Müasir təminatlı peşə-tədris mərkəzlərinin
və komplekslərinin
yaradılması
Məlumdur ki, dünya və onun bir
hissəsi Azərbaycanda
müasirləşmənin yolu yeni təhsil
fəlsəfəsinin, elmi
nailiyyətlərin və
innovasiyaların məhsulu
olan qabaqcıl texnologiyaların, idarəetmə
üsullarının tətbiqindən
keçir. Bunun üçün
əsas prioritet istiqamətlər ölkə
iqtisadiyyatının dünya
iqtisadiyyatına inteqrasiyasını
sürətləndirməkdən, insan kapitalının inkişafını, ölkənin
hər bir vətəndaşının müasir
bilik və bacarıqlara yiyələnməsini
təmin etməkdən
ibarətdir.
Bütün bunlara isə məhz təhsilin inkişafı sayəsində nail olmaq mümkündür.
Qeyd edək ki, vaxtilə
Sovetlər birliyinə
daxil olmuş Azərbaycanın təhsil
sahəsindəki uğurları
bugünkü müstəqil
Azərbaycanın həmin
sektorda dünya standartlarına cavab verə bilən islahatlar aparmasına imkan verir. Belə
ki, SSRİ vaxtı orta və ali təhsillə yanaşı, xalq təsərrüfatı, səhiyyə
və mədəni-maarif
müəssisələri üçün
orta ixtisas təhsilli mütəxəssislər
hazırlanırdı. SSRİ-də XX əsrin birinci yarısında müstəqil təhsil sahəsi kimi formalaşan bu sistemi 450-dən çox ixtisas üzrə orta təhsilli mütəxəssislər bitirirdi.
Təkcə 1982-1983-cü tədris ilində ölkəmizdə
75 orta ixtisas təhsil müəssisəsində
82 min tələbə təhsil
alırdı. Müstəqillik dövründə hazırlanan
təhsil haqqında qanunların bir hissəsi məhz bu dəyərlər üzərində qurulub.
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin 24 oktyabr
2013-cü il tarixli sərəncamı ilə
təsdiq edilmiş
"Azərbaycan Respublikasında
təhsilin inkişafı
üzrə Dövlət
Strategiyası" ölkəmizdə
təhsilin müasir tələblər səviyyəsində
inkişafına, aparıcı
dünya standartlarına
uyğun qurulmasına
xidmət edir. Dövlət
Strategiyasında Azərbaycan
və dünya ölkələrinin müasir
inkişaf tempinə uyğun təhsilin qurulmasında 5 strateji istiqamət müəyyənləşdirilib.
Səriştəyə əsaslanan
şəxsiyyətyönümlü təhsil məzmununun yaradılmasına xidmət
edən birinci strateji istiqamət təhsilin məktəbəqədər,
ümumi, ilk peşə-ixtisas,
orta ixtisas və ali
olmaqla bütün pilləri üzrə kurikulumların (təhsil proqramlarının) inkişafı
kimi vacib məsələləri əhatə
edir. Göründüyü kimi, Strategiyada
qarşıya qoyulan vəzifələr ilk peşə-ixtisas
təhsilindən də
yan keçməyib.
Danılmaz faktdır ki, son illərdə peşə tədris mərkəzləri
və komplekslərinin
yaradılmasında, onların
infrastrukturunun inkişafı
sahəsində müəyyən
işlər görülüb. Lakin fakt
olaraq o da məlumdur ki, kurikulumlar müasir tələblərə cavab
vermir və həlli vacib digər problemlər də kifayət qədərdir. Problemin
aktuallığını nəzərə
alan təhsil
naziri Mikayıl Cabbarov KİV-ə verdiyi geniş müsahibəsində
təhsil sahəsində
qazanılan uğurları
qeyd etməklə yanaşı, həm də bu sahədə
həlli vacib problemlər və qarşıya qoyulan vəzifələrdən danışıb.
Nazir deyib: "Son illərdə ilk peşə-ixtisas
təhsili müəssisələrinin
infrastrukturunun inkişafı
sahəsində müəyyən
işlər görülüb,
özəl sektor, işəgötürənlər və beynəlxalq təşkilatlarla əməkdaşlıq
ələqələri qurulub.
Bu sahədə Təhsil
Nazirliyinin həyata keçirdiyi "Müasir
Azərbaycan peşəkarları"
layihəsi partnyorlarla
effektiv iş birliyi şəklində həyata keçirilir və iş davam etdirilir. Lakin bu sahədə həlli vacib olan ciddi problemlər
hələ də qalmaqdadır. İlk peşə-ixtisas
təhsilinin kurikulumları
müasir tələblərə
cavab vermir. İlk peşə-ixtisas təhsili
müəssisələrini bitirən şəxslərin
sayı iqtisadiyyatın
tələbatından xeyli
geridir. Strategiyada cəmiyyətin tələbinə
uyğun ilk peşə-ixtisas
və orta ixtisas təhsili standartları və kurikulumların hazırlanması,
eləcə də müasir təminatlı peşə-tədris mərkəzlərinin
yaradılması nəzərdə
tutulub".
Rəsmi məlumatlara görə, hazırda ölkəmizdə
ilk peşə-ixtisas təlimi
verən 108 təlim-tədris
müəssisəsi fəaliyyət
göstərir. Bu peşə-tədris
ocaqlarında 27 min yeniyetmə
və gənc təhsil alır, müxtəlif peşələrə
yiyələnir. Son illər
bu mərkəz və komplekslərə hər il
15-17 min şagird qəbul
edilir. Bu da
ümumtəhsil müəssisələrini
bitirən məzunların
11 faizidir. Və təbii
ki, bu göstərici
zamanın tələbinə
cavab vermir. Çünki sürətlə inkişaf edən Azərbaycan iqtisadiyyatının
tələblərinə uyğun
olaraq, əmək bazarında mütərəqqi
texnologiyaların tətbiq
edildiyi sahələr üzrə ixtisaslı fəhlə kadrlarına böyük ehtiyac var.
Elmlə, sənnətlə
dirilən ölməz
Dövlət Strategiyası bütövlükdə
Azərbaycan təhsilinin,
o cümlədən ilk peşə-ixtisas
təhsilinin inkişafında
çox ciddi dönüş yaradacaq. Belə peşə-tədris
mərkəz və komplekslərində informasiya-kommunikasiya
texnologiyalarının nailiyyətləri
əsasında müasir
təminatlı infrastruktur
yaradılacaq, təhsil
müəssisələri şəbəkəsi
rasionallaşdırılacaq. Ümumiyyətlə, Strategiyada göstərilən
işlər təhsilimizin
hərtərəfli inkişafını
və təhsil islahatlarının əsasını
qoymuş mərhum Heydər Əliyev kursunun layiqincə davam etdirilməsi deməkdir. Bunu hazırda təhsil
sahəsinə dövlət
büdcəsindən ayrılan
vəsaitin ordudan sonra 2-ci yerdə olması da təsdiqləyir.
Danılmaz faktdır ki, müasir dövrdə qloballaşan dünyanın
tələblərinə uyğun
təhsil sistemi formalaşdırmaq ölkənin
beynəlxalq rəqabətliliyini
şərtləndirən əsas
amillərdən biridir. Həmin səbəbdən,
Dövlət Strategiyasında
əsas hədəflər
kimi hər bir şəxs üçün bərabər,
keyfiyyətli təhsil
imkanlarının yaradılması,
təhsil sisteminin institusional əsaslarının,
infrastrukturunun və insan resurslarının inkişaf etdirilməsi və digər məsələlərə xüsusi
yer verilib. Bu isə, öz
növbəsində, peşə
təhsili sahəsində
islahatyönümlü tədbirlərin
vaxt itirmədən həyata keçirilməsini
vacib edir.
Mövcud peşə-tədris təhsili
kurikulumları dövrün
tələbinə cavab
vermədiyi kimi, həm də müasir, innovativ təlim forma və üsulları öz fəaliyyətində tətbiq
edən, təhsilin məzmununun səmərəli
mənimsənilməsinə nail olan səriştəli müəllimlərin hazırlanmasına
da böyük ehtiyac duyulur. Etiraf edilməlidir
ki, indiyədək səriştəyə əsaslanmayan,
əmək bazarında
kifayət qədər
rəqabəti olmayan əməkhaqqı sisteminin
mövcudluğu təhsildə
müəllim amilinin inkişafına mənfi təsir göstərib.
Deməli, Strategiyada nəzərdə
tutulan islahatlar təhsilin məzmunu, müəllim heyəti və tədris metodları, idarəetmə,
infrastruktur, müasir təminatlı peşə-tədris
mərkəz və komplekslərinin yaradılması
və maliyyələşmə
proseslərini tam ehtiva
etməlidir.
Məlumdur ki, Sovetlər birliyindən miras qalan əksər təhsil müəssisələri
fiziki aşınmaya məruz qalıb. Bu korpusların bir hissəsinin həm əsaslı təmirə,
həm də orada müasir İKT nailiyyətləri ilə təchiz olunan nəzəri-praktiki auditoriya
və siniflərin yaradılmasına ehtiyac
var. Lakin bu, müasir tələbatı
ödəmir. Həmin səbəbdən
Dövlət Strategiyasının
dördüncü istiqaməti
müasir təminatlı
peşə-tədris mərkəzləri
və komplekslərinin,
eləcə də ömür boyu təhsili təmin edən infrastrukturun yaradılmasına həsr
olunub.
Burada İKT əsaslı təlim metodologiyasına uyğun infrastrukturun yaradılması
yaxın perspektivin prioritet məsələsi
hesab olunub. Bu istiqamətdə ilk dəfə
olaraq ömür boyu təhsil anlayışına xüsusi
əhəmiyyət verilib.
Çünki informasiya cəmiyyəti
ömür boyu öyrənmə bacarıqlarına
sahib fərdlərə ehtiyac
duyur. Bu məqsədlə
təhsil müəssisələri
şəbəkəsinin rasionallaşdırılması,
regionlarda təhsil məsələləri üzrə
məsləhət xidmətləri
göstərən universal mərkəzlərin
yaradılması, yeni
peşə-tədris mərkəzləri
və komplekslərinin
tikilməsi və s. tədbirlərin həyata
keçirilməsi nəzərdə
tutulub.
Strategiyada, həmçinin, ilk peşə-ixtisas
təhsili sahəsində
dövlət-biznes partnyorluğu
sisteminin, peşə-tədris
mərkəzlərində yaşından
asılı olmayaraq hər bir şəxsin
bilik və fərdi qabiliyyətlərinin
inkişafı, yeni peşəyə, ixtisasa yiyələnməsi üçün
xüsusi resurs, təlim və inkişaf mərkəzlərinin
yaranması vacib bilinib.
Həyat sübut edir ki, elmi-texniki tərəqqi, innovasiyalar və modernləşmə nəticəsində praktik bilik və vərdişlərlə zənginləşməyən, yalnız nəzəri xarakter daşıyan təhsil artıq öz əhəmiyyətini itirməkdədir. Həmin səbəbdən təhsilin məzmununun formaşlaşmasında nəzəri biliklərlə yanaşı, praktik bilik və bacarıqların, səriştənin vacibliyi Strategiyada önə çəkilib. Azərbaycanın gələcək təhsilində bu istiqamət peşə tədris mərkəz və komplekslərini də əhatə etməlidir. Burada dövlət sifarişinin formalaşdırılmasına yenidən baxılmalı, qeyri-neft sektorunun inkişafı üçün səriştəli kadrlar hazırlanmalıdır. Bunun üçün təkcə iri şəhərlərdə yox, həm də rayonların spesifik xüsusiyyətini nəzərə alan müasir orta ixtisas təhsil mərkəzləri - lisey, kollec və s. peşə məktəblərinin açılması çox vacibdir.
Bölgələrdə
fəaliyyət göstərəcək müasir
təminatlı peşə tədris mərkəzlərinin
açılmasında özəl sektor da mühüm rol oynaya bilər. Çünki müxtəlif təyinatlı
özəl sektorun tələbinə uyğun kadrların hazırlanması, infrastrukturun yaradılması və İKT
nailiyyətləri ilə təchiz olunan mərkəz
və komplekslərin tam və ya bir hissəsinin özəl
sektor tərəfindən maliyyələşməsi
çağdaş dünya
praktikasında da uğurla
tətbiq olunan üsullardan
biridir.
Müasir dövrdə qloballaşan dünyanın tələbinə uyğun təhsil sistemi formalaşdırmaq, sözsüz ki, müstəqil Azərbaycanın beynəlxalq rəqabətliliyini şərtləndirən əsas amillərdən biridir. Bu baxımdan ölkə ictimaiyyətini düşündürən, təhsil sahəsi ilə maraqlanan hər kəsi narahat edən məsələlərin əsaslı həllini nəzərdə tutan "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın qəbul olunması mühüm əhəmiyyət kəsb edir. Şübhəsiz ki, burada dünyanın aparıcı dövlətlərinin təhsil sisteminə inteqrasiya edən ölkəmiz üçün Avropa Şurası tərəfindən tövsiyə edilən kompetensiyalar qrupu prioritetdir. Çünki qloballaşan müasir dünyada xarici təcrübəni nəzərə almamaq qeyri-mümkündür. Lakin qloballaşma həm də hər bir xalqın özünün milli-mədəni dəyərlərini qorumaq instinktinə stimul verir. Həmin səbəbdən yaxın vaxtlarda ölkəmizdə təhsil sahəsində həyata keçiriləcək əsaslı islahatlarda ilk növbədə milli-mədəni dəyərlər, tarixən yaranan ənənələr qorunub saxlanacaqdır.
Vaqif CƏLİLOĞLU
Bakı xəbər.-2014.-7
mart.-S.10.