Milli mənlik şüuruyad təsirlərdən qorunmaq yolları...

 

Yad təsir, yabançılığa meyl göstərmək Azərbaycan gəncinə layiq bilinməyən bir işdir. Gənc nəsil daha çox özünü dərk etməli, öz milli adət-ənənələrinə istinad etməlidir. Təcrübə göstərir ki, yad təsirə uymaq meylləri gəncləri özündən qopararaq qaranlıq bir aləmə qərq edir. Odur ki, gənclik milli şüura sahiblənmək üçün cəhdlər etməlidir. Gənclik milli dəyərlərə bağlı olanda daha güclü və yenilməz ola bilir.

Məsələ burasındadır ki, gənclərin əksəriyyəti milli mənlik şüuruna sahib ola bilir. Düzdür, bu keyfiyyətdən uzaq düşənlər də olur. Bütövlükdə gənclər milli mənlik şüuruna sadiqdir.  

Tarixçilər bildirir ki, gənc nəsildə milli mənlik şüurunun inkişaf etdirilməsi bu gün ən aktual məsələlərdən biri hesab olunur. Onlar hesab edir ki, dövlətin, dilin, adət-ənənələrin yaşadılmasını şərtləndirən faktorlardan biri də gənclərin milli mənlik şüurunu dərk etməsindən keçir. Tarixçi Təzəgül Yusifovanın dediyinə görə, burada digər faktorlar da var, amma öndə gələni milli mənlik şüurudur":Bu faktor həqiqətən də mühüm əhəmiyyət kəsb edən məsələlərdən biridir. Gənclərin buna sahib olması bütövlükdə dövlətin ümummilli ideologiyasının qorunması baxımından müstəsna rola və əhəmiyyətə malikdir. Bu indi də belədir, bundan sonra da belə olacaq. Eyni zamanda, milli-mənəvi dəyərlərin deqradasiyaya məruz qalmasının qarşısını alır. Ümumilikdə sözügedən dəyərlərin qorunmasının cəmiyyətə verdiyi fayda ölçüyəgəlməz dərəcədə böyükdür. Çünki bu həm də milli kimlik məsələsini özündə ehtiva edir. O baxımdan milli mənlik şüurunun vəd etdiyi fayda yetərincə müxtəlif və çoxşaxəlidir. Yetər ki, onun prinsipial əsaslarını qoruyub saxlaya, böyüməkdə olan gənc nəslə aşılaya, çatdıra, təməl prinsiplərini öyrədə biləsən. Ona görə də sözügedən məsələnin cəmiyyətə çatdırılmasında bütün vasitələrdən istifadə etmək lazımdır. Təbii ki, bunun üçün də başlıca olaraq gənclərə milli mənlik şüurunun aşılanmasını həyata keçirmək lazımdır. Müşahidələrimiz göstərir ki, sözügedən məfhumun qavranması gənclərin milli dəyərlərə nə dərəcədə bağlı olması ilə ölçülür. Aydın məsələdir ki, bunun üçünbirinci növbədə ailədə, məktəbdə, ictimaiyyətdə müvafiq mühit olmalıdır. Çünki milli mənlik şüuru özünüdərk deməkdir. Milli özünüdərk deyəndə ilk növbədə insan bağlı olduğu tarixi kökü, milli mənsubiyyətini, Vətəninin tarixini bilməli və dərindən təhlil etməyi bacarmalıdır. Hər bir gənc, vətəndaş dərk etməlidir ki, hansı Vətəni, milləti, milli xüsusiyyətləri təmsil edir. Eyni zamanda, milli dəyərlərin tarixin hansı mərhələlərindən keçdiyini bilməlidir".

Onun bildirdiyinə görə, milli mənlik şüurunu mənimsəmək üçün geniş təbliğat işləri aparılmalı və bu təbliğat heç bir zaman dayandırılmamalıdır. O bildirdi ki, bu  məfhum uşağın tərbiyəsində, xüsusən də gənclik dövründə çox mühüm şəkildə özünü büruzə verən məsələdir":Bu səbəbdən, sözügedən ideya gəncliyə beşikdən başlayaraq aşılanmalıdır. Məsələn, uşaq ailədə tərbiyə alır. Verilən tərbiyə gəncliyin formalaşmaqda olan dünyagörüşündə rol oynayır. Ancaq milli mənlik şüuru yeniyetməlik və gənclik dövründə xüsusilə formalaşan bir məfhumdur. Ona görə də bu, gəncliyə aşılanmalı və gənclik bu ideologiya ilə yüklənməlidir. Bəzən Azərbaycan ailələrində belə fikirlər səslənir ki, uşağa bəlli bir yaşdan sonra tərbiyə vermək lazımdır, hələ balacadır və s. Hər halda bu cür yanaşma yanlışdır. Məsələn, yəhudilər deyir ki, uşaq doğulan kimi onun tərbiyəsi ilə məşğul olmaq lazımdır. O cümlədən, almanlarda da buna bənzər həyat tərzi var. Bəlkə də bu cür yanaşmanın təsirindədir ki, alman xalqı bu gün dünyada dəqiqliyinə, səliqəliliyinə görə seçilir. Yaponların öz milli adət-ənənələrinə, tarixi keçmişinə necə hörmətlə yanaşdığı çoxlarına məlumdur. Bunun nəticəsidir ki, yapon xalqı keçmişlə müasirliyin uğurlu vəhdətini yaradıb. Cəmiyyət bu vəhdətdən ziyan görmür. Bu gün Azərbaycan əhalisinin mühüm bir hissəsi gənclərdən ibarətdir. Hər keçən gün onların cəmiyyətdə çəkisi və rolu artır. İndiki dövrdə gənclərin dinamikliyi daha çox diqqəti cəlb edir. Xüsusən də müasir informasiyakommunikasiya texnologiyalarının timsalında bu özünü daha qabarıq göstərir. Belə bir dövrdə Azərbaycanda da gənclərin necə tərbiyə olunması qarşıda duran mühüm vəzifələrdən biridir".

Tarixçinin dediyinə görə, xüsusən də müstəqil Azərbaycan üçün bu, məlum səbəblər üzündən vacib əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, digər tərəfdən, gənclər aparıcı qüvvə olaraq gələcəkdə dövlətin yükünü öz üzərində daşımalı olacaq":Gənclərin milli mənlik şüurunun yüksək səviyyədə inkişaf etdirilməsi ölkənin və dövlətin qarşısında duran prioritet məsələdir. Aydın məsələdir ki, bunları dərk edən gəncdə milli mənlik şüurunun inkişafı yüksək səviyyədə olar. Bununla belə, gənclik ümummilli ideologiyadan qidalanaraq bəhrələnəcək. Milli mənlik şüurunun inkişaf etdirilməsi üçün bir sıra parametrlərin nəzərə alınması vacib əhəmiyyət kəsb edir. Bunun konsepsiya halına salınması daha səmərəli nəticə verə bilər. Çünki qloballaşan dünyada yad ölkələrə məxsus populyar mədəniyyət növlərinin (rep, eniqma, şəhvət hisslərini təcəssüm edən mahnılar, kino-filmlər və s.) geniş yayılması və gənc nəslin buna meylli olması milli mənlik şüurunun, vətənpərvərlik hisslərinin inkişafının qarşısını alır. Nəzərə alsaq ki, bu gün internet və müxtəlif sosial şəbəkələr gənclərin ayrılmaz məşğuliyyət növlərindən biridir, o zaman vəziyyət xeyli mürəkkəbləşir. Ona görə də dəyişən dünya reallıqlarını nəzərə almadan bu işi görsək, aparılan təbliğatın səmərəsi arzuolunan səviyyədə olmayacaq. Bu da, nəticə etibarilə, müəyyən boşluqların yaranmasına gətirib çıxara bilər ki, bunun özüçox təhlükəlidir. Ona görə ki, bundan istifadə edən kənar qüvvələr öz məqsədlərini həyata keçirməyə çalışacaq. Nəticədə həm gənclərin milli mənlik şüurunda bir aşınma vüsət alacaq, həm də paralel olaraq onların vətənpərvərlik hisslərinə ciddi zərər dəyəcək. Bir daha qeyd etmək lazımdır ki, gənclərin milli mənlik şüuru vətənpərvərlik hisslərinin fövqündə dayanan başlıca faktordur".

Musiqişünas Lalə Hüseynovanın sözlərinə görə də, gəncləri yad ünsürlərdən qorumaq lazımdır. Onun bildirdiyinə görə, həddən artıq Qərb mədəniyyətinə hərislik milli mənlik şüuruna və vətənpərvərlik hisslərinə mənfi təsir göstərir: "Qərb mədəniyyətinə kor-koranə aludəçilik, pərəstiş, "kopya"lamaqonu öz yaşam tərzinə çevirmək kimi məsələlər bu gün ciddi problemdir. O üzdən mənə elə gəlir ki, bu cür yanaşma və təqlidçilik hazırkı gəncliyimizin əsas problemlərindən biridir. Necə gəldi o mədəniyyəti mənimsəmək və onu öz məişətinə daxil etmək düzgün olmayan bir yaşam tərzidir. Bu bütövlükdə milli-mənəvi dəyərlərə zərər vurur. Hər halda, biz öz milli-mənəvi dəyərlərimizi unutmamalıyıq. Sözügedən dəyərlərə hər zaman sahib çıxmağı bacarmalıyıq. Təbii ki, Qərbdə müsbət məqamlar çoxduronlardan faydalanmaq lazımdır. Bunda qəbahət bir şey yoxdur. Ancaq milli məişətimizə uyğun olmayan dəyərləri əxz etmək doğru deyil. Məsələn, götürək Qərbin adi geyim tərzini. Əksər geyimləri açıq-saçıqdır. Təbii ki, sözügedən geyimlərdən qız və qadınların istifadə etməsini müsbət qarşılamaq olmaz. Çox təəssüflər olsun ki, Qərbin geyim tərzindən istifadə edən çoxsaylı gənc var. Halbuki, bu, nəticə etibarilə, milli mənlik şüurunun sütunlarını kökündən zədələyir. Böyüməkdə olan uşaqların təfəkkür tərzinə sirayət edir. Elə gənclər var ki, Qərb mədəniyyət nümunələrini bütə çevirir. Bu cür yanaşma halları gələcəkdə müəyyən fəsadların yaranmasına yol açır. Mümkün qədər gəncləri bu kimi təsirlərdən qorumaq lazımdır. Bu məsələdə vaxt itirmək olmaz. Konkret adekvat addımların atılmasına ehtiyac var".

Musiqişünasın sözlərinə görə, milli mənlik şüurunun və vətənpərvərlik hisslərinin inkişafını əngəllərdən qorumağın ən optimal yolu maarifləndirmədir. O bildirdi ki, bu məsələdə maarifləndirmə işinin aparılması ən səmərəli metodlardan biridir: "Yəni praktiki olaraq ən gözəl metoddur. Məsələn, milli-mənəvi dəyərlərlə bağlı müxtəlif yazılar yazılmalı, tədbirlər keçirilməlidir. Son zamanlar bununla bağlı kifayət qədər işlər görülübgörülür. Ancaq bütün bunlarla kifayətlənmək və arxayınlaşmaq olmaz. Daha artıq dərəcədə çalışmaq və fəaliyyət göstərmək lazımdır. Konkret olaraq gənclər arasında milli-mənəvi dəyərlərin elementlərini, xüsusiyyətlərini təbliğ etmək lazımdır. Xüsusən də bizim milli kökümüzlə bağlı təbliğat işi aparmaq lazımdır. Adicə musiqini götürək. Milli mənlik şüurunun, dəyərlər sisteminin ən vacib elementlərindən birimilli musiqi sayılmalıdır. Araşdırmaq lazımdır ki, gənclər bizim milli musiqimizə nə dərəcədə aludədir, nə dərəcədə ondan bəhrələnir. Bununla belə, tariximizlə, ədəbiyyatımızla, digər incəsənət növləri ilə bağlı maarifləndirmə işi aparılmalıdır. Bu cür problemləri ancaq bu yolla həll etmək olar. Çünki adətən insan özünü tanımayanda başqasına oxşamağa çalışır. Ona görə də, ilk növbədə, biz özümüzü tanıtmalıyıq ki, gənclərimiz özlərini avropalıdan daha aşağı səviyyədə görməsin. Onda hansısa kompleks olmasın. O üzdən, gənclər milli mənlik şüurunu dərk etməkdən ötrü öz mədəniyyətini gözəl bilməlidir. Öz mədəniyyət, dövlətçilik tarixini gözəl bilməlidir".

L.Hüseynovanın dediyinə görə, gənclər yad axara düşüb getməkdənsə, Azərbaycan bəstəkarlarının tərbiyəvi ruhda yazdıqları musiqiləri dinləməli və onları təbliğ etməlidir. O hesab edir ki, gənclik milli musiqiyə, milli bəstəkarların bəstələrinə nə qədər qulaq assa, bir o qədər yabançı musiqinin mənasız və puç olduğunu dərk edəcək. Milli şüura bağlı olan gənclərin yabançılıqdan kənar qaçmağı bacaracağını deyən müsahibimiz düşünür ki, bunun effekti, nəticəsi uğurlu olacaq.

 

 

İradə SARIYEVA 

Bakı xəbər.-2014.- 3 iyun.- S.15.