Vergi partnyorluğu Sazişi: qarşılıqlı inam etimad körpüsü

 

 Məlumdur ki, müstəqilliyini qazanan Azərbaycan Respublikasının qarşısında duran ən ümdə vəzifələrdən biri sosial, siyasi, iqtisadi mənəvi sahələrdə demokratik dəyərlərə söykənən islahatların aparılması idi. Həmin səbəbdən dünyaya uğurla inteqrasiya edən ölkəmizdə ilk gündən dövlət özəl sektora müxtəlif müdaxilələrin aradan qaldırılması istiqamətində mühüm işlər görüldü.

Mərhum Prezident Heydər Əliyevin Azərbaycan Respublikası (AR) Vergilər Nazirliyinin işini sivil beynəlxalq təcrübəyə əsaslanan hüquq-mühafizə orqanlarının iqtisadi sahəyə, xüsusən özəl sektora müdaxiləsinin qarşısını almağa yönələn sərəncamları ölkə iqtisadiyyatının davamlı inkişafının əsasını qoydu.

Hər sahədə olduğu kimi, bu istiqamətdə Heydər Əliyevin iqtisadi siyasət strategiyasına sadiqlik nümayiş etdirən Prezident İlham Əliyev respublikamızdakı vergi siyasətinin mütərəqqi dünya sistemi ilə uyğunlaşması üçün sərəncamlar imzaladı. Ölkəmizin müdafiə qabiliyyətinə, səhiyyə, elm,maarif, mədəniyyətə digər sahələrin inkişafına yönələn vergi siyasəti Vergi Məcəlləsinə dəyişikliyi, AR Nazirlər Kabinetinin "Vergi Partnyorluğu forması"nı "Vergi Partnyorluğu Sazişinin bağlanması Qaydaları"nı təsdiq etməsi vergi orqanları ilə vergi ödəyiciləri arasında münasibətlərin keyfiyyətcə yeni mərhələsinə start verdi.

Bu isə, öz növbəsində, ölkəmizdə vergi orqanları ilə vergi ödəyiciləri arasında münasibətlərin qarşılıqlı etimada əsaslanan çevik şəffaf mexanizmlərini vacib etdi. Vergi Partnyorluğu Sazişinin Vergi Məcəlləsinə daxil edilməsi bu istiqamətdə gerçəkləşdirilən ən mütərəqqi yeniliklərdən biri kimi vergi tariximizə düşdü. İnkişaf etmiş dünya ölkələrinin vergi administrasiyalarının tətbiq etdiyi bu tərəfdaşlıq modelinin AR- tətbiqi, ilk növbədə, biznes mühitinin, xüsusən özəl sektorun liberallaşdırılmasına təkan verdi. Qeyd edək ki,vergi siyasətində aparılan bu yenilik xarici mütəxəssislər tərəfindən təqdir edilir. Bu barədə İOTA prezidenti Samuel Tanner mətbuata açıqlamasında deyib: "Vergi Partnyorluğu Sazişi kimi mühüm yeniliyin Azərbaycanda reallaşdırılması istiqamətində atılan addımlar yalnız təqdir olunmalıdır. Bu,vergilərin könüllü ödənilməsi səviyyəsinin yüksəlməsi ilə yanaşı, vergi orqanları ilə vergi ödəyiciləri arasında hər hansi ziddiyyətin, anlaşılmazlığın, mübahisələrin əhəmiyyətli dərəcədə aradan qalxmasına imkan verəcək. Başqa sözlə, bu saziş hər iki tərəfin məsuliyyətini artıracaq. S.Tanner həm Azərbaycanın vergi orqanlarının mütərəqqi islahatlara meylli olduğunu vurğulayıb: "Vergilər Nazirliyi vergi ödəyiciləri üçün maksimum əlverişli mühit formalaşdırmağa, onların maraq mənafeyinə xidmət edən yenilikləri reallaşdırmağa çalışır. Vergi Məcəlləsinə edilmiş əlavə dəyişikliklərin böyük əksəriyyəti vergi ödəyicilərinin xeyrinədir. Dünyada maliyyə böhranının başa çatmadığı bir zamanda belə islahatların həyata keçirilməsi Azərbaycan iqtisadiyyatının real imkanlarını göstərir. Vergi Məcəlləsinə edilən dəyişiklər,eyni zamanda, Vergilər Nazirliyinin islahatlara açıq, şəffaf modern dövlət qurumu olduğunu sübut edir".

Məlumdur ki, həyata keçirilən hər hansı islahat risqlər minimuma endirildiyi təqdirdə cəmiyyət tərəfindən qəbul edilə bilər. Bu, özünü xüsusən vergi sistemində göstərir. Vergi qrupuna daxil olan vergi ödəyiciləri isə bütün dünya ölkələrində mövcuddur. Deməli, hər bir ölkədə vergidən yayınmağa çalışan vergi ödəyiciləri kifayət qədərdir. Vergi administrasiyasının qarşısında duran əsas vəzifə bu risqləri-yayınmaları minimallaşdırmaq istiqamətində islahatlar aparmaqdır. Həmin səbəbdən,Azərbaycanın vergi orqanları da vergi ödəyicilərində məsuliyyəti, başqa sözlə,könüllü əməletmə səviyyəsini yüksəltməyə xidmət edən islahatlar həyata keçirir bu, ölkənin vergi həyatında bir intibah kimi dəyərləndirilməlidir. Məsələyə münasibət bildirən vergilər üzrə ekspert Nuran Kərimov deyib ki, bu təcrübənin səmərəliliyi artıq təsdiqini tapıb. Vergi Partnyorluğu Sazişi könüllülük əsasında bağlanılmaqla,ilk növbədə, qarşılıqlı etimada məsuliyyətə əsaslanır. Bu da gələcəkdə vergi ödəyicisinin vergidən yayınma risqlərini minimallaşdırmaqla onların əlavə maliyyə itkilərinin qarşısını alır. Eyni zamanda, vergi orqanları ilə vergi ödəyiciləri arasında yaranan mübahisələrin minimuma endirilməsini, onların həllinə yönələn inzibatçılıq xərclərinin aşağı salınmasını təmin edir".

Ekspert həm bildirib ki, belə tərəfdaşlıq münasibətlərinin qurulması heç bir halda vergi öhdəliklərinin azaldılmasını nəzərdə tutmur. Vergi Partnyorluğu Sazişi fəaliyyətində qanunvericiliyə tam əməl etməyə çalışan hər bir vergi ödəyicisi üçün son dərəcədə əlverişlidir. Bu halda vergi ödəyicisi, məsələn, vergi bəyannamələrini vaxtlı-vaxtında təqdim edəcəyinə, hesablanmış vergiləri tam həcmdə ödəyəcəyinə, nağd hesablamalar apararkən nəzarət-kassa aparatlarından istifadə edəcəyinə, müştərilərin plastik kartlarla ödəmələr aparmasına şərait yaradacağına dair öhdəliklər götürür. Vergi orqanları da bunun əvəzində vergi nəzarətinin distant formalarından istifadə edəcəyinə, sahibkarlıq subyektində onun obyektlərində əlavə yoxlamalar inzibatçılıqla bağlı təsirlərin olmayacağına razılıq verir.

Qeyd edək ki, sözügedən istiqamətdə müəyyən işlər də görülüb. Bu gün vergitutmanın sadələşdirilməsi, güzəşt və imtiyazlar həyata keçirilir. Ən mütərəqqi müqavilə kimi qəbul edilən Vergi Partnyorluğu Sazişi, ilk növbədə, vergi uçot sistemini elektronlaşmış formada verən vergi ödəyicilərinə aiddir. İkinci növbədə, belə saziş iri vergi ödəyiciləri ilə bağlanır. Və nəhayət, üçüncü halda, borcu olmayan, vergilərini vaxtında ödəyən, bəyannamələrini vaxtında təqdim edən vergi ödəyicilərinə üstünlük verilir. Artıq bu gün Azərbaycanda vergi ödəyiciləri ilə vergi orqanları arasında 360-a yaxın partnyorluq müqaviləsi bağlanıb ki, bunların da 300-dən çoxu Bakı, 55-ə yaxını isə regionları əhatə edir. Lakin proses bu gündavam edir. Vergilər Nazirliyinin müşaviri A.Musayevin açıqlamasına görə, Vergi Partnorluğu Sazişinin bağlanmasının üstünlüyü ondan ibarətdir ki, həmin sazişi bağlayan vergi ödəyiciləri vergi sanksiyalarına məruz qalmayacaq: "Bundan başqa, ola bilsin ki, onlar səyyar vergidən də azad olsun. Amma bu o demək deyil ki, sazişi bağlayan vergi ödəyicilərinə vergi ödənişlərində güzəşt ediləcək. Onlara bu ödənişdə bir qəpik də güzəşt edilməyəcək. Bundan başqa, bir il müddətinə imzalanan vergi sazişindən istənilən vaxt hər iki tərəf imtina edə bilər. Bu imtina tərəflərin birinin sazişin müddəalarını pozduğu halda da baş verə bilər. Onu da qeyd edək ki, Vergilər Nazirliyi heç bir sahibkarı Vergi Partnyorluğu Sazişinin bağlanmasına məcbur edə bilməz".

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası da hesab edir ki, Vergi Partnyorluğu Sazişi sahibkarların mənafeyinə tam uyğundur. Həmin qurumun Dövlət orqanları və sahibkarlarla şöbəsinin müdiri Emil Süleymanov bildirib: "ASMK hesab edir ki, Vergi Məcəlləsinə Vergi Partnyorluğu Sazişinin daxil edilməsi yeni dövrün tələblərindən irəli gəlir və sahibkarların mənafeyinə tam uyğundur. Vergi ödəyiciləri belə bir sazişi imzalamaqla müəyyən risqlərdən azad ola bilər. Bu baxımdan, biz bu sazişin əhəmiyyətini vergi ödəyicələrinə geniş izah etməyə çalışırıq. Saziş imzalanarkən risq yarada biləcək bütün nüanslar müəyyən ediləcək. Sonra həmin öhdəliklərin yerinə yetirilməsi üçün partnyorluq sazişi bağlanacaq və sonrakı dövrlərdə vergi orqanı tərəfindən vergi ödəyicisinə əlavə yoxlamalar və inzibatçılıqla bağlı təsirlər olmayacaq. Başqa sözlə, vergi ödəyicisinin inzibatçılıq xərci minimuma enəcək".

Nazirlər Kabineti tərəfindən təsdiq edilən "Vergi Partnyorluğu Sazişinin forması" və "Vergi Partnyorluğu Sazişinin bağlanması Qaydaları"na görə, sazişin əsas məqsədləri: 1) sahibkarlığa lüzumsuz müdaxilələrin qarşısını almaqla, onun inkişafını stimullaşdırmaq, əməkdaşlığa, qarşılıqlı etibarlılığa və şəffaf münasibətlərə əsaslanan birgə fəaliyyəti təmin etmək, biznes subyektlərini vergi orqanlarının fəaliyyətinə cəlb etmək; 2) könüllülük çərçivəsində partnyorluq etmək, ədalətli, çevik, effektiv və səmərəli vergi nəzarəti yaratmaq, vergi risqlərini minimallaşdırmaq; 3) vergilərin düzgüntam ödənilməsində dövlət vergi orqanlarının yükünün biznes cəmiyyəti ilə bölüşdürülməsindən, qarşılıqlı əməkdaşlıq və məsuliyyət platformasında münasibətlərin qurulmasından ibarətdir. Bu saziş, sözsüz ki, vergi ödəyicilərinin daxili nəzarət sisteminin gücləndirilməsini tələb edir. Saziş həm də vergi ödəyiciləri tərəfindən təqdim edilən elektron məlumatların e-audit alətləri vasitəsilə yerlərə getmədən vergi orqanlarında emal olunmaqla, tərəflərin üzərinə düşən inzibati yükün azalmasını nəzərdə tutur.

Göründüyü kimi, Saziş vergi ödəyicilərinin hüquqlarının qorunmasını yeni bir mərhələyə çıxarmaqla, cəmiyyətdə müasir nümunəvi vergi ödəyiciləri adlanan bir təbəqənin yaranmasına və nəticə etibarilə həmin vergi ödəyicilərinin sosial prestijinin artmasına səbəb olacaq. Qeyd edək ki, "Vergi sisteminin inkişafı üzrə 2013-2020-ci illər üçün Strateji Plan"ın təsdiqi və artıq fəaliyyət göstərməsi yaxın gələcəkdə vergi bəyannamələrinin əvvəlcədən doldurulma sisteminə keçidini təmin edəcək, elektron kommersiya üzrə xarici təcrübənin öyrəniləcəyini, kameral vergi yoxlamalarının aparılması qaydalarını da sistemləşdirəcək.

Məlumdur ki, Vergi Partnyorluğu Sazişinin işləkliyini təmin etmək üçün onun mahiyyətini açıqlayan təbliğat və maarifləndirmə işinə çox böyük ehtiyac var. Bunu nəzərə alan Vergilər Nazirliyi sahibkarlarla müxtəlif səpkili görüşlər, konfranslar keçirir. Nazirliyin Bakı Şəhəri Vergilər Departamentində 94 vergi ödəyicisinin, özəl vergi məsləhəti xidməti göstərən şəxslərin və sahibkarların ictimai təşkilatların nümayəndələri ilə görüşü bu qəbildəndir.

Beləliklə, apardığımız qısa təhlil göstərir ki, son illər həyata keçirilən qanunverici-institusional islahatların tərkib hissəsi kimi vergi orqanlarının işinin çevik və işlək mexanizmlər əsasında qurulması ölkəmizdə liberal biznes mühitinin təkmilləşməsinə və vergi daxilolmalarının artım dinamikasına müsbət təsir göstərir. Buraya Azərbaycan Vergilər Nazirliyinin bu il ABŞ-ın mühüm dövlət orqanı-Xarici Hesablar üzrə Vergi Əməletməsi Aktı (FATCA-məqsədi ABŞ vergi ödəyiciləri tərəfindən vergidən yayınmaya qarşı mübarizə və federal vergi gəlirlərinin artırılmasıdır) ilə xüsusi əməkdaşlığa başlayacağını da əlavə etsək, aydın olar ki, artıq müasir Azərbaycan vergi siyasəti ilə də dünyaya uğurla inteqrasiya edir.

 

 

Vaqif Cəliloğlu

 

Bakı xəbər.-2014.-27 may.-S.12.