətənpərvərlik, təhsil ocaqlarında vətənpərvərlik tərbiyəsi, təbii ki, bütün bunlar bir-birinə bağlı olan məsələlərdir. Zaman-zaman mətbuat səhifələrində sözügedən məsələ ilə bağlı bir sıra fikirlər səslənib və indinin özündə də bu müzakirələr gedir. Aparılan islahatlar çərçivəsində, düşünürəm ki, təhsilin keyfiyyətinə daha çox önəm vermək lazımdır. Çünki keyfiyyətli təhsil daha çox fayda verə bilər, nəinki onun müddətinin artırılması. Təhsilin səviyyəsini qaldırmaq hər şeydən vacibdir. Tələbələrə ixtisas seçimi imkanının yaradılması gənclərin özlərini həyata daha yaxşı hazırlamalarına təkan verir. Ən azından, onlar bundan daha yaxşı faydalana bilər. Seçim imkanları daha geniş olacaq. Belə ki, ali məktəbə uyğun olanlar universitetləri seçəcək, peşə təliminə uyğun olanlar ora gedəcək və s. Hesab edirəm ki, hər nə qədər bunlarda həqiqət payı axtarmaq imkanları olsa belə, ölkədə vətənpərvərliklə bağlı necə bir ortamın mövcud olması göz önündədir".
Ə.Qoşalının
fikrincə, dərsliklərin hazırlanması zamanı gənclərə
vətənpərvərlik hisslərinin aşılanması ön planda olan başlıca vəzifələrdən biri olmalıdır. Sözügedən məsələ
ilə bağlı o, fikirlərini belə
əsaslandırdı: "Hesab
edirəm ki, ilk
növbədə dərsliklərin, onları yazan
müəlliflərin, proqram hazırlayan
alimlərin vətənpərvərlik fəlsəfəsinə
münasibəti hansı səviyyədə olarsa,
sözügedən məsələ də o
səviyyədə olacaq. Bütün hallarda, ikinci ixtisasa yiyələnməyə
şəraitin yaradılması gənclərin mütəxəssis
olaraq formalaşmasında mühüm
rol oynayacaq. Hərbi
hazırlıq dərslərinin tədrisi zamanı səviyyəyə
xüsusi önəm verilməlidir. Eyni zamanda, mövcud
dərsliklərin, proqramların təkmilləşdirilməsi
prioritet olmalıdır".
İradə
SARIYEVA
Bakı xəbər.-2014.-21
aprel.-S.12.