Tariximizin mədəniyyət və dövlətçilik saxlancları...

 

Yaxud bayraqlarımızın zəfər ucalığı...

 

Fondda diqqətimi ən çox cəlb edən qədim bayraqlarımız oldu. Buradakı bayraqlar kolleksiyasını ayrı-ayrı xanlıqlara, çar ordusunun tərkibində müxtəlif müsəlman alaylarına məxsus bayraqlar təşkil edir. Qəzetimizi izləyən oxucularımız bilir ki, bu bayraqların hər biri haqda, tarixi barədə "Bakı-Xəbər" qəzetində silsilə yazılarla çıxış etmişəm. Əlbəttə, bu zəngin xəzinə hələ tam öyrənilməyib.

Ümid edirəm ki, yaxın gələcəkdə Milli Tarix Muzeyinin müvafiq fondunda mühafizə olunan tarixi bayraqlarımızın hər birinə ayrıca kitablar, elmi araşdırmalar həsr ediləcək.

Fond əməkdaşları məlumat verdi ki, kolleksiyada gördüyümüz bayraqlar 1924-cü ildə Tiflisdə yerləşən Qafqaz Hərb Tarixi Muzeyindən təhvil alınıb. Bu bayraqlar çox nəfis parçalardan tikilib, üzəri gözəl nəbati ornamentlərlə və yazılarla bəzədilib. Fondda həmçinin sovet dövrünə aid, Azərbaycan hərbi diviziyalarına məxsus bayraqlar da mühafizə olunur. O da məlum oldu ki, ilk vaxtlarda Yeni tarix fonduna Fikrət Süleymanov, 1965-ci ildən Sara Cahangirova, 2002-ci ildən isə Sevinc Vahabova rəhbərlik edib. Bu şəxslərin adlarını ona görə qeyd edirik ki, gənc nəsil mədəniyyətimizin, dövlətçilik tariximizin qiymətli incilərinin peşəkar və qədirşünas insanlar tərəfindən qorunduğunu öyrənsin.

Xatirələr işığında...

Dediyim kimi, muzeyin fondlarındakı eksponatlar o qədər çeşidlidir ki, onlara münasibət bildirməsən günah olar. Çünki hər biri canlı insan nəfəsini daşıyır, canında min illərin ruhunu qoruyur.

Muzeyin qeyri-adi fondlarından biri Hədiyyələr və xatirə əşyaları fondudur ki, bu barədə də danışmaq istəyirəm.

Muzey işçilərinin dediyinə görə, Hədiyyələr və xatirə əşyaları fondu 1955-ci ildə yaradılan Sovet dövrü, 1992-ci ildən isə Ən yeni tarix fondu adlanan fondlar əsasında 2009-cu ildə təşkil olunub. 1955-ci ildə fond yaranarkən onun eksponatları əsasən Azərbaycan Dövlət Xalq Maarifi Muzeyindən, Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasından, Vladimir İliç Lenin adına Muzeyin Bakı filialından, Azərbaycanın Xarici Ölkələrlə Mədəni Əlaqələr Cəmiyyətindən, Azərbaycan SSR Yazıçılar İttifaqından və başqa təşkilatlardan muzeyə verilmiş 210 ədəd materialdan ibarət idi. Hazırda fondda 5300-dən artıq eksponat var. Təqribən 1000 eksponat respublikaya və bilavasitə Milli Azərbaycan Tarixi Muzeyinə xarici ölkələrin nümayəndələri tərəfindən verilmiş hədiyyələrdir. Fondun kolleksiyasına neft sahibkarı, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin, şair və yazıçılardan Hüseyn Cavid, Səməd Vurğun, Rəsul Rza, alimlərdən Mirəsədulla Mirqasımov, Yusif Məmmədəliyev, Ələşrəf Əlizadə, Həsən Abdullayev, Fərəməz Maqsudov, İsmayıl Hüseynovun, bəstəkarlardan Müslüm Maqomayev, Zülfüqar Hacıbəyov, Fikrət Əmirov, Qara Qarayev, bəstəkar-dirijor Niyazinin, aktyorlardan Hüseynqulu Sarabski, Ələsgər Ələkbərov, Mərziyyə Davudova, Əli Qurbanov, Leyla Bədirbəyli, Ağasadıq Gəraybəyli, Hökümə Qurbanova, Murad Yegizarov, Fuad Poladov, Sosialist Əməyi və Sovet İttifaqı Qəhrəmanları Sabit Orucov, Süleyman Vəzirov, İsrafil Məmmədov, Həzi Aslanov, Mehdi Hüseynzadə, Ziya Bünyadov və başqalarına məxsus xatirə əşyaları aiddir. Onu da qeyd edək ki, Hədiyyələr və xatirə əşyaları fonduna ayrı-ayrı illərdə Ağa Rəhimov (1955), Əsgər Abdullayev (1955-1957), Tofiq Dadaşov (1957-1958), Rövşanə Haşımova (1958-1961), Mira Əliyarova (1961-1964), Zümrüd Quliyeva (1964-1970) rəhbərlik edib. 1970-ci ildən indiyə qədər fondun rəhbəri Rəna Səfərovadır.

 

İncəsənət nümunələri...

Muzeydə seyrçilərin maraqla tamaşa etdiyi eksponatlar arasında incəsənət nümunələri də var. Məlumat üçün deyək ki,

Muzeydə İncəsənət şöbəsi 1925-ci ildən fəaliyyət göstərir. Növbəti ildə muzeydə rəsm qalereyası və 675 əsərdən ibarət Şərq incəsənəti ekspozisiyası açılıb. Muzeyin təsviri incəsənət kolleksiyasının əsasını Azərbaycanda toplama işibolşevik hökumətinin "müsadirə kampaniyası" nəticəsində toplanan, habelə MoskvaLeninqrad (Sankt-Peterburq) şəhərlərindən gətirilən rəsm əsərləri təşkil edib.

1928-ci ilin may ayına olan məlumata əsasən, İncəsənət şöbəsində 715 ədəd Şərq, 879 ədəd Qərb incəsənətinə aid eksponat toplanıb. 1928-ci ildə şöbənin rəhbəri V.M.Zummer təyin olunub. 1934-cü ildə Azərbaycan Dövlət İncəsənət Muzeyinin yaradılması ilə əlaqədar Tarix Muzeyinin İncəsənət şöbəsində olan materialların çox hissəsi yeni muzeyə təhvil verildi və şöbə faktiki olaraq ləğv edildi.

Tarix Muzeyinin ayrı-ayrı fondlarında, şöbələrdə pərakəndə vəziyyətdə olan rəsm əsərləri 2002-ci ildə təşkil olunan İllüstrasiya və təsviri incəsənət fonduna (2009-cu ildən Təsviri materiallar fondu) toplanmağa başladı.

Hazırda fondda Azərbaycan, Avropa, Rusiyanın tanınmış rəssamlarının 800-dən artıq əsəri mühafizə olunur. Onların içərisində yağlı və sulu boya ilə kətan, taxta, karton və kağız üzərində, həmçinin qrafika, litoqrafiya, intarsiya, inkrustasiya, mozaikas. üsullarla işlənmiş sənət əsərləri var. Bu incilərin hər biri böyük mədəniyyət hadisəsidir.

Faleristikaqliptika fondu...

Muzeydə olarkən aydın müşahidə etdim ki, muzeyə gəlib gedənlərin sayı çoxdur. Bura gələn adamlar çıxıb getmək istəmir, hər sənət əsərinin önündə dayanır, onun gözəlliyini seyr edir, qədimliyi ilə öyünür.

Muzeyin Faleristikaqliptika fondu da öz səviyyəsinə görə başqa fondlardan geri qalmır.

Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində daimi ekspozisiyanın yeni-yeni materiallarla daha da zənginləşdirilməsi, qonaqlar üçün daha da baxımlı olması istiqamətində mütəmadi aparılır. Bu yaxınlarda Azərbaycanın tanınmış neft sahibkarı və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin ev-muzeyinin ekspozisiyasına "H.Z.Tağıyevin təltif nişanları" adlı yeni vitrin əlavə olunub. Belə ki, vitrində H.Z. Tağıyevin müxtəlif illərdə təltif olunduğu İranın "Şir-i xurşid" ordeninin 1-ci dərəcəsinin ulduz və nişanı (lentlə), Buxara əmirliyinin "Şərəfli Buxara ulduzu" ordeni, həmçinin Rusiya imperatorluğunun "III Aleksandrın tacqoyma mərasiminə həsr olunmuş medal", "İmperator III Aleksandrın dövründə xidmətlərə görə", "Səylərə görə" medalları

nümayiş etdirilir. Vitrində nümayiş etdirilən təltif nişanları muzey əməkdaşlarının uzun müddət ərzində apardıqları araşdırmalar nəticəsində aşkarlanıb. H.Z.Tağıyevin təltif nişanlarının axtarılması istiqamətində 2008-2009-cu illərdə Tarix Muzeyinin Heraldika Fond-şöbəsi tərəfindən başlanan tədqiqatlar 2012-ci ildə uğurla nəticələnib. Belə ki, Tarix Muzeyinin FaleristikaBonistika fondunun müdiri, tarix üzrə fəlsəfə doktoru Sənubər Qasımova tərəfindən aşkarlanmış H.Z.Tağıyevin təltif nişanları tədqiq olunub. Qeyd etmək lazımdır ki, S.Qasımova tərəfindən yazılmış müvafiq məqalələr MATM-ın məqalələr toplusunda və Özbəkistan Elmlər Akademiyası Tarix İnstitutunun "Özbəkistan tarixi" jurnalında nəşr olunub. Azərbaycan xalqı qarşısında böyük xidmətləri olan H.Z.Tağıyevin həyatı və çoxşaxəli fəaliyyəti ilə bağlı tədqiqat və axtarışlar davam edir. 1998-ci ildə vahid Numizmatika fondunun iki hissəyə ayrılması nəticəsində Məskukət və Qeyri-məskukət fondları təşkil edildi. Numizmatika fondunda saxlanan döş nişanları, təltiflər, markalar, kağız pullar, möhürlər, şəxsi əşyalar və s. Qeyri-məskukət fonduna təhvil verildi.

 

Tarixdən tarixə miras...

2009-cu ildə onun əsasında Faleristika, qliptikabonistika fondu yaradıldı. Hazırda fondun kolleksiyası 30 minədək say vahidi təşkil edir. Fondun faleristika kolleksiyası stolüstü, donativ, xatirə medalları, ordenlər, döş nişanları, jetonlar və digər fərqlənmə nişanlarından ibarətdir. Orta əsr sülalələrinin hakimlərinə, XIX əsrə aid möhürlər, o cümlədən, poçt və dəmir yolu möhürləri, Rusiyaxarici ölkə möhürləri qliptika kolleksiyasını təşkil edir.

Qiymətli kağızlar, eləcə də Azərbaycanın, Qərb və Şərq dövlətlərinin pul nişanları bonistika kolleksiyasına, Azərbaycan və xarici dövlətlərin markaları isə filateliya kolleksiyasına daxildir. Fondun şəxsi təltiflər kolleksiyasında görkəmli alim, həkim, mədəniyyət və incəsənət xadimləri, neft sənayesi işçiləri, millət vəkilləri, fəhlələr və başqa ixtisas sahiblərinin orden, medal və fərqlənmə nişanları qorunur.

Qiymətli metallar...

Onu da deyək ki, 1957-ci ildə Azərbaycan Tarixi Muzeyində Qiymətli metallar fondu təşkil olunub. Buraya muzeyin digər fondlarında saxlanan, sonralar isə arxeoloji qazıntılar, həmçinin təsadüfi tapıntılar nəticəsində və əhalidən satınalma yolu ilə alınan qiymətli metallardan hazırlanan eksponatlar daxil edilmişdi. 2009-cu ildən fond Xüsusi fond adlandırılmışdı. Hazırda burada 1570 eksponat saxlanır. Onlardan 556 ədəd gümüş, 300 ədəd qızıl, 714 ədəd bürünc numizmatik kolleksiyaya aiddir. Fond materiallarının əsas hissəsini arxeoloji eksponatlar, qadın və kişi zinət əşyaları, tanınmış şəxsiyyətlərə məxsus əşyalar, müxtəlif məişət əşyaları (mücrülər, vazalar, stəkanaltılar və s.) və numizmatik materiallar təşkil edir. Muzeyin ən qədim və qiymətli eksponatlarından biri olan azıxantropun çənəsinin fraqmenti məhz bu fondda qorunub saxlanır. Şəki rayonunun Küdürlü kəndində tapılan XVII-XVIII əsrlərə aid döymə üsulu ilə hazırlanmış qızıl qadın bəzəkləri fondun ən qədim zinət əşyalarındandır.

Qeyd edək ki, Xüsusi fonda Nina Şahramanova (1955-1956),

Püstəxanım Əzizbəyova (1956-1967), Mayya Atakişiyeva (1967-1995), Ətiqə İzmaylova (1995-2005) rəhbərlik edib. 2009-cu ildən isə rəhbəri Afət Rüstəmbəyovadır.

Neqativ fondu - tarixin donmuş hadisələri...

Azərbaycan Tarixi Muzeyi yarandığı ildə onun nəzdində fotoarxiv fəaliyyət göstərməyə başlayıb. II Dünya müharibəsinə qədər arxivdə təxminən 4000 ədəd fotolent, fotoşəkil və neqativlər mövcud idi. 1941-1944-cü illərdə fotoarxivə məsul işçi olmadığından, dəqiq qeydiyyat aparılmır, fotoşəkillərin və neqativlərin xeyli hissəsi muzey fondlarındakı albomlarda, kitabxanada saxlanırdı.

Muzeyin Neqativ fondu 1955-ci ildə yarandı. Hazırda fondda 20000-dən artıq neqativ, o cümlədən, 8000-ə yaxın şüşə neqativ, 5000-dən artıq fotolent, 2000-ə yaxın rəngli slayd, 7 ədəd videokaset, 7 ədəd SD saxlanır. Bu neqativlərin bir hissəsi muzey tərəfindən satın alınıb, digəri isə muzey əməkdaşları tərəfindən ayrı-ayrı şəxslərdən, idarə təşkilatlardan toplanıb. Fondda görkəmli şəxsiyyətlərin fotoşəkillərinin, sənədlərin, müxtəlif şəhər kəndlərin görüntülərinin, eləcə muzeyin fondlarında saxlanan ekspozisiyasında nümayiş olunan materialların neqativləri mühafizə edilir. Neqativ fondunun müdirləri-Dünya Ağayeva (1955-1959), Sübhi xanım Ağarəhim qızı (1959-1966), Zahirə İbrahimova (1966-1969), Tatyana Nəsirova (1969-1976), Zahirə Məlik-Aslanova (1976-1982), Validə İslamova (1982-1984),

Səlminaz Zeynalova (1984-1998), Donara Hüseynova (1999-2003) olub. Solmaz Hüseynova isə fonda 2003-cü ildən rəhbərlik edir.

Bərpa laboratoriyası

Hər bir muzeydə, mədəniyyət-incəsənət qurumunda laboratoriyanın fəaliyyət göstərməsi vacibdir. Təbii, söhbət o qurumlardan gedir ki, burada laboratoriya işinə ehtiyac var.

Muzey eksponatlarının bərpası Azərbaycan Tarixi Muzeyinin yarandığı vaxtdan həyata keçirilirdi. İlk əvvəl bərpa konservasiya işləri əsasən arxeoloji tapıntılar üzərində aparılırdı. Lakin muzeyin kolleksiyası müxtəlif eksponatlarla zənginləşdikcə, digər sahələr üzrə ixtisaslaşmış bərpaçı-mütəxəssislərin cəlb olunmasına zərurət yaranırdı. Laboratoriya əməkdaşlarının əksəriyyəti çoxillik bərpaçılıq təcrübəsinə təhsilə malikdir. Hazırda laboratoriyanın metal, keramika, ağac, tekstil (xalça tikmə), boyakarlıq qrafika üzrə ixtisaslaşmış 13 əməkdaşı var. Peşə səviyyələrini artırmaq üçün laboratoriya əməkdaşları mütəmadi olaraq bərpa konservasiya məsələlərinə aid müxtəlif yeni nəşrlərə müraciət edir, qabaqcıl üsulları öz işlərində tətbiq edirlər. Laboratoriyanın fəaliyyəti 2010-cu ildə muzeydə keçirilmiş "Muzey eksponatlarının ikinci həyatı" adlı sərgidə təqdim olunub.

Əlbəttə, Azərbaycan Tarixi Muzeyində gördüklərim əldə etdiyim məlumatlar bununla məhdudlaşmır, yenə sizə təqdim etmək üçün məlumatlarımız var. Bəllidir ki, muzeydən yazarkən ancaq gördüklərini deyil, həm o eksponatların taleyi haqda, şöbələrin fəaliyyət tarixi barədə məlumatlar verməlisən.

Davamı olacaq...

 

əvvəli, ardı var

 

İradə SARIYEVA

Bakı xəbər.-2014.- 19-21 sentyabr.- S.15.