Mühüm dövlət sənədlərində gəncliyin mənəvi inkişaf məsələləri necə yer alıb?

 

Belə bir haqlı fikir formalaşıb ki, vətənpərvərlik, peşəsindən, işindən, təhsilindən asılı olmayaraq, bütün gənclərin milli düşüncəsinə hakim olmalıdır. Hesab edirik ki, bu ideya, bu dəst-xətt bütün gənclərin həyat leytmotivinə çevrilməlidir. Dəfələrlə qeyd etmişik, yenə də xatırlatmaq istəyirik ki, Azərbaycan dövləti sağlam düşüncəli gənclərin arxasında dururonlara aid bütün qayğı və çətinliklərin dəf olunmasına yardım göstərir.

Bəllidir ki, Azərbaycanda baş verən iqtisadi yüksəliş əhalinin inkişaf səviyyəsinə, rifah halının yaxşılaşmasına mühüm təsir göstərir. Adətən iqtisadi inkişaf olan yerdə əhali artımında müsbət tendensiyalar müşahidə olunmağa başlayır. Əhali artımının yaxşı tərəflərindən biriodur ki, ölkə əhalisinin tərkibində gənclərin sayı əhəmiyyətli dərəcədə artıb. Bu, dövlətin inkişafı, strateji hədəflər baxımından olduqca müsbət tendensiyadır. Çünki elə ölkələr var ki, orada, əhalinin azalması ilə yanaşı, qocalması prosesi gedir. Sosioloq Təranə Musalı bildirdi ki, Azərbaycan əhalisinin sosial tərkibinə baxsaq gənclərin böyük çəkiyə malik olduğunu görərik. Onun sözlərinə görə, gənclərin dinamik bir təbəqə olduğunu nəzərə alsaq, bu olduqca müsbət və təqdirəlayiq haldır":Bir sıra dövlətlərdə olduğu kimi, Azərbaycanda da gənclərin vətənpərvər ruhda tərbiyə olunması başlıca vəzifələrdən biridir. O da məlumdur ki, dövlətin gənclərə olan diqqəti get-gedə artır. Məlumat üçün qeyd edək ki, ötən il Prezident İlham Əliyev "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı haqqında Sərəncam imzalayıb. Sərəncamda bildirilib: "Azərbaycan Respublikasında gənclər siyasəti gənclərin vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik prinsipləri əsasında Azərbaycan xalqının tarixi-mədəni irsinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması, cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında gənclərin fəal iştirakının təmin edilməsi, onların intellektual və yaradıcılıq potensialının ümummilli məsələlərin həllinə yönəldilməsi istiqamətində aparılır.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 3-cü bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında gənclər siyasətini daha da inkişaf etdirmək, gənclərin menecment sahəsində fəal iştirakına şərait yaratmaq, gənc mütəxəssislərin işlə təminatı və digər sosial-iqtisadi problemlərinin həllini təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı layihəsinin hazırlanması üçün müvafiq dövlət orqanlarının nümayəndələrindən ibarət işçi qrupunun yaradılmasını 10 gün müddətində təmin etsin.

2. Bu Sərəncamın 1-ci hissəsində qeyd olunan işçi qrupu "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı layihəsinin iki ay müddətində hazırlanıb Azərbaycan Respublikasının Prezidentinə təqdim olunmasını təmin etsin".

Bu Sərəncam gənclər üçün olduqca vacib əhəmiyyət kəsb edir. Çünki dövlətin qarşısında duran başlıca vəzifələrdən biri də gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi və onlara vətənpərvərlik hisslərinin aşılanmasından ibarətdir. Ona görə ki, gənclər aparıcı qüvvə olaraq gələcəkdə dövlətin yükünü öz üzərində daşımalı olacaq. Milli mənlik şüuru ilə vətənpərvərlik hissi bir-biri ilə sıx bağlıdır. Gənclərin vətənpərvərlik ruhunun yüksək olması hər mənada dövlətin xeyrinədir".

O bildirdi ki, fərqi yoxdur, həmin gənc hərbçidir, yoxsa fəhlə, hansı peşə üzrə əmək fəaliyyəti ilə məşğul olmasından asılı olmayaraq, gənc nəsildə vətənpərvərlik hissləri yüksək olmalıdır. Ekspert hesab edir ki, zaman-zaman Azərbaycan dövləti tərəfindən bu istiqamətdə bir sıra işlər görülüb. Hazırda da dövlətin gənclərlə bağlı yeritdiyi məqsədyönlü siyasətdə bu özünü göstərir": Təkcə cənab İlham Əliyevin 10 illik prezidentliyi dövründə 40-dan artıq olimpiya-idman kompleksi tikilib. O cümlədən, yeni orta ümumtəhsil məktəbləri istifadəyə verilib, ali məktəblər əsaslı təmir olunaraq onların maddi-texniki bazası yenilənib. Həmçinin, ali məktəblərdə çoxsaylı fakültələr açılıb və s. İdmançılarımızın beynəlxalq olimpiadalarda uğurları artıb. Ölkədə istehsal və çoxşaxəli xidmət sahələrinin yaradılması paralel olaraq gənclərin işlə təmin olunmasına xidmət edir. Bu illər ərzində on minlərlə gənc işlə təmin olunub. Bütövlükdə gənclərlə bağlı sistemli işlər görülür, müəyyən layihələr həyata keçirilirs. Müstəqilliyin ilk illərində Gənclərin Milli Şurası yaradıldı, gəncliyin milli inkişaf strategiyası ilə bağlı konsepsiyalar qəbul olunub. Gənclərdə vətənpərvərlik hisslərinin yüksək olması ilk növbədə onların milli-mənəvi özünüdərkindən keçir. Hər bir gənc, vətəndaş dərk etməlidir ki, hansı Vətəni, milləti, milli xüsusiyyətləri təmsil edir. Bütün bunlara kompleks yanaşmaq lazımdır. Aydın məsələdir ki, bütün bunları qavrayan, dərindən dərk edən gəncdə vətənpərvərlik hissləri də yüksək səviyyədə olar. Bununla gənclik ideoloji cəhətdən silahlanmış olur. Xüsusilə nəzərə almaq lazımdır ki, Azərbaycan müharibə vəziyyətində olan dövlətdir. Ərazilərimizin 20 faizi işğal altındadır. Belə bir situasiyada gənclərin milli-mənəvi dəyərlərə bağlılığı çox önəmli və vacib əhəmiyyət kəsb edir".

Bütün bu deyilənlərin fonunda "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı gənclərdə milli mənlik şüurunun inkişafında və vətənpərvərlik hisslərinin güclənməsində çox böyük rol oynayır.

Gənc hüquqşünas Aysel Kəlbalıyevanın sözlərinə görə, gənclərlə bağlı qəbul olunan sözügedən proqramın əhəmiyyəti yüksəkdir. Onun bildirdiyinə görə, bu Sərəncamdan irəli gələn vəzifələr gənclərin gələcəyinə xidmət edir: "Məsələ ondadır ki, sözügedən Sərəncam çoxlu sayda gəncin xaricdə təhsil almasına stimul verir. Çünki Azərbaycandan kənarda olan və xaricdə təhsil alan gənclik həm də bir sıra təbliğati xarakterli işlər görəcək ki, bunun əhəmiyyətini kiçiltmək olmaz. Belə ki, əcnəbi ölkələrdə təhsil alan gənclərimiz Azərbaycan ədəbiyyatını, mədəniyyətini, tarixini, incəsənətini təbliğ edir. Bunu həm də Azərbaycanın xaricdə diaspor fəaliyyətinin tərkib hissəsi kimi qiymətləndirmək lazımdır. Həmin gənclik xarici ölkələrdə bizim milli-mənəvi dəyərlərimizi təbliğ edir. O üzdən, verilən Sərəncamın gənclərin həyatında oynayacağı rolu yüksək qiymətləndirirəm. Bununla yanaşı, hesab edirəm ki, Sərəncam gənclərin milli mənlik şüurunun və vətənpərvərlik hisslərinin inkişafına ciddi töhfə verəcək. Şübhəsiz, gənclərin milli mənlik şüurunda inkişaf baş verərsə, paralel olaraq bu özünü vətənpərvərlik hisslərinin güclənməsində də göstərəcək. Baxın, Ssərəncamın birinci bəndində göstərilir ki, Azərbaycan Respublikasında gənclər siyasəti gənclərin vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik prinsipləri əsasında Azərbaycan xalqının tarixi-mədəni irsinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması, cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında gənclərin fəal iştirakının təmin edilməsi, onların intellektual və yaradıcılıq potensialının ümummilli məsələlərin həllinə yönəldilməsi istiqamətində aparılır. Bu o deməkdir ki, cəmiyyətin, gənclər təşkilatlarının və digər bu kimi təsisatların sözügedən məsələ ilə bağlı görmək istədiyi bütün məqamlar nəzərə alınıb və Sərəncamda öz əksini tapıb. Hesab edirəm ki, toxunulan məqamlar çox mühüm əhəmiyyətə malik olan taleyüklü məsələlərdir. Bir vaxtlar bir sıra gənclər təşkilatları sözügedən məqamların sistemli şəkildə proqramda əks olunmasını arzulayırdı. Çox şükürlər olsun ki, gənclərin istəkləri reallaşdı. İstərdim ki, gənclərə yönəlik layihələrin çoxşaxəli və əhatəli olmasına bundan sonra da diqqət yetirilsin. Çünki gənclər, dövlətin gələcəyi olmaqla yanaşı, cəmiyyətin ən dinamik təbəqəsidir. Bu təbəqənin inkişafı üçün bütün mümkün vasitələrdən səmərəli istifadə etmək lazımdır".

A.Kəlbalıyevanın fikrincə sözügedən proqramın işləməsi üçün bir sıra orqanların üzərinə mühüm vəzifələr düşür. Onun dediyinə  görə, proqramın icrası ilə bağlı bir sıra aidiyyəti strukturlar var və həmin strukturlar proqramın effektivliyini təmin etməkdən ötrü üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir": Prezidentin bu istiqamətdə göstərdiyi təşəbbüsü alqışlayıram. Ancaq gərək müvafiq qurumlar da bu məsuliyyətin öhdəsindən layiqincə gəlsin. Məsələ ondadır ki, bu işin icrasında onların da rolu böyükdür. Son zamanlar bəzi qurumlar xaricdə təhsil alan azərbaycanlı tələbələrlə bağlı müəyyən problemlər yaradır. Bunu normal hal saymaq olmaz. Ona görə ki, müvafiq qurumlar proqramla bağlı Sərəncamdan irəli gələn vəzifələri icra etməlidir. Onlar birdəfəlik anlamalıdır ki, vətənpərvərlik hisslərinin təbliği təkcə hərbi məsələlərlə yekunlaşmır. Vətənpərvərlik, peşəsindən, işindən, təhsilindən asılı olmayaraq, bütün gənclərin milli düşüncəsinə hakim olmalıdır. Necə deyərlər, milli şüurunda çulğalaşıb öz əksini tapmalıdır. Bunun üçün də gənclərə hər sahədə dəstək vermək, yardım etmək lazımdır".

A.Kəlbalıyeva həmçinin bildirdi ki, gənclərə göstərilən qayğının xüsusi sənədlərlə tənzimlənməsi böyük nəticə verirbu nəticə gənclərin milli şüuruna ciddi müsbət təsir edir. Onun dediyinə görə, gənclərə stimul verən bu sənədlərin icrası da normal səviyyədədir və gənclərə aid olan məsələlər tədricən həll olunur.

 

 

İradə SARIYEVA

Bakı xəbər.-2014.- 5 iyun.- S.15.