Dövlət büdcəsindən maliyyələşdirilən layihələrin
gənclərin milli şüuruna təsiri...
Gənclər hər zaman öz yenilikləri,
maraqlı fikirlərilə diqqəti cəlb edir.
Gəncliyin enerjisindən doğulan
yüzlərlə nümunənin reallığa çevirilməsi
üçün böyük
dəstəyə ehtiyacı olur. Azərbaycanda bir müddət əvvələ
qədər gənc istedadların, gənc ictimaiyyətçilərin
həyata keçirmək istədiyi ideyalar
maliyyə çətinliyinin yaratdığı problemlər
üzündən ya kağız üzərində
qalırdı, ya da
alayarımçıq şəkildə reallığa
çevirilə bilirdi.
Ancaq bu gün şərait tamam başqa cürdür. Demək
olar ki, gənclərin
fərdi və qrup şəklində həyata
keçirmək istədiyi sağlam
istiqamətli layihələr maneəsiz üzə
çıxa bilir. Bu gün Azərbaycanda Azərbaycan
Respublikasının Prezidenti Yanında Gənclər
Fondu fəaliyyət göstərir. Əlbəttə, gənclərə
dayaq olmaq, onların qolundan tutmaq çox böyük bir işdir. Sosioloqlar bildirir ki, Azərbaycanda belə bir
təşkilatın işlək olması gənclərin milli mənlik şüuruna
və vətənpərvərlik tərbiyəsinə xeyir verir. Sosioloq Təranə
Musalının dediyinə görə, vaxt
olub ki, bəzi Azərbaycan
gəncləri öz layihələrini
hansısa xarici qurumların
ayırdığı maliyyə, qrant
vasitəsilə həyata keçirib, bu da o
gənclərin əxlaqına, mənəviyyatına zərər
vurub, onların vətənpərvərlik
tərbiyəsinin zəifləməsinə səbəb olub. Bu gənclərin o təşkilatların təsirinə düşüb milli
düşüncədən uzaqlaşmaq mövqeyi tutduqlarını xatırladan
T.Musalı bildirdi ki,
belələrində heç zaman milli şüur
işığı olmayıb.
T.Musalının bildirdiyinə
görə, respublikamızda Azərbaycan Respublikası Gənclər
və İdman Nazirliyinin, Mədəniyyət və Turizm
Nazirliyinin, eləcə də Azərbaycan Respublikasının
Prezidenti Yanında Gənclər Fondu gənclərin əməlli-başlı
dayağına çevriliblər. Bu
gün xüsusi layihələr
təqdim etməklə gənclər həm təşkilat, həm
də fərdi qaydada Gənclər Fondundan qrant ala bilirlər. Yəni layihələri Fondun keçirdiyi
müsabiqədə qalib gələrək
həyata vəsiqə alır. T.Musalı dedi
ki, Azərbaycan Gənclər Fondunun yaradılması gənclərin fəaliyyətinə
böyük stimul verir. Onun sözlərinə
görə, Azərbaycan Respublikasının Prezidenti
yanında Gənclər Fondu Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin 19 dekabr
2011-ci il tarixli 542
nömrəli fərmanı ilə təsis olunub.
Gənclər Fondu gənclər siyasəti
ilə bağlı elm, təhsil, mədəniyyət
və digər sosial sahələrə
yönəlmiş fəaliyyətlərin
stimullaşdırılmasını təmin edən qurumdur: "Gənclər Fondu Azərbaycan Respublikasının Prezidenti yanında fəaliyyət göstərir,
Gənclər Fondu Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin 7 iyul
2011-ci il tarixli Sərəncamı
ilə təsdiq olunmuş "Azərbaycan
gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının
həyata keçirilməsi üzrə Tədbirlər
Planın 6.1.4-cü bəndinə əsasən
yaradılıbdır. Gənclər Fondunun
yaradılmasında məqsəd odur ki, gənclər cəmiyyətdə öz yerini tapa bilsin. Gənclər
siyasəti ilə bağlı elm, təhsil,
mədəniyyət və digər sosial
sahələrə yönəlmiş ictimai
və sosial əhəmiyyətli, o cümlədən beynəlxalq səviyyədə
həyata keçirilən layihə və proqramları qrant şəklində məqsədli maliyyələşdirmək,
həmin sahədə konfrans,
seminar, festival, olimpiada və digər tədbirlərin təşkili
üzrə layihələri dəstəkləmək, maddi-texniki bazanın gücləndirilməsinə
və müasir tələblərə
uyğunlaşdırılmasına yardım etmək Fondun əsas məqsədidir. Gənclər Fondu gənclərin,
gənclər təşkilatlarının, eləcə də
yerlərdə gənclər siyasətini həyata keçirən
dövlət və yerli
özünüidarəetmə qurumlarının elmi-tətbiqi,
sosial əhəmiyyətli və idarəetmə
sahəsindəki innovativ ideyalarını
dəstəkləyir, dövlətin və cəmiyyətin
inkişafında gənc nəslin təşəbbüskarlığını
və iştirakını artırır, ideyaların
yaradılması və idarəedilməsində
bacarığını stimullaşdırır".
Gənclər
Fondunun fəaliyyətini yaxından izlədiyini deyən
ekspert bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti
yanında Gənclər Fondu, Azərbaycan Respublikasının
Gənclər və İdman Nazirliyi, Azərbaycan Tələbələr
Birliyi və Gənclər ğzğn Təhsil Mərkəzinin
birgə təşkilatçılığı ilə 10
fevral 2014-cü il tarixində, Bakıda "Erasmus+"
proqramının təqdimatı keçirilibdir. Bu
proqramın gənclər ğzğn əhəmiyyətini
qeyd edən sosioloq dedi ki, "Erasmus+" proqramının təqdimatı mərasimə
Avropa Komissiyasının Təhsil, Audiovizual və Mədəniyyət üzrə
İcraçı Agentliyinin gənclər
sahəsində eksperti Maksymilian
Fras aparıcılıq edib.
Azərbaycan gənclərinin fəaliyyətində
mühüm rol oynayan bu proqramın əhəmiyyətindən
danışan ekspertin sözlərinə
görə, bu tədbirdə Avropa Komissiyasının 2014-2020-ci illəri əhatə
edəcək "Erasmus+"
proqramının fəaliyyət istiqamətləri, mümkün layihə perspektivləri və Azərbaycan
gənclər təşkilatlarının proqram
çərçivəsində əldə edə biləcəyi
imkanlar barədə ətraflı məlumat
verilib: " Həmçinin,
tədbirdə Azərbaycan gənclər təşkilatları
ilə əlaqələrin yaradılması və gələcəkdə
müxtəlif birgə layihələrin icrasını
müzakirə edə bilmək üçün
təqdimatda İtaliya, Hollandiya,
Litva, Ukrayna, Gürcüstan, Türkiyə kimi
ölkələrdən ən aktiv gənclər
təşkilatlarının rəhbərləri də qonaq qismində iştirak
ediblər".
Qeyd
edək ki, təqdimatda açılış nitqi ilə
çıxış edən Gənclər Fondunun
icraçı direktoru Fərhad Hacıyev proqramın əhəmiyyətini
önə çəkərək bildirib ki, təxminən 10
il öncə Azərbaycandan olan gənclər təşkilatları
Avropaya inteqrasiya etmək üçün məhz Avropanın
özündən dəstək almağa
çalışırdısa, bu gün artıq onlar Azərbaycanda
öz imkanları haqqında məlumat verirlər: "Təbii
ki, bu, gənclər siyasəti sahəsində olan uğurlu
inkişafdan və əməkdaşlıqdan xəbər
verir. Biz çox
istəyirik ki, gənclərimiz ölkəmizi
əhatə edən bütün sahələrdə
aktiv olsunlar. Bu ildən fond tərəfindən
gənclər təşkilatları üçün
struktur qrantları üzrə müsabiqə
elan olunur. Burada əsas şərt isə həmin təşkilatın
heç olmasa həyata
keçirilmiş 1 beynəlxalq layihəsinin
olmasıdır".
Bundan başqa, Azərbaycan Respublikasının Prezidenti
yanında Gənclər Fondunun icraçı direktoru, 2015-ci
ildə Bakı şəhərində keçiriləcək
Avropa Oyunlarının Təşkilat Komitəsinin üzvü
Fərhad Hacıyev bildirib ki, qısa müddətdə fəaliyyətə
başlamasına baxmayaraq, Gənclər Fondu gənclər
arasında kifayət qədər tanınıb: "Yüzlərlə gənc və
gənclər təşkilatları müxtəlif ideyalarla, təkliflərlə
fonda müraciət edib və dəstək alıblar. Hazırda
fond tərəfindən elan
olunmuş 3-cü qrant
müsabiqəsi icra olunur
və 4-cü qrant müsabiqəsində qalib olmuş layihələr
start götürür.
Maliyyə dəstəyi göstərilən layihələrlə
yanaşı, fond tərəfindən də
onlarla layihə və tədbir
reallaşdırılıb". O qeyd edib ki, müsabiqələr
zamanı xüsusilə regionlardan olan gənclərin aktivliyi
və yeni təşəbbüslərlə
çıxış etməsi sevindirici
haldır: "Prezident İlham Əliyev tərəfindən
imzalanmış "Azərbaycan gəncliyi: 2011-2015-ci illərdə"
Dövlət Proqramına əsasən, regionlarda
gənclər evlərinin, gənclər mərkəzlərinin
yaradılması, region gəncləri üçün intellektual
klubların təsis olunması, region gənclərinin
inkişafına yönəlmiş bir sıra
layihələrin həyata keçirilməsi bir
daha dövlətin gənclərə olan diqqət və qayğısının
nümunəsidir".
\
Onun sözlərinə görə, bu günə qədər
4 qrant müsabiqəsi üzrə fonda gənclərdən və
gənclər təşkilatından 1507 müraciət daxil
olub və onlardan 1021-i maliyyələşdirilib. Fondun icraçı-direktoru qeyd
edib ki, müsabiqələr
yerli, beynəlxalq, fərdi, səfər
qrantları və təşkilati inkişaf
layihələri olmaqla 5 kateqoriya
üzrə keçirilib":Müsabiqələrdə qalib olmuş və icra edilmiş layihələr
Azərbaycanın bütün bölgələrini
əhatə edib. Qrant
müsabiqələri ilə yanaşı, gənclər il boyu fondun
səfər qrantı kateqoriyasına müraciət edərək
xarici ölkələrdə keçirilən
təlimlərə, seminarlara, tədbirlərə
qatılmaq imkanı əldə edə bilirlər".
Bəllidir ki, Azərbaycan Gənclər
Fondunun ayırdığı maliyyə çərçivəsində
respublika ərazisində həm gənclər təşkilatları,
həm də fərdi qaydada çoxlu sayda layihələr, təlim
və treninqlər həyata keçirilib. Gənclərin
həyatında özəl yeri olan bu tədbirlər
onların dövlətə, vətənə
bağlanmasında əsaslı rol
oynayır.
Gənclər
Fondunun dəstəyilə həyata keçirilən layihələr
sırasında "İctimai Həyatda Gənclərə Dəstək"
İctimai Birliyinin "Həyatımızı sağlam
keçirək" layihəsi də var. Artıq layihənin
icrası həyata keçirilib. Layihənin
məqsədi Azərbaycanın regionlarında (Qazax, Ağstafa
rayonları) insanlara sağlam
həyat tərzi aşılamaqdır. Narkotiklərdən
necə uzaq olmaq, AİDS-in yayılmasına qarşı
qabaqlayıcı və profilaktik tədbirlərin
həyata keçirilməsi yollarını öyrənmək,
mənəvi-əxlaqi tərbiyənin yüksəldilməsini
aşılamaq, sağlam yaşamaq
üçün dəyərli məlumatlar
vermək layihənin məqsəd və vəzifələrinə
daxildir.
İctimai Birliyin sədri Vüqar
Süleymanlının verdiyi məlumata görə, layihə
çərçivəsində Qazax və Ağstafa
rayonlarında Gənclər Fondunun əməkdaşı Emil
Yusifovun iştirakı ilə təlimlər olub. Təlimlərə
rayon gəncləri, orta
məktəb şagirdləri, yerli icra strukturlarının nümayəndələri
qatılıb.
Gənclər
Fondunun maliyyə dəstəyilə Müasir Gənclərin
İnkişafına Dəstək" İctimai Birliyi "Mənim
ictimai məsuliyyətim" adlı inşa müsabiqəsi
elan edib. Müsabiqə Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyələşdirdiyi "Təşəbbüskar
və Kreativ gənclik" layihəsi
çərçivəsində həyata keçirilir.
Müsabiqə müəyyən edilmiş
mövzu əsasında gənclərin
yaradıcı düşüncələrini ifadə etmək,
bununla da öz fikirlərini və mesajlarını cəmiyyətə
çatdırmaq məqsədilə təşkil olunub.
Həyata keçirilən bütün layihələrin bir məqsədi var - Azərbaycan gənliyində milli mənlik şüurunu inkişaf etdirmək, gənc nəslin vətənpərvərlik tərbiyəsinin formalaşmasında rol oynamaqdır. Bilirik ki, gənclərin bu layihələrdə iştirakı, bura qatılmaları onlara böyük fayda verir. Onlar bu layihələrə qatılmaqla özlərini ifadə etməklə yanaşı, həm də bir vətənpərvər, milli uğura sahib olan gənc kimi özlərini təsdiq edə bilirlər.
İradə SARIYEVA
Bakı xəbər.-2014.-17
fevral.-S.12.