Vətəndən qürbətə göndərilən mesajlar...

 

Akif Əlinin müəllifi və aparıcısı olduğu "Vətən səsi" dünyada yaşayan azərbaycanlıların səsinə çevrilib

 

Böyük yunan şairi, filosofu Homerin çox dəyərli bir sözü var: "Vətənin tüstüsüşirindir". Tarixdən tarixə yadigar qalan bu fikrin altında böyük bir məna gizlənir. Təbii, bu mənanı hamı dərk edə bilməz. Dərk edənlər isə bu dərin kəlamdan çox şey öyrənirlər. Başlıcası isə, bu məna Vətən sevgisi aşılayır. Vətən sevgisi insana südlə, sümüklə keçir. Bəzən deyirlər ki, Vətənin nə olduğunu ömrü qürbətdə çürüyən qəribdən soruş.

Qərib görüb bu dərdin dadını. Zaman var idi ki, Vətəndən uzaqlarda yaşayan soydaşlarımız vətəndən kiçik bir soraq almaq üçün nə qədər əziyyətlərə qatlaşırdı. Vaxt vardı ki, Vətəndən əl boyda kağız gələndə insanlar bayram edərdi, kiçik bir müjdə soydaşlarımızın ürəyini dağa döndərərdi. Qürbətdə yaşayanlar ana torpağa üz sürtməyə can atırdı, ancaq sərhəd dirəkləri yol vermirdi onlara. Sərhədlərin bağlı olduğu çağlarda məktubların min bir qapıdan keçib, cümləbəcümlə təftiş edildikdən sonra sahibinə çatdırıldığı günlər, illər də vardı. Qəriblikdə yaşayan, Azərbaycan müstəqillik əldə etdikdən sonra Vətənə gələn yaşlı insanlardan çox eşitmişik ki, ana yurddan soraq almaq üçün nə qədər çətinliklərlə üzləşiblər. Bu insanlar nə qədər məşəqqətlə, ağrı-acıya tuş gəlsələr də Vətənə qovuşmaq ümidlərini itirməyiblər. Azərbaycan müstəqillik əldə etdikdən sonra soydaşlarımız ölkəmizə rahat şəkildə gəlib - getməyə başladılar.

Məlum olduğu kimi, artıq Azərbaycan dövlətinin xaricdə yaşayan soydaşlarımızla bağlı çox aydın siyasəti varbu siyasətin məqsədi həmvətənlərimizin Azərbaycana öz isti yuvalarına bağlanmasına xidmət edir. Sözsüz ki, dövlətin mövcud siyasəti KİV-lər tərəfindən də davam etdirilir. İctimai Televiziya bu baxımdan çox böyük işlər görür. Bilirik ki, son aylar İTV-nin efirində maraqlı bir proqram açılıb. Bu proqramın müəllifi və aparıcısı yazıçı-publisist, filologiya üzrə fəlsəfə doktoru, tanınan ictimai xadim Akif Əlidir. Akif Əlinin müəllifi olduğu "Vətən səsi" verilişi, çox qısa bir zaman ərzində efirdə olmasına baxmayaraq, həm ölkə daxilində, həm də xaricdə özünə böyük tamaşaçı auditoriyası toplayıb. Xarici ölkələrdə yaşayan soydaşlarımızın Vətən ağrı-acısını ovudan, onların dərdinə məlhəm olan bu proqramın əhəmiyyəti danılmazdır. Ümumiyyətlə, bu səpkili verilişləri aparan şəxslər mütləq bu dərdi can köynəyindən, ürəyindən keçirib yaşamalıdır. Qürbət taleli insanlar çox həssas olur və onları gərək elə ovudasan ki, narahat ürəkləri isinə. Keçmiş SSRİ məkanının bir neçə respublikasında yaşayan yaxınlarımız, qohumlarımız dəfələrlə bildiriblər ki, "Vətən səsi" proqramını səbrsizliklə gözləyir, bu verilişi diqqətlə izləyirlər. Proqramda qoyulan mövzuların Azərbaycan dövlətinin və xaricdə yaşayan soydaşlarımızın maraqlarına xidmət etdiyini deyən yaxınlarımız hesab edirlər ki, bu proqram başqa telekanallar üçün də örnək ola bilər. Akif Əlinin vətəndaş mövqeyi, ziyalılığı bəllidir. O bu xalqın tarixini, mədəniyyətini, xaricdə yaşayan azərbaycanlıların əhval-ruhiyyəsini çox yaxşı bilir. Ona görə də, "Vətən səsi" olduqca səmimi alınır və tamaşaçıların da tələbatını ödəyir. Qeyd edək ki, veriliş Akif Əlinin təqdimatında uğurlu alınıb və xaricdə yaşayan həmvətənlilərimizə dövlətin çox vacib mesajlarını çatdıra bilir. Söz yox ki, Akif Əli bütün varlığı ilə Vətənə, torpağa bağlı insandır və bu onun verilişində də hiss olunur. Akif müəllim yerli qəzetlərdən birinə müsahibəsində "Vətən səsi" verilişinin necə yaranmasından danışıb: "İctimai Televiziyanın efirində əvvəllər xaricdə yaşayan azərbaycanlıların həyatı ilə bağlı "Qərib axşamlar" adlı proqram təqdim olunurdu. Müəyyən müddət efirə gedən veriliş öz auditoriyasını toplamışdı. Ancaq əbədi heçyoxdur, həyat bir yerdə dayanmır, zamanla hər şey dəyişir. Xüsusən müasir dövrdə informasiya texnologiyaları sürətlə inkişaf etdikcə, müxtəlif yeni məqamlar, yeni tələblər ortaya çıxır. Ona görə İTV-nin rəhbərliyi qərara almışdı ki, bu proqramı da zamana uyğun bir qədər yeniləşdirsin. Bu verilişi aparmaq mənə təkif olundu. Mövzunun maraqlı olduğunu bildirdim, ancaq vaxtilə AzTV-dəki təcrübəmə əsaslanaraq, verilişə müəyyən dəyişikliklər də təklif etdim. Müasir Azərbaycan adamının simasını efirdə daha dolğun əks etdirmək, azərbaycanlı obrazını dünyaya daha yüksək səviyyədə tanıtmaq baxımından mövzuya yanaşma üslubu, dövlətçilik mövqeyi, çıxışçılar və musiqili qonaqlar kontingentinin seçilməsi, aparıcılıq manerası və s. ilə bağlı müəyyən təkliflərim oldu. Razılaşdılar. Müasir dövrdə xaricdəki soydaşlarımızın heç də qərib durumda, bədbin, küskün, boynubükük vəziyyətdə olmadığı düşüncəsi ilə daha nikbin, daha işıqlı "Vətənin səsi" adını təklif etdim, o da qəbul olundu. Artıq beşinci aydır veriliş efirdədir və hələ ki, müsbət rəylər alırıq. Azərbaycanın görkəmli ziyalıları ölkəmiz üçün çox əhəmiyyətli maarifləndirici proqram olduğunu bildirirlər. "Vətən səsi" dünya azərbaycanlılarına ünvanlandığı üçün efirin vaxtı da xaricdəki saata uyğun nəzərdə tutulub".

Akif Əli qeyd edib ki, xaricdə yaşayan azərbaycanlıların təşkilatlanması işinin əsası mərhum prezidnt Heydər Əliyev tərəfindən qoyulub. Onun sözlərinə görə, vaxtilə xarici səfərləri zamanı onun çox gərgin qrafiki olsa da, dövlət səviyyəsində görüşlərin siyahısına mütləq azərbaycanlılarla görüş də salınırdı: "Və Ulu öndər həmin ölkələrdə yaşayan azərbaycanlıların nümayəndələrini qəbul edib onlarla ətraflı söhbətlər edir, birlik istiqamətində tövsiyələrini verirdi. Azərbaycanın həqiqətlərini dünyaya yaymaqda Vətənə kömək etməyi məsləhət görürdü. Bu sonralar get-gedə daha da sürətləndi. Artıq dövlətin bu sahədə siyasəti xüsusi Diaspor Komitəsi vasitəsilə yürüdülür. Soydaşlarımızın təşkilatlanması üçün Azərbaycan dövləti əlindən gələni edir. Bəzən müəyyən çətinliklər olur ki, bunlar da artıq azalmaq üzrədir. Açığı, bizdə belə bir mental şüur var ki, hərə özünü lider görmək istəyir. Ancaq zaman bunların hamısının aradan qaldırılmasını tələb edir. Bakıda keçirilən dünya azərbaycanlılarının qurultayları birliyimizə çox kömək edir. Qurultaylarda bütün dünyadan azərbaycanlılar gəlir, ünsiyyətdə olurlar. Bu isə birləşmə mexanizminə kömək edir. Mən bu sahədə nikbinəm. Dünya miqyasında tam birliyimiz məhz müstəqil Azərbaycan dövlətinin mövcudluğu ilə mümkündür. Odur ki, bizim üçün ən böyük dəyər Azərbaycanın müstəqilliyidir. Bütün dünya azərbaycanlıları müstəqilliyin qədrini bilib onun göz bəbəyi kimi qorunmasına xidmət etməlidir".

Hesab edirik ki, Akif Əli müəllifi və aparıcısı olduğu "Vətən səsi" proqramı ilə artıq soydaşlarımızın ürəyinə yol tapıb. Qürbət taleli insanlara Vətəndən xoş xəbərlər gərəkdir, bu xəbərlər də "Vətən səsi"ndən dünyaya yayılır. "Vətən səsi" vətənin səsini ifadə edərək həmvətənlərimizə dayaq olur. Əlbəttə, Azərbaycan dünyada yaşayan bütün azərbaycanlıların vətənidir. Onlar buranı vətən bilib bütün arzularını Azərbaycana ünvanlayırlar.

"Vətən səsi" proqramının gördüyü işi, daşıdığı missiyanı, çiyinlərinə götürdüyü yükü əsl vətəndaşlıq, vətənpərvərlik nümunəsi sayan ziyalılar çoxdur. Bu ziyalılar hesab edir ki, "Vətən səsi" çox gərəklidir və işıqlandırdığı mövzular xaricdə yaşayan azərbaycanlıların taleyi ilə birbaşa bağlıdır.

Diaspor Æurnalistləri Birliyinin sədri Fuad Hüseynzadə "Vətən səsi" proqramı haqda fikirlərini "Bakı-Xəbər"lə bölüşdü. Bu verilişə yüksək dəyər verən və əhəmiyyətini önə çəkən həmkarımız qeyd edir ki, bu proqram xaricdə yaşayan soydaşlarımız üçün gərəklidir":Uzun müddət televiziyada işləyən media nümayəndəsi kimi ilk olaraq deyim ki, hər bir televeriliş insan kimdir. Mövzu, məqsəd və məramına görə bu verilişlərin ömrü müxtəlif olur. Adətən elmi, mədəni, milli-mənəvi dəyərlər, ümumiyyətlə xalqonun keçmişi, eləcə də gələcəyi ilə bağlı verilişlər daha çox efirdə qalır. Düzdür, həmişə eyni adda və biçimdə olmasa da, dəyişik formalarda belə verilişlər uzunömürlü olur. İTV-də nümayiş edilən "Vətən səsi" proqramı sırf azərbaycançılığın təbliği mövzusundadır. Çünki diasporun birinci vəzifəsi azərbaycançılığı xaricdə təbliğ etməkdir. İTV-də bu səpkidə başqa bir veriliş verilirdi. Lakin onun yeni bir formatda nümayiş etdirilməsi maraq doğurur. Etiraf edim ki, bu verilişin təkcə ilk buraxılışına baxmışam. Özüm də belə formatda olan "Vətəndən uzaqda" internet TV verilişinin aparıcısı olduğumdan, bu mənim üçün daha maraqlı və sevindirici oldu. Hətta verilişə baxdıqca bir çox ideya və layihələr belə, fikrimdən keçdi... Əvvəlki illərlə müqayisədə bu gün KİV-də diaspor mövzusuna xüsusi diqqət göstərilir. Diasporla İş üzrə Dövlət Komitəsi mütəmadi olaraq diaspor təşkilatlarının gördüyü işlərlə bağlı xəbərləri mediada yayır. Eyni zamanda, media orqanları özləri fərdi olaraq diaspor mövzusunda materialları dərc edirlər. Bu da nəticədə diaspor mövzusunun KİV-də daha çox işıqlandırılmasına gətirib çıxarır. Məhz bunun nəticəsidir ki, artıq diaspordan yazan jurnalistlər şəbəkəsi yaranıb. Amma diaspordan nə qədər yazılsa və TV-də verilişlər çəkilsə də, bu kifayət deyil. Biz bu mövzuya diqqəti daha da artırmalıyıq. Elə DÆB-ı yaratmaqda bir məqsəd də bundan ibarətdir. Belə verilişlər və ya yazılarla diasporun məsuliyyətini daha da artırmalıyıq. Yəni veriliş və yazılar elə səpkidə olmalıdır ki, diaspor öz məsuliyyətini hiss etsin. Ümumiyyətlə, diasporumuz dövlət, xalq qarşısında məsuliyyət hiss etməlidir.

Azərbaycanı dünyada tanımaq işində dayanmadan, mütəmadi olaraq fəaliyyətdə olmalıdır. Diasporumuz özünü güclü, müstəqil dövləti olan bir xalqın nümayəndəsi olaraq göstərməlidir. Bu gün milli diasporumuzun gündən-günə çiçəklənən Azərbaycan adlı ölkəsi var. "Vətən səsi" tipli verilişlər bir daha göstərir ki, mediamız diaspora öz diqqət və dəstəyini göstərir".

 

 

İradə SARIYEVA

 Bakı xəbər.-2014.- 18 noyabr.- S.12.