Zeytun sağlamlıq deməkdir
"Zeytun ağacı - mübarək bir ağac, nə
yaxşı fırçadır.
O
ağzı xoşiyli edir, dişlərin dibindəki
daşları təmizləyir.
Zeytun həm
mənim, məndən qabaqkı peyğəmbərlərin
fırçasıdır
Məhəmməd
Peyğəmbər (səs)
Zeytun - (Olca Eurorasa)
zeytun ağacının meyvəsidir. Belə
güman olunur ki, onun vətəni Cənubi Qafqaz
dağlarıdır, sonradan isə Aralıq dənizi sahillərinə
yayılıb. Zeytun ağacı
"Oleacha" ailəsinə aiddir. Ən
çox zeytun istehsal olunan ölkələr - İtaliya,
İspaniya və Yunanıstandır. Zeytunu Aralıq dənizinin
digər ölkələri də az miqdarda
istehsal edirlər. İtaliyada zeytunun 400-ə
yaxın növü var.
Onlar əsasən
iki yerə bölünür: zeytun yağı istehsalı
üçün lazım olan növlər və zeytunu
bütövlükdə istifadə etmək üçün
becərilən növlər. Zeytun
dünyanın subtropik ölkələrində çox qədimdən
becərilən qiymətli bitkidir. O hələ
eramızdan 2500 il əvvəl qədim
misirlilər tərəfindən becərilib.
Zeytun həyati
formasına görə 10 metr hündürlükdədir və
ya 1-3 metr hündürlükdə olan kol bitkisidir. Zeytun quraqlığa davamlı ağacdır və
18 dərəcəyə qədər qısamüddətli
soyuğa dözür. Zeytun ağacları adətən
200-300 il yaşayırlar. Yaşı
200 çatan ağaclara tez-tez təsadüf olunur. Lakin məhsuldarlıq başdan asılı olaraq
getdikcə aşağı düşür. Yarpaqları tam hamar, neştərşəkilli olub,
2-3 ildən bir tökülür. Çiçəkləri
monomorfurdur, süpürgə çiçək qrupunda
toplanır. Kasa yarpaqları ağ, bəzən
yaşılımtıldır. Meyvəsi
oktyabr-noyabr aylarında yetişir.
Zeytunun meyvələrindən
ətriyyat və ədviyyat kimi istifadə edilir. Azərbaycanda da zeytun yetişdirilir. Dərmanlarda
isə zeytunun yarpaqlarından yağ kimi
istifadə edilir.
Tərkibi: Zeytun yağının tərkibində
olein, linol, palmitin, stearin turşuları var. Meyvələrinin
tərkibində 50%-ə qədər yağ,
30% faiz su var. Birinci dərəcəli bal verən bitkidir. Tətbiqi: Zeytun qan təzyiqini
aşağı salır. Bundan başqa,
yağından həm öd qovucu vasitə kimi, həm də zəif
işlədici kimi istifadə olunur. Güclü öd
ifrazına nail olmaq, öd daşlarını orqanizmdən kənarlaşdırmaq
və mədə-bağırsağın müxtəlif xəstəliklərini
müalicə etmək üçün bir neçə
gün səhər acqarına hər dəfə 60 ml zeytun
yağı qəbul etmək olar. Zeytunun əzilib
sıxılması və qara su adlanan hissəsinin
ayrılması nəticəsində zeytun yağı əldə
olunur. Bu proses fiziki üsullarla aparılır və
burada heç bir kimyəvi metoddan istifadə edilmir. Zeytun yağının bir neçə növü
var. Bunlardan biri təbii zeytun yağıdır ki, çiy
halda yeyilə bilir və çox keyfiyyətlidir. Bundan daha çox salat və souslarda istifadə
olunur. Yağ istehsalı üçün
lazım olan zeytunlar daha xırda olur, onların tərkibində
çoxlu ipidlər olur. Yeməli zeytunlar isə iri olur
və onların yağı daha az olur. "Zeytun
yağını bədəninizə çəkin, ondan
yavanlıq kimi istifadə edin. O, yaxşı
insanların yağı, seçmə insanların
cavanlığıdır. Zeytun iki dəfə
müqəddəsliklə təmas qurub, həm təzə
çıxan vaxtı, həm də sovulanda mübarəkdir.
Zeytun (istifadə) olan yerdə heç bir xəstəlik
insanı yaxalamaz İmam Əli(ə)
"Qurani Kərim"də də bu qiymətli bitkinin
adı çəkilir.
Zeytun bitkisi latın
dilində "Olea", rus dilində "maslina"
adlanır. Zeytun meyvələrinin tərkibində 44,8% - 72,4% yağ, müxtəlif şəkərlər,
zülallar, mineral duzlar, vitaminlər və s. var.
Zeytunun tərkibində olan bioloji
aktiv maddələr: zülallar, lipidlər, karbohidratlar,
sellüoza, şəkər və kül. Mineral duzlar: kalsium, dəmir,
maqnezium, fosfor, natrium, sink, mis, selen.
Vitaminlər: B1, B2, B3, B5, B6, provitamin A (beta-karotin), E və
K Yağ turşuları: az doymuş və doymamış turşular Zeytun meyvələri emal
edilmiş halda (şorabaya qoyulmuş) yaxşı desert hesab
olunur. Müalicə vasitəsi kimi zeytun meyvələrindən
və yarpaqlarından istifadə olunur. Zeytun meyvələrindən
alınmış yağ böyrəklərin
fəaliyyətinə, həzm orqanlarının işinə
yaxşı təsir göstərir. Zeytun
yağı ödqovucu, sidikqovucu, yumşaldıcı,
antisklerotik xüsusiyyətə malikdir. Zeytun yağı
mədə və onikibarmaq bağırsağın xorası,
qəbizlik, babasil, mədə və bağırsağın
selikli qişasının soyuqlaması, mayelərlə zəhərlənmələr
zamanı ağız boşluğunda, udlaqda və mədədə
selikli qişanın yanığı, həmçinin arı
sancması, müxtəlif həşəratların dərinin
zədələməsi zamanı sürtkü yağı kimi
istifadə olunur. Yarpaqlardan hazırlanmış
çövhər və həlim arterial təzyiqi
aşağı salır, şişmələr zamanı
sidikqovucu kimi təsir edir, həmçinin ateroskleroz və
piylənmə zamanı profilaktik və müalicə vasitəsi
hesab edilir. Bir sözlə:
1. Zeytun və
zeytun ağacı bağırsaq və mədə xəstəliklərinin
profilaktikasında və müalicəsində əvəzsizdir.
2. Zeytun
yağı öd qovucu xüsusiyyətə malikdir və
öd kisəsində olan daşları əridə bilir.
3. Zeytunun
tərkibində yağ turşuları var
ki, onlar qanda xolesterinin faizini aşağı salır.
4. Zeytunun
tərkibindəki vitaminlər hüceyrələri təzələmək
bacarığına malikdir. Bu, orqanizmin tez
qocalmasının qarşısını almaq
üçün çox yararlıdır.
5. Zeytun yağı digər bitki
yağlarına nisbətən daha tez həzm olunur.
6. Uşaqlara zeytun yemək çox
xeyirdir, zeytun yağının tərkibindəki yağ turşuları ana südünün tərkibindəki
yağlarla eynilik təşkil edir.
7. Zeytun polifenol maddələrlə
çox zəngindir, bu da damarlarda trombların əmələ
gəlməsinin qarşısını alır.
8. Zeytun yağında E, A, D və K
vitaminləri var ki, bu da sümük toxumalarında kalsiumun
toplanmasına kömək edir və onun tükənməsinin
və osteoparozun inkişafının qarşısı
alınır. Bəs
bu yağın orqanizm üçün başqa hansı
faydası var? Birinci, zeytun yağı
ürək-damar xəstəliklərin profilaktikasında əla
təbii vasitədir. Onun tərkibində kompleks vitaminlər
və doymamış yağ
turşuları var ki, qanda xolesterinin səviyyəsini
azaldır. İkinci, E vitamini və digər
antioksidantlar orqanizmin qocalmasını ləngidir.
Üçüncü, yağ mədə
və onikibarmaq bağırsaqların, mədəaltı vəzin
və qara ciyərin fəaliyyətini
yaxşılaşdırır. Zeytun yağı
hətta bir neçə dəfə emal prosesindən
keçdikdən sonra da onun tərkibində kanserogen maddələr
yaranmır. Dördüncüsü, o,
işlədici vasitədir. Acqarına bir
qurtum zeytun yağı içməklə qəbizliyi aradan
qaldırmaq mümkündür. Beşincisi,
"Afinanın hədiyyəsi" ödqovucu təsirə
malikdir. Zeytun yağı barədə ilk
elmi işlər 1889-cu ildə Fransada yaranıb. Hələ o zamanlar elmi məlumatlarda qeyd olunurdu ki,
zeytun yağı mədə şirəsinin ifrazını
azaldır. Yarım əsr sonra, 1938-ci ildə
dərc olunan digər elmi məqalədə isə zeytun
yağının öd kisəsini təmizləməsi barədə
məlumat verilir. Həkimlər onun
miqdarını ehtiyatla, yəni 1 damcıdan təqribən qəhvə
qaşışığınadək artıraraq 1-2 xörək
qaşığı təyin edirdilər. Amerika alimləri isə
sübut ediblər ki, gün ərzində 1 xörək
qaşığı zeytun yağı qəbul etməklə
süd vəzi xərçəngi risqini 45 faiz azaltmaq
mümkündür. Bir şərtlə
ki, digər yağların qəbulu dayandırılsın.
Dörd il ərzində aparılan təcrübədə
40-76 yaş arası 60 mindən çox adam iştirak
edib. Yunan alimləri
də bu sahədə maraqlı nəticələr əldə
ediblər. Onlar belə qənaətə gəliblər
ki, hər gün 3 xörək qaşıqı zeytun
yağının qəbulu revmatik artrit xəstəliyinə
tutulma risqini 2,5 dəfə azaldır. İbn Sina bu dietik məhsulu
dərmanla müqayisə edib. Təkcə
ona görə yox ki, yaxşı qida elə müalicə deməkdir.
Zeytun yağı yeganə yağdır ki,
orqanizm tərəfindən tam tənzimlənir. "Zeytun
yağıyla duzu yanığa sürtsəniz suluqlamaz" İbn Sina Avropa florasında Azərbaycan
zeytunu növü çoxdan məlumdur. Bu
gün Azərbaycanda - xüsusilə Abşeronda öz keyfiyyətinə
görə əvəzsiz olan zeytunlar yetişir. Azərbaycan zeytununun şöhrəti dünya
ölkələri arasında böyük nüfuza malikdir.
Yeni zeytun bağlarının salınması,
yeni zeytun ağaclarının sortlaşdırılması,
keyfiyyətinin daha da yaxşılaşdırılması,
qorunması, ağacların qırılmasının
qarşısının alınması, onun insan
sağlamlığına müsbət təsirinin öyrənilməsi,
əkilmiş yeni zeytun ağaclarına xüsusi qulluğun təşkili
şərtdir. Bu gün Azərbaycan
artıq zeytun ölkəsinə çevrilib. Dünyanın ən yaxşı zeytun
ağacları ölkəmizdə bitir. Azərbaycan alimləri
bu sahədə ardıcıl iş aparırlar. Artıq Azərbaycanın bütün
regionlarında zeytun ağacları əkilir və onlara
xüsusi qulluq edilir. Meyvələri isə
digər ölkələrin zeytunlarından dadlı və yeməlidir.
Zığ qəsəbəsində salınan zeytun
bağları buna əyani sübutdur. Bu qiymətli bitki
Abşeronun bağlarına, parklarına Bakı şəhərinin
küçələrinə xüsusi zinət verir, onları
yaşıl dona bürüyür. Azərbaycanda yetişdirilən bitkilər
arasında o öz görkəmi ilə də diqqəti cəlb
edir.
Zeytunun istifadəsinə gəldikdə,
qeyd etmək lazımdır ki, meyvələri iki mərhələdə
yığılır: tam yetişməmiş və
yetişmiş. Yetişən meyvələr duza
qoyulur.
Zeytunun
tam yetişmiş meyvələrindən isə tibbdə
istifadə olunur, meyvələrdən əla keyfiyyətli
zeytun yağı alınır ki, bu yağdan da bir sıra dərman
preparatlarının, xüsusi yanıq məlhəmlərinin
və iynə dərmanlarının tərkibində yara
sağaldan, iltihabı aradan qaldıran və ağrıkəsici
dərman kimi geniş istifadə olunur. Əvvəllər
Abşeronda 3 min hektar sahədə zeytun əkilirdi. Amma dünyada elə ölkələr var ki, onlarda
milyonlarla hektar sahədə bu qiymətli bitki becərilir.
İspaniya, İtaliyada 2 milyon hektar, Türkiyədə
bir milyon hektardan çox zeytun sahələri var.
Çox faydası olan və ölkəmizdə də
istehsal olunan zeytun yağı insanlarımız tərəfindən,
təəssüf ki, yetərincə istifadə edilmir. Diləyimiz
daha müasir üsullarla aparılacaq zeytunçuluq fəaliyyəti
ilə ölkəmizdə zeytun və zeytun yağı
istehsalının artırılması və Rəbbimizin bir
neməti olan bu qidanı xalqımızın daha çox
istehlak etməsidir.
Xuraman Məmmədova
Bakı xəbər.-
2014.- 20 fevral.-S.15.