Azərbaycanda qadın zorakılıqlarının iki əsas səbəbi...

 

Mətanət Əzizova: "Kişilər qollarının gücündən istifadə edərək qadına qarşı zorakılıq tətbiq edirlər"

Beynəlxalq aləmdə qadın uşaqlara qarşı zorakılıqla mübarizə problemi aktual olaraq qalır. Hər bir demokratik dövlət ictimai həyatın bütün sahələrində insanların qanun qarşısında bərabərliyinin təminatı üçün faydalı vasitələr yaradır. Ailə qanunvericiliyi hüquqi bərabərlik prinsipini bəyan edir.

Təbii olaraq, fiziki cəhətdən güclü, maddi imkanları olan tərəf üstünlük əldə edir. Ailənin uğurlu inkişafı üçün üstünlüyü olan tərəf daha artıq vəzifələr daşıyır. Müəyyən hallarda isə ailə münasibətlərində bu ahəng pozulur məişət zəminində qadın uşaqlara qarşı zorakılıq törədilir, onların sağlamlıq həyatı üçün təhlükə yaranır. Məişət zorakılığı müasir cəmiyyət üçün böyük ictimai bəladır. Onunla mübarizənin faydalılığı məişət zorakılığı qurbanlarının hüquqi sosial sahələrdə mühafizə vasitələrinin mövcudluğundan asılıdır.

Gender sahəsində aparılan son araşdırmalar qadınlara qarşı ailədaxili zorakılıq hallarının, ilk baxışda paradoksal görünsə , artmaqda olduğunu göstərir. Qeyd edək ki, zorakılığa, qadın hüquqlarının tapdalanmasına qarşı qanunvericilikdə konkret müddəalar  yer alır. Digər tərəfdən son vaxtlar bu problemləri yaşayan qadınlara dəstək üçün maarifləndirmə işlərindən tutmuş, psixoloji yardım, eyni zamanda qanunla nəzərdə tutulmuş inzibati cəza tədbirlərinə qədər xeyli işlər görülür. Lakin yenə belə hallar hələ yaşanır. Elə bu səbəbdən təklif edilir ki, məişət zorakılığına qarşı qanunlar bir qədər sərtləşdirilsin cəza tədbirləri artırılsın.

Qadınlara qarşı zorakılıq faktlarının artması ekspertləri narahat edir. Ekspertlərin bir qismi qadına qarşı şiddətə son qoyulmamasını kişilərin sərt xarakterə malik olması ilə izah edir. Onların fikrincə, kişilər fiziki gücündən istifadə edərək qadına qarşı şiddət göstərir.

Digər ekspertlər isə hesab edir ki, qadına qarşı zorakılığa son qoyulmaması cəza tədbirlərinin zəif olması ilə bağlıdır.

"Qadın Krizis" Mərkəzinin rəhbəri Mətanət Əzizova "Bakı-Xəbər"ə açıqlamasında qeyd etdi ki, ailə zorakılığının əsas qəhrəmanı kişilərdir: "Kişilər qollarının gücündən istifadə edərək qadına qarşı zorakılıq tətbiq edirlər. Kişilər bilsələr ki, qadına bir sillə vurmaqla cərimə olunaya cəzalana bilərlər, onda onlar heç vaxt xanıma əl qaldırmazlar. Təbii ki, qadına qarşı şiddətə son qoyulmamasının əsas səbəbi qanunvericilikdə boşluğun olmasıdır".

Həmsöhbətimiz təklif edir ki, mövcud durumu dəyişmək üçün qadın hüquqlarının müdafiəsi məsələsində Almaniya, Polşa kimi inkişaf edən ölkələrin təcrübəsindən istifadə edilsin: "Ailədaxili zorakılığa qarşı parlament qanun qəbul etsə də, həmin qanun yetərincə işlək deyil. Təəssüf ki, qadınların təhlükəsizliyinin təmini və onlara yardım üçün qeyri-hökumət təşkilatlarının əlində bir vasitə yoxdur. Qadın sığınacaqlarının azlığı, onlara müraciət üçün "qaynar xətt"in, reabilitasiya mərkəzlərinin olmaması vəziyyətin yaxşıya doğru dəyişməsinə mane olur".

Onun sözlərinə görə, Azərbaycanda məişət zorakılığı və xüsusilə də qadınlara münasibətdə zorakılıq ciddi xarakter alır: "Polis məişət zorakılığı ilə bağlı edilən şikayətləri çox vaxt ciddiyə almır. Zorakılığa məruz qalan qadınların çoxu şikayət etməkdən çəkinir. Fiziki zorakılığa məruz qalan qadınların sayı isə həddindən artıq çoxdur".

Ekspert bildirdi ki, zorakılığın qarşısını almaq üçün profilaktik aparılmır: "Evlilik həyatına daxil olanya daxil olmaq istəyən gənc oğlanların zorakılığa meylli olub-olmaması testləri keçirilmir. Halbuki, VVAQ-lar nəzdində bu testi keçirməli olan psixoloq, sosioloq mütəxəssislər fəaliyyət göstərməlidir. Evlərdə zorakılığa məruz qalan qadınları müdafiə edəcək etibarlı sistem yoxdur. Polis qadınlara qarşı qətl, işgəncə, ağır xəsarətlərlə müşayiət olunan cinayətlər törədildikdən sonra hadisəyə müdaxilə edir. Bu isə zorakılığın qarşısını almaq yox, baş vermiş cinayətin nəticələrini aradan qaldırmaqdır".

 

Günel CƏLİLOVA 

Bakı xəbər.-2014.-13 mart.-S.12.