Müasir, informasiya-kommunikasiya texnologiyalarına əsaslanan təhsil infrastrukturunun, o cümlədən elektron təhsilin yaradılmasına əlavə vəsaitlərin ayrılması

 

 Təhsildə elektron resurslar insan fəaliyyətinin bütün sahələrində kompyuter texnologiyalarının tətbiqi yeni elmin fənnin - informatikanın yaranmasına səbəb oldu. Bu termin ilk dəfə ötən əsrin 60-cı illərində Fransada istifadə edilib. İngilisdilli ölkələrdə ona "compyuter science" (kompyuter texnologiyası elmi) sinonimi uyğundur. Ölkəmizdə informatika müstəqil sahə kimi fəaliyyət göstərir və bir neçə ildir ki, müstəqil fənn kimi məktəblərdə tədris olunur. 

 İnformatika insan fəaliyyətinin saxlanması və ötürülməsi prosesini kompyuter vasitəsilə müəyyən edir. Lakin kompyuterin gücü insanların və onların malik olduqları biliklərin sayəsində müəyyən edilir.    

İnformatikanın öyrənilməsi prosesində yalnız kompyuterdən istifadə etmək deyil, həmçinin onun istifadəsini ətraf aləm haqqında bilgilərin alınması üçün yönəltmək də mühüm yer tutur.    Müasir məktəbdə bu, çətin peşələrdən biri sayılır. İnformatika müəllimi davamlı olaraq yeni kompyuter texnologiyalarının yaranmasına, onlarla , dəyişən üsullar, yeni proqramların meydana gəlməsi və inkişafına nəzarət edib, məlumat toplamalıdır. 

  Elektron təhsil resursları dərs materiallarının elektron cihazlar vasitəsilə təqdim olunmasıdır. ETR deyəndə informasiya, texnikiproqram təminatı və elektron nəşrlər başa düşülür. Digital təhsil resurslarına rəqəmsal şəkillər, videofraqmentlər, statikdinamik modelləri, interaktiv modelləşdirmə, xəritələr, səs yazmaları, simvolik obyektlər və qrafika, mətn sənədləri və digər zəruri tədris materialları daxildir. 

  Ən müasir və səmərli təhsil üçün lazım olan elektron təhsil resursları kompyuter vasitəsilə yaradılır. Ən sadə elektron təhsil resursları qrafik mətnlərdir. Onlar adi kitablardan əsasən mətn və illüstrasiyaların təqdimat formasına görə fərqlənir: məlumatlar kağız üzərində deyil, kompyuter ekranında təqdim olunur. Lakin ekrandakı görüntünü kağız üzərinə köçürmək, çap etmək çox asandır.   

Elektron resursların üçüncü səviyyəsi vizual və ya audio fraqmentlərdən ibarətdir. Kitabla bu resurslar arasında olan formal fərqlər göz qabağındadır: heç bir səs, film, animasiya poliqrafik (çap) nəşrlərdə mümkün deyil.   

 Ən əhəmiyyətli fərqlər multimedia elektron resursları adlandırılan resurslarda mövcuddur. Bunlar təhsil üçün yaradılan ən güclü və maraqlı məhsullardır ki, bura mətn, şəkillər, video, audio və digər rəqəmsal funksiyalar daxildir. 

  Elektron təhsil resurslarının mühüm üstünlüyü onların tələbənin fərdi öyrənməyini təmin etməsindədir. Multimedia sistemindən istifadə edərək, müəllimlər şagirdlər üçün öz təlim kursları və müəllif hüquqları olan fərdi təhsil proqramlarını yarada bilərlər. 

  Elektron təhsil resursları şagirdlərə verir? İlk növbədə həqiqətən öyrənmək imkanı. Bildiyimiz kimi, təlim prosesi iki hissədən ibarətdir: müəllimin iştirakı ilə təlim və müstəqil yerinə yetirilən ev tapşırıqları. Bu vaxta qədər ev tapşırıqları məlumatın yadda saxlanmasından və ya əzbərlənməsindən, mətnlərin və düsturların tərtib olunmasından ibarət idi. Elektron təhsil resursları dərsin öyrənilməsi üçün daha üstün praktik şərait yaradır, yəni bu zaman şagird muzeylərə virtual səyahətlər edə bilər, laboratoriya işlərini həll edərək, həmin anda cavabların düzgün olub-olmadığını özü yoxlaya bilər. Yəni sərbəst şəkildə öz bilik və bacarıqlarının nə səviyyədə olduğunu müəyyən edə bilər.  

 Bu gün dünyada belə bir fikir var ki, informasiya - kommunikasiya texnologiyalarına (İKT) malik olmadan heç bir nəzəri metodologiyanı praktikada tətbiq etmək olmaz. Ola bilsin ki, biz yüksək biliyə və materiallara malik olaq, amma praktikada onu tətbiq etmək üçün İKT sistemlərinə, avadanlıqlarına, məlumatların idarə olunmasına, müasir proqram təminatı, serverlərə və s. malik olmaq lazımdır. Məhz buna görə də Prezident İlham Əliyev Azərbaycanda İKT-nin tətbiqini prioritet məsələ hesab edir.   

 İKT-nin təhsildə tətbiqi Azərbaycan vətəndaşlarının müasir biliklərə və bacarıqlara malik olan yeni nəslinin formalaşmasına birbaşa təsir edən yüksək mahiyyətli məsələdir. Son illər təhsil sistemində İKT infrastrukturunun inkişaf etdirilməsi və təhsildə İKT-nin tətbiqinin dünya standartları səviyyəsinə çatdırılması ölkəmizdə prioritet istiqamətlərdən biri olub. Bu dövrdə təhsil sistemində İKT-nin tətbiqi sahəsində müxtəlif layihə və tədbirlər hazırlanaraq həyata keçirilib ki, bu da ölkənin təhsil sahəsində aparılan islahatların çox vacib mərhələlərindən biri olmaqla təhsil ocaqlarında İKT infrastrukturunun qurulmasına yönəlib. 

  Bununla yanaşı, cəmiyyətin ayrı-ayrı müxtəlif sahələrində də İKT-nin geniş tətbiqi üçün müxtəlif proqramlar qəbul olunur. Və cəmiyyətdə təhsilin missiyası, təhsilin üzərinə düşən vəzifələr çox mühüm əhəmiyyətə malikdir. Təbii ki, təhsilin qarşısındakı vəzifələrin həyata keçirilməsi, təhsilin bu günün tələblərinə cavab verməsi məqsədilə İKT mühüm vasitə rolunu oynayır. Məhz bu nöqteyi-nəzərdən ilkin olaraq 2005-ci ilin avqustunda "Azərbaycan Respublikasının ümumtəhsil məktəblərinin informasiyakommunikasiya texnologiyaları ilə təminatı Proqramı" (2005-2007-ci illər) qəbul olunub. Həmin proqramın hədəfi orta ümumtəhsil məktəblərinin kompyuterləşdirilməsi idi. Xüsusən də hər 29 şagirdə bir kompyuterin düşməsi bu proqramın qarşısında duran əsas vəzifələrdən bir idi. Amma, bildiyimiz ki, təkcə kompyuterləşdirmə ilə bu işləri bitirmək olmaz. Çünki informasiya cəmiyyəti təkcə kompyuterləşdirmə ilə yox, eyni zamanda, bu kompyuterlərin müasir bir şəbəkə infrastrukturunda qoşulmasını təmin etməkdir. Ona görə də Prezident İlham Əliyev bu zərurət və əvvəlki görülmüş işlər nəzərə alınmaqla 2008-ci ilin iyun ayında "2008-2012-ci illərdə Azərbaycan Resrublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi haqda Sərəncam imzalayıb.

   Dövlət Proqramı qeyd olunan məsələlərin səmərəli və kompleks şəkildə həllinə yönəlib. Proqramın əsas məqsədi təhsilin bütün pillələrində müasir informasiyakommunikasiya texnologiyalarının səmərəli tətbiqi və istifadəsi ilə vahid ümummilli təhsil mühitinin formalaşdırılması və bu zəmində əhalinin bütün təbəqələri üçün keyfiyyətli təhsil almaq imkanlarının təmin edilməsi, habelə ölkənin təhsil sisteminin dünya təhsil məkanına inteqrasiya olunması üçün şərait yaradılmasıdır.    

Yeri gəlmişkən, 2010-cu ilin Təhsil Nazirliyi tərəfindən "Təhsildə İKT ili" elan olunmasını da Azərbaycanda bu sahədə görülən işlərin zirvəsi hesab etmək olar. "Təhsildə İKT ili" çərçivəsində elektron resursların yaradılması barədə yeni layihələr və tədbirlər həyata keçirilib. Sevindirici haldır ki, ötən illərdə layihələr özəl şirkətlərin təşəbbüsü və Təhsil Nazirliyinin dəstəyilə həyata keçirilib.  

 Məlum olduğu kimi, təhsil sisteminin informasiyalaşdırılması prosesində müəllim əsas yer tutur. Təhsilin informasiyalaşdırılmasının müvəffəqiyyəti məhz müəllimin İKT sahəsində biliklərinin səviyyəsindən onun bu sahədə olan vərdişlərinin tədrisdə tətbiqindən birbaşa asılıdır. Maraqlıdır ki, Dövlət Proqramı çərçivəsində pedaqoji hazırlığın komponenti üzrə atılan addımlar tam olaraq dünya müəllimlərinin İKT üzrə biliklərinin artırılması istiqamətində müşahidə edilən islahatlarla da eynilik təşkil edir.   

Hazırda kompyuterlər müəllimin köməkçisinə universal alətə çevrilib. Bir neçə ildir ki, RİTN, Təhsil Nazirliyi, HP "Microsoft", "BestComp Group" şirkətləri tərəfindən reallaşdırılan "Xalq kompyuteri" layihəsinə başlanıb. Layihənin əsas məqsədi, sadəcə, müəllimlərin kompyuterlərlə təmin olunmasından ibarət deyil, məhz onların öz həyatlarına münasibətlərin dəyişdirilməsi, dəyərlər haqqında yenidən düşünmələri düşüncələrində irəliləyişin əldə olunması üçün imkanlarının yaradılmasından ibarətdir. Orta məktəb müəllimləri layihənin ilk iştirakçıları oldular. Artıq xeyli sayda müəllim güzəştli şərtlərlə müasir HP kompyuteri əldə edib. 

   Göründüyü kimi, müasir, İKT- əsaslanan təhsil strukturunun, o cümlədən elektron təhsilin yaradılmasına artan maraq sözügedən sahəyə əlavə vəsaitlərin cəlbini zəruri edir. Azərbaycan dövləti həyata keçirdiyi siyasətlə sübut edir ki, bu cür gözəl təşəbbüsləri qarşılamağa hazırdır.   

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda Təhsilin İnkişaf Fondunun yaradılması nəzərdə tutulur.  

 Strategiyaya görə, təhsilin dayanıqlı müxtəlif mənbələrdən istifadə olunmaqla yeni maliyyələşdirmə mexanizminin yaradılması nəzərdə tutulub. Təhsilə adekvat həcmdə maliyyə resurslarının cəlb edilməsi, təhsilin maliyyələşdirilməsi xərclərinin ümumdaxili məhsula nisbətinin mərhələlərlə 5-6 faizə çatdırılması, nəticəyönlü büdcə planlaşdırılması müxtəlif mənbəli maliyyələşdirmə mexanizmlərinin yaradılması planlaşdırılır.   

Təhsil müəssisələrini bir təhsilalana düşən xərc əsasında maliyyələşdirmə mexanizminə keçid, dövlət bələdiyyə təhsil müəssisələrində özünümaliyyələşdirmə prinsiplərinin təşviqi, ödənişli təhsil xidmətlərinin göstərilməsinin dəstəklənməsi, büdcədənkənar vəsaitlər hesabına formalaşdırılan Təhsilin İnkişafı Fondunun yaradılması nəzərdə tutulub.  

 Strategiyada, həmçinin, təhsil tədqiqatlarının yeni maliyyələşmə mexanizminin tətbiqi, mülkiyyət formasından asılı olmayaraq, müvafiq təhsil qurumları cəlb edilməklə təhsilverənlərin əlavə təhsilinin dövlət sifarişi əsasında adambaşına maliyyələşdirilməsi, təhsil müəssisələrinin keyfiyyət göstəricilərinə əsaslanan investisiya xərcləri sisteminin yaradılması, ali təhsil müəssisələrində dövlət büdcəsi vəsaitindən istifadə olunmayaraq məqsədli kapital fondlarının yaradılmasının stimullaşdırılması, aztəminatlı ailələrdən olan uşaq gənclər üçün bərabər təhsil imkanlarının yaradılması məqsədilə maddi dəstək sisteminin yaradılması, müəllimlərin maddi motivasiyasının yaxşılaşdırılması, onların illik əməkhaqqının adambaşına düşən ümumdaxili məhsula nisbətinin mərhələlərlə, səriştə nəticə əsasında differensiallaşdırmaqla 1,8-2 dəfəyədək artırılması nəzərdə tutlub.  

 Tam orta təhsildə bir şagirdə düşən illik xərclərin adambaşına düşən ümumdaxili məhsula nisbəti mərhələlərlə 2 dəfəyədək artırıla bilər. 

  Müasir informasiya-kommunikasiya texnologiyalarına əsaslanan təhsil infrastrukturunun, o cümlədən elektron təhsilin yaradılmasına əlavə vəsaitlərin ayrılması, təhsil şəbəkəsində rasionallaşdırma tədbirləri həyata keçirməklə, regionlar arasında təhsilin keyfiyyətini bərabərləşdirmək üçün ucqar regionlarda yerləşən təhsil müəssisələri üçün əlavə maliyyələşmənin təmin olunması, təhsilə çıxış imkanlarını yaxşılaşdırmaq üçün maliyyə mexanizmlərinin, o cümlədən tələbə kreditləri sisteminin genişləndirilməsi, məktəbəqədər ümumtəhsil müəssisələrində uşaqlara pulsuz əsasda müvafiq xidmətlərin (dərs ya təlim vəsaitləri s.) göstərilməsi yeni Strategiyada nəzərdə tutulub.

   Bütün bu araşdırılanlardan bir nəticə hasil olur-Azərbaycan dövləti elektron təhsilin inkişafında maraqlıdır. Bu proqramın həyata keçirilməsi üçün əlavə vəsaitlərin ayrılması da dövlət tərəfindən qarşılanır.

 

Məhəmmədəli QƏRİBLİ

 

Bakı xəbər.-2014.-6 mart.-S.6.