Son vaxtlar Azərbaycanda
bel ağrılarının artımı
müşahidə edilir
Vaqif Verdiyev: "Bel
ağrılarının səbəbi odur ki, urbanizasiyaya
uğramış böyük şəhərlərin əhalisi,
xüsusən imkanlılar..."
"Bel ağrılarının yaranmasında kompyuterin təsiri daha
yüksəkdir"
Son illər Azərbaycanda bel ağrılarından şikayətlənənlərin sayı artıb. Bununla bağlı ölkə vətəndaşları arasında müxtəlif fikirlər səslənir. Bel ağrılarının artması müxtəlif faktorlarla əlaqələndirilir. Bəziləri bunu ekoloji amillərlə, digərləri isə oturaq rejimlə əlaqələndirir.
Əhali arasında artan bel ağrılarının başlıca səbəbləri nədir?
Professor
Vaqif Verdiyev hesab edir ki,
bunun bir sıra səbəbləri
var: "Uşaq ana bətnində inkişaf
edərkən əlavə fəqərələr, yarım fəqərələr,
digər qüsurlar yarana,
qabırğaların sayı dəyişib normaldan
fərqli ola bilər. Onurğa
əyrilikləri içərisində neyrogen
deformasiyalar xüsusi qeyd edilməlidir. Sinir
sistemində xəstəliyi olan
insanların əzələ sistemində balansın
pozulması onurğa əyriliklərinə
gətirib çıxarır. Neyrofibromatoz
nəticəsində skolioz əmələ
gələ bilər. Uşaqlıqda əmələ gələn
skoliozun müalicəsi də bu dövrdə başlamalıdır. Bel ağrılarının səbəbi odur ki, urbanizasiyaya
uğramış böyük şəhərlərin
əhalisi, xüsusən imkanlılar hər gün
işə maşınla gedir, evə liftlə
qalxır, fiziki işlə, idmanla məşğul olmur.
Geni dəyişilmiş keyfiyyətsiz, tərkibində
ziyanlı maddələr, konservantlar olan qidalardan istifadə edirik. Bütün dünyada məhsuldarlıq artsın deyə
gübrələr, nitratlar, nitridlər tətbiq
olunur. Bu da insan orqanizminə və
onun sümük-oynaq
sisteminə, həmçinin onurğaya öz mənfi təsirini göstərir.
Onurğanın degenerativ dəyişiklikləri əsasən insanın həyat tərzi ilə bağlıdır. Daimi hərəkət, idmanla məşğuliyyət belə fəsadların qarşısını alır. Ən faydalı müalicə üzgüçülükdür. Üzgüçülüyün üstün cəhəti odur ki, suda batmamaq üçün bədənin hər iki tərəfi eyni qaydada hərəkətə gətirilir, əzələ sistemindəki balans bərpa olunur. Su insan orqanizminin ağırlığını öz üzərinə götürür, onurğaya heç bir yük düşmür və əzələlər də hər iki tərəfdə eyni rejimdə çalışır.
Kompyuterin təsiri isə daha yüksəkdir. Çox vaxt kompyuterdə çalışarkən qaməti tənzimləmək yaddan çıxır. Göz yorulur, müvazinət pozulur, bel, boyun, döş fəqərələri əlverişsiz vəziyyətdə qalır. Uzun müddət kompyuter arxasında oturanlar bütün onurğanı gücə salır, yükləyir".
Vidadi ORDAHALLI
Bakı xəbər. - 2014.- 4 fevral.- S.14.