Beynəlxalq gənclər forumlarında iştirak Azərbaycan gənclərini daha vətənpərvər və mənəviyyatlı olmağa yönəldir

 

Aqil Mehdi: "Bu cür tədbirlərin keçirilməsi gənclərin formalaşmasına, dünyagörüşünün artmasına və digər müsbət..."

"Bənzər tədbirlərdə dünya ictimaiyyətinə Qarabağla bağlı əsl həqiqətləri çatdırmaqdan yorulmamalıdırlar"

Dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı peşəkar kadrların yetişdirilməsindən, gənclərin cəmiyyətin bütün sferalarında iştirakından, onların aparıcı qüvvəyə çevrilməsindən çox asılıdır. Gənclərin potensialından düzgün istifadə, bu istiqamətdə siyasətin doğru qurulması, heç şübhəsiz ki, həmin dövlətin gələcəyinin sığortasıdır. Gənclərin hərtərəfli inkişafı ölkənin sosial-iqtisadi, elmi və mədəni inkişafı ilə sıx əlaqədədir, onun qlobal rəqabətə davamlılığının, milli təhlükəsizliyinin vacib şərtlərindəndir.

Daha lakonik ifadə etsək, gənclərə münasibət həmin dövlətin gələcəyinə münasibətidir.Məhz bu reallığı nəzərə alaraq Azərbaycanın dövlət siyasətində gənclərlə prioritet sahələrdən biri kimi diqqətə alınır. Bu yöndə aparılan konkret fəaliyyətin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri ictimai-siyasi, sosial-mədəni və digər sahələrdə aktiv iştirak edir. Gənclərlə sahəsində görülən tədbirlər Azərbaycan gəncliyinin inkişafına təkan verib, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük rol oynayıb. Bu sahədə siyasətin düzgün qurulmasının nəticəsidir ki, artıq respublikamızda fəaliyyət göstərən gənclər təşkilatları, ictimai birliklər ölkəmizdə vətəndaş cəmiyyətinin qurulmasına töhfələrini verir. Aparılan siyasətin nəticəsidir ki, artıq Azərbaycan gəncliyi cəmiyyətin inkişafında fəal sosial təbəqəyə çevrilib. Ölkə gəncləri demokratikləşmə prosesində fəal iştirak edir, mədəniyyət, incəsənət, elm və digər sahələrdə parlaq nailiyyətlər qazanır, dövlətçilik ənənələrini daim uca tutur, çoxşaxəli islahatların reallaşdırılmasında yaxından iştirak edir.

Sözügedən məsələdə mühüm amillərdən biri də ölkə gənclərinin beynəlxalq forumlarda, simpoziumlarda və digər bu kimi tədbirlərdə iştirak etməsidir. Azərbaycan gənclərinin savadlı, intellektli olması və bir neçə xarici dili mükəmməl bilməsi beynəlxalq forumlarda ölkəni layiqincə təmsil etmələrinə şərait yaradır. Bununla həm onlar ölkəni tanıdır, həm də onun mənafeyinin qorunmasında yaxından iştirak edirlər. Digər tərəfdən, gənclərin beynəlxalq tədbirlərdə fəal iştirak etməsi onlarda vətənpərvərlik hisslərinin inkişafına öz müsbət təsirini göstərir. Yəni bu bir növ çoxşaxəli missiyanı özündə ehtiva edir. Görünən odur ki, ölkə gəncliyi yetərincə bu missiyanın öhdəsindən gələ bilir. Ötən beş ildə Azərbaycan gənclər təşkilatları 20-yə yaxın beynəlxalq təşkilata üzv qəbul edilib. Bakıda müxtəlif ölkələrdən olan 2500-dən artıq gəncin iştirakı ilə 60-dan çox beynəlxalq tədbir keçirilib. 1200-ə yaxın Azərbaycan gəncinin müxtəlif beynəlxalq tədbirlərdə iştirakına dəstək verilib.

Məlum olduğu kimi, mürəkkəb qlobal siyasiiqtisadi proseslərin cərəyan etdiyi müasir dünyada Azərbaycanın milli maraqlarının qorunması vacib elementlərdən biridir. Bu məsələdə diaspor təşkilatlarının üzərinə nə qədər böyük vəzifələr düşürsə, bir o qədər də beynəlxalq forumlarda iştirak edən gənclərin üzərinə vəzifələr düşür. Xüsusən də intellektual səviyyəsinə görə seçilən gənclər fəal olmalıdırlar. Bu gün diaspor təşkilatlarının fəaliyyətinin gücləndirilməsində gənclərin rolu danılmazdır. Buna səbəb kimi diaspor təşkilatlarında azərbaycanlı tələbələrin üstün qüvvəyə çevrilməsidir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, günümüzün tələbləri savadlı gəncliyimizin olmasıdır. Yalnız bu halda Azərbaycanın uğurlu gələcəyi təmin olunacaq. Bu işdə Prezidentin imzaladığı 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsil alması barədə Dövlət Proqramı gənclərimizin dünyanın öndə gedən universitetlərində təhsil alması üçün əlverişli şərait yaratmış oldu. Sözügedən proqram həm də gənclərin beynəlxalq tədbirlərdə iştirakına imkan yaradır. Ən azından buna zəmin yaradır. Xaricdə təhsil alan gənclər, oxuduqları ölkənin mədəni-ictimai mühitini öyrənməklə yanaşı, Azərbaycanı da tanıtmağı qarşılarına məqsəd qoymalıdırlar. Bu onların mənəvi borcudur. Beynəlxalq tədbirlərdə Azərbaycan gəncinin fəallıq göstərməsi, istər-istəməz, milli mənlik şüurunun və vətənpərvərlik hisslərinin inkişafına öz töhfəsini verir. O üzdən, sözsüz ki, xaricdə təhsil alan gənclərimizin öz enerjilərini Vətənimiz üçün sərf etməsi, ölkə xaricində Azərbaycanla bağlı həqiqətlərin çatdırılması ölkənin tarixi və mədəni dəyərlərinin təbliğ olunmasında mühüm  rol oynayır. Bu işdə, əlbəttə ki, xaricdə və Azərbaycanda fəaliyyət göstərən diaspor təşkilatlarının, tələbə və gənclərlə bağlı olan qeyri-hökumət təşkilatlarının rolu var. Məhz bu tip təşkilatların olması xaricdə təhsil alan tələbələrimizin gücünün vahid mərkəzdən idarə olunaraq  Azərbaycanın maraqlarına uyğun istifadə olunmasında mühüm əhəmiyyət kəsb edir.

Sevindirici hal həm də ondan ibarətdir ki, Azərbaycan gəncləri beynəlxalq tədbirlərdə fəal iştirak etməklə yanaşı, ölkənin özübir sıra tədbirlərə ev sahibliyi edir. Bu da gənclərin rolunu daha da artırır. Artıq dünyanın ən nüfuzlu beynəlxalq qurumları öz tədbirlərini məhz Azərbaycanda keçirməyə üstünlük verir. Bu vaxta qədər ölkəmizdə çoxlu sayda beynəlxalq əhəmiyyətli tədbirlərin müvəffəqiyyətlə keçirilməsi bu sahədə böyük təcrübəyə malik olmağımızdan xəbər verir. Artıq Azərbaycan dünya miqyaslı tədbirlərin keçirilməsinə qadir olan dövlət kimi tanınıb. Ən maraqlısı odur ki, gənclər istər ölkə daxilində, istərsə də ölkə xaricində keçirilən tədbirlərdə fəallıq göstərir, Azərbaycanın mənafeyini qoruyurdünya ictimaiyyətinə çatdırırlar. Məsələn, Bakıda Krans-Montana Forumunun 23-cü illik toplantısının keçirilməsi Azərbaycanın dünyada nüfuz sahibi olmasının bariz nümunəsidir. Qeyd edək ki, sözügedən forum 1986-cı ildə Krans-Montanada (İsveçrə) yaradılmış beynəlxalq təşkilatdır. Krans-Montana Forumu BMT, UNESCO, UNIDO, Avropa İttifaqı və digər təşkilatlarla sıx əməkdaşlıq edir. Bu qurum beynəlxalq əməkdaşlıq və dialoqa yardımı özünün əsas məqsədləri elan edib. Forumda qlobalregional xarakter daşıyan aktual siyasisosial-iqtisadi problemlər qeyri-rəsmi formada müzakirə edilir.

Nəzərə almaq lazımdır ki, bu gün Azərbaycan Yaxın Şərqə, Mərkəzi Asiyaya çıxışdır. Azərbaycanda son illər ərzində baş verən hadisələr əsl möcüzədir. Azərbaycan tarixən, əsrlər boyu müxtəlif mədəniyyətlərin, müxtəlif millətlərin sülh şəraitində yaşadığı bir məkan olub. Biz həmişə öz işimizlə multikulturalizmi, yəni çoxmədəniyyətlilik amilini inkişaf etdirməyə üstünlük veririkbunun gücləndirilməsinə çalışırıq. Çünki qloballaşan bugünkü dünyada başqa bir yol, başqa bir alternativ yoxdur. Müxtəlif etnik mənşəyə mənsub olan, müxtəlif mədəniyyətləri təmsil edən insanların əsrlər boyu burada birlikdə yaşaması Azərbaycan üçün təbii bir hal olub. Azərbaycanın müstəqillik tarixinin cəmi 22 il olmağına baxmayaraq, ötən müddət ərzində qazanılan uğurlar gənclərin həyatından da yan keçməyib. Müstəqillikdən sonra ölkədə siyasi müstəvidə dəyişikliklər, transformasiya baş verdi. Dövlətçiliyin qurulması ölkə üçün çox böyük önəm daşıyırdı. Digər tərəfdən bu, Azərbaycan üçün böyük imkanlar yaratmışdı. Ancaq çoxlu çətinliklər oldu. Yəni dövlətin qurulması heç asan başa gəlmədi. Mərhum prezident Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin qorunmasında müstəsna xidmətləri var. Bütün çətinliklərə baxmayaraq, Azərbaycan möhkəm dövlətçiliyi yarada iqtisadi-siyasi sahələrdə güclü transformasiyaya malik ola bildi. İndi demokratik prosesiləri inkişaf etdirir, gücləndirir. Ölkə hakimiyyəti qanunun aliliyi, insan haqlarının müdafiəsi qorunması sahələrinə çox böyük önəm verir. Azərbaycanda bütün siyasi qurumlar, tərəflər öz fəaliyyətini uğurla davam etdirir.

Son on il ərzində Azərbaycanda iqtisadi inkişaf dünyada ən sürətli olub, iqtisadiyyat üç dəfə artıb. Sənaye istehsalı da üç dəfə artıb. Eyni zamanda, sosial problemlərin həllinə çox böyük önəm verilib. Bir sözlə, Azərbaycan sabit iqtisadiyyata malik olan bir ölkədir.

"Parlaq Gələcək" Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin rəhbəri Aqil Mehdi hesab edir ki, gənclərin beynəlxalq tədbirlərdə iştirak etməsi bir sıra parametrlərə görə faydalıdır: "Birincisi, Azərbaycan dünyada tanınır. Ölkənin əldə etdiyi uğurlar, nailiyyətlər dünya insanının diqqətinə çatdırılır. Bununla paralel, ölkənin üzləşdiyi problemlər beynəlxalq tribunadan səslənir. Bu gün Azərbaycanın bir nömrəli problemi Dağlıq Qarabağın digər ərazilərimizin hələ işğal altında qalmasıdır. Beynəlxalq aləmdə mövcud olan ikili standartlar, hegemon dövlətlərin geosiyasi maraqları, təəssüf ki, problemin həllinə imkan vermir. Ermənistana münasibətdə sərgilənən qətiyyətsizlik problemin indiyəcən həll olunmamasına gətirib çıxarıb. O baxımdan hesab edirəm ki, beynəlxalq forumlarda digər bu kimi tdbirlərdə gənclər Qarabağ məsələsini daim diqqət mərkəzində saxlamalıdır. Bənzər tədbirlərdə dünya ictimaiyyətinə Qarabağla bağlı əsl həqiqətləri çatdırmaqdan yorulmamalıdırlar. İkincisi, bu cür tədbirlərin keçirilməsi gənclərin formalaşmasına, dünyagörüşünün artmasına digər müsbət keyfiyyətlərin yaranmasına öz təsirini göstərir. Bununla gənclər xarici ölkələrin idarəçilik, mədəni təcrübəsi ilə tanış olur. Eyni zamanda, dünyada gedən müsbət tendensiyaları mənimsəmiş olur bunu öz ölkələrində uğurla tətbiq edirlər. Ən başlıcası, bu, gənc nəslin vətənpərvərlik hisslərinin, milli mənlik şüurunun inkişafına müsbət təsir edir. Hansı ki, indiki dövrdə buna böyük ehtiyac var. Çünki ölkədə gənclərin sırası hər il genişlənir. Belə olan halda onların potensialını düzgün istiqamətdə yönəltmək vacib faktorlardan biridir. Çünki bununla bağlı hansısa diqqətsizlik, biganəlik olanda bu, xoşagəlməz fəsadların yaranmasına gətirib çıxarır. Ona görə gənclərlə aparılan davamlı xarakter daşımalı kiməsə zərər verməməlidir".

 

 

Vidadi ORDAHALLI

 Bakı xəbər.-2014.- 18 iyun.- S.15.