Mirzə Cəlilin arzusu
və «Ölülər»in uğurları...
(Əvvəli
ötən saylarımızda)
Sosial-iqtisadi
sahədə keçid dövrünü 2009-cu ildə
başa vuran Azərbaycan Respublikası artıq bu gün
postsovet məkanında iqtisadi islahat və inkişaf
baxımından lider ölkəyə çevrilib.
Regionların inkişafına yönələn I (2004-2008-ci
illər), II (2009-2013-cü illər) Dövlət
Proqramlarının yekunları və nəhayət, III
(2014-2018-ci illər) Dövlət Proqramının 9
ayının nəticələrinin təhlili göstərir
ki, son 11 il ərzində ölkəmizin makroiqtisadiyyatında
regionların xüsusi çəkisi əhəmiyyətli dərəcədə
artıb.
Tədqiqatçıların
qeydlərində bildirilir ki, «Müsəlman
qardaşları»nın dostu, pənahı, müdafiəçisi,
öndəri olan Mirzə Cəlil jurnalda işini mətanətlə
davam etdirir, öz ürək sözlərini Qafqaz müsəlmanları
kimi, Rusiya, İran, Türkiyə, Tatarıstan-Sibir, Orta Asiya,
Çin və Yaponiyanın, habelə Misir, Bolqarıstan,
Baltikyanı ölkələrin türk xalqları haqqında
da yazırdı.
O, qayğıkeş, səmimi, narahat, bəzən də
açıq yolgöstərici sözlər yazırdı:
«1905-1911-ci illər İran inqilabı, onun rəhbərləri
Səttarxan və Bağırxan «Molla Nəsrəddin»
jurnalının, xüsusilə Mirzə Cəlilin ən əsas
mövzuları sırasında idi. Ədib bu inqilabın vəzifə
və qayəsini belə müəyyənləşdirib: «Bu
günlərdə İranda istibdad ilə ədalət bərk
çarpışır. Yekə bir millətin dini, namusu,
hüququ, vətəni təhlükədədir... Bu gün Kərbəla
meydanı Azərbaycandakı vətənpərvərlik
meydanıdır. Hər kimin ürəyində bir cüzi din,
namus, vətən hissi varsa, oranın qeydinə
qalmalıdır!. Bu gün ən böyük ibadət, ən
birinci din və vətənpərvərlik oraya kömək
etməkdir. Bu gün Kərbəla meydanı Azərbaycan
meydanıdır». 1906-cı ilin dekabrında Tehran Milli
Ən-cüməni sədrinin teleqramına əsasən
çar I hakim dairələri «Molla Nəsrəddin»
jurnalının İrana buraxılmasını qadağan
etdiyi zaman, buna etiraz edən xadimlər və ziyalılar
arasında o zaman Gəncədə olan Ə.Ağayev də
vardı. O, «İrşad» qəzetində yazmışdı
ki, «Mərhəba bu barədə «Molla Nəsrəddin»
jurnalına. Doğrudur, İran sərhədində onu
yandırdılar. Amma jurnala adı qoyulan molla sağ
olsaydı, deyərdi: «Qoy yandırsınlar, onu
yandıranların özünü yandırarlar. Biz gərək
xəcalət çəkək» («İrşad», 1906.28.12). Mirzə
Cəlil bütün həyatını Vətənə həsr
edib. Onun bütün yaradıcılığının
baş mövzusu, məhvər oxu, cam - Vətəndir,
xalqdır, onların səadətidir. Bu ideala xidmət edənləri
o, xalqın dostu, xəyanət edənləri isə
düşməni sayırdı. M.Ə.Sabir, M.Ə.Sidqi,
F.Köçərli, Ömər Faiq, Qəmküsar, Əli Nəzmi,
Həmidə xanım, Ə.Haqverdiyev, C.Zeynalov, S.Mümtaz və
b. müxtəlif yollarla jurnala kömək edir, redaksiyaya məktublarında
yaxşı məsləhətlər verir, bədxahların qəsdini
pisləyirdilər».
«Molla Nəsrəddin»dən
qorxanlar...
Tədqiqatçılar yazır ki, 1909-cu il Mirzə və
«Molla Nəsrəddin» üçün onlara qarşı
hücumçu yazılarla başladı. Bu yazılardan
çoxunun nəşrinə «Səda» qəzetinin redaktoru,
mollanəsrəddinçilərin bir az əvvəl tənqid
etdikləri yazıçı, jurnalist Haşım bəy Vəzirov
başçılıq edirdi. Mirzə o vaxt Sidqiyə məktubunda
onu qınayıb yazırdı: «Mən sizə demədimmi
Haşım bəyə sataşmayın?». İsmayıl Həqqi
yazır ki, Həmidə xanımın qızı Minanın
toyu Mirzə Cəlilə bu hadisələri azacıq unutdurub,
onun üçün camaatla ünsiyyət cəhətdən
də fərəhverici vəsilə oldu:»»Məclisdəkilərin
çoxu əyan-əşrəf idi. Mirzə zarafata salıb
dedi ki, bizimlə sizinki tutmaz, yolumuz ayrıdır. Siz ağ
adamlarsınız, biz qara adamlarıq. Onun üçün iki
cəbhəyə ayrılırıq». Ədibin bu
halını bəyənən Həmidə xanım bir
neçə gün sonra «Molla Nəsrəddin»in beşilliyi
tamam olanda bir divar saatı alıb, hədiyyə olaraq Mirzə
Cəlilin kabinetindən asmışdı. Qardaşdan, dostdan
artıq sevdiyi M.Ə.Sabirin ağır xəstəliyi, 1911-ci
ildə vaxtsız ölümü Mirzə Cəlil
üçün hədsiz bir itki oldu. O və Həmidə
xanım Sabirə, ailəsinə müntəzəm maddi
yardımdan qalmırdılar. Ailəsi ildən-ilə
artıb böyüyən ədib maddi cəhətdən də
ehtiyac içində olduğundan, vəziyyətini dostu Q.
Şərifzadədən aldığı borcla düzəldirdi.
«Molla Nəsrəddin»in «Hophop»unu isə aydındır ki,
heç kəs, heç nə əvəz edə bilmirdi, bilməzdi
də. 1913-cü il avqustun 19-da Qurbanəli Şərifzadəyə
məktubunda ədib yazırdı ki, «Qardaşım, sən mənə
altı ay vaxt vermişdin ki, altı aydan irəli kağız
yazmayım. Bilmirəm, altı ay keçib, ya yox, amma bu dəfəliyə
günahımdan keç, bundan sonra istəyirsən bir il vaxt
qoy!». Müharibə zamanı, məsələn, 1914-cü ildə
«Molla Nəsrəddin» böyük çətinliklə
hazırlanır və çap olunurdu (1914-cü ildə cəmi
25 nömrə çıxıb). Həmin ilin 7 oktyabrında
Mirzə jurnalın nəşrini naməlum vaxta kimi
dayandırdığını Mətbuat Komitəsinə
bildirir. Bu hadisə müxtəlifdilli mətbuatda təəssüflə
qarşılanır, cürbəcür rəylər çap
olunur. 1915-ci ilin oktyabrında ədib «Molla Nəsrəddin»in
çapını davam etdirmək imkanı olduğunu bildirib
icazə istəyirsə də, məqsədinə
çatmır. «Molla Nəsrəddin» barədə yenə
müxtəlif fikirlər yayılır.
Mirzə 1916-cı ilin əvvəlində M.Ə.Sidqiyə
yazır: «Tiflisə gəldim ki, jurnalı yenə başlayıb,
dostların köməkliyi ilə yeridəm. Amma işlər
özgə bir surətdədir. Əvvəla Tiflisdə
kağız yoxdur, mənzillər yenə birə üç
bahalaşıb. Deyirlər Bakıda kağız var, amma orada
«Molla Nəsrəddin» yazmaq olmaz». Jurnalın Bakıda nəşrini
mümkün saymayanda Mirzə bir neçə il əvvəl
bu şəhərdəki bəzi qüvvələrin
jurnaldakı tənqidə görə onu öldürmək
istədiklərini, əleyhinə hər yerdə cinayətkar
təbliğat apardıqlarını nəzərdə
tuturdu».
«Mənim
ixtiyarım özümdə olsaydı,
bu
teatrı yazanı tapıb barmaqlarından öpərdim...»
Mənbələrin verdiyi bilgiyə görə,
bütün çətinliklərə mətanətlə sinə
gərən ədibin fikri-zikri neçə ildən bəri
yazdığı, amma hələ heç bir teatra vermədiyi
«Ölülər» pyesinin tamaşaya qoyulmasına nail olmaq
idi:»Bu arzusuna o, 1916-cı ildə çatır. Aprelin 29-da «Ölülər»in
Bakıda, H.Z.Tağıyev Teatrında ilk tamaşası
çox uğurlu keçir. Tamaşaçılar müəllifin
özünün «faciə» adlandırdığı
«Ölülər»i xalqın dərdləri, zülmə, yekəbaşlığa
nahaq dözümü barədə ittihamçı, kədərli
bir əsər kimi qiymətləndirirlər. Qəzetlərdə
N.Vəzirov, S.M.Qənizadə, N.Nərimanov, Ü.Hacıbəyov,
H.Cavid, M.Ə.Rəsulzadə, S.Hüseyn və
başqalarının tamaşa haqqında təəssüratları
və məqalələri çap olunur. «Açıq
söz» qəzeti yazırdı: «Cümə günü
Tağıyev Teatrı bir ədəbiyyat bayramı
keçirirdi. Molla Nəsrəddinin əsəri - «Ölülər»
draması tamaşa edilirdi». Müəllimə Ş.Əfəndizadə
lojada oturmuş bir azərbaycanlı qadının sözlərini
misal gətirirdi: «Mənim ixtiyarım öz əlimdə
olsaydı, bu teatrı yazanı tapıb onun barmaqlarından
öpərdim». Bu bayram əhval-ruhiyyəsinin əksinə, tanınmış
jurnalist O. Orucov İsgəndər surətinə
etirazını bildirir, pyes barədə tərifləri
«gülünc» sayırdı. «Bəsirət» qəzetinin
redaktoru H.İ.Qasımovun ona cavabında deyilir:
«Alqışçılar Mirzə Cəlil əfəndini bu
pyeslə deyil, onun nəşr etməkdə olduğu «Molla Nəsrəddin»
ilə tanıyırdılar. Yaşasın Molla Nəsrəddinimiz!».
«Ölülər»in
Orta Asiyaya səfəri...
Tədqiqatçıların qeyd etdiyinə görə,
pyesi Orta Asiyada tamaşaya qoymaq üçün Bakıdan
Krasnovodska yola düşən Mirzə Cəlil və Qəmküsarı
Aşqabad vağzalında azərbaycanlı ziyalılar
qarşılayır: «Lakin şəhərin Mirzə Cəlili,
onun əsərlərini, jurnalını; dostu Qəmküsarı
görməyə gözü olmayan bəhayilərdən ibarət
mühafizəkarları, əksinə, qonaqları
Aşqabaddan çıxartdırırlar. Mirzə Cəlil və
Qəmküsar Daşkəndə gedir, orada «Ölülər»i
cəmisi bir dəfə göstərib qayıdırlar.
1914-cü il oktyabrın 18-də Mirzə böyük
çətinliklə «Molla Nəsrəddin»in 25-ci
sayını nəşr edəndən sonra jurnalı iki il
yarım çap etmək mümkün və məsləhət
olmur. «Mümkün olmur» ona görə ki, kağız, mətbəə
çox bahalaşmış, digər xərclər
artmışdı; ona görə «məsləhət olmur» ki,
bütün Avropa və Rusiya kimi, Azərbaycan və
Gürcüstanda da şərait hələ sabitləşməkdən
uzaq idi; müxtəlif silk və siniflərdən olan şəxslər
xalqı hərə bir yola çəkir, çox vaxt buna
müvəffəq də olurdular».
Mirzə
Cəlilin Duma
məclisində
oturanlara xitabı...
Cəlil Məmmədquluzadə haqqında tədqiqat
materiallarından məlum olur ki, Mirzə Cəlilin 1917-ci il
fevralın 16-da yazdığı kimi, «hökumətlərin
bir neçəsi özlərini bitərəf»
saxlamışdılar. Tədqiqatçılar bildirir ki, bu
şəraitdə ədib onu çoxdan
düşündürən milli məsələ və ana
dilinin taleyi ilə ciddi məşğul olur: «...bu zəhrimar
dava başlanandan bir para zəif millətlər polyakların
azad olmağını ünvan eləyib, istəyirlər
baş qalxızsınlar ki, yəni biz də varıq; ...keçən
ay Tiflisdə Şəhər Duması vəkilləri bir səslə
qərar qoydular ki, hökumətin orta məktəblərində
ana dilinin qeyri dərslər dərəcəsində
oxunmağını tələb etsinlər». Duma məclisində
müsəlmanlardan «tək bir nəfər şəxs var
imiş ki, o da durub belə fərmayiş edib: - Ağalar, əgər
biz duraq özgə elmləri də və özgə dilləri
də oxuyaq və öz ana dilimizi oxuyaq, - bu, bir çətin
işdir. Əgər biz ana dilimizə də qeyri millətlər
kimi əhəmiyyət verək və öz aramızda ana
dilimizdə danışaq, onda, deməli, gərək hər
bir cəmiyyətimiz pozula; səbəb budur ki, nə qədər
ki, milli cəmiyyətlərimiz var, üzvləri rusca
danışırlar və çoxusu heç öz ana dilini
bilmir». Ana dilini hər bir xalqın milli müstəqilliyi və
milli mədəniyyəti üçün çox vacib sayan
Mirzə bu fikrin tərəfdarlarını hörmətlə
yad edib, Rusiyada, Gürcüstanda, İranda olan belə xadimlər
haqqında yüksək ehtiramla yazırdı. Görkəmli
Azərbaycan alimi Məhəmmədəli Tərbiyətin «Məşrutiyyət
dövrü satirik mətbuatı» kitabında «Suri-İsrafil»,
«Həşəratul-ərz», «Bəhlul» və b. satirik mətbuat
orqanlarına böyük qiymət verməsi də,
şübhəsiz, Mirzə üçün çox əhəmiyyətli
idi, M. Tərbiyət yazırdı: «Azərbaycan türkcəsi
ilə nəşrə başlayan «Molla Nəsrəddin»
jurnalı satirik və yumorist orqanların ən
yaxşısı və faydalılarından biri idi. Şərq
ölkələrində, doğrudan da, misli olmayan bu jurnal
İran həyatına aid məsələlərdən də
bəhs edirdi. İranın... «Suri-İsrafil»in «Çərənd-pərənd»
sütunları başdan-başa «Molla Nəsrəddin»dən
ilham alır, onun şivə, üslub və təsiri
altında yazırdı» (Q.Məmmədli. Molla Nəsrəddin.
(Salnamə). B., 1984, s. 235-236)». Mirzə Cəlilin qələmindən
çıxan «Bayramlar», «Qorxmayanlar», «Rus məxrəci», «Millətlər»,
«Azadiyi-vicdan», «Qondarma bəylər» kimi felyeton və məqalələri,
xüsusilə, çox məşhurlaşan «Azərbaycan»
publisist əsəri də ədibin fəaliyyətinin
leytmotivlərinə aiddir. «Bayramlar» «müqəddəs
İvan»ın «qətlə» yetirildiyi, «müqəddəs
Marqosun ad günü», «müqəddəs Silvestrin» dişinin
laxladığı vaxtı, «Qriqorinin başına soyuq» dəyməsini
və bir çox belə «tarixi hadisələrin» qeyd
olunmasının ölkə üçün, xalq
üçün, məişət üçün törətdikləri
çətinlik haqqında idi. Ədib yazırdı: «Əgər
bundan sonra da müsəlmanların üzünə hökumət
idarələri müqəddəs Afanasi adı ilə
«prazdnik» deyilib bağlanacaq - dəxi nə
azadlıqbazlıqdır!».
Ardı
var...
İradə
SARIYEVA
Yazı
Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fondunun maliyyə dəstəyilə çap
olunur.
Bakı
xəbər.- 2014.- 8 dekabr.- S.10.