Azərbaycan elminin sürətli inkişafında Heydər Əliyev faktoru...

 

Heydər Əliyevin marağı...

...Mənbələr yazır ki, mərhum prezident Heydər Əliyev Akademiyanı həmişə diqqətdə saxlayıb və bu quruma davamlı qayğı göstərib":Azərbaycan xalqının ümummilli lideri bütün ictimai-siyasi fəaliyyətində tarixə, ədəbiyyata, mədəniyyətə, ümumilikdə humanitar elmlərə yüksək qiymət və əhəmiyyət verib, onların xalqın mənəvi həyatında oynadığı rolu layiqincə dəyərləndirib.

Klassik irsin ötən əsrin 70-ci illərində yenidən qiymətləndirilməsi milli-mənəvi dəyərlərin formalaşmasına yönəlmiş müdrik bir siyasət idi. Bu illərdə görkəmli şair və yazıçıların yubileylərinin keçirilməsi Azərbaycanda mədəni həyatın atributlarına çevrilmişdi. Heydər Əliyevin qayğısı sayəsində Nəsiminin, Nizaminin, Füzulinin, Nəriman Nərimanovun, Cəfər Cabbarlının, Səməd Vurğunun, Süleyman Rüstəmin, aşıq Ələsgərin və başqa ədiblərimizin yubileyləri keçirilib, əsərləri nəşr edilib, onlar haqqında müxtəlif kitablar, albomlar hazırlanıb. Möhtərəm Heydər Əliyev görkəmli ədiblərin xatirəsinin əbədiləşdirilməsinə xüsusi diqqət yetirirdi. Səməd Vurğun, Məmməd Səid Ordubadi, Cəfər Cabbarlı kimi ədiblərin ev muzeyləri Heydər Əliyevin təşəbbüsü ilə yaradılıb. Həmin illərdə Bakıda Nəsiminin, Səməd Vurğunun, Cəfər Cabbarlının əzəmətli abidələri ucaldılıb, Molla Pənah Vaqifin Şuşada, Nizaminin Gəncədə möhtəşəm məqbərələri tikilib. 1981-ci ildə Hüseyn Cavidin nəşi vətənə qaytarılıb, böyük sənətkarın ev muzeyi açılıb, qısa müddətdə Naxçıvanda onun məqbərəsi inşa edilib. Bütün bunlar Azərbaycanda klassik irsə göstərilən böyük ehtiramın nümunələridir. Böyük siyasətçi Heydər Əliyev cəmiyyətin inkişafında elmin çox yüksək rol oynadığını yaxşı bildiyi üçün Azərbaycanın ali rəhbərliyinə qayıdışından sonra ölkəmizdə elmin inkişafı üçün ardıcıl tədbirlər gördü. Akademiyanın bugünkü intibahı da məhz Heydər Əliyevin adı ilə bağlıdır".

Alimlərlə görüş...

AMEA-ya aid elmi məqalələrdə qeyd edilir ki, 1997-ci il yanvarın 31-də Azərbaycan Respublikasının sabiq Prezidenti Heydər Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının rəhbərliyini və aparıcı alimlərin bir qrupunu qəbul edərkən elm sahəsində islahatların aparılmasının vacibliyini xüsusi vurğulayıb, Azərbaycanın inkişaf strategiyasının əsas müddəalarını və Milli Elmlər Akademiyasının bundan irəli gələn vəzifələrini müəyyənləşdirib: "O, Azərbaycan Milli Elmlər Akademiyasının fəaliyyətini qiymətləndirərkən deyib: "Azərbaycan Milli Elmlər Akademiyasının rəhbərliyi, idarəsi altında toplaşmış elmi müəssisələr böyük ixtiralar ediblər, böyük tədqiqatlar aparıblar, böyük işlər görüblər, sanballı elmi kitablar, əsərlər yaradıblar, tam qətiyyətlə demək olar ki, dünya elminə böyük töhfələr veriblər". Bu sözlər elmə, fundamental elmin təşkilinin optimal forması olan Milli Elmlər Akademiyasına verilən ən yüksək qiymətdir. Bu görüş Azərbaycan elmininMilli Elmlər Akademiyasının tarixində mühüm əhəmiyyət kəsb edib, alimlərin nüfuzunu artırıb, cəmiyyətdə onların rolunumövqeyini möhkəmləndirib, Milli Elmlər Akademiyasında ciddi dəyişikliklərin və islahatların başlanmasının əsasını qoyub. Həmin vaxtdan başlayaraq Azərbaycan Milli Elmlər Akademiyası ümummilli liderimizin tövsiyələrini rəhbər tutaraq, islahatların aparılması, onun idarəetmə və təşkilat sisteminin təkmilləşdirilməsi, elmi-tədqiqat istiqamətlərinin dəqiqləşdirilməsi, kadrların məsuliyyətinin artırılması, elmi idarə və elmi xidmət müəssisələrinin işinin səmərəliliyinin yüksəldilməsi məqsədilə bir sıra qərarlar qəbul edibkonkret tədbirlər həyata keçirib. Akademiyanın fəaliyyətini tənzimləyən normativ sənədlərdə əhəmiyyətli dəyişikliklər edilib. Akademiyanın Nizamnaməsi yenidən işlənib hazırlanıb".

 

AMEA-nın xalqın mədəni və mənəvi inkişafında rolu...

Məlumatlara görə, son on-on beş il ərzində ölkəmizdə elmin inkişafı, elmi-texniki potensialın qorunub saxlanması, elm və təhsil sahəsində yüksək ixtisaslı kadrların hazırlanması, onlara qayğı göstərilməsi, cəmiyyətdə elmi işçilərin nüfuzunun artırılması sahəsində bir sıra mühüm qərarlar qəbul edilib.

Heydər Əliyevin 15 may 2001-ci il tarixli Fərmanı Azərbaycanın elmi ictimaiyyəti üçün mühüm hadisə olub. Elmlər Akademiyasına Azərbaycan Milli Elmlər Akademiyası adının verilməsi Akademiyanın fundamental elmin inkişafında əldə etdiyi nailiyyətləri, Azərbaycan xalqının mədəni və mənəvi təşəkkülündə oynadığı rolu, respublika ictimaiyyətində olan nüfuzunuakademik elmin ölkənin inkişafının əsas təminatçısı olduğunu bir daha təsdiqləyib. Azərbaycan Respublikasının sabiq Prezidenti Heydər Əliyevin 4 yanvar 2003-cü il tarixli Fərmanı isə Akademiyaya müstəqil dövlətimizin elmielmi-texniki siyasətini həyata keçirən ali dövlət təşkilatı statusu verib. Bu, AMEA-nın tarixində dönüş nöqtədir.

Azərbaycan xalqının ümummilli lideri digər - 4 yanvar 2003-cü il tarixli fərmanları ilə AMEA-nın Nizamnaməsini və prezidentini təsdiq edib. Heydər Əliyev AMEA-nın Nizamnaməsini təsdiq etməklə onun fəaliyyəti üçün yüksək səviyyədə hüquqi zəmin yaradıb, Akademiyanın fəaliyyət dairəsini xeyli genişləndirib, onun səlahiyyətlərini artırıb və onun qarşısında məsul vəzifələr qoyub. Dahi rəhbərin AMEA-nın Nizamnaməsi haqqında Fərmanı Akademiyanın qarşısında duran bir sıra problemlərin həllinə təkan verib.

İslahatlar...

Məlumatlara görə, ötən müddət ərzində Akademiyanın elmi istiqamətləri və elmi-tədqiqat işlərinin planları ekspertizadan keçirilib, onun strukturunun təkmilləşdirilməsi sahəsində bir sıra tədbirlər görülüb. Aktuallığını itirmiş bəzi elmi-tədqiqat işləri dayandırılıb, bir sıra institutlar, şöbə və laboratoriyalar ləğv edilib, bəziləri birləşdirilib, yeniləri yaradılıb. Azərbaycan müstəqillik qazandıqdan sonra ilk dəfə olaraq 2001-ci ilin iyun ayında Milli Akademiyamızın tarixində xüsusi yer tutan seçkilər keçirilib. Azərbaycan xalqının ümummilli lideri seçki ərəfəsində Akademiya üzvlərinin ümumi sayının 200 nəfər müəyyən edilməsi haqqında xüsusi sərəncam imzalayıb. Bu seçkilərdə müxtəlif ixtisaslar üzrə 500 nəfərə yaxın iddiaçı alimin sırasından 27 akademik və 86 müxbir üzv seçilib. Akademiyanın tərkibində gənc və istedadlı alimlərin sayı xeyli artıb. Akademiyanın Rəyasət Heyətinin tərkibi də yenilənib. Azərbaycan Respublikasının sabiq Prezidenti Heydər Əliyevin 7 avqust 2002-ci il tarixli Sərəncamına əsasən, AMEA-nın Naxçıvan Bölməsi yaradılıb. Bu bölmə Naxçıvan Muxtar Respublikasında elmi-tədqiqat qurumlarının fəaliyyətinin gücləndirilməsi, mövcud elmi potensialdan istifadə olunmasının səmərəliliyinin artırılması, Naxçıvanın tarixi, arxeologiyası və təbii sərvətlərinin öyrənilməsi məqsədilə daha əlverişli şəraitin yaradılması üçün mühüm əhəmiyyət kəsb edir. Naxçıvan bölməsinin tərkibinə Tarix, EtnoqrafiyaArxeologiya İnstitutu, İncəsənət, Dil və Ədəbiyyat İnstitutu, Təbii Ehtiyatlar İnstitutu, Bioresurslar İnstitutu, Əlyazmalar FonduBatabat Astrofizika Rəsədxanası daxildir.

Alimlərin sosial müdafiəsi istiqamətində görülən işlər...

Akademiyada çalışan işçilərin sosial müdafiəsini gücləndirmək, onların fəaliyyətinin səmərəsini artırmaq məqsədilə ümummilli liderimiz bir sıra mühüm qərarlər qəbul edib. 1997-ci ildə Akademiyanın işçilərinin əməkhaqları 50%, 2002-ci ildə isə 2 dəfə, Akademiyanın həqiqi və müxbir üzvlərinin rütbə maaşları 1997-ci ildə 10 dəfə, 2002-ci ildə isə 3 dəfə artırılıb. "Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti işçilərinin əməkhaqlarının artırılması haqqında" 30 mart 2001-ci il tarixli Sərəncamı ilə Rəyasət Heyətinin üzvlərinin və onun Mərkəzi Aparatı əməkdaşlarının vəzifə maaşları Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarının işçilərinin vəzifə maaşları ilə eyniləşdirilib.

Bütün bunlar dövlətimizin elmi işçilərə göstərdiyi diqqət və qayğının parlaq təzahürüdür.

Ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinə sadiq qalaraq Azərbaycan Respulikasının Prezidenti cənab İlham Əliyev hazırda elm, təhsil və mədəniyyət sahəsinə qayğını ardıcıl davam etdirərək elm sferası üçün mühüm olan bir sıra qərarlar qəbul edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Azərbaycan Milli Elmlər Akademiyasının 60 illik yubileyi haqqında" 14 fevral 2005-ci il tarixli Sərəncamı ilə Azərbaycan Milli Elmlər Akademiyasının ölkəmizin iqtisadi, sosial və mədəni inkişafında, elmi kadrların hazırlanmasında rolunu yüksək qiymətləndirərək Akademiyanın 60 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması və bununla əlaqədar müvafiq tədbirlərin həyata keçirilməsi haqqında tapşırıqlar verib.

Dövlət başçısının "Azərbaycan Milli Elmlər Akademiyasının üzvlərinin "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında" 14 fevral 2004-cü il, "Alimlik dərəcələrinə görə vəzifə maaşlarına əlavələrin artırılması haqqında" 16 aprel 2004-cü il, "Aspirantura, ali, orta ixtisas və peşə məktəblərinin və peşə liseylərinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında" 19 aprel 2004-cü il tarixli sərəncamları Azərbaycan elmində xüsusi xidmətləri olmuş alimlərimizin əməyinə verilmiş yüksək qiymət, gənc alimlərə və tələbələrə böyük qayğının təzahürüdür.

Azərbaycan Milli Elmlər Akademiyasının kollektivi Prezident İlham Əliyevin "Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında" və "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" sərəncamlarının icrası ilə bağlı qarşıda duran vəzifələrin məsuliyyətini dərk edirbu vəzifələrin yerinə yetirilməsi üçün bütün potensialını səfərbər edib.

Prezident İlham Əliyevin sentyabrın 15-ni "Bilik günü" kimi təsis etməsi və təhsil müəssisələrində rejiminin tənzimlənməsi haqqında Fərmanı və 2005-2007-ci illər üçün ümumtəhsil məktəblərinin informasiyakommunikasiya texnologiyaları ilə təminatı proqramını təsdiq etməsi, şübhəsiz ki, ölkəmizdə elmin və təhsilin səviyyəsinin artmasına xidmət edəcək.

Azərbaycan Milli Elmlər Akademiyası dövlət başçısının "Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında" 24 noyabr 2003-cü il tarixli Fərmanını və "Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında 21 oktyabr 2004-cü il tarixli Sərəncamını öz fəaliyyətində çox mühüm proqram kimi rəhbər tutur. Hazırda Akademiyada institutların və regional elmi mərkəzlərin müxtəlif dövlət proqramlarının hazırlanmasında və həyata keçirilməsində iştirak etməsi, regionlarda elmin inkişaf etdirilməsi, elmi tədqiqatların regionların sosial-iqtisadi problemlərinin həllinə yönəldilməsi üçün müvafiq tədbirlər görülür.

Müasir Azərbaycan elminin istiqamətləri...

AMEA haqda məlumatlar toplusunda yazılır ki, Azərbaycanda elmi təhlilə əsaslanan, müasir tarixi şəraitin reallıqları nəzərə alınmaqla həyata keçirilən daxilixarici siyasət ölkəmizə, digər sahələrdə olduğu kimi, elm sferasında da uğurlar qazandırıb":Alimlərimiz dövlətimizin müstəqilliyinin qorunmasını, ölkədə ictimai-siyasi sabitliyin və demokratiyanın möhkəmləndirilməsini, iqtisadiyyatın inkişafını ümdə məqsəd kimi qəbul edərək, bütün səylərini bu vəzifələrin yerinə yetirilməsi üçün səfərbər edirlər. Elmi tədqiqatların üstün istiqamətlərini müəyyən edərkən alimlərimiz milli maraqları ön plana çəkirlər. Müstəqil dövlət quruculuğunda, sosial-iqtisadi və mənəvi inkişafda elm ölkənin mühüm ehtiyat mənbəyidir. Alimlərimiz dövlətimizin müstəqilliyinin qorunmasını, ölkədə ictimai-siyasi sabitliyin möhkəmləndirilməsini, demokratiyanın və iqtisadiyyatın inkişafını ümdə məqsəd kimi qəbul edərək, bütün səylərini bu vəzifələrin yerinə yetirilməsi üçün səfərbər edirlər. Azərbaycan alimləri respublikanın ən ağır vaxtlarında dövlətimizə, ölkə Prezidentinə sadiqlik nümayiş etdiribona dayaq olublar. Fundamental elm ümumbəşəri xarakter daşısa da, elmi tədqiqatların üstün istiqamətlərini müəyyən edərkən alimlərimiz milli maraqları ön plana çəkirlər. Alimlərimiz son illər qiymətli nəticələr əldə edərək, dünya elminə də böyük töhfələr vermişlər. Azərbaycan Milli Elmlər Akademiyasının fizika sahəsində çalışan alimləri mürəkkəb yarımkeçiricilərin yeni sinfini açmış, onların alınması texnologiyasını yaratmış və praktikada tətbiq etmişlər. Riyaziyyatmexanika sahələrində dünyada şöhrət tapmış elmi məktəblər yaradılıb. Kibernetik alimlərimiz neft-qaz, neft emalı və neft-kimya sənaye sahələrinin aktual problemlərinin həll edilməsi üçün müasir riyazi üsullar işləyib hazırlamışlar. Yeni informasiya texnologiyalarının mənimsənilməsi və tətbiqi sahəsində mühüm işlər görülüb".

Azərbaycan alimlərinin kəşfləri...

Yenə mənbələr yazır ki, kimyaneft emalı sahəsində Azərbaycan alimlərinin tədqiqatları həm respublikada, həm də xaricdə geniş şöhrət tapıb: "Yüksək keyfiyyətli mühərrik yanacağının və benzin növlərinin, xüsusi mayelərin, mühərrik və sürtkü yağlarının alınması bu tədqiqatların nəticəsində mümkün olub. Sintetik kauçukun istehsalı üçün neft qazından etil spirtinin alınması prosesinin işlənməsi də neft kimyasının inkişafında mühüm mərhələ olub.

Azərbaycanın geoloq alimləri neft-qaz-mədən geologiyası və geofizikası, neftqaz yataqlarının işlənməsi, Azərbaycanın müxtəlif geotektonik zonalarında Yer qabığının dərinlik quruluşunun tədqiq edilməsi, zəlzələlərin proqnozunun ilkin elmi şərtlərinin işlənməsi sahələrində dünya elminə layiqli töhfələr vermişlər.

Bioloqlarımız molekulyar biologiya, biokimya, biofizika, gen biotexnologiyası, bioinformatika, bioenergetika üsullarından istifadə etməklə ekstremal mühit amillərinə qarşı bitkilərin davamlılıq mexanizmlərinin öyrənilməsi və kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının artırılması sahəsində mühüm nəticələr əldə etmişlər. Respublikamızın flora, fauna, torpaq örtüyü və mikroorqanizmlərin biomüxtəlifliyinin öyrənilməsi, təbii bioresursların və zəngin genofondun qorunması və səmərəli istifadəsi üzrə mühüm işlər həyata keçirilib. Akademiyada Azərbaycanın çoxəsrlik tarixinə, çoxsahəli iqtisadiyyatına, Azərbaycan xalqının mədəniyyətinin tarixinə, dil və ədəbiyyatımızın, ictimai-fəlsəfi fikrimizin, elm və incəsənətimizin zəngin irsinə aid çoxşaxəli tədqiqatlar aparılıb və dəyərli əsərlər nəşr etdirilib".

 

əvvəli, ardı var

 

İradə SARIYEVA

Bakı xəbər.-2014.- 14 oktyabr.- S.15.