Fərariliyin yox
həddinə düşməsi gənclərin vətənpərvərlik
tərbiyəsinin göstəricisidir
Peyğəmbərimizdən (S) yadigar qalan "Vətəni sevmək imandandır" kəlamı bizim milli düşüncəmizlə, adət-ənənələrimizlə də uzlaşır. Cəsur türk babalarımız, ulu əcdadlarımız da Vətəni sevməyi, onu qorumağı, torpaq uğrunda şəhid olmağı əmanət qoyublar. Azərbaycan oğlu zaman-zaman torpaqlarını yadellilərdən qorumaq uğrunda mücadilə verib. Azərbaycan övladına əsgər olmaq tarixi və genetik bir borcdur.
Gənclik bu vəzifəni çox yaxşı dərk edir və əsgər olmaqdan qürur duyur. Maraqlıdır ki, son illər aparılan təbliğat, dövlətin orduya böyük diqqət yetirməsi sayəsində gənclərin orduya marağı artıb. Bir zamanlar övladını əsgərlikdən yayındırmağa cəhd göstərən valideynlər artıq kütləvi şəkildə oğlunun əsgərliyə getməsinə meyl edir. Çox müsbət bir göstəricidir. Demək olar ki, valideynlərin özləri gənc övladının vətənpərvər olmasına ciddi təsir edir.
Bu gün Azərbaycanda gənclərin vətənpərvər ruhda tərbiyə olunması başlıca vəzifələrdən biridir. Torpaqlarımızın bir qisminin işğal altında olduğu bir şəraitdə bu yöndə təbliğatın gücləndirilməsi vacib əhəmiyyət kəsb edir. Çünki dövlətin qarşısında duran başlıca vəzifələrdən biri də gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi və onlara vətənpərvərlik hisslərinin aşılanmasından ibarətdir. Gənclərin aparıcı qüvvə olaraq gələcəkdə dövlətin yükünü öz üzərində daşımalı olacağını nəzərə alanda, sözügedən məsələyə son dərəcə həssas yanaşmaq reallığı ortaya çıxır. Onu da qeyd edək ki, sözügedən məsələdə milli mənlik şüuru ilə vətənpərvərlik hissi bir-biri ilə sıx bağlıdır. Bir şeyi unutmaq olmaz ki, gənclərin vətənpərvərlik ruhunun yüksək olması hər mənada dövlətin xeyrinədir. Fərqi yoxdur, həmin gənc hərbçidir, yoxsa fəhlə. Hansı peşə üzrə əmək fəaliyyəti ilə məşğul olmasından asılı olmayaraq, gənc nəsildə vətənpərvərlik, torpağa, dövlətə sədaqət hissləri yüksək olmalıdır. Azərbaycan dövləti tərəfindən son illər bu istiqamətdə bir sıra addımlar atılır, sistemli işlər görülür, müəyyən layihələr həyata keçirilir. Bütün bunlarla yanaşı, gənclərdə vətənpərvərlik hisslərinin yüksək olması ilk növbədə onların milli-mənəvi özünüdərkindən keçir.
Filologiya üzrə fəlsəfə doktoru, şairə Qiymət Məhərrəmli bizimlə söhbətində bildirdi ki, hər bir gənc, vətəndaş hansı Vətəni, milləti, milli xüsusiyyətləri təmsil etdiyini bilməlidir. Onun sözlərinə görə, xüsusilə nəzərə almaq lazımdır ki, Azərbaycan müharibə vəziyyətində olan dövlətdir":Ərazilərimizin 20 faizi işğal altındadır. Belə bir situasiyada gənclərin milli-mənəvi dəyərlərə bağlılığı çox önəmli və vacib əhəmiyyət kəsb edir. Milli mənlik şüurunun inkişaf etdirilməsi üçün bir sıra parametrlərin nəzərə alınması vacib əhəmiyyət kəsb edir. Başlıca olaraq bu məsələdə müasir dövrün tələblərinin nəzərə alınması və ona uyğun olaraq işin qurulması vacib məsələdir. Çünki dünyanın sürətlə qloballaşması bir sıra milli dəyərləri aşındırır. Xüsusən də gənclər qloballaşmanın təsirinə daha çox məruz qalır. Bu da nəticə etibarilə yad ünsürlərin gənclərin təfəkkür tərzinə hakim kəsilməsinə şərait yaradır. Ancaq bununla belə, ciddi təbliğat da nəticəsiz ötüşmür. Gənclərə yad ünsürlərin təsirinin qarşısının alınması üçün əməli işlər görülür. Bunu rəsmi sənədlər də təsdiqləyir. Son illərin rəsmi statistikasına görə, son illər Azərbaycan ordusunda fərarilik halları, demək olar ki, yox səviyyəsinə enib. Halbuki, 15 il əvvəl bu kimi hallar daha qabarıq formada özünü göstərirdi. Bundan başqa, orduda cinayət hallarının faizlərində də ciddi azalmalar var. 2010-cu ildə hərbi xidmət əleyhinə cinayətlər 2,4 faiz, hərbi hissəni və ya xidmət yerini özbaşına tərketmə cinayətləri 9,9 faiz, hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə 27,8 faiz, qeyri-hərbi cinayətlər 25,1 faiz, mülkiyyət əleyhinə olan cinayətlər 5,8 faiz, özünü öldürmə həddinə çatdırmaq 52,6 faiz, qəsdən adam öldürmə 13,6 faiz, ağır cinayətlər 58,5 faiz, xüsusilə ağır cinayətlər 29,4 faiz azalıb.
Bütün bu müsbət dinamikalar aparılan islahatlar və nizam-intizamın gücləndirilməsilə bağlıdır. Gənc əsgərlərlə tez-tez fərdi söhbətlər aparılır, onların problemləri dərindən öyrənilir. Bu da yaxşı haldır".
Keçmiş hərbçi
Zahir Əhmədovun sözlərinə
görə, hazırda orduda gənc əsgərlərlə
iş yüksək səviyyədə qurulub. Onun dediyinə
görə, müəyyən arzuolunmaz
halların baş verməməsi üçün təlim-tədris müddətində
gənc əsgərlərlə təlim prosesini
başa vurmuş əsgərlərin
görüşünə icazə verilmir:
"Gənc əsgərlərin səhhəti hər gün yoxlanır. Problemləri, şikayətləri
öyrənilir. Əsgərin üzləşdiyi istənilən
neqativ hal
araşdırılır və ciddi tədbirlər
görülür. Təbii ki, belə olan
halda orduda fərarilik halları da azalacaq. Hərbi xidmətdən
yayınma hallarının
azalmasının fövqündə
dayanan başlıca mənəvi faktorlardan biri gənclərdə vətənpərvərlik hisslərinin
yüksək səviyyədə
olmasıdır. Məsələ ondadır ki, hərbi xidmətə çağırılan gənclər
müxtəlif ailələrdə
böyüyüb və
onların psixoloji durumi fərqlidir. Ailə şəraitilə bağlı
olaraq əsgərlərin
hər biri düşdüyü hərbi
mühiti fərqli şəkildə qəbul
edir. Ancaq vətənpərvərlik hisslərinin gənclərdə
arzuolunan səviyyədə
olması onlara bütün çətinliklərin
öhdəsindən məharətlə
gəlməkdə yardım
edir. Əsgərlərin hərbi rejimə
öyrəşməsi üçün,
Müdafiə Nazirliyi
başda olmaqla, hər bir hərbi
hissə müvafiq tədbirlər görür.
Aparılan kompleks tədbirlərin
nəticəsi olaraq, orduda fərarilik halları əsaslı şəkildə aşağı
düşüb. Bir çox
hərbi ekspertlər hesab edir ki,
hazırda Azərbaycan
ordusunda "dedovşina"
yoxdur. "Dedovşina" sovet dövründən qalma bir haldır. O zaman əsgərlər müxtəlif respublikalardan
gəlirdi və aralarında xoşagəlməz
hallar yaranırdı.
Həm də sovet dövründə
hərbi xidmətə
çağırış altı aydan bir idi. Yəni arada fasilə yaranırdı. İndi isə
hərbi xidmətə
çağırış üç aydan birdir. Yəni arada o qədər
də fasilə yaranmır. Əsgərlərin hamısı bir
millətin övladıdır.
Amma müəyyən narazılıqların
olması da təbiidir. Bir ailənin iki
övladı arasında
da narazılıq yaranır. Orduda fərarilik hallarının
yox səviyyəsinə
enməsi həm də gənclərdə milli mənlik şüurunun inkişafının
təntənəsidir. İş ondadır ki, müasir Azərbaycan gəncliyi gedən proseslərə daha realist
və praqmatik prizmadan yanaşır.
Gənclik anlayır ki,
hansısa bir dövlətin vətəndaşı
gəlib onların yerinə Qarabağ problemini həll edən deyil. Bütün bu kimi amillər
nəticə etibarilə
orduda fərarilik hallarının heçə
enməsinə gətirib
çıxarır".
Sabiq hərbçi bildirdi ki, fərarilik faizinin sürətlə aşağı enməsinin
bir sıra səbəbləri var. Onun
dediyinə görə,
əsgərlər arasında
milli ruh, milli özünüdərk
və vətənpərvərlik
tərbiyəsi düzgün
qurulub: "Eyni zamanda da dövlətimiz
20 il əvvəlki respublika deyil. Bəzi çatışmazlıqlara rəğmən,
ötən dövr ərzində dövlət
aparatı, dövlətçilik,
dövlət şüuru
formalaşır. Orduda nizam-intizam
gücləndirilir, neqativ
hallara qarşı mübarizə aparılır.
Əvvəllər ordu yenicə
qurulurdu və fərarilik hallarına görə o qədər də ağır cəza verilmirdisə, indi bunu edən
əsgərlər kifayət
qədər sərt şəkildə cəzalandırılır.
Bir məqamı da nəzərə almaq lazımdır ki, döyüş əməliyyatları
aparılmır. Sözügedən amilin də müəyyən mənada
fərarilik hallarının
azalmasına təsiri
var. Bir növ valideynlərdə arxayınçılıq
var ki, övladları
sağ gedib, salamat qayıdacaq. Düzdür,
indi də bəzi gənclərin ordudan yıyınma hallarına rast gəlinir, ancaq bu çox aşağı
səviyyədədir. Orduda fərariliyin azalmasını
sırf milli mənlik şüurunun inkişafı və vətənpərvərlik hissləri
ilə bağlamaq doğru deyil. Sözügedən məsələdə yuxarıda sadalanan amillərin də rolu var. Çox yaxşı olardı ki, ailədən, uşaq bağçalarından,
məktəbdən başlayaraq
vətənpərvərlik hisslərinin aşılanmasına
önəm verilsin.
Şəxsən mən belə
hesab edirəm ki, bu sahədə
vəziyyət o qədər
də yüksək səviyyədə deyil.
Fikrimcə, bu məsələdə görüləsi
çox iş var. Ona görə də bu sahədə
mövcud olan bəzi problemləri görməzdən gəlmək
doğru deyil. Razıyam ki, fərariliyin azalması ilə bağlı məqamlar təqdir olunmalıdır.
Ancaq neqativ halların da üzərinə getmək və vaxtında onları həll etmək lazımdır. Bunun üçün
də birinci növbədə şəffaflıq
təmin olunmalıdır
ki, o da ictimai nəzarətin tətbiq olunmasından keçir. İctimai nəzarət nə
qədər geniş olsa, orduda bir
o qədər fərarilik
və digər bu kimi neqativ
hallar azalacaq. Gənclər daha həvəslə
ordu sıralarına gedib öz xidməti
borclarını yerinə
yetirəcək".
Ehtiyatda
olan hərbçi onu da dedi
ki, ictimai təşkilat olaraq bəzi araşdırmalar aparıblar. Onun dediyinə görə,
bəzi QHT-lər artıq "Gənclərdə
vətənpərvərlik və vətəndaşlıq
hisslərinin formalaşdırılması"
mövzusunda layihə
həyata keçirib.
Bu layihə çərçivəsində
bir konsepsiya da hazırlanıb":Həmin konsepsiya
internetdə var".
"Müasir İnkişaf"
İctimai Birliyinin rəhbəri Mübariz Aşırlı isə qəzetimizin əməkdaşı
ilə söhbətində
bildirib ki, ictimai təşkilat olaraq, üzərlərinə
düşən işi
görürlər": O üzdən,
sözügedən mövzu
ilə bağlı cəmiyyəti müzakirələrə
dəvət etdik. Müzakirələrin nəticələrindən çıxış edərək,
təkliflər, konsepsiya
hazırlayıb göndərdik.
Çox
təəssüf ki, bəzi hallarda hansısa taleyüklü məsələ ilə bağlı QHT-lərdən
gələn təkliflər
qulaqardına vurulur.
Bəzi hallarda isə bu formal olaraq icra olunur. Tutaq ki, hər hansı
bir hərbi hissədə 20 Yanvar, Xocalı faciəsi ilə bağlı bir tədbir keçirilir. Çox
vaxt o tip tədbirlər
formal şəraitdə keçirilir
və bəzi hallarda tədbirdə elə şəxslər çıxış edir ki, bu, real
işə təsir göstərmir. Yəni ordunun fəaliyyətinə
o qədər də müsbət təsir etmir. Hesab edirəm ki,
bu kimi məqamlar
var və bunları ciddi şəkildə nəzərə
almaq lazımdır.
Azərbaycan ordusunda Mübariz İbrahimov, Fərid Əhmədov kimi oğullar çoxdur. Adıçəkilən qəhrəmanların təbliğ
olunması Azərbaycanın
bugünkü potensialına,
imkanlarına uyğun
gəlmir. Deməyim odur
ki, bu istiqamətdə
cəmiyyətdə, gənclər
arasında təbliğatı
genişləndirmək lazımdır.
Hər
an, hər dəqiqə
müharibənin başlanma
ehtimalı var və bu, cəmiyyətdə
hiss olunmalıdır. O zaman gənclər bunun məsuliyyətini daha dərindən anlamış olacaq. Əyani təşviqat lövhələrində
vətənpərvərlik hisslərinin təbliği
ilə bağlı çağırışlar olmalıdır".
İradə SARIYEVA
Bakı xəbər.-2014.- 2 iyun.-
S.12.