Gənclik
mənəvi formalaşma prosesində sosial şəbəkə
imkanlarından düzgün bəhrələnə bilirmi?
Azərbaycan gəncliyi son illər yeni əhval-ruhiyyə,
yeni ovqatla öz fəaliyyətinə başlayıb. Son illər ölkəmizdə gənclərlə
bağlı həyata keçirilən işlərin
hamısı onların gələcəyini düzgün
istiqamətdə qurmasına hesablanıb. Maraqlıdır ki, gənclərin formalaşma
prosesində bir sıra amillər
başlıca rol oynayır. Bu amillər bir-birinə təkan verərək
gənclərin düzgün şəkildə
yetişməsinə şərait yaradır.
Müasir gənclərin vətənpərvərlik və
milli mənlik şüuru üzərində
formalaşması üçün dövlət miqyasında
görülən işlər nəticəsiz deyil. İnformasiya
cəmiyyətində yaşayırıq və bir vətəndaş olaraq
hərtərəfli məlumat almaq
imkanlarımız genişdir. Bu da bizim
çiynimizə həm də böyük
məsuliyyət qoyur. Faktdır ki, Azərbaycanda internet
imkanlarından, xüsusən də sosial
şəbəkələrdən istifadə edənlərin
sayı günbəgün artır. Bunların da
sırasında gənclər çoxluq təşkil
edir. Sirr deyil ki, gənclər
kütləvi olaraq sosial
şəbəkələrdən yararlanırlar.
Azərbaycanda
informasiya-kommunikasiya texnologiyalarının (İKT) sürətli
inkişafı, bu sahədə əldə edilən nailiyyətlər
gənclərin qarşısında yeni üfüqlər
açır. Gənclərin
sosial şəbəkələrdən nə
kimi məqsədlərlə istifadə
etməsi xeyli müzakirələrə yol açır. Gənclik mənəvi formalaşma prosesində sosial
şəbəkə imkanlarından düzgün
bəhrələnə bilirmi?
Əslində, bu sualın özü də
çoxşaxəli cavabı olan bir sorğudur. Gənclərin
sosial şəbəkələrdən
istifadə məsələsinin onların mənəvi formalaşma prosesinə necə təsir etdiyini bilmək elə də çətin deyil. Sadəcə, bir qədər
həssaslıq və müşahidə tələb edən məqamdır.
Sosial şəbəkə
burulğanı...
Sosial
şəbəkənin gənclərimizi öz cazibəsinə
saldığı bəllidir. Azərbaycanda sosial şəbəkələrdən istifadə
gənclərin həyatında həm mənfi, həm də
müsbət izlər buraxıb. Bir zamanlar gənclər sosial
şəbəkələrdən istifadə qaydalarını
elə də bilmirdi. Bu
da mövcud sahədə
maarifləndirmə işinin zəif
olması və məlumatlandırmanın aşağı həddə
olması ilə bağlı idi. Qeyd edək ki, sosial şəbəkələrdən istifadə
əvvəlki illərdə o qədər
kütləvi olmasa da,
var idi. Bu da bəzi gənclərin
sosial şəbəkələrdə
müxtəlif təsirlərə məruz qalması ilə nəticələnirdi.
Ümumiyyətlə, sosial şəbəkələri
bir növ burulğana bənzətmək olar.
Orada işləməyi, məqsədyönlü
çalışmağı bilməsən, yad
təsirlərə məruz qala bilərsən.
Bəllidir ki, hazırda yüzlərlə
sosial şəbəkə, internet saytı var ki, orada Azərbaycan gəncləri
də öz fəallıqları ilə seçilir. Düzdür,
burada milli şüurumuza, milli dəyərlərimizə
zidd olan saytlar və şəbəkələr də var, təəssüf ki, bəzi
gənclərimiz bu sosial
şəbəkələrin burulğanına
düşüblər. Bu da
onların vətənpərvərlik hisslərindən
uzaqlaşmasına gətirib çıxarır. Sözsüz ki, milli mənlik şüuru
olmayan bir gənc heç vaxt vətənpərvər
ola bilməz. Hansı gənclərdə ki, milli şüur
var, o birmənalı olaraq vətənpərvər olur.
Sosioloq Təranə
Musalının sözlərinə görə, Azərbaycanda
sosial şəbəkələrdən kütləvi istifadənin
yaşı elə çox olmasa da, gənclər artıq
ondan istifadə qaydalarını tam mənimsəyib: Sosial
şəbəkələr nəinki gənclərin, eləcə
də orta nəslə mənsub olan bizlərin həyatına
daxil olub. Gənclərimiz sosial
şəbəkələrdən çox
geniş surətdə istifadə edir. Bilirsiz, əvvəllər
sosial şəbəkələrdən
istifadə qaydaları sahəsində maarifləndirmə işi zəif idi. Bu da gənclərimizin
özləri də bilmədən müxtəlif qrupların,
sektaların təsirinə düşməsinə səbəb
olurdu. Bu gün də o problem var, amma
geniş mənada götürdükdə
indi gənclər sosial
şəbəkələrdən daha məqsədyönlü
qaydada yararlana bilir. Gənclik mənəvi formalaşma
prosesində sosial şəbəkə
imkanlarından düzgün bəhrələnə
bilirmi? Deyə bilərəm ki, informasiya cəmiyyətində
yaşamaq gənclərin həyatında
müsbət rol oynayıb".
Sosial şəbəkələr
milli şüurumuzda hansı təsirlər yaradır?
Gənclərin sosial şəbəkələrdən
istifadə etməsinin xeyirli tərəflərindən
danışan sosioloq dedi ki, bu gün internetdə müxtəlif
təbliğat çarxları işlək vəziyyətdədir.
Sosial şəbəkələrin
qarışıq virtual aləm olduğunu deyən T.Musalı hesab
edir ki, bu mürəkkəblikdə Azərbaycan gəncliyi
çoxluq olaraq
işıq gələn tərəfə gedir
və bunda israrlıdır: "Sosial şəbəkələrin
qarışıq bir aləm olduğu bəllidir. Burada
hər kəs öz tərbiyəsinə uyğun hərəkət edir.
Sosial şəbəkələrdən
istifadə edən gənclərin imkanları, alternativ
seçim imkanları xeyli
çoxalıb. İnformasiya
texnologiyalarının inkişafı imkan
verir ki, gənclər
burada daha çox milli şüurla bağlı informasiya
alsın. Nəzərə alsaq
ki, hazırda sosial
şəbəkələrdə Azərbaycanın tanınan
siyasətçilərinin, alimlərinin, filosoflarının,
sosioloqlarının, şair-yazıçılarının səhifələri
var və bu səhifələrdə
də milli şüurun
formalaşmasına təkan verən, onu
gücləndirən kifayət qədər etibarlı
yazılar, istiqamətlər var. Gəncliyimizin
imkanı var ki, vətənpərvərlik
hisslərini daha dərindən mənimsəsinlər.
Bilirik ki, Azərbaycan
dövlətinin həyata keçirdiyi gənclər
siyasəti gənclərin həyatını inkişafa
doğru aparan bir mexanizmə çevrilib.
Təbii, gənclərin sosial şəbəkələrdən
azad, maneəsiz şəkildə bəhrələnməsi,
İKT nailiyyətlərinə yiyələnməsi dövlətin
gənclər siyasətilə uzlaşan
amillərdən biridir. Sosial
şəbəkələrdə Azərbaycan xalqının qədim
tarixindən başlayaraq
günümüzə qədər olan bütün hadisələrlə bağlı aşkar, qərəzsiz məlumatlar var. Bu da
gənclərimizdə milli şüurun formalaşmasına böyük təkan verir.
İnternetdə elə saytlar var ki, o
saytlar birbaşa gənclərimizin
milli tərbiyəsində, mənəvi
formalaşmasında böyük rol oynayır. Sevindirici
haldır ki, vətən tarixilə
bağlı çox sanballı informasiyalar, ayrı-ayrı dəyərli
insanların həyat-fəaliyyət dastanı sosial
şəbəkələrə yol
açıb. Bu da çox gərəkli bir
məsələdir. Sosial şəbəkələr
gənclərin şüuruna müsbət
mənada da təsir edir.
Sosial şəbəkələrdə Azərbaycanla,
onun mədəniyyəti, durumu
barədə real məlumatlar gənclərimizin
diqqətini cəlb edir".
Gənclər
sosial şəbəkələr vasitəsilə necə vətənpərvər
ola bilər?
Hərbçi
Kamil Zamanov bizimlə söhbətində bildirdi ki,
keçmişdə gənclərdə milli mənlik
şüurunun, xüsusən də vətənpərvərliyin
formalaşdırılması üçün iş görmək
daha böyük vaxt və geniş imkan tələb edirdi. Onun sözlərinə görə, hazırda sosial şəbəkələrin verdiyi imkanlardan səmərəli
istifadə etməklə sözünü
gəncliyə deyə bilərsən: "Milli
şüur məsələsi bu gün çox
ciddi bir məsələ
kimi gündəmdədir. Milli
şüur tərbiyəsinin gənclərdə
formalaşdırılması üçün
ən böyük işi
dövlət görür. Dövlətin
həyata keçirdiyi işlər sayəsində
gənc nəsildə milli mənlik şüurunun formalaşması yüksək
səviyyədə gedir. Əvvəlki zamanda gənclərə bu
hissləri aşılamaq üçün
böyük çətinliklərlə
qarşılaşırdıq. Rayonlara, kəndlərə
gedirdilər, orada günlərlə
mühazirələr oxuyur, tədbirlər
keçirirdilər. Yəni təbliğat bu
formada olurdu. O da təbii ki, müxtəlif
çətinliklər yaradırdı. Bir
pedaqoqun, şairin,
yazıçının, professorun
bölgələrə gedib
qayıtması böyük vaxt itkisi idi.
Ancaq hazırda sosial
şəbəkələrin, internetin
imkanları genişlənib. Bu da alimlərin, ideoloqların, ictimai-siyasi insanların təbliğat üçün bölgələrə getməsinə
o qədər də ehtiyac
olmadığını şərtləndirir. İndi
çox rahatlıqla sosial
şəbəkələrdən istifadə edərək gəncliyə
düzgün yolu
göstərmək olar. Bu gün sosial
şəbəkələrdə kifayət qədər
ağıllı, düşüncəli, vətənpərvər
gənclər var. O gənclər sosial şəbəkələrdə Azərbaycanla
bağlı böyük işlər
görürlər. Müşahidəm nəticəsində mənə
aydın oldu ki, belə
gənclərin sırası günbəgün artır. Sosial şəbəkələrdən istifadə
etməklə müxtəlif şəhər və rayonlarda, ölkələrdə yaşayan gənclər bir-birilə əlaqə
saxlayırlar. Bu əlaqələr sağlam müstəvidə olduğu
üçün çox
sevindiricidir. Sosial
şəbəkələrdə vətənpərvərliyi təbliğ
edən şəxslər çoxdur və
gənclər də o qruplarda
fəallıqları ilə seçilir. Bu gün Milli
Qəhrəmanlarımızın, Qarabağ
müharibəsi veteranlarının, şəhidlərinin həyatı,
döyüş yolu
ilə bağlı geniş məlumatlar var. Bu məlumatların son illər sosial şəbəkələrdə
geniş miqyas
alması müsbət haldır. Hesab edirəm
ki, sosial şəbəkələr
gənclərin milli şüurunun
düzgün istiqamətdə
formalaşmasında mənfi rol
oynamır. Çünki burada
mənfi təsirlərə qarşı sarsılmaz tərəf
olan məlumatlar, fikirlər, təbliğat
çarxları çoxdur. Vətənpərvərlik
hisslərinin təbliği üçün
mövcud durumda sosial şəbəkələr böyük işlər görür".
Sosial şəbəkələr
vasitəsilə Azərbaycanı tanıdan gənclər...
Müsahibimiz bildirdi ki, sosial şəbəkələr
həm də xaricdə yaşayıb təhsil alan gənclərimizin
milli şüurunun formalaşmasına böyük təkan
verir. Onun dediyinə görə, gənclər
sosial şəbəkələr vasitəsilə
Azərbaycanı təbliğ etməkdə davam
edir: "Vaxt vardı
ki, Azərbaycanın internetə
çıxış imkanları elə də geniş
deyildi. Gənclərimiz bu
şəbəkə vasitəsilə sözünü
elə də deyə bilmirdi. Ancaq son illər internet imkanlarının artırılması,
sosial şəbəkələrdən geniş istifadə imkanları gənclərimizin
həyatında böyük səhifələr
açıb. Bu gün
həm xaricdə, həm də Azərbaycanda yaşayıb təhsil
alan gənclər sosial
şəbəkələr vasitəsilə çox
böyük işlər görür.
Deyim ki, indi Azərbaycanla, Dağlıq Qarabağ problemi ilə, mədəniyyətimizlə,
iqtisadiyyatımızla, sosial-mənəvi həyatımızla
bağlı müxtəlif qruplar
yaradıblar. Bu qrupların bir neçə dildə fəaliyyət
göstərməsi imkan verir
ki, əcnəbilər də onlara üzv olub Azərbaycan düşüncəsini, mədəniyyətini
yaxından tanısın. Gənclərimizin milli
şüurunun formalaşması sayəsində
vətənpərvərlik hissləri özünü
geniş səviyyədə göstərir.
Hesab edirəm ki, sosial şəbəkələr vasitəsilə
vətənpərvərlik hissinə sahib
olan gənclər çoxdur.
Bu da o
deməkdir ki, gənclik mənəvi formalaşma prosesində sosial
şəbəkə imkanlarından düzgün
bəhrələnə bilir. Söhbət
burada çoxluqdan gedir. Gənclərin böyük
hissəsi artıq bu işin
bir milli prinsip olduğunu düşünür".
İradə SARIYEVA
Bakı xəbər.-2014.-10-12 yanvar.-S.15.