Zeytun ağaclarının qırılmasının qarşısının alınması yönündə təbliğat
Ailədə, məktəbdə və
ictimaiyyətdə maarifləndirici xarakterli təbliğat
aparılmalıdır
Uzun
illər Abşeron zeytun bağları ilə məşhur
olub. Sonralar, xüsusilə
yarımadada Abşeron rayonu
yaradıldıqda zeytun
bağlarının sahəsi sürətlə genişləndirilib,
ötən əsrin 70-ci illərinin əvvəllərində
daha üç
ixtisaslaşdırılmış zeytunçuluq
sovxozu yaradılıb. Bundan
başqa, Bilgəhdə, Maştağada
subtropik bitkilər, Buzovnadakı tərəvəzçilik
sovxozlarında geniş ərazidə zeytun bağları salınıb. 90-cı illərdən
sonra isə, digər istehsal
sahələri kimi, zeytunçuluq
da tənəzzülə
uğrayıb. Belə ki, müstəqillik dövründə torpaqlar özəlləşdirildikdən sonra zeytun
ağaclarının xeyli hissəsi
sıradan çıxarılıb və yerdə qalan bağların məhsuldarlığı da qayğısızlıq ucbatından
aşağı düşüb.
Hazırda 1525 hektar zeytun
bağları sahəsinin 30 faizi
baxımsızlıq ucbatından acınacaqlı vəziyyətdədir.
Zeytunçuluq üzrə ilk təsərrüfat
1949-cu ildə Zığda təşkil edilib. Abşeron Zeytun Sovxozuna məxsus bu bağdan 1955-ci ildə 7 tona
qədər meyvə yığılıb. 1949-1950-ci illərdə
sənaye əsasında zeytunun emalı üçün kiçik
zavod da tikilərək
işə salınıb. Sovxoz dağıldıqdan sonra bu bağın bir hissəsi
Cəmşid Naxçıvanski adına Hərbi Məktəbin
idarəçiliyinə verilib, bir hissəsi məcburi köçkünlər
tərəfindən zəbt olunub, qalan hissəsi isə əmlak payları kimi ayrı-ayrı şəxslər tərəfindən
özəlləşdirilib.
Kənd Təsərrüfatı
Nazirliyinin məlumatına görə, əvvəllər Azərbaycanda
zeytun bağlarının ümumi sahəsi 3 min hektar təşkil
edib. Bunun 2500 hektarı Zığ, Qala, Hövsan və Bilgəh
bağlarında olub, 400-500 hektarı isə
Buzovna, Sumqayıt və Kürdəxanı
tinglik təsərrüfatının ərazisinə
düşüb. Abşerondakı zeytunçuluq sovxozları dağılandan sonra bağların ərazisindən başqa məqsədlər üçün
istifadə edilməyə başlanıb. Məhz bunun nəticəsində zeytun
bağlarının tutduğu ərazi
yarıbayarı azalıb.
Nazirliyin bitkiçilik məhsullarının
istehsalı və emalı şöbəsinin müdir
müavini Rizvan Mustafayevin sözlərinə görə,
hazırda 2000 hektara yaxın zeytun bağları var ki, həmin
bağların hamısı özəlləşdirilib. Zeytun bağlarının bar
verməsi üçün 8 ildən
artıq vaxt lazım olduğundan,
təəssüf ki, bu
sahə investorları bir o
qədər cəlb etmir. "Abşeronda zeytun
bağlarının salınması üçün
müəyyən investisiya
qoyulmalıdır. Bu işə külli miqdarda sərmayə
yatırılmalıdır. Zeytun təkcə
yağ üçün,
habelə turşuya qoyulmuş
halda istifadədən ibarət deyil. Zeytun ağacları
həm də külək erroziyasının qarşısının
alınmasında effektlidir".
Qeyd edək ki, zeytun
ağacını becərməyə və
qayğısına qalmağa ehtiyac yoxdur, baxmayaraq ki, o ən
bahalı bitkilərdən biri hesab edilir. Onu
da qeyd edək ki, yeni əkilmiş zeytun ağaclarına ən azı 2-3 il ərzində müntəzəm qulluq edilməlidir. Bundan sonra isə ağaclara ciddi qulluq göstərməyə
ehtiyac yoxdur. Çünki zeytun
ağacları özünü tutandan sonra, ən sərt
şəraitdə belə, yaşamağa
qadirdir. Qışda temperatur
mənfi 3-4 dərəcədən yuxarı olan
ərazilərdə zeytun kolları əkilə
bilər.
Məlum olduğu kimi, iqlim imkan
verdiyinə görə zeytunçuluq təsərrüfatı
səmərəliliyinə görə ilk olaraq məhz
Abşeronda salınıb. Bunun nəticəsidir
ki, Abşeron
yarımadasında zeytun bağları
getdikcə genişləndirilib və daha sonra zeytunçuluq təsərrüfatı
yaradılıb. Rayonun Bilgəh, Maştağa, Buzovna tərəvəzçilik
təsərrüfatlarındakı ərazilərdə zeytun bağları genişləndirilir. Zeytun ağacından yaşıllıq məqsədilə
də istifadə etmək mümkündür.
Bu mənada Bakı və Sumqayıt şəhərlərinin
küçə və meydanlarında, park
və xiyabanlarında minlərlə zeytun
ağacı əkilib. Nəzərə
almaq lazımdır ki,
zeytun ağacları 200-300 il
yaşayır. Susuzluğa, istiyə kifayət
qədər dözümlüdür. Xüsusi qulluq tələb
etmir. O da var ki, zeytun
hər yerdə bitmir. Abşeronun
iqlim şəraiti də zeytunçuluğun
inkişafı üçün tam uyğundur. Həmişəyaşıl
bitki olan zeytun Abşerona təbii
gözəllik, sərinlik verməklə yanaşı, ondan hazırlanan yağ, şoraba, çoxçeşidli
konservlər də keyfiyyəti ilə seçilir
və əhali tərəfindən yüksək
qarşılanır. Onu da
qeyd edək ki, zeytun meyvələri göy
halda və tam bioloji yetişmə dövründə
yığılır. Qidalılıq dəyəri tam yetişmiş meyvələrdə
daha yüksəkdir, hətta tərkibindəki
yağın miqdarı 65-75 faizə çatır. Yüksək keyfiyyətli göy
zeytun məhsulu emal
etmək üçün meyvələr tünd yaşıl rəngdən
açıq-yaşıl rəngə dönərkən
yığılır ki, bu
da zeytunun
növündən və iqlim şəraitindən
asılı olaraq təxminən
sentyabrın axırı, oktyabr və
noyabrın əvvəllərində həyata keçirilir.
Bir məqamı da xüsusi olaraq
qeyd etməyə dəyər ki, sovet dövründə belə,
zeytunçuluğa ciddi fikir verilib, zeytun sahələri
genişləndirilib. Lakin keçid dövründə müəyyən
obyektiv və subyektiv
səbəblər üzündən vaxtilə Abşeron
təsərrüfatlarında geniş sahəni
əhatə edən zeytun
bağlarının xeyli hissəsi
baxımsızlıq ucbatından məhv olub.
Hətta ağaclar kökündən
çıxarılıb, yeri isə zəbt
edilərək ayrı-ayrı insanlara
satılıb. Sonradan isə yarımadanın nadir neməti
- zeytunun inkişaf
etdirilməsinə, zeytun
bağlarının genişləndirilməsinə
qayğı və diqqət yenidən artmağa
başladı. İş adamları uzun illər istifadəsiz qalmış
torpaqları rekultivasiya edərək əkinə
hazırlayıb, yeni zeytun
bağları saldılar. Artıq Abşeronda
fərdi təsərrüfatlarda, bağ və
həyətyanı sahələrdə zeytun
ağaclarına da üstünlük
verilir.
Zeytun
uzunömürlü və quraqlığa
davamlılığı ilə digər meyvə
ağaclarından fərqlənir, köklər
i
torpağın daha dərin qatlarına nüfuz etdiyindən,
iqlimi quraqlıq keçən bölgələrdə bitir və
uzunömürlü ağacdır. Zeytun
istehsalına görə İspaniya,
Türkiyə, Yunanıstan, İtaliya fərqlənir.
Eyni zamanda,
adıçəkilən məhsul sözügedən ölkələrin
iqtisadiyyatında mühüm rola malikdir. Zeytunun qarası daha çox Türkiyə və Yunanıstanda yetişir. Yaşıl zeytun,
adətən, payız aylarında toplanır. Bu
ağacın bar verməsi üçün
8 ildən artıq müddət lazımdır, yəni bir qədər gec bar verən ağacdır.
Deyildiyi kimi, çoxsaylı xəstəliklərin,
eləcə də yanıq, göz xəstəliklərinin
müalicəsində, həmçinin ətirli ədviyyat
kimi istifadə edilən və dini baxımdan cənnətin
"sülh carçısı" adlandırılan zeytun
Qara dəniz sahillərində, Krımda, Gürcüstanda da
geniş yayılıb. Zeytunçuluğun
inkişafı yüksək gəlir gətirməklə
yanaşı, yaşıllıqların artması, ölkə
ərazisində biomüxtəlifliyin qorunmasında və
havanın oksigenlə zənginləşməsində də əvəzsizdir.
Araşdırmalar göstərir ki, orqanizm üçün
müalicəvi əhəmiyyət daşıyan zeytun plantasiyalarının geniş
yayıldığı ölkələrdə ürək-damar
və xərçəng xəstəliklərinə daha az rast
gəlinir. Bu isə sağlamlıq üçün çox
önəmli məsələdir.
Qeyd etdiyimiz kimi, zeytun
sağlamlığa son dərəcə faydalıdır və
bu səbəbdən də süfrəmizdə
qarğıdalı, günəbaxan yağları ilə
yanaşı, zeytun yağına keyfiyyətinə,
qidalılıq dərəcəsinə görə daha dəyərli
olduğundan, məişətimizdə daha çox
üstünlük veririk və bu baxımdan zeytun süfrəmizdə
öncüllük qazanıb. Məlumat üçün
bildirək ki, ölkəmizdə zeytun yağlarının istehsalı Bakı və
Bakıətrafı ərazilərdəki zeytun
bağlarından zeytun yığmaqla, eləcə
də xaricdən gətirməklə həyata keçirilir.
Bəli,
bu gün zeytunçuluğun inkişafı üçün
yerlərdə, respublikamızın bölgələrində
təbliğat və təşviqat kampaniyaları aparılsa
da, zeytun ağaclarının qırılmasının
qarşısı alınsa da, bu yöndə görülən
tədbirlər yenə də azdır. Çünki təəsssüflər olsun ki, hələ də zeytunla bağlı neqativ hallara rast gəlinir. Bəzən
zeytun ağacından odun
kimi, müxtəlif məqsədlər üçün istifadə edirlər. Hətta
kökündən qoparıb yerində tikinti
işləri aparırlar. Düzdür, son illər zeytunçuluğun
inkişafı ilə bağlı bir
sıra işlər görülür.
Artıq Hövsan ətrafında əvvəlki
illərdə salınmış 200 hektar ərazidəki
zeytun ağaclarının üstünlük
təşkil etdiyi qarışıq əkinlərə
əlavə olaraq 300 hektar
ərazidə də zeytun massivləri
salınıb. Ancaq zeytun
ağaclarının qırılmasının
qarşısını almaq üçün üçün
kompleks tədbirlər görülməlidir.
Bununla bağlı təbliğat
kampaniyası sistemli xarakter
daşımalıdır. İlk əvvəl
təbliğat ailədən başlamalıdır. Yəni ailədə
uşaqlara zeytunun əhəmiyyəti
barədə məlumat verilməli və bu
bitkinin hansı xüsusiyyətlərə
malik olması izah
edilməlidir. Ailədə zeytun barəsində
ilkin təəssürata malik
olan uşaq, heç şübhəsiz ki,
zeytun ağaclarının qorunmasına
biganə qalmayacaq. Mümkün
deyil ki, bunun fərqinə varan uşaq böyüdükdən sonra zeytun
ağaclarını kəssin, yaxud da ağacın kəsilməsinə biganə
qalsın. Daha sonra bu iş məktəbdə
davam etdirilməlidir. Hər
dəfə müəllimlər, xüsusən də təbiət
elmlərini tədris edən müəllimlər şagirdlərə
bu barədə vacib əhəmiyyət
kəsb edən informasiyaları çatdırmalıdır.
İnanın ki, zeytunun
əhəmiyyəti barədə yuxarıda deyilənləri
eşidən şagird heç vaxt ağacı kəsməyə
maraqlı olmaz. Eyni zamanda, o, digərlərini
də bunu etməyə qoymaz.
Ən azından bir vətəndaş olaraq belə halların
qarşısını almağa
çalışacaq. Hədər yerə demirlər ki, hər şey ailədən
və məktəbdən başlayır. Belə olan halda niyə də bu imkanlardan istifadə
olunmasın?!
Bu gün kütləvi informasiya vasitələrinin cəmiyyətdə oynadığı rol heç kəsə sirr deyil. İstər yazılı, istərsə də elektron medianın imkanlarından zeytun ağaclarının qorunmasında maksimum istifadə etmək lazımdır. Bununla bağlı təbliğat xarakterli sosial reklamlara önəm verilməlidir. Belə ki, zeytun ağaclarının qorunmasını özündə ehtiva edən bir neçə səviyyəli reklam çarxının efirə verilməsi sözügedən sahədə müsbət rol oynaya bilər. Bu kimi reklam rolikləri ictimai rəyə təsirsiz olmayacaq. Əsas odur ki, reklam çarxı yüksək peşəkarlıqla hazırlansın və reklamın məqsədini insanlara çatdıra bilsin. Digər tərəfdən, zeytun ağaclarını qorumaq məqsədilə bu işə ictimai və qeyri-hökumət təşkilatlarını cəlb etmək lazımdır. Sözügedən təşkilatlar səviyyəsində maarifləndirici xarakterli tədbirlər mütəmadi olaraq keçirilməli və bu davamlı olmalıdır. Əsasən də zeytun ağaclarının olduğu kənd və qəsəbələrdə sözügedən iş təşkil olunmalıdır. Orada yaşayan sakinlərlə maarifləndirici xarakterli söhbətlər aparılsa, zeytun ağaclarının kəsilməsi əhəmiyyətli dərəcədə azala bilər. Müasir dövrdə maarifləndirmənin əhəmiyyəti böyükdür. Əsas odur ki, buna istək olsun. Görünən odur ki, yuxarıda sadalananlar sistemli və bir-biri ilə əlaqəli şəkildə həyata keçirilsə, həm ölkədə zeytun ağaclarının qırılmasının qarşısını almaq olar, həm də bu sahədə əsaslı inkişafa nail olmaq mümkündür. Qardaş Türkiyənin bu sahədə əldə etdiyi zəngin təcrübədən də istifadə etmək olar.
Vidadi XUDAŞOV
Bakı xəbər.-2014.-25
fevral.-S.11.