"Sabunçu rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət
və perspektivlər"
Bakı günü-gündən böyüyür
və gözəlləşir.
Sabunçu rayonu da yenidənqurma-abadlıq axarından
geri qalmır.
Son illər Sabunçu
rayonunda onlarla park, məktəb, uşaq bağçası
yenidən qurulub, yeni idman kompleksləri,
stadionlar tikilib, bir çox binalar əsaslı təmir edilib. Həyata keçirilən və perspektiv layihələr Sabunçu rayonunun əhəmiyyətini daha da artırır. Rayonda yeni iş
yerlərinin açılmasında,
əhalinin maddi-mədəni
ehtiyacının ödənilməsində
vacib rol oynayan bu layihələr
Azərbaycanın inkişafının
təzahürü və
göstəricisidir.
Son illər
paytaxt Bakıda yenidənqurma işləri
həyata keçirilir. Bu yenidənqurma paytaxtın bir sıra rayonlarında
gözə çarpır,
o cümlədən Sabunçu
rayonunda. Bakıətrafı qəsəbə və rayonların inkişafı
ilə bağlı Dövlət Proqramı hazırlanıb. 2011-ci il mayın 4-də ölkə başçısı
İlham Əliyev Bakı şəhərinin
və onun qəsəbələrinin sosial-iqtisadi
inkişafına dair Dövlət Proqramını
təsdiq edib. Proqrama əsasən Bakıətrafı
qəsəbələrin sosial-iqtisadi
inkişafı sürətləndirilməlidir.
Bu proqram Sabunçu
rayonuna da şamil olunub.
Qeyd edək ki, Sabunçu
rayonunun əsası
1920-ci ildə qoyulub. Bu rayon həm əhalisinin sayına, həm də iqtisadi potensialına görə paytaxtın iri rayonlarından biridir.
Əsasən sənaye, xüsusən
neft rayonu kimi tanınan bu inzibati əraziyə
10 qəsəbə daxildir.
Təxminən 234 min nəfər
əhalisi olan, eyni zamanda 21 min məcburi köçkünün
məskunlaşdığı rayonda 45 idarə və müəssisə,
7 bank filialı və
digər müxtəlif
təyinatlı çoxsaylı
təşkilatlar fəaliyyət
göstərir.
Hələ keçmiş SSRİ dövründə
öz sənaye potensialına görə fərqlənmiş bu
rayon müstəqilliyin bərpasından
sonrakı illərdə,
xüsusən son 10 ildə
çox böyük inkişaf yolu keçib. Bu illər
ərzində dəyişən
təkcə rayonun adı (1958-ci ildən
1992-ci ilədək Leninin
adını daşıyib)
olmayıb. İndi rayonun
təkcə inzibati mərkəzi sayılan Bakıxanov (keçmiş
Razin) qəsəbəsinin
yox, digər yaşayış məntəqələrinin
də siması büsbütün dəyişib.
Bakı və onun qəsəbələrinin
sosial-iqtisadi inkişafı
ilə bağlı qəbul olunan dövlət proqramlarında
qarşıya qoyulan vəzifələrin icrası
sayəsində rayonun
əksər infrastrukturu
yenilənib, iş yeri kimi sosial
problemin həllində
ciddi tədbirlər görülüb, əhalinin
elektrik enerjisi, təbii qaz və içməli su ilə normal təchizatı üçün
layihələr həyata
keçirilib. Bir sözlə,
Sabunçu bu gün paytaxtın bütün sahələr
üzrə dinamik inkişaf edən rayonuna çevrilib. Elə rayonun ötən il
üzrə sosial-iqtisadi
yekunları və cari ildə qarşıda duran vəzifələrə həsr
edilmiş yığıncağında
da məruzə və çıxışların
əsas mövzusu bu olub. Hesabat
məruzəsi ilə
çıxış edən
Sabunçu Rayon İcra
Hakimiyyətinin başçısı
Adil Vəliyev bildirib ki, ölkə
başçısı İlham
Əliyevin elmi əsaslara söykənən
praqmatik siyasəti və gərgin əməyi sayəsində
ölkəmizdə yüksək
sosial-iqtisadi inkişafa
nail olub. Onun dediyinə görə, Prezidentin 4 may 2011-ci il tarixli sərəncamı ilə təsdiqlənmiş
"2011-2013-cü illərdə Bakı şəhəri və onun qəsəbələrinin
sosial-iqtisadi inkişafına
dair Dövlət Proqramı"nın icrası
başa çatıb:
"Bu Dövlət Proqramı
çərçivəsində Sabunçu rayonu ərazisində çox mühüm iqtisadi və sosial əhəmiyyətə malik
obyektlər tikilib, yollar salınıb, əhalinin elektrik enerjisi, qaz, su və istilik
təchizatının yaxşılaşdırılması,
yeni kanalizasiya sistemlərinin qurulması,
ekoloji layihələrin
həyata keçirilməsi,
mənzil fondunun təmir-bərpası, yaşayış
məntəqələrinin, küçə və meydanların, istirahət guşələrinin abadlaşdırılması
üzrə böyük
işlər görülüb.
3 min şagirdlik məktəb
və 5 tədris korpusu, uşaq bağçası və səhiyyə müəssisələri
tikilib, eləcə də 18 orta və 3 peşə məktəbində, 12 uşaq
bağçasında, 3 səhiyyə
ocağında əsaslı
təmir işləri
aparılır".
A.Vəliyev həmçinin
rayonda görülən
infrastruktur işləri
barədə də məlumat verərkən qeyd edib ki,
əhalinin fasiləsiz
olaraq elektrik enerjisi ilə təmin etmək üçün rayon ərazisində
33 yarımstansiya, 861 KTM və
TM fəaliyyət göstərir:
"01 yanvar 2013-cü il
tarixinədək 32390 metr
ÖİN kabeli çəkilib,
38 TM və KTM-də
ÖİN kabelləşmə işləri aparılıb.
Ümumilikdə 35000 metr uzunluğunda
müxtəlif ölçülü
kabel xətləri çəkilib, 9 ədəd
yeni TM quraşdırılıb.
Rayonun bütün qəsəbələri
fasiləsiz olaraq təbii qazla təmin edilir. Dövlət
Proqramı çərçivəsində
rayon üzrə 938293 metr
uzunluğunda qaz kəmərləri çəkilib.
2012-ci il ərzində 7298 fərdi
ev qazlaşdırılıb.
Rayonun su təchizatının yaxşılaşdırılması istiqamətində müvafiq
tədbirlər həyata
keçirilir. 01.10.2013-cü il tarixədək
rayon ərazisində 37946 metrə
yaxın yeni su xətti çəkilib,
ümumi tutumu 3500 kub.m. olan
4 ədəd su anbarı tikilib. Bütün bu tədbirlər nəticəsində rayon əhalisi
hazırda içməli
su ilə təmin olunur. Rayonun ərazisində 599,2 km yol şəbəkəsi
vardır ki, onlardan da 130,6 km-i mərkəzi, 468,6 km-i isə yerli
daxili yollardır.
01.10.2013-cü il tarixinədək 45000 metrə
yaxın mərkəzi
və məhəllədaxili
yollarda təmir-bərpa
işləri aparılaraq
asfaltla örtülüb.
Bu işlər bu günə qədər davam etdirilir.
Rayon ərazisindən
Bakı-Sumqayıt dəmiryolu
xətti keçir ki, onun da
22 km-i rayon ərazisinə
düşür. 01.10.2013-cü il
tarixinədək olan məlumata görə, Sabunçu Telefon Qovşağı üzrə
ATS-in ümumi tutumu
69771 ədədə, əhalinin
istifadəsində olan
nömrələrin sayı
isə 62935 ədədə
çatıb. Bütün
EATS ümumi tutumu
10550 port olan genişzolaqlı
internet xətti quraşdırılaraq
rayon üzrə ADSL istifadəçilərinin
sayı 10322 nəfərə
çatıb. Bu istiqamətdə işlər
davam etdirilir".
Sabunçu rayonunun
infrastrukturunun yenilənməsi
ilə tanış
olmaq məqsədilə
ölkə başçısı
İlham Əliyev adıçəkilən rayona
dəfələrlə səfər
edib. Prezidentin sonuncu səfəri
2014-cü ilin fevral ayında baş tutub. Səfər zamanı Prezident Sabunçu
qəsəbəsi, "Koroğlu"
metrostansiyasının yaxınlığında
tikilməkdə olan
"Olimpiya" stadionunda
aparılan tikintinin gedişatı ilə tanış olub.
Sabunçu rayonunda yol infrastrukturunun
inkişafı da sürətlə davam etdirilir. Prezident İlham
Əliyevin 18 iyun
2013-cü il tarixli Sərəncamına əsasən,
Sabunçu rayonunun Zabrat, Nardaran və Maştağa qəsəbələrindəki avtomobil yollarının tikintisi və yenidən qurulması üçün Rayon İcra
Hakimiyyətinə 2 milyon
manat vəsait ayrılıb. Həmin vəsait hesabına
RİH-in sifarişi ilə
Zabrat qəsəbəsində
14 küçədə 106 min, Nardaranda 13,5 min, Maştağada
17,5 min kvadratmetr yol tikintisi və asfalt örtüklərinin
vurulması başa çatıb. Eyni zamanda, Bakı
Şəhər İcra
Hakimiyyəti tərəfindən
Maştağa qəsəbəsinin
bir sıra küçələrində 65 min kvadratmetrə yaxın yolda təmir işləri aparılıb.
Ümumiyyətlə, bu
və digər mənbələr hesabına
rayonun qəsəbədaxili
yollarına il
ərzində 380 min kvadratmetrdən
çox asfalt döşənib, ətraf
sahələr abadlaşdırılıb.
Bundan başqa, dəmir yolu vağzalı ətrafında ötən
əsrin 80-90-cı illərində
plansız inşa edilmiş onlarca ticarət, ictimai iaşə və obyekt sahiblərinə kompensasiya ödənilərək
orada müasir tələblərə cavab
verən yeni ticarət mərkəzinin
tikintisi üçün
hazırlıq işlərinə
start verili. Bakıxanov
qəsəbəsinin bir
sıra küçələrində
aparılan yenidənqurma
və abadlıq işləri ilə bağlı tikinti norma və
qaydalarına cavab verməyən çoxsaylı
obyekt, eyvan, hasar, qaraj və
çəpərlər sökülüb,
xüsusi layihələr
əsasında yaşayış
binalarının fasadları
aqlayla üzlənib, bir çox qapı və pəncərələr dəyişdirilib,
yastı dam örtükləri
çardaqlı metal örtüklərlə
əvəzlənib. Artıq bu
binaların 28-də üzlənmə,
24-də dam örtüyünün qurulması işləri yekunlaşıb. Əlbəttə qurulan və təmir olunan yollarla yanaşı, rayonun kənd və qəsəbədaxili
yolları da asfalt örtüyü ilə döşənib, sakinlərin gediş-gəlişi
üçün münbit
şərait yaradılıb.
Sabunçu rayonunda ekoloji təmizliyin təmin olunması istiqamətində də mühüm işlər aparılır. Təbii ki, aparılan işlər həm Bakının, həm də əhalinin sağlamlığının qorunması prinsipini əsas tutur.
Rayonun köhnə neft-mədən ərazilərində rekultivasiya işləri aparılır ki, bu da çirkli gölməçələrin, çirkab suların qurudulması ilə nəticələnir. Qeyd olunanlarla yanaşı, ekoloji mühitin mühafizəsi istiqamətində Yeni Ramana və Sabunçu qəsəbələri arasında köhnə yod zavodunun tikililəri sökülərək oradakı zərərli tullantılar təmizlənib, 6,5 hektar sahədə Fövqəladə Hallar Nazirliyi tərəfindən yeni park salınıb.
Sadalanan uğurlarla yanaşı, rayonda mərkəzi dövlət orqanlarının və təşkilatların planlarına əsasən də bir sıra sosial əhəmiyyətli obyektlər və inzibati binalar inşa olunub. 2013-cü il dekabr ayının 14-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə Ramana qəsəbəsindəki 200 yerlik Peşə Reabilitasiya Mərkəzi yenidənqurma və əsaslı təmirdən sonra dövlət başçısının iştirakı ilə istifadəyə verilib. Həmçinin, Heydər Əliyev Fondu tərəfindən Pirşağı qəsəbəsində 112 nömrəli məktəbin köhnə binası sökülərək yerində yeni layihə əsasında müasir məktəb binası tikilib. Bu məktəbin açılışında ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyeva da iştirak edib.
Məlumata görə, əhalinin sənədləşdirmə işlərinin tez bir zamanda həll olunması üçün adıçəkilən rayonda "ASAN xidmət" mərkəzi fəaliyyət göstərəcək.
Məlumat üçün qeyd edək ki, Bakıətrafı qəsəbələrin tam qazlaşdırılması üzrə işlərin başa çatdırılması 2014-2016-cı illərdə paytaxtın və onun qəsəbələrinin sosial-iqtisadi inkişafının prioritet istiqaməti elan edilib.
Sabunçu rayonunda sahibkarlığı inkişafı üçün də müəyyən işlər görülüb. Belə ki, İqtisadiyyat və Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda adıçəkilən rayonun Maştağa qəsəbəsində tədbir keçirib. Tədbir zamanı Sabunçu rayonunda fəaliyyət göstərən sahibkarlara müəyyən məbləğdə kredit ayrılıb.
Günel CƏLİLOVA
Bakı xəbər.-2014.-31
mart.-S.12.