Məhərrəm, Aşuraİmam Hüseyn fəlsəfəsi

 

Yaradılış baxımından Allah ilin 12 ay və günlərini eyni dəyərdə yaradıb. Lakin bu ay və günlərin içərisində elə hadisələr baş verib ki, onlar həmin olayları digər ay və günlərdən qiymətli edib. Yəni ilk yaradılışdan eyni dəyərə sahib olan ay və günlərin içərisində elələri var ki, digərlərindən daha qüdsi (müqəddəs) və mübarəklik (xeyirli, xoşbəxt) qazanıblar.

Məsələn, Quranın nazil olması ilə Ramazan ayı, duanın rədd edilmədiyi cümə günü, ibadət baxımından min aydan üstün olan Qədr gecəsi və s. Hicri qəməri təqvimində ilk ay olan Məhərrəm və onun 10-cu günü Aşura da belə ay və günlərdən biridir.

Məhərrəm haram aydır

Lüğəti mənası, "haram", "qadağan edilən" olan Məhərrəm, bir ay kimi bərəkət (çoxluq, bolluq) yaxşılıq, xeyir, fayda, əminamanlıq, barışıq və əhdləşmə simvoludur. Bu ayın ilk günləri təzə ilin başlanqıcı olduğundan, müsəlmanlar yeni ilin xeyirli və bərəkətli olması üçün dua edər, bir-birini yoluxar, bayramlaşar, küsülülər barışar, hədiyyələr verilər, görüləcək yaxşı işlər niyyət edilib planlaşdırılar və s. "Həqiqətən Allah yanında ayların sayı, göyləri və yeri yaratdığı gündən bəri Allahın kitabında 12-dir. Onların 4-ü (Racəb, Zulqadə, Zulhiccə və Məharram) haram aylardır. Ona görə həmin aylarda özünüzə zülm etməyin" (Tövbə, 36).

Hələ İslamdan əvvəl də bu aylarda hərb etmək haram, qadağan olunduğu üçün, ərəblər təcavüzlərinə haqq qazandırmaq məqsədilə bəzən süni surətdə ayların yerini dəyişərdilər. Bu səbəbdən Rəsulu Əkrəm(ə) vida həccində buyurdu: "Ayların sırası Allahın yaratdığı kimidir". Allah və Peyğəmbər(ə) kəlamından göründüyü kimi, Məhərrəm ayı "matəm" ayı deyil. O, "göyləri və yeri yaratdığı gündən" bəri Rəbbin sülh, barışıq, xeyir, bərəkət verdiyi aylardan biri, müsəlman təqviminə görə yeni ilin ilk ayıdır.

Aşura

Aşura Məhərrəm ayının 10-cu gününün adıdır. O da Allahın yaratdığı günlərdən biridir. Fəqət Aşura həmin gündə baş verən mühüm hadisələr etibarilə müqəddəslik qazanıb. Adəm(ə)-nin tövbə etməsi, Həzrət İbrahimİsa(ə)-nin mövludu, Musa(ə)-nin Ölü dənizi keçməsi və Fironun boğulması Aşura günündə olub. Bu gündə Yunus (ə) balığın qarnından, Əyyub (ə) xəstəlikdən xilas edilib, Yaqub (ə) oğlu həz.Yusif ilə görüşüb, Süleyman (ə) çar olub, Yusif (ə) zindandan çıxıb. Həmin gündə Allahu-Təalə göyləri, yeri, ərşi, kürsünü, mələkləri və ilk insanı-həz.Adəmi yaradıb. Bəzi məxəzlərə görə, dünyanın sonu da Aşura günündə olacaq.

Həzrət Nuhun beş-altı nəfərlə tufandan xilas olması da həmin günə təsadüf edib.

"Həqiqətən Nuh (öz tayfasının məhv edilməsi barədə) Bizə dua etmiş, onun duası necə gözəl qəbul olunmuşdur! Biz (Nuh qövmünü suda boğub), onu və ailəsini böyük fəlakətdən qurtardıq" (Səffat, 75,76). Rəvayətə görə, gəmini xilas edən Nuh(ə) Aşura günü şükür ayini kimi gəmidə olan taxıl məhsullarından şorba bişirib. Qeyd edək ki, müsəlmanların Məhərrəmin 10-cu günü hədik bişirib qonşu və kasıblara ehsan etmələri həmin ibadətin davamı kimi bu gün də unudulmayıb.

Böyük həcc ziyarətindən sonra profilaktik tədbirlər məqsədilə bağlanan Kəbə qapısının ziyarət edənlər üçün Aşura günündə açılması da, bu günün dəyərlərindən biridir.

Tövratda "Aşura" sözü böyük günahtəmizləmə günü kimi işlədilib. Həzrət Peyğəmbər Mədinəyə gəldiyi zaman yəhudilərin həmin gün oruc tutduğunu gördüo da bu ibadəti icra etdi. Yəhudi ibadəti olan Aşura orucu başqa oruclarda olduğu kimi yalnız gündüz yox, bir sutka tutulardı. Hicrətin 2-ci ilində Aşura orucunun yerinə Ramazanın oruc ayı elan edilməsilə Aşura orucu artıq müsəlman üçün dini mükəlləfiyyətdən olmayıb, şəxsin ixtiyarına verildi. Lakin Aşura orucu bugünkü müsəlman aləminin əksəriyyəti üçün sünnədir. Və o, tarixi səbəblərə görə, müqəddəs sayılır. "Ramazandan sonra orucların ən fəzilətlisi Məhərrəm ayında tutulan orucdur. Aşura isə bu ayın ən qiymətli gecəsidir".

Aşura fəlsəfəsi

Məhərrəm ayının Aşura günü həm də Peyğəmbər(ə) nəvəsi Həzrət Hüseynin imanİslam dininin saflığı uğrunda şəhid olduğu, baba və atasının ucaltdığı etiqad atını yenidən şahə qaldırdığı gündür. Aşura, İslam dininin varlıq qayəsi, insan haqq və azadlıqları uğrunda 19 il mücadilə aparan İmam Hüseynin bir şəhid kimi özündən sonra bütün dünyaya örnək olan "Hüseyn fəlsəfəsi", "Hüseyn məktəbi"ni yaratdığı gündür. Lakin təəssüflər olsun ki, bu məktəb hələ də öz obyektiv təhlil və təbliğini lazımınca tapmayıb. Əksinə, bəziləri bu fenomen hadisəni ya ifrat, ya də təfritə vararaq, onun dini və dünyəvi əhəmiyyətini zədələyirlər. Hadisəni sırf matəmə çevirənlər unudurlar ki, İslam iman, elmsaleh əməl vəhdətidir. Bu vəhdətin əsasını Rəbbin bəyəndiyi işlər uğrunda biganəlik yox, mübarizə təşkil edir. Təfritə varanlar isə, həmin fəlsəfəni cılızlaşdıraraq, onu Həzrət Hüseynin sırf siyasi hakimiyyət uğrunda mübarizəsi kimi qələmə verirlər. Əlahəzrət tarix isə hər iki yanaşmanı rədd edir.

"Güclü nə istəyirsə, ona nail olur" təsəvvürünü dağıtmaq bir tale yazısı kimi mənim boynuma düşən borcdur. Mən, məndən sonra gələcək nəsilləri düşünərək, bir zalım güclünün gücünə müqavimət göstərə biləcək başqalarının da mövcud olduğunu nümayiş etdirməyə çalışıram. Bu, əqidə, imanvicdan məsələsidir. Və mən, həmin əqidə uğrunda ölməyə belə hazıram". İmam Hüseynə məxsus olan bu tezis, Hüseyn fəlsəfəsinin mayası və nüvəsidir.

661-ci ildə Həzrət Əlinin şəhadətindən sonra Müaviyə camaatı qorxutmaq məqsədilə 40 minlik ordu ilə Xilafətin paytaxtı Kufəyə gəldi. O, həm də Həzrət Həsənin "qardaş qanı axıdılmamalıdır" sözündən məharətlə istifadə edərək, hakimiyyəti zorla mənimsədi. Lakin Kufə, Məkkə, Mədinə və digər bölgələrdə geniş sosial bazaya malik olan Həzrət Hüseyn, Əbu Bəkrin oğlu Əbdürrəhman və Zübeyrin oğlu Abdulla Müaviyəyə biət etmədilər. Başqa sözlə, onlar Müaviyə hakimiyyətinin legitimliyini tanımadılar. Hələ xəlifə Həzrət Əlinin dövründə Şam şəhərində "dövlət içində dövlət" yaradan Müaviyə, 669-cu ildə Həzrət Həsəni zəhərlədərək öldürtdü. Həzrət Hüseyn "problemi" isə onu bir an rahat buraxmırdı. Zira Müaviyə çox gözəl bilirdi ki, İmam Hüseyn xalq arasında həm ondan, həm də onun oğlu Yeziddən qat-qat artıq sosial bazaya və hörmətə malikdir. Tarixçi Təbəri yazır: "Ömrünün sona çatdığını başa düşən Müaviyə sağlığında oğlu Yezidi varis kimi tanıtmaq üçün Yezidə biət edilməsini istədi. Yezid hərəkətlərinə görə fasiq (pozğun-V.C.) sayılırdı. Və belə adamın xəlifəliyə namizədliyini qəbul etmək mümkün deyildi. Hüseyn, Abdullah ibn Ömər, Abdullah ibn-Zübeyr, Əbdürrəhman ibn-Əbu Bəkr və ibn-Abbas təbii ki, bunu qəbul etmədilər". Müaviyə öldükdən sonra Yezid xəlifə oldu (680-cı il). O, Mədinə valisi Validə tapşırdı ki, Həzrət Hüseyn yeni xəlifəyə (Yezidə) biət etsin. Valid: "Ya Hüseyn, Yezid səndən biət istəyir". Hüseyn: "Mən ki, onun atasına baş əymədim. İnsanlar hər biət istəyənin qabağında əyilməyə alışsalar, bəs onda etiqad harada qalar?"

680-ci il Kərbəla hadisəsi təkcə haqq ilə batilin, zülm ilə ədalətin mücadiləsi olmayıb. Bu, həm də imanı saleh əməl ilə reallaşdıran bir qəhrəmanlıq salnaməsidir. Yezidin çoxminlik ordusunun əhatəsində olan İmam buyurdu: "Təkcə mən qaldım. Cəsarəti olan varsa, gəlsin bir anlığa onunla yerimizi dəyişək. Qoy o buradan, mənim dayandığım yerdən sizlərə baxsın. Qorxmayıb, atın üstündə duruş gətirə bilsə, başımı öz əllərimlə kəsərəm. Amma mən qorxmuram. Bilirəm ki, insanların inamı zalımın zülmünü basar. Bu dünya çox yezidlər görüb. Vaxt gələr, yezidlərə baş əyməyənlərin sayı çoxalar. Və onlar bugünkü hadisəni böyük ehtiramla yad edərlər".

Həzrət Hüseynin zülm, batil, yezidlik qarşısında əyilməyən başı Kufə küçələrində gəzdirilərkən, sanki o baş deyirdi: "Ey kəsik başların nümayişinə çıxan kufəlilər!. Mən Yezidə boyun əymədim. Əymədim ki, sizə zülm etməsinlər. Mən, Həzrət Məhəmmədin nəvəsi, Həzrət Əlinin oğlu, başım kəsildisə, vay sizin halınıza. Kəsik başların nümayişinə çıxmaqdansa, ibrət götürüb niyə zalımların qarşısını almırsınız? Niyə öz gələcəyinizi düşünmürsünüz?".

Bəli, Həzrət Hüseyn baba və atasından miras qalan iman atını Kərbəlada elə şahə qaldırdı ki, bu inam və əqidə onun Kufədə nizəyə taxılmış kəsik başından da yüksəkdə oldu. Təəssüf ki, Hüseyn fəlsəfəsini yalnız 40 gün matəmdə görənlər Quran hikməti və "Cihadın ən ən üstünü zülmkar buyruq sahibinə qarşı həqiqəti söyləməkdir" Peyğəmbər(ə) kəlamını unudurlar.

Digər tərəfdən, Hüseyn fəlsəfəsini siyasi ambisiyalara alət edənlər, bu məfkurə ilə aldadılaraq cihad adı ilə bəşər qanı axıdanlar da siyasi ambisiyası olmayan Həz.Hüseyn mübarizəsindən xəbərsiz bədbəxtlərdir.

Əslində "Hüseyn məktəbi" qiyamətə qədər hər bir xalq üçün örnəkdir. Bu nümunədən ibrət alan millət isə sözsüz ki, İslamın beş varlıq qayəsini-əhali, ərazi, dini, gələcək nəsli, haqq və azadlıqlarını qoruyacaqdır.

Kərbəla şəhidləri

Rastlaşdığımız mənbəyə görə, 1334 il bundan öncə imam Hüseynin Kərbəla düzündə iman atını şahə qaldırdığı hadisədə ümumbəşər və xüsusən İslam tarixinə əbədi səhifə yazan şəhidlər:

1) Abdullah oğlu Əvf; 2) Abdullahi Mühyi oğlu Ömər; 3) Abdullah oğlu Səd; 4) Abdullahi Yəzmi oğlu Abdurrəhman; 5) Aqil oğlu Səfər; 6) Aqil oğlu Muslim (Kufədə); 7) Aqil oğlu Abdurrəhman; 8) Əmr Kəlbi oğlu Abdullah; 9) Əvf oğlu Avn; 10) Avsəcəyi Azərbaycani oğlu Muslim; 11) Cəbavə oğlu Ömər; 12) Cəfər oğlu Abdullah oğlu Muhamməd; 13) Cəfər (İslam ordusunun muəzzini); 14) Dəccanə oğlu Abdullah; 15) Dəccanə oğlu Səd; 16) Ənəs oğlu Malik; 17) Ənəs oğlu Muhamməd; 18) Fərrat oğlu Ömər; 19) Firuzan (İmam Hüseynin göləsi); 20) Faris oğlu Qulam (İmam Zeynəl Abidinin hizmətçisi); 21) Qulam Salman (Bəsrədə Şəhid olub); 22) Qulam oğlu Ürvə (Hürün köləsi); 23) Hani Baba (Ürvə və Həz.Əlinin bacısı Ümməhəninin oğlu); 24) Həsəni Həmədani oğlu Bərir; 25) Hür oğlu Əli; 26) Hənzələ oğlu Səid; 27) Həsən oğlu Zəhir; 28) Həz.Əli oğlu Həz.Hüseyn; 29) Həz.Əli oğlu Əvn; 30) Həz.Əli oğlu Abdullah; 31) Həz.Əli oğlu Cəlal Abbas; 32) Həz.Əli oğlu ƏbubƏkr; 33) Həz.Əli oğlu Fəzl; 34) Həz.Əli oğlu Osman; 35) Həz.Həsən oğlu Abdullah; 36) Həz.Həsən oğlu Qasim; 37) Həz.Hüseyn oğlu Əli Əkbər; 38) Həz.Hüseyn oğlu Əli Əsgər (Abdullah Əkbər); 39) Həz.Hüseyn oğlu Qasim

40) Xalid oğlu Ömər; 41) Hərir oğlu Həmzə; 42) Həris oğlu Cəbavə; 43) Həris oğlu Yusif; 44) Qeys ibn Ərəbi (Kufədə); 45) Kəlbi oğlu Vəhəb; 46) Makəl oğlu Ənəs; 47) Malik oğlu Vəkkas; 48) Məskur (Kufədə); 49) Məzahir oğlu Həbib; 50) Miqdad oğlu Muhəmməd; 51) Mühaciri Cəfi oğlu Zeyd; 52) Muhammədi Kəsiyr (Kufədə); 53) Muhamməd Kəsiyr oğlu Mahmud (Kufədə); 54) Muta oğlu Ömər; 55) Müslim-i Azərbaycaninin oğlu (ismi bilinmir); 56) Müslim Aqil oğlu Abdullah; 57) Müslim Aqil oğlu İbrahim (Kufədə); 58) Müslim Aqil oğlu Muhəmməd (Kufədə); 59) Müslim Həmmad; 60) Müslim Məzəni oğlu Yəhya; 61) Ömər oğlu Xalid (və ya Xəlil); 62) Rəfi oğlu Hilal; 63) Rabiə oğlu Qeys; 64) Riyah oğlu Hür; 65) Riyah oğlu Müsəb (hürün qardaşı); 66) Səd (Əbu Talibin köləsi); 67) Səd oğlu Hənzələ; 68) Səfiyd oğlu Sit; 69) Übeyd oğlu Sərih; 70) Ürvə oğlu Əbdurrəhman; 71) Ütbəyi Vəqqas oğlu Həşim; 72) Ütbe oğlu Malik; 73) Ziyad Səbi oğlu Zeyd olub.

 

Şəhidə matəm saxlamaq lazımdırmı?

625-ci ildə baş verən Uhud döyüşündə Peyğəmbər(ə)-nin əmisi Həzrət Həmzə şəhid oldu. Bu döyüşdən Mədinəyə qayıdan Həzrət Məhəmməd, Həmzənin evindən başqa bütün şəhidlərin evindən ağlaşma səsini eşitdi. Peyğəmbər(ə) buyurdu: "Bütün şəhidlərin ağlayanı var, Həmzənin isə ağlayanı yoxdur".

Rəsuli Əkrəmin bu sözündən sonra müsəlmanlar Həmzənin evinə gəlib ona yas tutdular. Həmin hadisə göstərir ki, istər adi insana, istərsə də şəhidə matəm saxlayaraq, ona vicdanın zəkatı kimi ifrata varmadan ağlamaq islamiinsani keyfiyyətlərdir. İnsanların şəhidə matəm saxlaması təkcə ona olan münasibəti müəyyən etmir. Şəhidi (və ya şəhidləri) anma prosesi cəmiyyətin həm şəhidə məhəbbəti, həm də haqqa, ədalətə zülm edən zalıma qarşı bir mesajıdır. Bu, cəmiyyətdə bir saflaşma, ələkdən keçirmə prosesi kimi, kimin kim olduğunu təyin etmə mərasimidir. Bu, qəbul olunub-olunmayacağından asılı olmayaraq, bəlkə də batilzülm üçün bir tövbə şansıdır. Şəhidə matəm saxlayıb, keçmişi təhlil etmək potensial şəhidləşmə deməkdir. Potensial şəhidləmə olmadan isə heç bir ümmət və millət din, vətən, bayraq, qeyrət, şərəf və ləyaqətini qoruya bilməz. Və nəticədə o, başqa ümmət və millət süvarisinin üzəngisindən öpməyə məhkum olar.

Qısa tarixi oçerk

Məhərrəm ayında matəm mərasimi ilk dəfə İraqda, Buveyhüllə oğulları tərəfindən saxlanılıb. Aşurə isə ilk dəfə rəsmən 963-cü ildə İranda keçirilib. Sonradan Şah Abbas dövründə (1571-1629) bu ənənə kifayət qədər geniş yayılıb. Səfəvilər vaxtında şiəlik rəsmi din kimi qəbul olunduqdan sonra Məhərrəm ayının yas ovqatında keçirilməsi adət halını aldı. Aşuranın mərsiyələrlə keçirilməsi isə XVIII əsrdən başlayıb. Belə ki, həmin əsrdə İranda Kərimxan Zəndin yanına bir avropalı gələrək, ona faciə janrından söhbət açıb. Bu söhbətdən təsirlənən Kərimxan əmr edib ki, Kərbəla faciəsi də mərsiyələrlə keçirilsin.

680-cı ildəki Kərbəla hadisəsi dünyada analoqu olmayan Təvhid və Nubuvvətə inam, birlik və azadlığın əməli vəhdəti, sədaqət və iradə qaynağı kimi nəsillərin yaddaşına əbədi həkk olunan şəhidlik məktəbi, dünya müsəlmanlarının qan yaddaşıdır. Keçmişdə olan, fəqət keçmişdə qalmayan bu hadisə qiyamətə qədər imanlı, ədalətli bəndələrin qəlbində həkk olunan azadlıq məktəbidir. Bu məktəb: "Allahım; Məni şəhid, dinimi, bayrağımı qalib et!" məfkurəsinin praktik təntənəsidir. həzrət Hüseynin iman atını şahə qaldırdığı günün yad edilməsi məzhəbindən asılı olmayaraq bütün müsəlmanlar üçün axirət sərmayəsidir. Bu sərmayənin qayəsini isə Əhli-beyt sevgisi təşkil edir. "hüseyn fəlsəfəsi" yurd-yuvası olmayan, səpələnmiş bir etnik qrupun - xarici yezidlərin 200 il ərzində Azərbaycan torpağına sahib çıxması baxımından bir müsəlman, suverenliyini can bahasına belə bərpa etmək istəyən bir azərbaycanlı kimi hamımız üçün ibrət, təhlil və mübarizə qaynağıdır. "Hüseyn fəlsəfəsi" həm də özünü Yezid kimi müsəlman adlandıran, fəqət əməlilə yezidlik edən daxilixarici yezidlərimizə qarşı mübarizə məfkurəsi olmalıdır. Vaxtilə Rəbb Musa(ə)-nin qorxaqmüti camaatını hidayətə çatdırmaq üçün buyurdu: "Mən sizin qeyrətinizi millət anlayışı olmayan bir xalqla oyadacam". Elə imam Hüseyn məktəbinin bəzi verəcəyi ən böyük dəyərlərdən biri də, Rəbb buyuran oyanışla ərazi bütövlüyümüzü təmin və Allah evlərini işğalçıdan azad etməkdir.

"Allahın kitabında ayların sayı 12-dir. Onların 4-ü haram", üçü (Şəbən, Ramazan, Rəcəb) mübarək, Hacc ərəfəsi (Zulqadə), Hacc (Zulhaccə) Peyğəmbər(ə)-nin anadan olduğu Rabiuləvvəl aylarıdır. Bu aylardan hamısı sülh, əmin-amanlıq aylarıdır. Göründüyü kimi, Rəbbimiz ilin əksər aylarına mübarəklik verib. Verib ki, insanlar Yeziddən fərqli olaraq bu aylarda bir-birinə zülm etməsinlər. İstər yeni ilin ilk ayı olan Məhərrəmdə, istərsə 680-cı ilə qədər ondan sonra Aşurada baş verən bütün hadisələr Rəbbin icad qüdrətindən doğan hikmətlərdir. İbrət alınacaq bu işlərin başında isə, ifrat təfritə yol vermədən keçmişi obyektiv təhlil edib, gələcəyə iman, elm saleh əməl ilə getməkdir.

Qoy bu yolda hamimiz Allah olsun!, Amin!

 

Vaqif CƏLİLOĞLU,

T.e.üzrə fəlsəfə doktoru

Bakı xəbər.-2014.- 20 oktyabr.- S.15.