Bəhmənyarın elmi-fəlsəfi külliyatı elmi dəyərlərimizin qiymətli sərvətidir

 

Filosof Bəhmənyarın yazıb ərsəyə gətirdiyi əsərlər, o əsərlərdə yer alan ən müxtəlif mövzular, elmi məsələlər çox əhəmiyyətlidir. Belə bir fitrət sahibinin Azərbaycan xalqının oğlu olması həqiqətən də çox qiymətlidir...

Mövcudatın mərtəbələri...

"Vikipediya" yazır":Bəhmənyarın İbn Sina ilə apardığı mübahisələrdən məlum olur ki, o, yaradıcılığının müəyyən dövrünə qədər emanasiya təliminə şübhə ilə yanaşıb. Filosof bu yerdə Stagiritin təliminə daha çox yaxınlaşırdı. Aristotel öz antologiyasında mövcudat mərtəbələrindən deyil, "formalar forması" və onun fəaliyyətə (vücuda) gətirdiyi mövcudatı təşkil edən formamateriyadan ibarət strukturu qəbul edirdi. Lakin Bəhmənyar emanasiya nəzəriyyəsinə axıradək laqeyd qalmayıb. İlk varlıqdan çıxan varlığın tək mahiyyət olması haqqında müddəa "Təhsil" və "Mövcudatın mərtəbələri" traktatlarında iqrar edilib. "Çünki ilk varlıq hər cəhətdən vahidi lazım bilir. Bu tək mahiyyət qeyri-maddi bir şey olmalıdır".

Bəhmənyara görə, birinci əqlin zəruri surətdə ilk qəli dərk etməsi başqa bir əqlin varlığı üçün səbəbdir, varlığı isə, ilk nəticənin özü-özlüyündə mümkün bir mahiyyət olmasından və ilk səbəbdən onun üzərinə bir şeyin axıb tökülməsindən irəli gəlir.

Bəhmənyarın kosmik təlimi...

Şərq peripatetiklərinin, o cümlədən Əbülhəsən Bəhmənyarın kosmologiyasında mövcudat müxtəlif mərtəbələrdən ibarət bir quruluşda təqdim edilir. "Mövcudatın mərtəbələri" traktatında əsasən mücərrəd substansiyalara diqqət yetirilir: "Mücərrəd substansiyalar real gerçəkliklərin dörd müxtəlif mərtəbəsidir: 1) heç bir səbəbi olmayan varlıq, o təkdir; 2) fəal əqllər, onlar növə görə çoxdur; 3) səmavi nəfslər, onlar növə görə çoxdur; 4) insani nəfslər, onlar şəxslərə görə çoxdur".

"Təhsil" kitabında mövcudatın bütün mərtəbələri nəzərdən keçirilir: ilk səbəb, ilk nəticə materiyaformadan təşəkkül tapmış göy sferaları, onlara aid planetlər, fəal əqllər və nəfslər, nəhayət, ünsürlər aləmi. Birinci göydən sonra sabit ulduzlar göyünün sferası, onun ardınca Saturn (Zühəl), Yupiter (əl-Müştəri), Mars (əl-Mirrix), Günəş (əş-Şəms), Venera (əz-Zührə), Merkuri (Utarid), Ay (əl-Qəmər) planetləri, sferaları gəlir. Bütün bunların mərkəzində isə Yer kürəsi dayanır.

Dünyanın vəhdətini qəbul edən Şərq peripatetikləri, onun çoxluğunun inkarı üzərində özlərinin orijinal əsərlərində də xüsusi dayanmışlar. İbn Sinanın "Nicat" kitabının "Aləm vahiddironun çox olması mümkün deyil", "Bilik kitabı" əsərinin "Bəsit cismlərin yerləri və cismani aləmin vəhdəti" fəsilləri bu münasibətlə yazılıb. Bəhmənyarın təhsil kitabında da dünyanın vəhdəti məsələsinin şərhinə geniş yer verilib: "Çoxlu aləm mövcud ola bilməz. Artıq aydınlaşdırdıq ki, göy sferası xaricində heçyoxdur. Aydın oldu ki, forma ilə təsəvvür edilə bilinməyən materiya mövcud deyil. Deməli, aləmə aid forma vahid materiya ilə xüsusiləşir. Vahid aləmdə ehtiva olunan şeylərin hamısı ondan toplanır. Beləliklə, çoxlu aləmin varlığına imkan qalmır. Dünyanın vəhdəti aksidental surətdə yox, aktual surətdə olmalıdır. Varlıq aktual surətdə vahid, potensial surətdə çoxluqdur. Bu vəhdət nizamın, yaxud onun mislində bir şeyin vəhdətidir.

Aristotelin kosmologiyası kimi Şərq peripatetiklərinin kosmologiyası da teoloji səciyyə daşıyır. Onların rəyincə, bütün mövcudatda tam bir məqsədəuyğunluq hökm sürür, zira mövcud qayələr və səbəblər son nəticədə vahid ilk səbəblə şərtlənir. Mövcudatda tam bir məqsədəuyğunluğun hökm sürdüyünü qəbul edən Şərq peripatetikləri hər şeyin zərurət üzündən baş verdiyini iqrar edir. "Təhsil" kitabında zərurət təsadüf ilə birlikdə, müqayisəli surətdə nəzərdən keçirilir. Bəhmənyarın fikrincə, daimi və təkrarlanan şeyi təsadüf adlandırmaq olmaz, təsadüf yekcins və azlıqda qalan şeydə mövcuddur. Bununla belə, filosof qeyd edir ki, yekcins və azlıqda qalan şey hansısa bir cəhətdən zəruridir.

Təsadüf və zərurət haqqında...

"Vikipediya"nın yazdığına görə, Şərq peripatetikləri təsadüfdən söz açsalar da, onu zərurətə qarşı qoyub inkar ediblər. Onlar metafizik materialistlər kimi çıxış edərək göstəriblər ki, təsadüf anlayışı şeylər və hadisələr arasındakı qarşılıqlı əlaqəni bilmədikdə ortaya çıxır. Hadisələrin səbəbi aşkar edildikdə onları təsadüf saymaq düzgün deyil. Bəhmənyar yazır ki, "əgər bir adam öz məlumatı ilə hr şeyi əhatə etsəydi, biliyindən heç şey kənarda qalmazdı, heçonun üçün təsadüfi mövcud olmazdı, əksinə, zəruri olardı". Filosofa görə, birisi yol gedərkən bir xəzinə taparsa, bu tapıntı təsadüf sayılır. Lakin həmin şəxsi xəzinəyə doğru aparan bir səbəb olub. O mənada təsadüf deyilən şey əslində zəruriliklə baş verib. Filosofun nəzərində təsadüf öz aralarında səbəb əlaqəsi olmayan haqqında deyilə bilər, məsələn, Zeydin əyləşməsi ayın tutulması ilə bir vaxta düşür, bu xalis təsadüfdür.

Ardıcıl determinist olan Şərq peripatetikləri təsadüfün obyektivliyini inkar etməklə zərurəti təsadüf həddinə gətirib çıxarırdılar. Məsələn, "Təhsil" kitabında deyilir ki, bir əldə beş əvəzinə altı barmaq təsadüf edilərsə, bu özü də müəyyən bir zərurətdir, çünki o müəyyən səbəblə əlaqədardır.

Dünyanın pozulmaz nizamı...

Dünyanın nizamı, quruluşu Şərq peripatetiklərinin nəzərində hər cür qüsurdan xali, mütləq surətdə ölçülü-biçilidir. Bəhmənyar bu barədə ətraflı söhbət açdıqdan sonra yazır ki, bu nizam həqiqi nizamdır, ondan daha üstün, daha bitkin bir nizam yoxdur. Fəal əqllər mütləq xeyirdən və onun tələbatından zəruri surətdə çıxıb. Göy sferalarının altında təzahür edən şeylərin nizamı ən üstün hərəkətlərdən -sferaların hərəkətlərindən asılıdır. Deməli, təbiət aləmindəki mövcud bu nizam da mümkün ola bilən ən bitkin , ən üstün nizamdır.

Əbülhəsən Bəhmənyar, öz sələfləri kimi, mövcudatı mərtəbələrdən ibarət bilib göstərib ki, dünyanın zamanca başlanğıcı yoxdur, o, əzəli və əbədidir.

Bəhmənyarın varlıq təlimində mümkün varlıq, öz növbəsində, substansiya (əl-cauhər) və aksidensiya (əl-arad) olmaqla iki qismə bölünür. "Təhsil" kitabında deyilir: "Əgər mümkün şeylər mövcuddursa, onların varlığı ya bir substratda, ya da qeyri-substratda olur. Substratda mövcud olan aksidensiya adını daşıyır, substratda mövcud olmayan isə substansiyadır". Farabiİbn Sina kimi Bəhmənyar da substansiya və aksidensiyanın şərhinə geniş yer verib. "Təhsil" kitabında bu mövzuya xüsusi fəsil həsr edilərək israrla deyilir: "Substansiya odur ki, heç bir substratda mövcud deyil." "İzahat" kitabında da bu fikir üzərində əsaslı dayanılır: "Substansiya substratda yox, konkret şeylərdə mövcuddur", "substansiyanın real gerçəkliyi mahiyyətdir, mahiyyəti olmayan heç şey substansiya deyil".

Bəhmənyara görə, materiya əsla məhv olmur...

Tədqiqatçılara görə, Aristotel təlimindən çıxış edilərək, "Təhsil" kitabında ayrı-ayrı fərdi şeylər ilk substansiya adlandırılır və bu, sair substansiyalardan üstün, qabaq sayılır. Əbülhəsən Bəhmənyarın fikrincə, növ ikinci, cins isə üçüncü substansiyadır. Zeyd və Əmr ilk substansiyaya, insanheyvan uyğun olaraq ikinciüçüncü substansiyaya misal çəkilir. İkinciüçüncü substansiyaların birinci substansiyadan fərqi budur ki, onlara işarə edilmir. "Təhsil" kitabında deyilir ki, Zeydə işarə etsən, insana işarə etmiş olarsan. Əgər insan təkcə Zeyd üçün predikat olsaydı, onda hər bir insan Zeyd olardı. Əksinə, ümumi anlayışlar işarə ediləni göstərmir.

Öz sələfləri kimi Bəhmənyar da substansiyanı beş qismə bölür: materiya, forma, cisim, nəfs və əql. O, "Mövcudatın mərtəbələri" traktatında yazır ki, cism materiyaformadan ibarətdir. Forma öz varlığında materiyaya, materiya isə formaya möhtacdır.

"Təhsil" kitabında qapının quruluşu onun formasına, qapının təşəkkül tapdığı ağac isə onun materiyasına misal gətirilir. Bəhmənyar materiya ilə formanın vəhdətini, onların bir- birindən ayrılmazlığını belə ifadə edib: "Əgər deyilərdisə: materiya yox olduqda forma qala bilərdimi? Deyərdik: yox!" "İzahat" kitabında bildirilir ki, materiya ilə forma biri digəri üçün səbəbdir, bir-birini şərtləndirir: "Forma materiyanın qərarlaşmasında və aktual surətdə mövcud olmasında onun səbəbidir. Əgər onun mövcudluğu üçün səbəb olmazdısa, forma materiyadan ayrı düşərdisə, formanın fərdiləşməsi batil olardı. Ona görə batil olardı ki, onun varlığı həmin materiyada mövcud idi". Filosofun fikrincə, materiyasız forma olmadığı kimi, formasız da materiya mümkün deyil, çünki materiyada bir forma aradan qalxdıqda, labüd surətdə onu başqası əvəz edir. O yazır: "Forma bir formanın gəlişi olmadan materiyadan ayrı düşməz. Bu başqa forma materiyanın mövcudluğunda birinci formanın funksiyasını yerinə yetirir".

Əbülhəsən Bəhmənyar öz müəllimi İbn Sinanın mövqeyindən çıxış edərək göstərir ki, "materiya əsla məhv olmur". Bu baxımdan materiyadan ayrılmaz forma da onunla vəhdətdə daimidir.

Şərq peripatetiklərin, o cümlədən Bəhmənyarın əsərlərində materiya ilə forma donuq, ətalətli bir şey kimi görülmür, onlar arasında mütləq hədd olmadığı, onların bir - birinə keçə bilmələri qəbul edilir: müəyyən münasibətdə materiya adlanan şey başqa münasibətdə forma sayılır.

Cisim təlimi...

Əbülhəsən Bəhmənyar göstərir ki, cisim materiyadan mövcud formadan təşəkkül tapır. Deməli, cismin mövcudluğu o ikisindən sonradır. Filosof cisimlərin çox olduğunu göstərir: səmavi cisimlər, ünsüri cisimlər, dörd ünsürdən (od, hava, su torpaqdan) təşəkkül tapmış cisimlər: buludlar, meteoritlər, küləklər, minerallar, bitkilər, heyvanlar sair. Peripatetik alimlərin fikrincə, bütün bunlarda bir nizam, bir tərtibat var. Onların kosmologiyasına görə, maddi varlıqların ən ali mərtəbəsində cəhətlərlə hüdudlanmış birinci cisim durur. Bəsit, sonlu sayılan bu cismin təbii şəkli sferik (kürəvi) təsəvvür edilir. Başqa göy sferaları, "Təhsil" kitabında deyildiyi kimi, biri digərinin içərisində yerləşən sferalar birinci cisimlə əhatə olunur. Bütün cisimlərin məcmusu vahid sferanı (kürəni) əmələ gətirir.

Bəhmənyarın fikrincə, cisim hiss (duyğu) ilə qavranıldığı üçün onun isbatına ehtiyac yoxdur. Cismə üç ölçüyə-uzunluğa, enə dərinliyə malik substansiya kimi tərif verilərək onun mövcudluq üsulu göstərilir.

Şərq peripatetiklərinin varlıq təliminə görə, hər bir cismin təbiəti, materiyası, forması aksidensiyaları var. Bəhmənyar yazır ki, cismin təbiəti onun özünəməxsus dəyişmə sükunətin təzahür etdiyi qüvvədir. Cismin forması o mahiyyətdir ki, cisim necə varsa, məhz onun sayəsində elədir. Cismin materiyası formanın daşıyıcısı mənasındadır. Aksidensiyalar odur ki, cismin materiyası forması ilə birlikdə təsəvvür edildikdə növ xüsusiyyəti tamamlandıqda ona daxilən xas olur, yaxud kənardan qoşulur.

"Təhsil" kitabında deyilir ki, şeyin təbiəti onun forması ilə eyni ola bilər, bəsit cisimlərdə (dörd ünsürdə) belədir. Suyun təbiəti elə mahiyyətlə eynidir ki, su necə varsa, məhz onun sayəsində o cürdür. Lakin həmin mahiyyət ondan meydana çıxan əsər-əlamətlərə nisbətdə təbiətdir, su növünü müəyyən etməsinə nisbətdə isə formadır.

Bəhmənyarın fikrincə, cisimlər ya bəsitdir ki, onların vahid təbiəti var, ya da mürəkkəbdir ki, təbiətləri müxtəlif olan cisimlərdən ibarətdir. Mürəkkəbdə elə məziyyət olur ki, bəsit cisimlərdə o yoxdur, məsələn, kuporosdan ağac fırından düzəldilmiş boyada olan keyfiyyət. Bəsit cisimlər ya elədir ki, onlardan tərkib vücuda gəldikdə, ondan bəsit cisimlərdə mövcud olmayan bir şey hasil olur, ya da elə bəsitdir ki, ondan heç şey təşəkkül tapa bilmir. "Təhsil" kitabında cismin varlıq üsuluna dair nəzər əhlinin üç doktrinası qeyd edilir: 1) "cisim bəsitdir, onda mürəkkəblik yoxdur"; 2) "cisim bölünməz hissəciklərdən ibarətdir"; 3) "cisim forma materiyadan təşəkkül tapıb". Bəhmənyar birinci müddəanı qənaətbəxş saymayıb, ikinci müddəanın təkzibi üzərində xüsusilə geniş dayanıb. "Təhsil" kitabında "Cisim bölünməz hissəciklərdən düzəldilib deyən kəsin sözünün batil edilməsi haqqında" adlı xüsusi fəsil var. Bəhmənyar cismin materiya formadan ibarət olmasını, habelə onun sonsuz surətdə bölünə bilməsini söyləməklə cismin bölünməz hissəciklərdən (atomlardan) təşəkkül tapmasını qəbul edən mütəkəllimlərə qarşı çıxıb. O bu yerdə ardıcıl aristotelizm mövqeyində dururdu. Təbiətdə boşluğun olması ideyasını rədd edən aristotelçilər cisimlər aləmini üzvi əlaqədarlıqda vəhdətə götürürdülər.

 

əvvəli, ardı var

 

İradə SARIYEVA

Bakı xəbər.-2014.- 27 oktyabr.- S.12.