Milli-mədəni sərvətlərimiz, musiqi xəzinəmiz erməni hədəfində...

 

Azərbaycanın zəngin milli-mənəvi, mədəni dəyərləri var. Sözügedən dəyərlərin, mədəni irsimizin qorunması, eyni zamanda gələcək nəslə çatdırılması ümdə vəzifələrdən biri olmalıdır. Ancaq tarix boyu müxtəlif dövlətlər imkan düşdükcə zəngin mədəni irsimizi özününküləşdirməyə, necə deyərlər, öz adına çıxarmağa çalışıb.

Azərbaycan xalqı çoxəsrlik zəngin tarixə və mədəniyyətə malik bir xalqdır. Tarixən xalqımızın maddiqeyri-maddi mədəni irsi saxtalaşdırılma və özgəninkiləşdirilmə təhlükələri ilə qarşılaşıb. Bu hal xüsusilə qeyri-maddi mədəni irsin başqa xalqlar tərəfindən mənimsənilməsi şəklində həyata keçirilib. Mədəni irsimizə qarşı yönəlmiş təhdidləri aşağıdakı kimi qruplaşdırmaq olar.

Birincisi, şifahi xalq ədəbiyyatımızın populyar nümunələrinin, o cümlədən dastanlar, nağıllar və s. mənimsənilməsi. İkincisi, xalq musiqisi xəzinəsinə daxil olan xalq mahnılarımızın mənimsənilməsi. Üçüncüsü, milli musiqi alətlərimizin, o cümlədən balaban, kamança, sazs. mənimsənilməsi. Dördüncüsü, Azərbaycan mətbəxinə daxil olan xörək növlərinin mənimsənilməsi. Beşincisi, Azərbaycan xalçalarının mənimsənilməsi. Yuxarıda qeyd edilən kateqoriyaya daxil olan mədəniyyət nümunələrinin, o cümlədən "Koroğlu" və "Aşıq Qərib" dastanlarının ermənilər tərəfindən mənimsənilərək özününküləşdirilməsinə cəhd edilir. Azərbaycan xalçaları İran xalçaları adı altında beynəlxalq sərgilərdə nümayiş etdirilir. Bundan başqa, Azərbaycanın məşhur xalq mahnısı "Sarı gəlin" beynəlxalq festivallarda erməni xalq mahnısı kimi təqdim edilir. Eyni vəziyyət Azərbaycan mətbəxinə məxsus olan xörəklər və musiqi alətlərinə aiddir. Azərbaycanla müharibə vəziyyətində olan ermənilər tərəfindən Azərbaycan mədəniyyət nümunələrinin mənimsənilməsi onların saxtalaşdırma siyasətinin göstəricisidir. Bir sıra hallarda görürsən ki, Azərbaycana aid musiqi nümunələrinin müəlliflərini anonim adı ilə təqdim edirlər. Bu minvalla müəllif hüquqları kobud şəkildə pozulur. Azərbaycanın milli-mənəvi, mədəni dəyərlərinin oğurlanmasında, hər zaman olduğu kimi, ermənilər daha çox canfəşanlıq göstərir. Məsələn, dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun "O olmasın, bu olsun" musiqili komediyası əsasında çəkilmiş eyni adlı filmdəki hamam səhnəsində ifa olunan mahnının ermənilər tərəfindən oğurlanması deyilənlərə əyani sübutdur. Görünən odur ki, bədxah qonşularımız Azərbaycanın mədəni irsini, o cümlədən xalq mahnılarını, rəqslərini, bəstəkarlarımızın əsərlərini həmişə oğurlayıb. Belə vəziyyət indidavam edirçox güman ki, ermənilərin bu sayaq oğurluğu gələcəkdə də davam edəcək. Tarixi Azərbaycan torpaqları üzərində yoxdan dövlət yaradan ermənilər indi də mədəni irsimizi mənimsəyib öz adına çıxarmağa çalışır. Çünki ermənilər heç vaxt özlərinin pis vərdişlərindən əl çəkən deyil. Ermənilərin dahi Azərbaycan bəstəkarı Ü.Hacıbəyovun "O olmasın, bu olsun" musiqili komediyası əsasında çəkilmiş eyni adlı filmdən oğurlayaraq "erməniləşdirmə"yə cəhd etdikləri mahnı da erməni saxtakarlığının daha bir nümunəsidir. Ü.Hacıbəyovun əsərini oğurlamaqla Ermənistan həm də "Ədəbi və bədii əsərlərin qorunması haqqında" beynəlxalq Bern Konvensiyasının tələblərini pozur. O da məlumdur ki, belə hallara qarşı son illər mübarizə gücləndirilib. Müstəqillik əldə olunandan sonra dövlətin oturuşması, möhkəmlənməsi bu kimi məsələlərə diqqətin artırılmasına şərait yaradıb. Azərbaycanın Müəllif Hüquqları Agentliyi hər bir erməni oğurluğu barədə dərhal Ümumdünya Əqli Mülkiyyət Təşkilatına etiraz müraciəti göndərir. Sözügedən etirazlar mütəxəssislərin rəyləri, sübutedici sənədlər və digər tarixi mənbələr əsasında hazırlanıb göndərilir. Onu da qeyd edək ki, Ümumdünya Əqli Mülkiyyət Təşkilatı BMT-nin əqli mülkiyyət sahəsində ixtisaslaşmış bir qurumudur. Həmin beynəlxalq təşkilatın 190-a yaxın üzvü var. Bir sözlə, sözügedən qurum əqli mülkiyyət sahəsində nüfuzlu hökumətlərarası qurumdur. Bir məqamı da nəzərə almaq lazımdır ki, AMHA tərəfindən rəsmi qaydada göndərilən etirazlar da bəzən effekt vermir. Baxmayaraq ki, Ermənistan da ÜƏMT-in üzvü olduğundan, bütün ölkələr əqli mülkiyyətin qorunması ilə bağlı prinsiplərə əməl etməyə borcludur. Ancaq erməni həyasızlığı, riyakarlığı burada da özünü müxtəlif formalarda göstərir. Məsələ ondadır ki, Ermənistan buna əməl etmir. Digər məsələlərdə olduğu kimi, əqli mülkiyyət sahəsində də beynəlxalq hüquq normalarını kobud şəkildə pozur. Bütün bunlara rəğmən, bu kimi hallarla mübarizə mütəmadi və ardıcıl xarakter daşımalıdır. Bu sahədə hansısa güzəşt erməniləri daha da şirnikləndirə bilər. Çünki onlar daima onun-bunun mədəniyyətini oğurlamağa çalışıb. Ermənilər milli folklor nümunələrini belə, oğurlamaqdan çəkinmir. Məsələ ondadır ki, belə faktlar heçaz deyil. Bu məsələdə bir sıra çətinliklər var. İş ondadır ki, hazırda milli folklor nümunələrinin, o cümlədən xalq mahnı və rəqslərinin beynəlxalq səviyyədə qorunmasını təmin edən hüquqi alət yoxdur. 10 ildən çoxdur ki, ÜƏMT-nin müvafiq komitəsində bu məsələ üzrə beynəlxalq konvensiyanın layihəsi müzakirə olunur. Güman olunur ki, həmin konvensiya 2015-ci ilin əvvəllərində qəbul olunacaq. Bu baş versə, bu kimi neqativ hallarla beynəlxalq hüquq müstəvisində mübarizə aparmaq əhəmiyyətli şəkildə asanlaşacaq. Çünki belə konvensiya olsa, müxtəlif dövlətlərin üzərinə öhdəliklər qoyulacaq və dövlətlər folklor nümunələri, mədəniyyət ənənələri ilə bağlı öhdəliklərini yerinə yetirməyə məcbur olacaq. Məlumat üçün onu da qeyd edək ki, erməni əqli mülkiyyət oğurluqları barədə AMHA tərəfindən ingilis, rus və rumın dillərində "Erməni yadelli nağılları" adlı kitab nəşr edilib. Kitabın xarici dillərdə olan yüzlərlə nüsxəsi Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən qurumları vasitəsilə yayılıb. Kitabın Azərbaycan dilində versiyası artıq hazır olmaq üzrədir.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bütün sahələrdə öz millistrateji hədəflərini müəyyən edən bir sıra konsepsiyaqanunvericilik aktları qəbul edib. Bu sıradan Azərbaycanın Milli Təhlükəsizlik Konsepsiyası və Elm Strategiyasının əhəmiyyəti xüsusilə vurğulanmalıdır. Elm Strategiyası, bütün sahələrdə olduğu kimi, folklorşünaslıq sahəsində də Azərbaycan elmi qarşısında yeni vəzifələr müəyyən edib. Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutu bu sahədə ixtisaslaşmış elmi-tədqiqat müəssisəsi kimi dünyada folklor nümunələrinin mühafizəsi və tədqiqi ilə bağlı aparılmış işlərdən kənarda qalmayıb. AMEA-nın Folklor İnstitutu tərəfindən Azərbaycan Folklor Nümunələrinin Hüquqi Qorunması və Milli Reyestrinin Aparılması Strategiyası hazırlanıb. Sənədin əsas hədəfləri Azərbaycanın milli maraqlarını qorumaq, onun mədəniyyətinin tədqiqi və mühafizəsini təmin etməkdir. Çünki Azərbaycan xalqının maddiqeyri-maddi mədəni irsi onun milli özünəməxsusluğunun ən vacib komponentidir. Azərbaycan ümumdünya mədəniyyətinin qloballaşması meyllərindən kənarda qalmamaq şərtilə milli mədəniyyətin özünəməxsusluğunun qorunmasını Milli Təhlükəsizlik Konsepsiyasının vacib tərkib hissəsi sayır. Konsepsiyada Azərbaycan xalqının vahidliyinin qorunub saxlanması, azərbaycançılıq ideyasının təşviqi də öz əksini tapıb. Həmçinin, Azərbaycan xalqının mədəni-tarixi irsinin və mənəvi dəyərlərinin qorunması əsas hədəf kimi götürülüb. Ümumilikdə Azərbaycanın milli-mənəvi, maddi və mədəni irsinin qorunması ilə bağlı görülən işlər mədəniyyətimizin, tariximizin təbliğində nə kimi rol oynayır?

Məsələyə münasibət bildirən gənc tənqidçi Elmira Aslanovansn sözlərinə görə, milli-mədəni irsimizin qorunması istiqamətində aparılan işlər tariximizin, mədəniyyətimizin təbliğinə təkan verir: "Hər bir xalq öz tarixi keçmişinə, maddi-mədəni irsinə böyük diqqətlə yanaşmalı və onu qorumağı bacarmalıdır. Maddi-mədəni irsimizin qorunması, digər millətlərin onu özününküləşdirmə cəhdlərinin qarşısının alınması dövlətimizin və mədəniyyətimizin təbliğinə ən böyük töhfədir. Ona görə də bu yöndə aparılan işləri təqdir edir və alqışlayıram. Dəfələrlə şahidi olmuşuq ki, Azərbaycana aid olan musiqi nümunələri, digər mədəniyyət əsərləri başqa xalqlar tərəfindən öz adlarına çıxarılıb. Təbii ki, belə halların baş verməsinə seyrçi prizmadan yanaşmaq olmaz. Laqeydlik ciddi mənəvi aşınmaya və ümumilikdə mədəni irsimizin itirilməsinə gətirib çıxara bilər. Çünki Azərbaycanın tarixi abidələri dəfələrlə müxtəlif formada, necə deyərlər, təcavüzə məruz qalıb. O üzdən, mədəni irsimizin qorunması və onun gələcək nəsillərə çatdırılması qarşıda duran ümdə vəzifələrdən biri olmalıdır. Nəzərə almaq lazımdır ki, mədəni irsimizin özününküləşdirilməsi cəhdləri daha çox ermənilərin timsalında özünü göstərir. Dəfələrlə Azərbaycana aid mahnıları, mesiqi alətlərini, rəqsləri, maddi irsimizi əks etdirən tarixi abidələri erməniləşdirməyə çalışıblar. Bəzi hallarda, qismən də olsa, buna nail olublar. Hesab edirəm ki, bütün resursları işə salmalı və ermənilərin bu cəhdlərini önləmək lazımdır. Sevindirici haldır ki, bu istiqamətdə dövlət qurumları, eyni zamanda, ictimai təşkilatlar müəyyən aparır. Azərbaycanın maddi-mədəni irsinə sahib çıxırlar. Bir məqamı nəzərə almaq lazımdır ki, azərbaycançılığın mayası elə tarixi abidələrdən gəlir. Ona görə də o mayanı qorumaq, onu gələcək nəslə çatdırmaq, bir sözlə, əbədiyyətə aparmaq lazımdır. Səylərimizi artırmaqla yanaşı, bu işdə əl-ələ verib çalışmalıyıq. Unutmaq olmaz ki, biz öz tariximizə, mədəniyyətimizə sahib çıxmasaq, başqaları gəlib bizim yerimizə onu qorumaz. Digər tərəfdən, tövsiyə edərdim ki, bu istiqamətdə işlər sistemləşdirilsin. Koordinə edilmiş formada səylərimizi əlaqələndirsək, hesab edirəm ki, daha çox uğurlara nail ola bilərik".

 

İradə SARIYEVA

Bakı xəbər.-2014.- 25 iyul.- S.15.