Qərbi Azərbaycanda dəyişdirilən türk mənşəli toponimlər və təhrif edilən mədəniyyətimiz...

 

Bir vaxtlar o yurdlarda Azərbaycan xalqının ləngərli, sanballı kişiləri, ağırtaxta, ağbirçək xanımları, igid oğulları, ismətli qızları, gəlinləri yaşayardı. O yerlərin təbiəti də insanların özlərinə bənzəyərdi. Qərbi Azərbaycan öz genişliyi, böyüklüyü, qüdrətilə tarixdə öz yerini tutub adını qazanan torpaqlarımızdandır. Oğuz dədələrimizin binə qurduğu bu yerlər bizim halal-hümbət yurdlarımızdan, ocaqlarımızdan biridir.

Orada xalqımızın qəhrəmanlıq, şöhrət, qeyrət tarixinə baş ucalığı gətirən minlərlə hadisə, yaşantı baş verib. Qərbi azərbaycanlılar öz mərdliyi ilə seçilən, düşmənlə haqq mübarizəsində var olan insanlar olub həmişə. Düşmənə bac verməyib, bac alıb hər zaman onlar. Mərd düşmənlə meydanda mərdi-mərdanə döyüşüblər. Amma günlərin birində mərd düşmənlərin yerinə meydana namərd, haramzada, hiyləgər, məkrli bir düşmən çıxdı. O düşmən Azərbaycan türklərini arxadan vurdu, üzünə gülə-gülə evini yıxdı, yurdunu yağmaladı, mənəvi dəyərlərini öz adına çıxdı. Türklərin dünya üzündə ən böyük düşməni şəksiz ki, ermənidir. Bu məkrli toplum hər yerdə türklərə qarşı tor qurub onları hiylə yolu ilə məhv etməyə çalışır. Qərbi Azərbaycan yurdlarına ermənilərin kütləvi köç etməsi son 100-200 ilin hadisəsi olsa da, onlar özlərini burada yerli xalq kimi qələmə verməkdən yorulmur. Dünyanın haqq-ədalət tarixi bu yurdların qədim türklərə məxsus olduğunu sübut edir, ermənilərin saxta, əldəqayırma tarixçiləri isə bunun əksini bəyan edir.

Hazırda Qərbi Azərbaycan, indiki Ermənistan ərazisində ermənilərdən başqa ikinci bir millət yaşamır. Yaşayanlar isə məcburiyyət qarşısında qalıb həm milliyyətini, həm də dinini, təriqətini dəyişir. Tarixdə saxtakarlıq və sünilik sahəsində birinci olan ermənilər 200 ilə yaxındır Qərbi Azərbaycanda bizim tariximizi saxtalaşdırmaqla, türk mənşəli toponimləri dəyişdirib erməniləşdirməklə məşğul olur. Onlar tarixdə bir neçə dəfə Azərbaycan türklərinə qarşı amansızlıq edib, hətta onları öz ata yurdlarından deportasiya etməyə də müvəffəq olub. Tarixçilər bildirir ki, daşnak ermənilərin planında türklərə aid torpaqları ələ keçirmək, onları öz yurdlarından qovmaq əsas məsələ olub. Ermənilər bu işə əvvəlcə mənəvi təxribatdan başlayıb. Yer-yurd adlarımızın, toponimlərimizin adlarının erməniləşdirilməsi bu məkrli siyasətin tərkib hissəsidir. Ermənilər indiyə qədər minlərlə türk mənşəli toponimin dəyişdirilməsini həyata keçirib. Onlar kənd, rayon adlarını erməniləşdirməklə işlərini bitmiş hesab etmir, dağ, meşə, bulaqs. adlarını da saxtalaşdırır. Məsələn, türk tarixində, coğrafiyasında, mənəviyyatında, eposlarında önəmli yer tutan Ağrı dağının adına ermənilərin etdiyi təcavüz ürək ağrıdan bir haldır. Onlar başından sis-duman heç vaxt əskik olmayan Ağrı dağını Ararat adlandırmaqdan çəkinmir. Halbuki, bu dağ türklərin milli simvollarından biri kimi tarixdə yer alıb. Onun ermənilər tərəfindən mənimsənilməsi cinayətdir. Belə hallar bir toplumun başqa bir xalqa qarşı etdiyi mənəvi cinayət sayılır.

Erməni saxtakarlığının ifşa edilməsi sahəsində yerli alimlər dünya alimləri böyük işlər görür. Onların köməyinə tarixi sənədlər, xəritələr gəlir. Toponimlərimizi erməniləşdirən ermənilərin saxtakarlığını ifşa edən arxiv materialları çoxdur. 1903-cü ilə aid olan coğrafi xəritə erməni iddialarını alt-üst edib. Söhbət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 aprel 2012-ci il tarixli Sərəncamına əsasən Dövlət Torpaq Xəritəçəkmə Komitəsi tərəfindən çap olunan "Cənubi Qafqaz. 1903-cü il" xəritəsindən gedir. Üç dildə- ingilis, rus Azərbaycan dillərində nəşr olunan xəritələrin nüsxə sayı hər bir dildə 25 min ədəddir. Sərəncamda bildirilib ki, son vaxtlar ayrı-ayrı ölkələrdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, tarixi coğrafi adlarının təhrif olunması, inzibati ərazi vahidlərinin, sərhədlərinin dəyişdirilməsi istiqamətində təxribat xarakterli materialların xəritələrdə kütləvi informasiya vasitələrində yayılması halları artıb.

Xatırladaq ki, "Karta Kavkazskoqo Voennoqo Okruqa 1903-qo qoda" xəritəsi ümumilikdə bütün Qafqazı əhatə edir. 1903-cü il xəritəsi Qafqaz Hərbi Dairəsinin litoqrafiya hərbi topoqrafiya şöbəsində tərtib olunub. Xəritə XX əsrin lap başlanğıcında nəşr edildiyi üçün bədnam qonşularımızın əsassız iddialarına cavab vermək məsələsində mühüm əhəmiyyətə malikdir. Xəritəyə baxan hər kəs görür ki, indiki Ermənistanın bütün toponimləri Azərbaycan-türk mənşəlidir. Ermənilərin saxtakarlığı nəticəsində toponimlərimizə təcavüz edilib.

Coğrafiya elmləri namizədi Mübariz Orucoğlu bizimlə söhbətində bildirdi ki, bütün Ermənistan ərazisində toponimlər türk mənşəli sözlərdən ibarətdir: "Ermənilərin Qərbi Azərbaycana köçü başlar-başlamaz, türk mənşəli toponimlərə qarşı çox iyrənc bir "xaç yürüşü" başlandı. Bir tərəfdən Rusiya, digər tərəfdən onların tarixi əlaltısı olan ermənilər coğrafiyamıza hücuma keçdi. qədər toponimlərimizi öz adlarına çıxdılar. Tarixi sənədlərə nəzər salsaq görərik ki, onlar İrəvanın lap yaxınlığında yerləşən Molla Dursun, Kərpicli, Qurbağalı, Yeni Bəyazit, Qaraqola, Qızıldağ, Ahdağ sair toponimlərimizi dəyişdirib. Bunlar Prezidentimizin Sərəncamı ilə nəşr olunan "Cənubi Qafqaz. 1903-cü il" xəritəsində yer alan toponimlərdir. O xəritəni indiki Ermənistan ərazisilə müqayisə etdikdə görürük ki, burada erməni mənşəli tək-tük yaşayış məntəqələrinə rast gəlinir. Dağ, çay, çöl, meşə, düzəngah, el-oba adlarının 99 faizi tamamilə türk mənşəlidir. Məlumdur ki, dağ, çay adları yaşayış məntəqələrindən daha əvvəl yaranıb. Bu da bu ərazilərdə bizim babalarımızın daha erkən dövrlərdə yurd saldığını, ocaq qaladığını sübut edən faktdır. Xəritədən aydın görsənir ki, bura azərbaycanlılara mənsub bir ərazidir. Təkcə müasir Ermənistan ərazisi deyil, Gürcüstan, Rusiya, İran Türkiyə ərazisi Azərbaycan mənşəli toponimlərlə zəngindir. Bunlar da çox maraqlı bir araşdırma mövzusudur. Ümumiyyətlə, türklər harada yurd salıblarsa, həmin yerə sonradan yox, birinci gedən olublar. Yəni o yeri tapıb ora gediblər, yurd-yuva qurub, oğul-uşaq, nəvə-nəticə, kötücə sahibi olublar. Həmin yerlərdə qaynayıb-artıb böyük nəsillərin, şəcərlərin, böyük mənada isə dövlətlərin əsasını qoyublar. Bu mənada indiki Ermənistan adlandırılan ərazidə Azərbaycan türkləri min illərdir yaşayıb. Təəssüf ki, bu gün onlar erməni məkri, zorakılığı nəticəsində öz yurdlarını yağıya qoyub qaçqın düşüblər. Yağının yağmaladığı yurdda qalmağı əbədi ola bilməz, bir gün o özünə aid olmayan bir yerdə qalmaqdan bezib yeni vətən axtarmaq eşqinə düşəcək. Onda bizim soydaşlarımız da elliklə öz ana yurdlarına dönəcək. Yenə toponimlərimiz öz adı ilə çağırılacaq, bu da qondarma adların sıradan çıxmasına gətirib çıxaracaq".

Qeyd edək ki, Qərbi Azərbaycanda adı ermənilər tərəfindən dəyişdirilən yurdlarımız çoxdur. Onu da bildirək ki, Qaraqoyunlu dövləti zamanında bir yaşayış məskəni olan bu dövlətin qurulmasında onun sakinlərinin əməyi az olmayan tayfalardan biri baranalılar olub. Çox əski türk qolu olan baranalılar Qərbi Azərbaycanda yaşayıb. Bir zamanlar Barana tayfasının adı ilə böyük bir rayon mövcud olub. Belə ki, Barana rayonu Qərbi Azərbaycanda çox məşhur olan bir rayon olub. Sonra onun adı dəyişdirilərək Noyemberyan rayonu adlandırılıb. Türk mənşəli toponim olan Barana o vaxt Gəncə quberniyasının Qazax qəzasının nəzdində olub. Ermənilər bu rayonun adını saxtalaşdırmaqla özlərini ifşa ediblər. Barana adını yaddaşlardan silmək onlara nəsib olmayıb. Sonra bu rayonun Əskipara kəndinin adı dəyişdirilərək əvvəlcə Sarxan, sonra isə Voskipar qoyulub. Əskipara toponiminin mənası qiymətli, qızıl pul, bahalı yer deməkdir. Aşağı Körpülü kəndinin adı isə Axtanaq edilib. Rayonun Calakənd toponimi erməniləşdirilərək Mikçnazor, God Şavar-Şavan, Qalaça Bertavan, türk kökənli Lənbəli toponimi isə (Ləmbəli Barana-Noyenberyan rayonunda böyük kənd-İ.S) Baqrataşenə çevrilib. Baqrataşen sözünün son şəkilçisi türk mənalıdır. Şen sözü türkcə şenlik-kənd, oba, işıq gələn yer, xoşbəxtlik, abadlıq sözünün qısaldılan sinonimidir. Ermənilər bizdən çox söz oğurlayıb. Barananın bir addımlığında yerləşən Allahverdi rayonu isə türk-islam mənşəli toponim olmasına baxmayaraq, ermənilər tərəfindən Tumanyan adlandırılıb. Babalarımızın ad verdiyi müqəddəs toponimlərin heç bir məna ifadə etməyən qondarma adları bizi narahat edir. Məşhur Göyçə mahalında da həm sovet dövründə, həm son illər addəyişmə hərəkatı davam etdirilib. Azərbaycan tarixində misilsiz yeri olan Göyçə mahalı Göyçə gölünün sahilləri boyu geniş bir ərazini əhatə edən dədə yurdlarımızdandır. Bu ərazi Rusiya çarlığına müharibə yolu ilə birləşdirilənə qədər İrəvan xanlığının, sonralar isə İrəvan quberniyasının tərkibində olub. Sovet hakimiyyəti zamanında Göyçə mahalı süni şəkildə beş inzibati rayona bölünüb. Onlar Çəmbərək, Basarkeçər, Aşağı Qaranlıq, Kəvər Yelenovka rayonlarıdır. Basarkeçər adının sonradan Vardenisə çevrilməsi türk mənşəli bir toponimin üzərinə edilən növbəti erməni təcavüzüdür. Göyçə mahalı Azərbaycan folklorunun, aşıq sənətinin vətənlərindən biri kimi məşhurdur. Bu mahal türk mənşəli toponimlərlə zəngindir. Burada saysız-hesabsız türk mənşəli toponimlər olub. Həmin toponimlərin əksəriyyəti dəyişdirilsə , onların adları bədii ədəbiyyatda, yaddaşlarda yaşayır.

Azərbaycan Xalq Cumhuriyyəti yaradıldıqda Göyçə mahalı tarixi Azərbaycan torpağı kimi onun tərkibində olub. 1918-20-ci illərdə Azərbaycan Demokratik Respublikasının ərazisi 114 min kv. km olub. 1920-ci ildən Demokratik Respublikamızı işğal edən rus-bolşevik imperiyası Azərbaycan ərazisi olan Zəngəzur, Göyçə, Şərur, Dərələyəz, Dilican ərazisini qanunsuz şəkildə ermənilərə verib.

 

Ardı var...

 

İradə SARIYEVA

Bakı xəbər.-2014.- 15-17 avqust.- S.15.