Ömər Xəyyam və bir çox Şərq filosoflarının müəllimi Bəhmənyar...

 

...Əbülhəsən Bəhmənyar nəzəri söhbətlərin sözlərdən, əqli düşüncələrin əqli nitqlərdən düzəldiyini nəzərə alaraq ilk şərhi sözdən və onun anlayışa münasibətindən başlayır. Filosofun fikrincə, sözlər nəfsdəki əsərin (inikasın) yalnız uyğunluq və şərtilik yolu ilə ifadəsidir, çünki adlarda hər hansı şeyə məxsus heçyoxdur.

Bəhmənyar tərəfindən söz fikrin ifadəsi, yazı isə sözün işarəsi kimi səciyyələndirilir. O qeyd edir ki, nəfsdəki hər bir əsər üçün məxsusi bir yazı işarəsi mümkün idi. Lakin bu uzun işdir. Ona görə də sözlərlə qənaətlənmək tədbiri görülübuzunçuluqdan qaçmaqla yazılar tərtib edilib. Bəhmənyar bildirir ki, yazı və sözlər nəfsdəki şeyə məxsus təbiilik deyil, əksinə, şərtilik yolu ilədir. Nəfsdəki əsər isə xarici aləmdə mövcud olan şeylərin təbii ifadəsidir (hekayətidir). Deməli, yazı sözün hərflərini ifadə edən formalara görə müxtəlif şərti göstərmədir (işarədir). Sözlər isə nəfsin təsəvvürlərini ifadə edən formalara görə müxtəlif şərti göstərmədir. Nəfsin təsəvvürləri əyani şeyləri qeyri-iradi göstərmədir. Bunun üçün əyani şeylər göstərilir, lakin göstərmir, yazı isə göstərir, lakin göstərilmir. Nəfsin təsəvvürlərindən və sözlərdən hər biri həm göstərən, həm də göstəriləndir.

Şərq peripatetiklərinin, o cümlədən Əbülhəsən Bəhmənyarın tərif haqqındakı təlimində həm sözün xüsusi mənasında tərifdən, onun tamnatamam növlərindən, həm də onu əvəz edən üsullardan, bənzətmə və nominal təriflərdən söhbət gedir.

Əbülhəsən Bəhmənyar düzgün tərif almaq üçün riayət edilməsi zəruri olan qaydaları göstərib: "Tərif mütənasib olmalıdır, yəni tərif verilənlə tərif verən eyni həcmdə götürülməlidir. Məsələn, "Şər insanların zülmüdür" tərifində "şər" anlayışı "insanların zülmü" anlayışına nisbətdə cinsdir, daha geniş həcmə malik olduğu üçün mütənasib deyil. Tərif dövr etməməlidir. Məsələn, "ədəd vahidlərdən yığılmış çoxluqdur" tərifində, "ədəd" ilə "çoxluq" idrak üçün eyni bir şeydir. Bir şeyə öz ziddinə görə tərif vermək də bu qəbildəndir. Məsələn, "cüt tək üzərinə bir gəlinən saydır", yaxud, "tək cütdən bir çıxılan saydır". Tərif inkarı olmamalıdır, çünki varlıq öz-özlüyündə məlumdur, yoxluq isə varlığa görə tanınır. Tərif verən tərif veriləndən aydın olmalıdır. Məsələn, "Od nəfsə bənzəyən cisimdir" dedikdə, nəfs anlayışı "od" anlayışından daha artıq dərəcədə qeyri-müəyyəndir. "Günəş gündüz çıxan ulduzdur" tərifində isə "gündüz" anlayışı yalnız Günəşə görə bəlli olduğu üçün onun məzmununu aça bilməz".

Bəhmənyara görə hökm nədir?

Əbülhəsən Bəhmənyar hökmonun müxtəlif növlərini əsaslı surətdə araşdırıb. Burada hökm, Aristotelin məntiq təliminə uyğun olaraq, bir şey haqqında nəyisə iqrar, yaxud inkar edən fikir kimi səciyyələndirilir. Hökmlərin qəti və şərti formalarını nəzərdən keçirən Bəhmənyar öz şərhinə qəti hökmdən başlayır. O göstərir ki, qəti hökm üç şey ilə- subyekt mənası, predikat mənası və o ikisi arasındakı münasibət ilə tamamlanır.

Azərbaycani hökmləri məzmun etibarilə nəzərdən keçirərkən onların müqəddəm müddəalar, bənzər müddəalar və təxəyyülə əsaslanan müddəalar kimi növlərini araşdırıb. Müqəddəm müddəalar ya inamlardır, ya da əxz edilmiş müddəalardır. İnamlar üç cür olur, yəni qəbulu vacib, məlum və fəhmə əsaslanan müddəalardan təşəkkül tapır.

Qəbulu vacib müddəalar ilkin məlumatlar olub, müşahidədən və təcrübədən əldə edilir. İntuisiyaya və camaatın verdiyi xəbərlərə əsaslanan biliklər də bu qəbildəndir. İlkin məlumatlar aydın əqlin xarici səbəblərdən heç birinə görə deyil, özünə görə, özünün fitri təbiətinə görə vacib bildiyi hökmlərdir.

Müşahidədən əldə edilmiş məlumatlar hissi məlumatlardır. Onlar duyğudan aldığımız şeylərə nisbətdə istifadə etdiyimiz hökmlərdir. Günəşin varlığına, onun işıqsaçan olmasına görə müddəa, odun yandırıcı olması müddəası bu qəbildəndir. Qeyri -hissi nəfsi qüvvələrin müşahidəsinə görə olan hökmlər də belədir, məsələn, özümüzdə bir fikir, habelə bir qorxu, bir qəzəb olduğunu bilirik, özümüzüöz əməllərimizi dərk edirik.

Təcrübə vasitəsilə qazanılmış məlumatlar təkrar olunan müşahidələrimizin doğurduğu hökmlər və müddəalardır. Bunun nəticəsində heç bir şübhə doğurmadan güclü rəy möhkəmlənir. Təcrübə hökmləri əksəriyyət etibarilə, yaxud qəti surətdə vacib edə bilər. O, müşahidələrlə çulğalaşmış gizli sillogistik bir qüvvədən xali deyil.

İntuisiyaya əsaslanan biliklər həmçinin təcrübə vasitəsilə qazanılmış məlumatlara oxşardır. Öz sələfləri kimi Əbülhəsən Bəhmənyar da hökmə ancaq istidlalın bir növü kimi baxıb.

Bəhmənyar istidlalı "müəyyən məqsədə aparıb çıxaran istiqamət" adlandırır. O qeyd edir ki, hər bir sənət müəyyən materiyaforma ilə bağlıdır. Materiya və formanın müxtəlifliyi ilə sənət məhsulu müxtəlif olduğu kimi, istidlal da təşəkkül tapdığı şeyin müxtəlifliyinə görə, ya da düzgünya yanlış qurulmasının müxtəlifliyinə görə müxtəlif olur. Bəhmənyarın fikrincə, istidlalda məqsəd kəsbetmə yolu ilə müəyyən bir biliyin, yaxud zənnin qazanılmasıdır.

İstidlal nədir?

"Vikipediya" yazır ki, professor Zakir Məmmədovun tədqiqatları nəticəsində 1983-cü ildə Bakıda nəşr edilmiş "Bəhmənyarın fəlsəfəsi" əsəri çox qiymətlidir. Zakir Məmmədov "Bəhmənyarın fəlsəfəsi" kitabında qeyd edir ki, məntiqin əsasını istidlallar haqqında təlim təşkil edir. Bəhmənyar istidlalı "müəyyən məqsədə aparıb çıxaran sənət" adlandırıb.

Azərbaycan filosofu yazır ki, məchul barəsindəki bilik hər hansı mövcud bilikdən deyil, əksinə, məchula xüsusi nisbəti olan bir biliyin, eləcə də məxsusi bir quruluşun köməyi ilə əldə edilir. Bir sözlə, düşüncə vasitəsilə hələ kəsb edilməmiş ilkin təsdiqi şeylərin olması labüddür, zira, sonrakı anlayış və hökmlər onların sayəsində qazanılır.

İstidlal birya bir neçə hökmün qarşılaşdırılmasından alınır. Hər hansı bir hökmdən başqa bir hökmün çıxarıldığı bilavasitə istidlal Şərq peripatetiklərinin məntiq təlimində adətən hökm bəhsində nəzərdən keçirilir.

Şərq peripatetiklərinin məntiq təlimində induksiyaanalogiya da müəyyən yer tutur. İnduksiyanı istidlalın xüsusi forması kimi nəzərdən keçirən Bəhmənyar yazır: "İnduksiya çoxlu ayrıcalarda mövcud olan hallara görə ümumi haqqında irəli sürülən müddəadır".

Analogiyaya gəldikdə, "Təhsil" kitabında qeyd edildiyi kimi, "o, müşahidə edilən şeyin timsalında mövcud olana görə qaib şey haqqında irəli sürülən müddəadır". Məsələn, cismi ev timsalında götürüb, evin sonradan yaradıldığı cəhətə nəzərən cisminsonradan yaradıldığını deyirlər. Bəhmənyar və İbn Sina bu istidlal formasını etibarsız sayıb. "Təhsil" kitabında qeyd edildiyi kimi, burada müqəddimlər üçüncü fiqur üzrə qurula bildiyi halda, xüsusi hökm əvəzinə, ümumi hökm nəticə çıxarılır.

Ərəbdilli filosoflar müqəddimədə faktik məzmunun yəqinliyi baxımından istidlalın beş növünü fərqləndirmişlər: 1) sübut (əl-bürhan); 2) dialektika (əl-cədəl); 3) ritorika (əl- xitabə); 4) poetika (əş-şir) və 5) sofistika (əl-müğalətə). Bunların içərsində sübut mühüm yer tutur. Bəhmənyar yazır ki, sübut yəqin nəticə çıxarmaq üçün yəqin müqəddimələrdən düzəlmiş istidlaldır. Yəqin müqəddimələr ilkin məlumatlardan, ya təcrübə vasitəsilə qazanılmış məlumatlardan, ya da camaatın verdiyi məlumatlardan ibarət olur.

Fəlsəfi biliyin faydasına əxlaqi keyfiyyət baxımından yanaşan Bəhmənyarın fikrincə, qazanılmış hər bir bilik insanın mənəviyyatını zənginləşdirməyə, onda gözəl məziyyətlər aşılamağa xidmət edir, əks halda həmin bilik faydasızdır. Mütəfəkkirin nəzərində var-dövlətə həris bir kəsin hikmət elmi olsa da, hikmət zövqü yoxdur. Belə ki, kamil insanda əql həzz hissi həzzdən güclüdür, daha doğrusu, "həqiqi həzz əqli həzzdir". Zira, "əqli həzzlər dərdin tərtib etmədiyi şəfadır, xəstəliyin yaxın düşmədiyi sağlamlıqdır".

 

Bəhmənyara görə, əqlən böyük sərvətdir...

Əqli ən böyük varidat hesab edən Bəhmənyar bütün sərvətlərlə müqayisədə ona üstünlük verirdi, çünki "sərvət qorunur, əql isə insanı qoruyur". Əql filosofun əqidəsincə, təkcə nəzəri idrakı təmin etməklə kifayətlənmir, eyni zamanda həyati fəaliyyətin amili olur: "Əql qürbətdə münisdir"; "Sənə narahatlıq üz verdikdə kədəri əzmlə boğ, çıxış yolu tapmaqxilas olmaq üçün əqli səfərbər et"; "Baş vermiş işə görə qüssələnmə, onu aradan qaldırmağa, dəf etməyə çalış...".

Şagirdləri və davamçıları...

Azərbaycanda akademik Heydər Hüseynov, akademik A.O.Makovelski, professor Ə.K.Zəkuyev Bəhmənyarın həyatı, yaradıcılığı və dünyagörüşü haqqında araşdırmalar aparıb, elmi mülahizələr söyləsələr də, onun şagirdlərindən söhbət açmamışlar. Çünki onların, eləcə də bir sıra xarici ölkə tədqiqatçılarının fikrincə, XI əsrdən sonrakı dövrdə Yaxın və Orta Şərq ölkələrində, o cümlədən Azərbaycanda peşəkar filosoflar yaşamamışlar.

Akademik A.O.Makovelski ərəbdilli peripatetizmin yalnız üç əsr (IX-XI əsrlər) ərzində inkişaf etdiyini və Bəhmənyarın fəlsəfəsinin Şərqdə bu cərəyanın qürubunda meydana çıxdığını yazıb. Professor Ə. K. Zəkuyev bu fikir üzərində daha çox dayanıb: "İbn Sinaonun şagirdi Bəhmənyarın fəlsəfi görüşlərini sözün daradi mənasında orta əsrlərdə Yaxın Şərq fəlsəfəsinin son sözü adlandırsaq, səhv etmərik. Bəhmənyar feodalizm dövründə, Yaxın Şərqdə son görkəmli peşəkar peripatetik filosof idi. Bəhmənyardan sonra Yaxın Şərqdə peripatetik fəlsəfə tənəzzülə uğrayır və öz əvvəlki əhəmiyyətini itirir".

AMEA-nın müxbir üzvü Zakir Məmmədov mənbələr əsasında apardığı araşdırmaları nəticəsində ilk dəfə olaraq bildirib ki, orta əsrlərdə müsəlman Şərqi ölkələrində fəlsəfə, məntiq və təbiətşünaslıq sahəsində böyük uğurlar qazanılmasında Bəhmənyarın xidməti misilsizdir. Son əsrlərə gəlib çıxan alimlər nəslinin yetişməsində də Bəhmənyar böyük xidmət göstərib. Azərbaycan filosofunun istedadlı şagirdlərindən Əbülabbas Ləvkərinin sayəsində Xorasanda fəlsəfə elmləri intişar tapmışdı.

Bununla da müsəlman Şərqi ölkələrində peripatetik fəlsəfənin inkişaf etdirilməsində Bəhmənyarın, ondan təhsil almış alimlərin və onların şagirdlərinin böyük rolu olub. Öz müəllimi İbn Sina kimi Azərbaycan filosofu da bir sıra görkəmli alimlər hazırlayıb. Onlardan Əbülabbas Fəzl ibn Məhəmməd Ləvkəri Mərvi onlardan daha çox tanınıb.

Bəhmənyarın şagirdi Ömər Xəyyam...

Zakir Məmmədov ilk dəfə olaraq göstərib ki, böyük filosof, riyaziyyatçı, rübailər ustası kimi məşhur olan Ömər Xəyyam (1048-1131) da Bəhmənyarın şagirdidir. O, ensiklopedik alim İbn Sinanın "İşarələr və qeydlər" kitabını öz müəlliminin yanında mütaliə edib.

Zakir Məmmədov müəllim-şagird əlaqələrini ardıcıl izlədikdə bir neçə yolla gəlib Nəsirəddin Tusiyə çıxdığını yazıb. Tədqiqatçı qeyd edir ki, Əbülhəsən Bəhmənyarın Ömər Xəyyama görə müəllim-şagird silsiləsi şaxəsinə mənsub alimlərdən bəziləri Əbülabbas Ləvkəridən təhsil almış alimlər şaxəsində də var.

 

İradə SARIYEVA

Bakı xəbər.-2014.- 30 oktyabr.- S.15.