Asudə vaxtın təşkili ilə
bağlı dövlət siyasətinin gənclərin mənəvi
inkişafına təsiri...
Məhərrəm
Zülfüqarlı: "Gənclərin asudə vaxtının səmərəli
təşkili ilə bağlı dövlətin
gördüyü işlər dəstəklənməlidir"
Gəncliyin inkişafı, onların problemlərinin həlli
və perspektivdə atılacaq addımlar dövlətimizin bu
təbəqəyə olan xüsusi diqqətinin nümunəsidir. Gənclərin
milli mənlik şüurunun inkişafı onlarda vətənpərvərlik
hirslərinin aşılanmasına öz təsirini göstərir.
Bunun nəticəsidir ki, Prezident
İlham Əliyevin Sərəncamı ilə təsdiq
edilmiş "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə"
Dövlət Proqramında Bakıda Gənclər Mərkəzinin
və regionlarda "Gənclər evi"nin
inşa edilməsi, Gənclər Fondunun yaradılması, gənclərin
asudə vaxtının təşkili, gənclərin məşğulluğunun
təmin edilməsi və s. işlərin görülməsi
nəzərdə tutulub. Bütün bunlar bir
daha onu göstərir ki, Azərbaycan dövlətinin gənclərlə
bağlı yeritdiyi siyasət uğurludur. Sözügedən
proqram ölkə başçısının gənclərə
diqqət və qayğısının bariz nümunəsidir.
Təsəadüfi deyil ki, "Azərbaycan gəncliyi
2011-2015-ci illərdə" Dövlət Proqramının
icrasına dövlət büdcəsindən 80 milyon manat vəsaitin
ayrılması nəzərdə tutulur. Məsələ
ondadır ki, 2005-2009-cu illər üçün Azərbaycan
Gəncliyi Dövlət Proqramına büdcədən 8 milyon
385 min manat ayrılmışdısa, yeni proqrama görə 80
milyon manat vəsait ayırmaq planlaşdırılır. Bu da əvvəlki proqrama nisbətən təxminən
10 dəfə artıq göstəricidir. Bu
proqramın gənclərin milli mənlik şüurunun dərkində
və vətənpərvərlik hisslərinin güclənməsində
əhəmiyyəti böyükdür. Ümumilikdə
son illər müşahidələr göstərir ki, bu
istiqamətdə dövlətin gənclər siyasəti daha
da gücləndirilib.
O baxımdan, gənclər
proqramının təsdiqlənməsi də gənclərə
dövlət qayğısının artdığını
göstərir. Digər vacib məqam gənclər
siyasətinin həyata keçirilməsi üçün
infrastrukturun inkişafı ilə bağlıdır. Belə
ki, sözügedən proqram çərçivəsində
Bakıda Gənclər Mərkəzinin və 10 rayonda "Gənclər
evi"nin tikintisi nəzərdə tutulur.
Təsadüfi deyil ki, görülən bu
işlər çərçivəsində artıq 12 rayonda
"Gənclər evi" fəaliyyət göstərir.
Bu ildən başlayaraq, ölkənin bir rayon və
ya şəhərinin "Gənclər paytaxtı" elan
ediləcəyi gözlənir. Bunun
üçün gənclərin istəkləri nəzərə
alınmaqla, müsabiqə, səsvermə keçiriləcək,
paytaxtda gənclərlə bağlı tədbirlər
inkişaf etdiriləcək. Həmin rayon gəncləri
iş sahəsində təcrübə əldə edəcək.
Digər tərəfdən, Azərbaycan dövləti
"qara qızılın insan kapitalına çevrilməsi"
kontekstində geniş biliklərə və
dünyagörüşə malik yeni kreativ nəsil gənclərin
formalaşmasına xüsusi önəm verir.
Azərbaycanda bu
gün uğurlu gənclər siyasəti həyata
keçirilir. Sözügedən siyasət,
eyni zamanda, müasir dövrün tələblərinə və
reallıqlarına uyğun olaraq keyfiyyətcə yeni bir mərhələyə
qədəm qoyub desək, yanılmarıq. Məsələ ondadır ki, son dövrlər
dövlət gənclərlə bağlı sosial dəstək,
gənclərin asudə vaxtını səmərəli
keçirməsi ilə bağlı layihələrə
xüsusi önəm verir. Sözügedən
dəstəyin mühüm istiqamətlərindən biri gənclərə
dövlət dəstəyinin gücləndirilməsindən,
onlara hərtərəfli diqqət göstərilməsindən
ibarətdir. Son illər ölkəmizdə
gənclərlə bağlı görülən bir sıra
işlər və bu çərçivədə həyata
keçirilən layihələr gənclərin hərtərəfli
inkişafının təmin olunması üçün
sosial-iqtisadi, təşkilati təminatların
yaradılmasını sürətləndirib. Bununla yanaşı, onların ictimai həyatda fəallığının
artmasına kömək edib. Təsadüfi
deyil ki, bu gün ölkəmizdə gənclər siyasəti
dövlət siyasətinin mühüm tərkib hissəsinə
çevrilib. Azərbaycan gəncliyi ictimai
həyatın bütün sektorlarında aktiv fəaliyyəti
ilə seçilir, iqtisadi, humanitar, sosial tədbirlərin həyata
keçirilməsində mühüm rol oynayır. Eyni
zamanda, son bir neçə il ərzində
bilavasitə gənclərlə bağlı xeyli sayda normativ sənədin
qəbul olunması ölkəmizdə gənclərlə
iş sahəsində, gənclərin sosial-iqtisadi
inkişafına, onların asudə vaxtının səmərəli
təşkilinə yönəldilmiş mükəmməl
qanunvericilik bazasının formalaşdırılmasından xəbər
verir. Prezident İlham Əliyev tərəfindən
ölkədə həyata keçirilən gənclər siyasəti
gənclərin bütün təbəqələrinin hərtərəfli
inkişafını təmin etməkdədir.
Yuxarıda
sadalananlarla yanaşı, gənclərin asudə
vaxtının səmərəli təşkil olunması da
dövləti ciddi düşündürən bir məsələdir.
Bununla bağlı da sistemli və
düşünülmüş tədbirlər
görülür. Bəllidir ki, gənclərin
asudə vaxtı çox olur. Bu vaxtdan səmərəli
istifadə edilməməsi müxtəlif mənfi fəsadlara
gətirib çıxara bilər. Bəzən
asudə vaxtın çoxluğu gənclərin zərərli
vərdişlərə qurşanmasına səbəb olur.
Son vaxtlar gənclərlə bağlı
yürüdülən siyasət çərçivəsində
bölgələrdə inşa edilən olimpiya idman kompleksləri
gənclərin idmana həvəsləndirilməsi, fiziki
inkişafının təmin olunması
üçündür.
Yalnız
fiziki cəhətdən sağlam gəncliklə dövlətin
irəliləyişinə nail olmaq mümkündür. Gənclərin asudə vaxtının səmərəli
keçirilməsi baxımından onların idmanla məşğul
olmasının rolu əvəzsizdir. "Sağlam
bədəndə sağlam ruh olar" deyilib. Bədənin
sağlamlığını qorumaq üçün isə
insan bu prosesə gənc yaşlarından start verməlidir. Ölkə əhalisinin sayında gənclərin
xüsusi çəkisini nəzərə alsaq, fərdi təşəbbüslərin
gənclərin ümumi sağlamlığındakı roluna
təsirini məqbul saymaq olmaz. Yəni hansısa gəncin
fərdi idmanla məşğul olması bəyəniləndir,
ancaq bunun daha çox fərd kimi onun özünə xeyri ola bilər. Gənclərin fiziki
inkişafına nail olmaq bütün dövlətlərin
yürütdüyü siyasətdə prioritet faktor olaraq
qalır. Fiziki inkişaf, sağlamlaşma ilə
yanaşı, həm də gənclərin mənən
formalaşmasına xidmət edir. Milli gəncliyimizin
həm sağlam böyüməsi, həm də mənəvi
inkişafı cəmiyyətin bütün təbəqələrini
ciddi düşündürməlidir. Bu sahəyə
dövlət qayğısının nə dərəcədə
olduğunu araşdırdıqda məlum olur ki, Azərbaycan
dövləti gənclərin fiziki inkişafına nail olmaqla
onların mənəvi formalaşması ilə bağlı
mühüm dövlət tədbirləri həyata
keçirir. Məlumdur ki, bütün bu tədbirlər
gənclərin asudə vaxtının səmərəli təşkil
olunması proqramı əsasında baş tutur.Gənclərin
asudə vaxtının səmərəli keçirilməsi
ilə bağlı dövlət, onlara yaradılan idman şəraiti
ilə yanaşı, digər tədbirlərin də həyata
keçirilməsinə xüsusi dəstək verir. Gənclərin yay tətillərini səmərəli
keçirməsi üçün yaradılan yay məktəbləri
layihəsi çərçivəsində gənclər həm
gözəl istirahət edir, həm də onların digər gənclərlə
sağlam ünsiyyəti yaranır. Sözsüz ki,
dövlət tərəfindən gənclərin asudə
vaxtının səmərəli keçirilməsi ilə
bağlı həyata keçirilən tədbirlərin və
gənclərə verilən dəstəyin onların milli
şüurunun inkişafına və vətənpərvərlik
hisslərinin artmasına böyük təsiri var.
Bütün bunlar gənclərin asudə vaxtlarının səmərəli
keçirilməsinə, gənclərlə işin yeni
müstəvidə qurulmasına, onların ictimai həyatın
bütün sahələrində fəal iştirak etməsinə
və yeni inkişafın əsas qüvvəsinə
çevrilməsinə imkan verəcək. 2011-ci
ilin aprelində prezident gənclərlə
görüşündə bu istiqamətdə fəaliyyətin
gücləndirilməsini və gənclərə dövlət
qayğısının artırılmasını əsas vəzifə
kimi qeyd edib. Gənclərin asudə
vaxtının səmərəli təşkilinin onların həyatında
oynadığı müsbət rol danılmazdır. Gələcək nəslin sağlam yetişməsi,
onların milli şüura bağlı vətənpərvər
olması baxımından bu məsələ olduqca əhəmiyyətlidir.
Ümumilikdə asudə vaxtın vətənpərvərliklə
əlaqəsini təhlil etdikdə ortaya bir amil
çıxır. O da idmandır. İş
ondadır ki, ruhən sağlam olmayan gəncin vətənpərvərliyi
də zəif olacaq. Deyilən müsbət nəticəni
əldə etmək üçün biz gənclərin asudə
vaxtının səmərəli təşkilinə nail
olmalıyıq. Bu kimi layihələrin həyata
keçirilməsində dövlət tərəfindən
böyük dəstək göstərilir. Bu məsələdə Gənclər və
İdman Nazirliyinin adını xüsusilə vurğulamaq istərdim.
Bəzi idman federasiyaları da işə dəstək
verir. Onu da qeyd etməyə dəyər
ki, hər şey maddiyyata bağlı olanda bəzən
müxtəlif problemlər ortaya çıxa bilir. Məsələn, hansısa gənc
ağıllıdır və asudə vaxtını səmərəli
keçirmək istəyir. Ola bilər ki,
onun maddi imkanı hansısa zala aylıq pul ödəməyə
çatmasın. Bütün bunları nəzərə
alaraq məsələyə kompleks yanaşmaq lazımdır.
Əsas odur ki, gəncləri zərərli vərdişlərdən
qoruya biləsən. Bunun üçün
də kompleks tədbirlərin görülməsi vacibdir.
Dərindən araşdırdıqda məlum
olur ki, çox insanlar həyatını məhz bu amilə
görə qurban verir. Gənclik insanın
ən həssas dövrüdür. Yəni
həmin dövrdə insanın təməli necə qoyuldusa
elə də gedəcək. Bütün zərərli
vərdişlərə olan meyl isə boş vaxtın
çoxluğundan irəli gəlir. O cümlədən,
gənclərin asudə vaxtları çərçivəsində
onların hərbi hissələrdə əsgərlərlə
görüşləri təşkil edilməlidir. Asudə vaxt baxımından hərbi xidmətə qədər
gənclərin idmana cəlb olunmasının və onların
əsgərlərlə görüşməsinin yeniyetmələrin
milli şüuruna və vətənpərvərlik hisslərinə
çox müsbət təsiri olur. Bəzən
müəyyən qrup gənclərin daha çox şou-biznesə
meylləndiyini görürük. Bu da
müəyyən narahatlıq yaradır. Çünki
müharibə şəraitində olan ölkədə
çalışıb Vətəninə bağlı olan,
igid döyüşçülər yetişdirməliyik.
Gənclərin asudə vaxtını səmərəli
keçirməsi baxımından təbliğatın
artırılmasına böyük ehtiyac var.
Sözügedən məsələni
dəyərləndirən İctimai Problemlərin Tədqiqi
Assosiasiyasının rəhbəri Məhərrəm
Zülfüqarlının sözlərinə görə, son
illər bu istiqamətdə bir sıra işlər
görülür: "Gənclərin asudə vaxtının
səmərəli təşkili ilə bağlı dövlətin
gördüyü işlər dəstəklənməlidir. Bununla bağlı bir sıra proqramlar həyata
keçirilir. Onu da qeyd edim ki, gənclərin
asudə vaxtı ilə bağlı məsələlər
sovet dönəmində də dəbdə idi. Düzdür, o dövrdə indikindən fərqli
olaraq formalizm halları çox idi. İndi
isə məsələyə kompleks yanaşmanın olduğunu
görürük. Yəni gənclərin
asudə vaxtının səmərəli təşkili ilə
yanaşı, onların işlə təmin olunmasına da
xüsusi önəm verilir. Bu sahədə
müəyyən çatışmazlıqlar da var, amma mənə
elə gəlir ki, bütün bunlar zamanla aradan
qaldırılacaq. Məsələn,
görürsən ki, hansısa rayonda idman obyekti təyinatı
üzrə işləmir. Hesab edirəm
ki, bu istiqamətdə nəzarət və diqqəti daha da
artırmaq lazımdır. Çalışmaq
lazımdır ki, gənclər ora cəlb olunsun".
Vidadi ORDAHALLI
Bakı xəbər.-2014.-5
mart.-S.15.