Qaradağ rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər

 

 

Son illər ərzində Bakı şəhərinin ən böyük rayonu olan Qaradağda hərtərəfli inkişaf üçün böyük işlər görülübbu işlər hazırda da uğurla davam etdirilir. Rayonun ərazisi 1080 kv.km, əhalisi isə 130 min nəfərdən çoxdur. Qaradağ rayonu inzibati ərazi vahidi kimi Puta-Şubanı mədəninin kəşfi ilə əlaqədar 1923-cü ildə yaradılıb. Rayonun adı Cənubi Qafqazda ilk dəmir yolu stansiyalarından olan Qaradağ stansiyasının adı ilə bağlıdır.

Hazırda Qaradağ rayonunun inzibati ərazi vahidliyinə 13 yaşayış məntəqəsi daxildir. Rayonun inzibati mərkəzi Lökbatan qəsəbəsidir.

Rayonda 30 təhsil müəssisəsi, 22 uşaq bağçası və körpələr evi, 7 səhiyyə müəssisəsi, 90-dan artıq sənaye müəssisəsi, 8 mədəniyyət evi, 1 muzey, 10 kitabxana, 10 mədəniyyət və istirahət parkı, 1 dövlət qoruğu, 15 mədəniyyət və tarixi abidə var.

Qaradağ rayonunda görülən işlər rayonun iqtisadi gücünün artırılmasında öz ifadəsini tapıb. Elə bu səbəbdəndir ki, Qaradağ rayonunun statistik göstəriciləri kifayət qədər yüksəkdir. Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Elnur Qurbanov deyib ki, ötən doqquz ayın yekunlarına əsasən, rayon üzrə sənaye məhsulunun ümumi həcmi 447,0 milyon manat, nəqliyyat sektorunda xidmətlərin həcmi 8,7 milyon manat olub. Onun sözlərinə görə, sosial-iqtisadi sahələrin inkişafı üçün bütün maliyyə mənbələri hesabına 403,7 milyon manat investisiyadan istifadə edilib. İstifadə olunmuş vəsaitin 312,3 milyon manatı tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub: «İqtisadiyyatın aparıcı sahəsini təşkil edən neft və qaz sənayesi müəssisələrində 430,0 min ton xam neft və 653,3 milyon kubmetr təbii qaz hasil olunub. Rayon üzrə 1,4 milyon ton sement, 97,2 min ton mişar daşı istehsal edilib. Hesabat dövründə rabitə xidmətlərinin həcmi 1,7 milyon manat təşkil edib. Pərakəndə əmtəə dövriyyəsi 1,4 milyard manat, əhaliyə göstərilən pullu xidmətlər isə 84,7 milyon manat olub. Ötən dövr ərzində rayonumuzda orta aylıq əməkhaqqı 765,0 manat olub».

11 qəsəbənin daxil olduğu Qaradağın sürətli inkişafına geniş imkanlar açan amillərdən biri bu rayonun respublikanın əsas nəqliyyat arteriyası üzərində bərqərar olmasıdır. Xəzər hövzəsində ən böyük ticarət limanı olacaq Ələt Beynəlxalq Dəniz Ticarəti Limanının bu rayonda inşası isə rayonu, sözün həqiqi mənasında, nəqliyyat-logistika mərkəzinə çevirib. Bu infrastrukturların tam gücü ilə işləməsinin zamana ehtiyacı olduğuna baxmayaraq, bu ilin üçüncü rübünün yekunlarına görə nəqliyyat sektorunda xidmətlərin həcmi 8,7 milyon manata çatıb.

Əlbəttə, rayonun inkişafını təkcə sənaye məhsulu istehsalının sürətli artımı müəyyənləşdirmir. Yeni tikilən istehsal gücü ilə rayonun iqtisadi potensialını artıran sənaye nəhəngləri ilə paralel olaraq Qaradağın sosial-məişət infrastrukturu da yenidən qurulur o, yaxın bir neçə onilliklərə qaradağlıların ehtiyaclarının ödənilməsinə hesablanır. Bu işlərə qapı açan isə Azərbaycan Prezidentinin təşəbbüsü iştirakı ilə işlənib hazırlanan artıq uğurla həyata keçirilən 2006-2007-ci 2011-2013-cü illəri əhatə edən Bakı şəhərinin onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair iki Dövlət Proqramı olub. Dövlətimizin başçısı çıxışlarında bu proqramların reallaşmasında Bakının meqapolisə çevrilməsinin prioritet məqsəd olduğunu vurğulayraq, bunu kompleks şəkildə həyata keçirməyi vacib hesab edir. Yəni tək Bakı deyil, ətraf rayon qəsəbələr bu məqsədlərə uyğun inkişaf etdirilməlidir. Məsələn, irəli sürülən layihələrdə paytaxtın əsas sənaye müəssisələrini Qaradağ rayonuna köçürməklə, buranın sosial-iqtisadi mənzərəsinin, ümumi görkəminin, əhalisinin yaşayış səviyyəsinin ən müasir standartlara cavab verməsi vəzifə olaraq qarşıya qoyulur.

Ölkə Prezidenti İlham Əliyev dəfələrlə bildirib ki, Qaradağ rayonu Azərbaycanın ikinci sənaye mərkəzi olmalıdır. Çünki ərazisində 100-dən artıq sənaye müəssisəsinin fəalyyət göstərməsi Qaradağ rayonunun ölkəmizin sənaye potensialının inkişafındakı rolunu ilbəil artırmaqdadır. İqtisadi sənaye inkişafı sürətlə gedən bu rayon Azərbaycanın güclü sənaye mərkəzinə əhalinin məskunlaşması regionuna çevrilməkdədir. İstehsal gücü 300 meqavata bərabər olan modul tipli Səngəçal elektrik stansiyasının tikilərək istifadəyə verilməsi əlavə elektrik enerjisinə tələbatı ödədiyindən, Qaradağda yaradılan müəssisələr tikilməkdə olan zavodlar bu rayonun iqtisadi gücünü artırır yeni yerləri açılır. Məsələn, 2013-cü ildə Buta qəsəbəsində tikintisi başa çatdırılmış Metanol zavodu ölkəmizdə, eləcə Cənubi Qafqazda ən nəhəng özəl müəssisələrdən biri sayılır. Yaxud dünyanın ən böyük inteqrasiya edilmiş neft qaz emalı terminallarından Azərbaycanın neft qaz sənayesində həyati əhəmiyyətə malik obyektlərindən biri sayılan Səngəçal terminalının Qaradağda yerləşməsi bu rayonun beynəlxalq statusunu, enerji resurslarının saxlanmasında, ötürülməsində nəqlində, həmçinin ölkə iqtisadiyyatının perspektiv inkişafında xüsusi çəkisini ölkəmizin beynəlxalq iqtisadi əlaqələrində rolunu daha da artırır. «Bakı-Tiflis-Ceyhan» boru kəməri üçün çox mühüm rol oynayan bu terminala işə götürülmüş şəxslərin təxminən yarısının Səngəçala qonşu kəndlərin qəsəbələrin sakinlərinin olması Qaradağın sosial-iqtisadi inkişafının əhalinin rifah halının yüksəldilməsinin bariz nümunəsidir.

ARDNŞ-in Qaz Emalı Zavodu da Qaradağın sosial-iqtisadi həyatında həlledici rol oynayır. Azərbaycanda 12 milyard kubmetrə qədər qaz istehsal olunduğundan, həmin zavod ölkəmizin ehtiyacını ödəmir. Ona görə bu həcmdə qazın təmizlənməsi, emalı çatdırılması üçün Prezident İlham Əliyevin göstərişi ilə Qaradağda yeni neft-qaz emalı neft-kimya kompleksinin tikilməsi nəzərdə tutulub. Həmin zavodların tikintisi yaxın illərdə başa çatdırılacaq. Qaradağ rayon əhalisinin əksəriyyəti bu zavodlarda yeni texnologiyalarla çalışacaq.

2010-cu ildə Ələt qəsəbəsində təməlqoyma mərasimi keçirilmiş və inşası davam etdirilən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksinin fəaliyyətə başlaması nəticəsində 3 mindən artıq vətəndaş işlə təmin olunacaq. Xüsusilə Ələt qəsəbəsində yaşayan vətəndaşlar orada işləyəcəklərindən, Qaradağda bir sıra sosial məsələlər həll olunacaq. Apardığımız araşdırma nəticəsində həmçinin müəyyən etdik ki, rayon ərazisində olan yollara və məhəllədaxili həyətlərə ötən doqquz ay ərzində 51 min kv.m. asfalt döşənib. Eyni zamanda, yararsız vəziyyətdə olan küçələrə 42 min kubmetr çınqıl və daş qırıntıları tökülərək yayılıb, 11 min 224 p/metr beton bordür qoyulub, 4200 p/m səki mişar daşı ilə hörülüb, 15 min 500 kv.metr tamet döşənib. İşlərin davamı olaraq Qobustan qəsəbəsində yerüstü keçid inşa edilib və əhalinin istifadəsinə verilib. Qeyd edilənlərdən başqa, rayonda ekoloji sabitliyin qorunması, ətrafda olan göllərin qurudulması müvafiq Dövlət Proqramı əsasında həyata keçirilməkdədir. Lökbatan qəsəbəsinin inzibati ərazisində yer ayrılıb və «Hidrolotos» Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən təmizləyici gücü sutkada 200 min kubmetr olan qurğunun tikinti işləri davam etdirilir.

«2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı»na əsasən, əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə rayonun qəsəbələrində sel sularının qarşısının alınması üçün kanalların çəkilməsi nəzərdə tutulub. Bundan əlavə, baş verə biləcək fövqəladə halların qarşısının alınması zamanı operativ tədbirlərin həyata keçirilməsi məqsədilə Səngəçal qəsəbəsində yanğına qarşı yeni su hovuzunun tikintisi, Lökbatan, SahilQobustan qəsəbələrinin ərazisində mövcud olan yanğına qarşı su hovuzunun təmiri, Qaradağ Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğından mühafizə bölməsinin tikintisi də Tədbirlər Planına salınıb.

Təbii ki, Bakının ən böyük rayonunun inkişafı ilə yanaşı, bəzi problemləri də mövcuddur.

Qaradağın müxtəlif yaşayış massivlərində sakinlərin tez-tez şikayət etdiyi problem kommunal xidmətlərin keyfiyyəti ilə bağlıdır. Əhalinin əziyyət çəkdiyi problemlərdən biridaxili yollarla bağlıdır. Bəzi qəsəbələrin daxili yollarının təmirə ehtiyacı var. Kommunal xətlər yenilənərkən qazılan küçələr sonradan keyfiyyətli təmir olunmur. Bu da qısa müddətdən sonra çökmələrə gətirib çıxarır. Lokbatan qəsəbəsində yaşayan Həsən Səfərəliyev deyir ki, iki il əvvəl kanalizasiya şəbəkəsi yenilənərkən küçə yararsız hala salınıb: «Tələm-tələsik qazdıqları yeri torpaqladılar. Üstündən də asfalt tökdülər. Bir ay keçmədi ki, dəhşətli mənzərə yarandı. Yağmurlu havalarda həmin küçələrdən keçmək çətin olur. Bu problemə bir əncam çəkilməlidir».

Payız-qış aylarında yolların problemi daha qabarıq nəzərə çarpır. Çünki asfalt örtüyü dəyişdirilərkən bəzi hallarda kanalizasiya sistemləri sıradan çıxarılır. Yaxud əsaslı təmir zamanı podratçı şirkət yağış sularının hara axacağını nəzərə almır. Nəticədə yağışlı günlərdə küçə və prospektlərdə xoşagəlməz mənzərələr yaranır.

Sonda bu nəticəyə gəlirik ki, Qaradağ rayonu, sözün əsl mənasında, birgə səylərlə yenidən qurulur, abadlaşdırılır, gözəlləşdirilir. Bu isə hamının bu rayona yüksək mədəni meyarlarla yanaşmasını, abadlığı qorumasını, təmizliyi gözləməsini tələb edir.

Bakı şəhərinin və ətraf qəsəbələrin inkişafına dair yeni Dövlət Proqramında Qaradağ rayonu üzrə həlli vacib məsələlər öz əksini tapıb.

Bu mühüm sənədə rayonun xidmət sahələri, sahibkarlığın, turizm və idmanın inkişafı, təhsil, səhiyyə və mədəniyyət obyektlərinin təmir və tikintisi, ekologiya, eləcə də sakinlərin sosial problemlərinin həllinə dair bəndlər daxil edilib. Bütövlükdə isə, Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin ardıcıl həyata keçirilməsi Qaradağ rayonunun sosial-iqtisadi mənzərəsini bir qədər də zənginləşdirəcək, sakinləri yüksək həyat standartlarına qovuşduracaq.

 

Məhəmmədəli QƏRİBLİ

Məqalə Qaradağ Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim olunur.

Bakı xəbər.- 2014.- 25 dekabr.- S.15.