Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin
digər beynəlxalq münaqişələrdən fərqli
və oxşar cəhətləri
XX əsrin elan olunmamış müharibələri və onun törətdiyi ağlasığmaz faciələr bəşər tarixində silinməz izlər qoydu. Bu qırğınların, qətliamların qurbanları isə əsasən qocalar, əlillər, xəstələr, qadınlar və körpə uşaqlar oldular. Əsrin müharibə faciəsi doğma yurdumuzdan, Azərbaycandan da yan keçmədi.
Mənfur ermənilərin yurdumuzda, o cümlədən Dağlıq Qarabağda törətmiş olduğu faciələr minlərlə insanın, günahsız körpənin ölümünə səbəb oldu.
Tarix kitablarımızın və ulu keçmişdən xəbər verən daş kitabələrin səhifələrinə yazılmış minlərlə acılı-şirinli xatirələrə nəzər saldıqda görürük ki, bu hadisələrin hər biri zaman-zaman ermənilər tərəfindən törədilib və ya bütün bunların başında erməni lobbisi dayanıb. Xalqımıza qarşı ermənilərin törətdiyi soyqırım siyasətinin dərin tarixi kökləri var. Erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırım və təcavüz siyasəti iki yüz ildən artıq bir dövrü əhatə edir.
«Böyük Ermənistan» və «Dənizdən dənizə dövlət» yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları 1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə genişmiqyaslı qanlı aksiyalar həyata keçirməyə başladılar. Ermənilərin Bakıdan başlayan vəhşilikləri bütün Azərbaycanı və indiki Ermənistanın ərazisindəki Azərbaycan kəndlərini əhatə etdi. Quduzlaşmış ermənilər kəndlərə od vurub yandırır, dinc əhalini qılıncdan keçirir, güllələyir və onlara ağlasığmaz işgəncələr verirdilər. İrəvanda yaşayan yerli azərbaycanlılar öz dədə-baba torpaqlarından çıxmaq məcburiyyətində qaldılar.
1988-ci ilin yanvar ayından başlayaraq isə SSRİ-nin Ali rəhbərliyinin dəstəyinə arxalanan ermənilər Ermənistan SSR də yaşayan azərbaycanlılara ağır və dözülməz işgəncələr verərək tarixi torpaqlarından deportasiya etdilər. Dördüncü dəfə idi ki, onlar öz ata-baba torpaqlarından didərgin düşürdülər. Həmin vaxt Ermənistandan 200 mindən artıq azərbaycanlı qovulub çıxarıldı.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş verdi bu dəhşətli hadisə. XX əsrin sonlarında baş vermiş bu faciə Azərbaycan xalqına deyil, eləcə də bütün bəşəriyyətə, insanlığa qarşı yönəlmiş ən ağır cinayətlərdən biri idi.
Xocalı soyqırımı əsrin Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada dayanır.
O gecə Xocalıda 613 nəfər dinc sakin qətlə yetirilib, 487 nəfər yaralanıb, 1275 nəfər isə əsir düşüb. Onların bir çoxu əsirlikdən qayıtmayıb və sonrakı taleləri barədə hər hansı məlumat yoxdur.
Bunun ardınca ermənilər Dağlıq Qarabağda öz havadarlarının köməyi ilə genişmiqyaslı hücuma başladılar.
Bu ixtilafın nəticəsində 30 minə yaxın azərbaycanlı ermənilər tərəfindən qətlə yetirildi. Bir milyona yaxın insan qaçqın və məcburi köçkünə çevrildi.
Azərbaycanın Dağlıq Qarabağ ərazisi və ətrafda yerləşən 7 inzibati rayonu Ermənistan Silahlı qüvvələrinin işğalına məruz qaldı. 1992-ci il mayın 8-də Şuşa rayonu, həmin ayın 18-də Laçın rayonu, 1993-cü il aprelin 2-də Kəlbəcər rayonu, iyul ayının 23-də Ağdam rayonu, avqustun 23-26 Füzuli və Cəbrayıl rayonları, həmin ayın 31-də Qubadlı rayonu, oktyabrın 28-i noyabr ayının 1-i aralığında Horadiz qəsəbəsi və Zəngilan rayonu tamamilə işğal edildi. Ümumilikdə Dağlıq Qarabağ müharibəsi zamanı Azərbaycana 400 milyard dollardan çox ziyan vurulub.
Təəssüf ki, tarixi əhəmiyyət daşıyan abidələrimiz ermənilərin vəhşi vandalizminə məruz qalıb, məhv edilib, yandırılıb. Hər bir xalq öz tarixinin qədimliyi ilə tanınır. Lakin işğalçı ermənilər Azərbaycana dair tarixi hər vasitə ilə saxtalaşdırmağa, yaddaşlardan silməyə çalışıb. Zəbt edilmiş torpaqlarımızın hər qarışının külə döndərilməsi, viran edilməsi erməni vandalizminin daha bir sübutudur.
Ermənistan-Azərbaycan münaqişəsinin həllinə dair vasitəçilik prosesi 1992-ci ilin fevral ayında Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müqaviləsi (ATƏM) çərçivəsində başladı. ATƏM-in Xarici İşlər Nazirləri Şurasının Helsinkidə keçirilən 24 mart 1992-ci il tarixli əlavə iclasında Minskdə ATƏM-in himayəsi altında mümkün qədər tez bir zaman ərzində böhranın ATƏM-in prinsip, öhdəlik və müddəaları əsasında sülh yolu ilə həlli istiqamətində danışıqlar üçün forumu təmin edəcək Dağlıq Qarabağa dair konfransın çağırılması qərara alındı.
Ümumiyyətlə, münaqişənin həlli üçün hüquqi və siyasi addımlar beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) və digər beynəlxalq təşkilatların müvafiq sənəd və qərarlarına əsaslanır.
Yuxarıda qeyd olunduğu kimi, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə Azərbaycan ərazilərinin işğalına cavab olaraq qəbul olunmuş qətnamələri Azərbaycan Respublikası və regiondakı digər dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq sərhədlərinin toxunulmazlığına hörmət olunmasını bir daha təsdiqlədi. BMT Təhlükəsizlik Şurası düşmənçilik aktlarının dərhal dayandırılmasını, işğalçı qoşunların Azərbaycan Respublikasının bütün işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb etdi, qaçqın və köçkünlərin geri dönmələrini təmin etməklə, regionda iqtisadi, nəqliyyat və enerji əlaqələrinin bərpasına çağırdı. BMT Təhlükəsizlik Şurası ATƏT-in Minsk Qrupunun münaqişənin sülh yolu ilə həllinə yönəlmiş səylərini bəyənərək, ATƏT-in Minsk prosesi çərçivəsində münaqişənin həlli yollarının axtarılmasına çağırdı. Bu qətnamələrin heç biri Ermənistan tərəfindən yerinə yetirilməyib.
Hazırda dünyada oxşar münaqişə ocaqları da mövcuddur. Həmin münaqişələrin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə hansı oxşar və fəqli cəhətləri varğ
Bu gün
Azərbaycan mətbuatında «Krım Qarabağ
üçün presedent
ola biləcəkmi» sualı daha çox verilir. Amma bu
sual qətiyyən aktual
deyil. Ona görə yox ki, onlar
arasında nə zahiri, nə də mahiyyətcə
eynilik var, əksinə,
bu problemlər arasında daha
çox oxşarlıq var,
nəinki fərqlilik. Artıq əks proses baş verib.
Yəni «Qarabağ Krım üçün presedent olub». Krımda baş verən
bütün hadisələri
xronoloji olaraq Qarabağ hadisələri
ilə müqayisə
etsək, onlar arasındakı oxşarlığı
aydın görmək
olar. 1992-ci il Azərbaycan hakimiyyəti və
2014-cü ilin Ukrayna hakimiyyəti mahiyyətcə
bir-birinə çox yaxındır. Hər ikisi çevriliş yolu ilə hakimiyyətə
gəldi və hər ikisi Qərbyönlü siyasət
aparacaqlarını əvvəlcədən
elan edərək, Rusiya ilə əlaqələrin zəifləyəcəyi
anonsunu verdi.
Hər ikisi NATO-ya ümid
edərək, Rusiya ilə münasibətləri
kəskinləşdirdi. Nəticədə Krım da Dağlıq Qarabağ kimi öz «müstəqilliyini»
elan etdi və Ukrayna qanunları artıq Krımda işləmir.
Krım bankları artıq Ukrayna Mərkəzi Bankı ilə əlaqəsini üzdü.
Çox qısa və aydın dillə desək, Kosovonu Qərbin, Krımı isə Rusiyanın müdafiə etməsinə
baxmayaraq, hər ikisi separatizmin qurbanıdır. Dağlıq Qarabağda, Cənubi Osetiyada və Abxaziyada, həmçinin Dnestryanı bölgədə
də Qərblə Rusiya arasındakı ziddiyyətlərdə Rusiya
separatizm ocaqlarını
əlində vasitə
kimi saxlayır.
Eyni sual
Kosovo hadisələrində də gündəmdə idi. Amma bir qədər
fərqlə. Fərq də
ondan ibarət idi ki, Kosovo Qərb tərəfindən
Serbiyadan qoparılmışdı
və tez bir zamanda müstəqilliyi
tanınmışdı. Odur ki, cəmiyyətdə bir qorxu hissi
var idi ki,
«Kosovo Qərb tərəfindən
tanındığı kimi,
Qarabağ da Rusiya tərəfindən tanına bilər». 2008-ci ildə Gürcüstan-Rusiya
müharibəsində Cənubi
Osetiyanın Rusiya qoşunları tərəfindən
zəbt edilməsi də eyni məntiqi
ortaya qoymuşdu.
Deməli,
çox cüzi fərqlərlə Dağlıq
Qarabağ, Cənubi Osetiya və Abxaziya, həmçinin
Kosovo və Krım problemləri bir-biri ilə sıx bağlıdır. Bu siyahıya
Moldova Respublikasının qarşılaşdığı
«Dnestryanı problemi»ni də əlavə etmək vacibdir. Çünki regionda baş
verən hadisələr
yaxın zamanlarda bu problemin də
yenidən gündəmə
gələcəyindən xəbər
verir.
Ancaq maraqlıdır
ki, Rusiyanın rəsmi dairələri və müstəqil politoloqları bu problemlər arasında heç bir oxşarlığın olmadığını
vurğulayır. Məqsəd nədirğ
Bu barədə söhbət
etdiyimiz politoloq Zərdüşt Əlizadə
hesab edir ki, problemlərin mahiyyəti doğrudan da eynidir: «Rusiya
kəşfiyyat orqanları,
siyasi mərkəzləri
müəyyən bir fənd edir. Əvvəlcə bunu Azərbaycanda
Dağlıq Qarabağın
timsalında, daha sonra Osetiyada, Abxaziyada, Dnestryanıda tətbiq edib.
Bu fənd vasitəsilə
ölkələri özündən
asılı vəziyyətə
salıblar. Separatçıları, qanunsuz müstəqillik
elan edənləri dəstəkləyiblər. İndi isə bunu Ukraynada
tətbiq edirlər ki, o da Rusiyadan
asılı vəziyyətə
düşsün.
O zamanlar Dağlıq Qarabağ münaqişəsi
gündəmə gələndə
Azərbaycan hakimiyyətinin
müstəqilliyindən danışmaq
mümkün deyildi. Eyni sözü Gürcüstan,
Moldova, Ermənistan haqqında
da demək olar. Rusiya çaşdırıcı mövqe tutur. Separatizm ocaqlarının spesifikasını
fərqləndirməyə çalışır. Çünki hamısını özü
yaradıb və istədiyi formada idarə edir. Həqiqəti danmaqla Rusiya
problemlərdəki marağını
ört-basdır edir.
Krım,
Dnestryanı və Dağlıq Qarabağ problemi mahiyyət etibarilə eynidir».
Söhbət etdiyimiz digər
politoloq Qabil Hüseynli isə hesab edir ki,
bu münaqişələr Rusiyanın
region üzrə Cənubi
Osetiya və Abxaziya, Dağlıq Qarabağda apardığı
siyasətin davamı sayıla bilər: «Ukrayna-Krım hadisələrinin
Azərbaycanın Dağlıq
Qarabağ bölgəsində
yarana biləcək situasiyalarla əlaqələndirilməsi
doğru deyil. Tarixi reallıqlar Krımda və regionun digər ölkələrindəki
vəziyyətin Azərbaycanla
müqayisəsini aparmağa
imkan vermir».
Qabil Hüseynli
Krım əhalisinin
60 faizinin ruslardan təşkil olunduğunu və burada məqsədyönlü şəkildə
ruslaşdırma siyasətinin
aparldığını önə
çəkdi. O bildirdi ki, Krım əhalisi
zaman-zaman öz tarixi torpaqlarından uzaqlaşdırılaraq keçmiş
sovet ərazisinin müxtəlif ərazilərinə
göndərilib:
«Krım Dağlıq Qarabağ, Şimali Osetiya və Abxaziya kimi Rusiyanın
regionda öz geosiyasi maraqlarını qoruması üçün
vasitədir. Abxaziyaya qaldıqda isə,
bu ölkə Gürcüstanın daxilinə
müstəqil dövlət
kimi daxil olub. Şimali Osetiya da alınaraq Gürcüstana
birləşdirilib. Bütün dövlətlərin
sərhədlərinin qorunması
birmənalı şəkildə
vacib də labüddür. Dağlıq Qarabağ hər zaman Azərbycanın torpağı olub. Bu bölgənin adından
başlamış mədəniyyətinə,
tarixi ənənələrinə
qədər bütövlükdə
hər şey Azərbaycan türkləri
ilə bağlıdır.
Saakaşvilinin dövründə Rusiya Abxaziya və Osetiyanın müstəqilliyini
tanıyıb. Dağlıq Qarabağda yaranmış
separatizm isə Azərbaycan ərazisinin işğalı nəticəsində
baş verib. Təkcə Dağlıq Qarabağ bölgəsi deyil, Azərbaycanın 7 rayonu da Ermənistan tərəfindən işğal
olunub. Bunlar tamamilə fərqli
faktlardır. Digər tərəfdən,
Krım ərazisində
yaşayan ruslar sovet dövründə ora köçürülsələr
də, həmin respublikanın vətəndaşlarıdır.
Əhalinin qovulması faktı
baş verməyib.
Amma Dağlıq Qarabağda yaşayan azərbaycanlı
əhali məcburən
öz yerlərindən
çıxarılıb və
hazırda orada bir nəfər də olsun azərbaycanlı
yaşamır. Bu baxımdan Krımla bağlı hadisələrin
Azərbaycanla əlaqələndirilməsini
düzgün saymıram».
Yazı Azərbaycan Respublikasının
Prezidenti yanında Kütləvi İnformasiya
Vasitələrinin İnkişafına
Dövlət Dəstəyi
Fondunun keçirdiyi müsabiqəyə təqdim
etmək üçündür.
Məhəmmədəli
QƏRİBLİ
Bakı xəbər.-2014.- 7 iyul.-
S.7.