Qaradağ rayonunun sosial-iqtisadi inkişafı: real
vəziyyət və perspektivlər
Məlumdur ki, Prezident İlham Əliyevin xüsusi diqqət mərkəzində saxladığı vacib məsələlərdən biri də sosial-iqtisadi inkişafı şərtləndirən, müasir dövrün tələblərinə cavab verən islahatların aparılmasıdır. Ölkədə uğurla həyata keçirilən sosial-iqtisadi siyasətin başlıca hədəfləri isə sərbəst bazar münasibətlərinə və özünüinkişaf qabiliyyətinə malik sosialyönlü, diversifikasiya olunmuş milli iqtisadiyyatın formalaşdırılması və dünya təsərrüfat sisteminə inteqrasiyanın təmin edilməsidir.
Bu baxımdan Prezidentin imzaladığı «Azərbaycan Respublikasının regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı», «Azərbaycan Respublikasının məşğulluq strategiyası», «2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı» və digər sərəncamları xüsusi əhəmiyyət kəsb edir.
Sözsüz ki, bu sərəncamların uğurla yerinə yetirilməsində ərazisi 1080 kv.km., əhalisi 114671 nəfər olan Qaradağ rayonunun da xüsusi rolu var.
Ötən doqquz ayın
yekunlarına əsasən, rayon üzrə
sənaye məhsulunun ümumi həcmi
447,0 milyon, nəqliyyat sektorunda
xidmətlərin həcmi 8,7 milyon manat olub. Sosial-iqtisadi sahələrin
inkişafı üçün bütün maliyyə mənbələri
hesabına 403,7 milyon manat
investisiyadan istifadə edilib.
İqtisadiyyatın aparıcı sahəsini təşkil edən
neft və qaz sənayesi
müəssisələrində 430,0 min ton xam neft
və 653,3 milyon kubmetr
təbii qaz hasil olunub. Rayon üzrə 1,4
milyon ton sement, 97,2 min
ton mişar daşı
istehsal edilib. Hesabat dövründə rabitə xidmətlərinin
həcmi 1,7 milyon, pərakəndə əmtəə dövriyyəsi
1,4 milyard, əhaliyə
göstərilən pullu
xidmətlər isə
84,7 milyon manat olub. Ötən dövr ərzində rayonda orta aylıq
əməkhaqqı 765,0
manat olub.
Cari dövrdə
əhalinin məşğulluğunun
artırılması və
ehtiyacı olan işsiz vətəndaşların
ixtisasına uyğun işlə təmin edilməsi istiqamətində
Rayon İcra Hakimiyyəti
tərəfindən bir
sıra məqsədyönlü
işlər görülüb. Rayon Məşğulluq Mərkəzi
ilə birgə əhalinin məşğulluğunu
təmin etmək məqsədilə mütəmadi
olaraq qəsəbələrdə
səyyar əmək yarmarkaları keçirilib.
Bundan əlavə, «BP-Azərbaycan»
Şirkətinin təşkilatçılığı
ilə Səngəçal
qəsəbəsində həyata
keçiriləcək yeni
layihələrlə bağlı
«Azfen», «Tekfen» şirkətləri ilə
birlikdə Sahil qəsəbəsində işə
qəbulla əlaqədar
mütəmadi tədbir
keçirilir.
Ümumiyyətlə, rayonda doqquz ay ərzində 1086 yeni iş yeri
açılıb.
Əhalinin və sosial obyektlərin enerji daşıyıcıları və
kommunal xidmətlərlə
təminatının yaxşılaşdırılması
istiqamətində xeyli
işlər görülüb. Belə
ki, ötən doqquz ayda rayonun
elektrik enerjisi ilə təchizatının
yaxşılaşdırılması üçün 6 ədəd
yeni kompleks transformator məntəqəsi
quraşdırılıb, 144 ədəd transformator məntəqəsində profilaktik
təmir işləri
aparılıb, 61,2 min metr
müxtəlif diametrli
kabel və hava xətləri çəkilib. Mövcud qaz təchizatının yaxşılaşdırılması, qaz təsərrüfatının
təhlükəsiz istismarının
təmin edilməsi məqsədilə müxtəlif
diametrli 16,7 min p/metr mövcud qaz xətti yenisi ilə əvəz edilib. Doqquz ayda əhali tərəfindən istehlak
olunan elektrik enerjisinin dəyəri 104,
təbii qazın dəyəri 101, su və kanalizasiya xidmətinin dəyəri
96.8, istilik enerjisinin dəyəri isə 104 faiz ödənilib. Hesabat dövründə əhalinin
içməli su təchizatının və
kanalizasiya xidməti ilə təminatının
normallaşdırılması üçün bir sıra işlər görülüb. Belə
ki, ötən dövr ərzində Qaradağ Sukanal İdarəsi tərəfindən
45 min p/metr yeni su xətti çəkilib,
4 min p/metr müxtəlif
diametrli su xətti dəyişdirilib.
Hər il
olduğu kimi, 9 ay ərzində də rayonun bütün qəsəbələrində iməciliklər
təşkil edilib. Ərazilər mütəmadi təmizlənir,
müxtəlif növlü
ağac və bəzək kollarına aqrotexniki qulluq göstərilir. Məişət və istehsalat tullantılarının yığılması
və daşınması
sahəsində də
bir çox işlər görülüb.
Hazırda rayonda abadlıq-quruculuq işləri aparılmaqdadır. Qəsəbələrarası və məhəllədaxili
küçə və
yollar yenidən qurulur. Müasir işıqlandırma sistemi quraşdırılır.
Əhalinin mədəni istirahətini
təmin etmək məqsədilə yeni parklar, nümunəvi məhəllələr salınır,
xeyir-şər evləri
tikilir.
Qaradağ rayonunun Qurd qapısı tərəfindən
olan girəcəyi və Bakı-Astara (Qazax) magistral avtomobil yolunun rayonun inzibati ərazisindən keçən
hissəsində 3 hektar
ərazinin abadlaşdırılması
işləri başa çatdırılıb və
Qobustan qoruğuna gedən yol yaşıllıq zolaqlarının
salınması üçün
tam hazır vəziyyətə
gətirilib. Ötən
doqquz ay ərzində
rayon ərazisində ümumilikdə
42 min 621 kv.metr ot və yaşıllıq sahələri salınıb,
10 mindən artıq gül, 12 mindən artıq müxtəlif növ ağac və bəzək kolları əkilib.
Rayon ərazisində olan
yollara və məhəllədaxili həyətlərə
ötən doqquz ay ərzində 51 min kv.m. asfalt döşənib.
Qobustan qəsəbəsində yerüstü
keçid inşa edilib və əhalinin istifadəsinə
verilib.
Qaradağ rayonunda ekoloji sabitliyin qorunması, ətrafda olan göllərin qurudulması
müvafiq Dövlət
Proqramı əsasında
həyata keçirilməkdədir.
Qaradağ rayonu ərazisində ötən doqquz ay ərzində təhsil, mədəniyyət sahələri
üzrə də bir çox işlər görülüb.
Belə
ki, Dövlət Proqramına əsasən, təhsil sahəsi
üzrə 8 körpələr evi - uşaq
bağçasında əsaslı təmir işləri
yekunlaşıb, 2 uşaq bağçası
üçün yeni bina və 2 məktəb
üçün isə əlavə tədris korpusu tikilib.
7 nömrəli Bakı Peşə Məktəbi
üçün yeni binanın tikintisi başa
çatdırılıb.
Hesabat dövründə rayonda səhiyyənin
inkişafı, əhalinin sağlamlığının
qorunması, tibbi xidmətin səviyyəsinin yüksəldilməsi
üçün də xeyli işlər görülüb.
Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin tapşırığına uyğun
olaraq, respublikamızın bütün bölgələrində
olduğu kimi, Qaradağ rayonunda da 18 yaşından yuxarı əhalinin
tibbi müayinədən keçirilməsi uğurla başa
çatdırılıb.
Hesabat dövründə sakinlərin asudə vaxtının
təşkili istiqamətində də əməli tədbirlər
görülüb. Bu istiqamətdə musiqi məktəbləri
və mədəniyyət işçilərinin,
yaradıcı kollektivlərin iştirakı ilə Novruz
bayramı, Gül bayramı və Milli Qurtuluş Günü
ilə əlaqədar rayonda mütəmadi maraqlı tədbirlər
təşkil olunur.
Müvafiq
Dövlət Proqramına əsasən, 26 may 2014-cü il tarixində Müşfiqabad qəsəbəsində
mədəniyyət evinin əsaslı təmirdən sonra təntənəli
açılışı olub. Eyni zamanda,
Lökbatan qəsəbəsindəki 9 nömrəli musiqi məktəbi
üçün yeni binanın inşası başa
çatdırılaraq istifadəyə verilib. Qızıldaş mədəniyyət mərkəzinin
tikintisi isə davam etdirilir.
Hesabat dövründə dövlət gənclər siyasətinin
layiqincə həyata keçirilməsi, yeniyetmə və gənclərlə
işin təkmilləşdirilməsi Rayon İcra hakimiyyətinin
diqqət mərkəzində olub.
Hazırda Ələt, Puta və Səngəçal qəsəbələrində
mini futbol meydança və idman zallarının, Qobustan qəsəbəsində
idman zalının tikintisi davam etdirilir. Sahil qəsəbəsindəki
«Gənclər evi»nin tikintisi isə
başa çatdırılıb.
Erməni
təcavüzünə məruz qalan qaçqın və
köçkünlərlə iş,
onların məişət problemlərinin həlli də, təbii
ki, İH-nin gündəlik diqqətindədir. Belə
ki, burada məskunlaşan sakinlər üçün istifadəyə
verilən kottec tipli fərdi yaşayış evlərinə
qaz xətti çəkilib. Onların
yaşadığı binalar təmir edilib. Ehtiyacı olan məcburi
köçkün ailələri ünvanlı sosial və digər
yardımlarla təmin edilib.
Perspektivlər
Hazırda
Ələt qəsəbəsində Beynəlxalq Dəniz
Limanının inşası uğurla davam etdirilir. Puta qəsəbəsində
Metanol zavodunun tikintisi isə başa çatdırılıb
və açılışa hazır vəziyyətdədir.
Qeyd edək ki, bu zavod nəinki respublikamızda, eləcə də
Cənubi Qafqazda ən nəhəng özəl müəssisələrdən
biri olacaq. Rayonun Səngəçal qəsəbəsində
Neft-Qaz Emalı və Neft-Kimya Kompleksinin salınması
üçün 1875 hektar yer ayrılıb. Bu kompleksdə təqribən
2000 nəfər işlə təmin olunacaq. Həmin ərazidə
yeni yaşayış massivləri salınacaq, parklar, otellər,
idman meydançaları, mədəni istirahət yerləri və
digər yeni sosial obyektlər inşa ediləcək, əhalinin
yaşayışı üçün yüksək səviyyəli
müasir standartlara uyğun şərait yaradılacaq. Beləliklə,
rayonun sosial-iqtisadi sahəsində xüsusi yeri olan bu müəssisələrin
mövcud sənaye obyektlərilə birlikdə istismarı
Qaradağ rayonunu yaxın gələcəkdə ikinci
Bakıya çevirəcək.
«2014-2016-cı
illərdə Bakı şəhərinin və onun qəsəbələrinin
sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı»na əsasən,
əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə
rayonun qəsəbələrində sel sularının
qarşısının alınması üçün
kanalların çəkilməsi nəzərdə tutulub.
Bundan əlavə, baş verə biləcək fövqəladə
halların qarşısının alınması zamanı
operativ tədbirlərin həyata keçirilməsi məqsədilə
Səngəçal qəsəbəsində yanğına
qarşı yeni su hovuzunun tikintisi, Lökbatan, Sahil və
Qobustan qəsəbələrinin ərazisində
yanğına qarşı mövcud su hovuzunun təmiri,
Qaradağ Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin
yanğından mühafizə bölməsinin tikintisi də Tədbirlər
Planına salınıb.
Artıq
Sahil, Səngəçal və Müşfiqabad qəsəbələrində
Dövlət Yanğından Mühafizə hissəsinin
yanğından mühafizə bölmələrinin
açılışı olub. Çeyildağ və Ələt
qəsəbələrində isə müvafiq qurumların
tikintisi yekunlaşıb. Burada son tamamlama işləri
aparılır. Hazırda Qobustan qəsəbəsindəki
körpələr evi-uşaq bağçasında əsaslı
təmir işləri davam etdirilir. Heydər Əliyev Fondunun təşəbbüsü
ilə rayonun 3 qəsəbəsində yeni uşaq
bağçasının tikintisi nəzərdə tutulub və
artıq 2 qəsəbədə bu işlərə
başlanıb.
2016-cı
ildən Səhiyyə Nazirliyi tərəfindən 23 nömrəli
Birləşmiş Şəhər Xəstəxanasının
ərazisində uşaq poliklinikası üçün yeni
binanın inşası nəzərdə tutulub. Qobustan qəsəbəsindəki
17 nömrəli Birləşmiş Şəhər Xəstəxanası
və Lökbatan qəsəbəsindəki yeni müasir xəstəxana
binalarının inşası isə başa
çatdırılıb və hazırda burada tamamlama işləri
aparılır. Yaxın perspektivdə nəzərdə tutulan
işlərdən biri də məişət
tullantılarının müntəzəm
yığılması, kanalizasiya sisteminin
yaxşılaşdırılması olacaq. Qeyd edək ki, idarəetmənin
plüralizm, şəffaflıq və demokratikliyini təmin
etmək məqsədilə Rayon İcra Hakimiyyəti
başçısı yanında daimi şura fəaliyyət
göstərir.
Göründüyü
kimi, sadalanan uğurlar, göstərilən rəqəmlər
və yaxın perspektivə hesablanan işlər Qaradağ
rayonu İH-nin məqsədyönlü fəaliyyətindən
xəbər verir. Bu inkişafın ərsəyə gəlməsində
isə, şübhəsiz ki, ölkə Prezidentinin,
bütün bölgələrdə olduğu kimi, Qaradağ
rayonuna da xüsusi diqqət ayırmasıdır. Jurnalist
olaraq əminik ki, bu qayğıdan ruhlanan Qaradağ Rİ bizi
yeni nailiyyətlərilə sevindirəcək.
Namiq QULİYEV
Bakı xəbər.-
2014.- 19-20 dekabr.- S.15.