Tariximizin
öyrənilməsi gənclərimizin milli mənlik
şüurunun inkişafında hansı rol oynayır?
Məhərrəm
Zülfüqarlı: "Bütün çətinliklərə baxmayaraq,
Azərbaycan xalqı böyük xalqdır ki, öz milli mənlik
şüurunu qoruyub saxlaya bildi"
"Ölkə tarixini yenidən tədqiq
etməliyik, xüsusən də 1828-ci ildən sonrakı
dövrü"
Hər
bir xalqın özünəməxsus milli dəyərləri,
adət-ənənələri və bütün bunlardan irəli
gələn xüsusiyyətləri olur. Zaman
keçdikcə sözügedən dəyərlər millətin
qan yaddaşına hoparaq
daşlaşır. Milli mənlik şüuru Azərbaycanın
varlığının, milli
özünüidarə və özünütəsdiqinin, milli ləyaqətin və ümumbəşəri
keyfiyyətlərin məcmusudur.
Bəşəriyyətin yeni dəyərlər
qazandığı XXI əsr və onun reallıqları millətimizin
və müstəqil dövlətimizin qarşısında
müəyyən vəzifələr qoyur. Bunlardan biri də gənc
nəslin milli mənlik şüurunun
və vətənpərvərlik hisslərinin tərbiyəsidir.
Bu gün Azərbaycan dövlətinin
apardığı gənclər siyasəti ölkənin gənc
vətəndaşlarının hüquqi,
siyasi və iqtisadi
hüquqlarını müdafiə etməklə
yanaşı, şəxsiyyətin özünü
təsdiq etməsi üçün onun əmək, məişət və sosial şəraitinin
yaxşılaşdırılmasına xidmət edir. Dövlət həm də gənclərin
sosial və mədəni həyatın bütün sahələrində sərbəst,
fəal iştirakı üçün
lazımi şəraitin yaradılmasını öz
üzərinə götürür. Müasir dövrümüzdə gənclərin
cəmiyyətdə özünə yer
tapması, əməyə, Vətəni müdafiəyə
hazır olması, eləcə də onlarda
vətəndaşlıq mövqeyinin
formalaşması hər birimizi ciddi düşündürür.
Bu gün uşaqlarımız və
gənclərimiz milli ruhda tərbiyə olunur, tariximiz öyrənilir.
Gənc nəslə vətənə, xalqa
məhəbbət hissləri dərindən
aşılanır. Azərbaycan tarixinin
və mədəni irsinin dərindən
öyrənilməsi, qorunması və beynəlxalq aləmdə
təbliğ olunması istiqamətində məqsədyönlü
iş aparılır. Ümumiyyətlə,
millətin tarixinin, mədəni irsinin, adət-ənənələrinin dərindən
öyrənilməsi və qorunması hər bir
azərbaycanlıda milli mənlik şüurunu, vətənpərvərlik hissini daha da
gücləndirir.
Məhəmməd Peyğəmbər
deyirdi: "Atanın öz oğluna əvəzsiz olaraq
verdiyi, bağışladığı şeylərin ən
üstünü odur ki, onu yaxşı böyütsün və
gözəl tərbiyə etsin". Ailədə
yaxşı böyüyən və gözəl tərbiyə
alan uşaq mütləq
həm savadlı, bilikli olacaq,
həm də Vətənə, xalqa gərəkli
bir övlad kimi yetişəcək. Danılmaz faktdır ki, gözəl əxlaqlı və tərbiyəli
insanın milli mənlik şüuru
da, mədəni səviyyəsi də
yüksək olur. Belə insanlar,
digərlərindən fərqli olaraq, doğulduğu torpağın, vətəndaşı
olduğu ölkənin təəssübünü
daha çox çəkir.
Onlar doğma yurd üçün, təmsil
etdiyi xalqın xoşbəxtliyi üçün canını belə əsirgəmir.
Xalqının tarixini, dilini,
mədəniyyətini bilməyən insan
milli mənlik şüuruna
malik deyil. Gənc nəslin
milli mənlik şüurunun
inkişaf etdirilməsi, vətənpərvərlik
hisslərinin tərbiyəsi məsələsi bu gün dövlət
siyasətinin əsas prioritetlərindən biri
kimi diqqət çəkir. Humanist ideyalara xidmət edən təhsil sistemi insani dəyərlərin
böyük əhəmiyyət kəsb
etməsi, vətəndaş tərbiyəsi, insan
azadlığına və hüquqlarına hörmət, ətraf
mühitə, vətənə, ailəyə məhəbbət,
milli mədəniyyətin inkişafı,
milli adət-ənənələrə
hörmət və ehtiram göstərilməsi
əsasında təşəkkül tapır. Mütəxəssislər
sübut edirlər ki,
doğma təbiətə
bağlılıq, milli adət-ənənələrə
hörmət və qayğı gənclərdə mənəvi
və emosional hisslərin
formalaşmasında əvəzsiz rol
oynayır. Bu hisslər olmadan
əsil insan, vətəndaş, vətənpərvər
kimi yetişmək çox
çətindir. Xalqın tarixini, dilini, mədəniyyətini bilməyən insan milli mənlik şüuruna malik deyil. Vətəni sevməyən insan heç vaxt vətənpərvər ola
bilməz, vətən yolunda qəhrəmanlıq
göstərməz.
Müşahidələr göstərir
ki, tərbiyənin əsası ailədə qoyulur. Sonra bu proses
məktəbəqədər tərbiyə müəssisələrində
davam etdirilir. Bağçalar və məktəbəqədər
tərbiyə müəssisələri uşaqların və
körpələrin gələcək inkişafında əvəzedilməz
rol oynayır. Pedaqoqların
gəldiyi nəticələr onu deməyə
əsas verir ki, məktəbəqədər
tərbiyə müəssisələrində və orta məktəblərdə ölkənin tarixinin öyrənilməsi Milli
Qəhrəmanlarla görüşlərin keçirilməsi uşaqlarda mənəvi-əxlaqi keyfiyyətlərin,
vətənə məhəbbət hisslərinin
formalaşmasına müsbət təsir göstərir. Orta məktəb proqramı çərçivəsində
şagirdlərin muzeylərlə tanışlığı,
müxtəlif səpkili ekskursiyaların təşkil edilməsi
bu baxımdan çox
faydalıdır.
Vətəndaşlıq insanın cəmiyyətlə
sosial-psixoloji, əxlaqi-etik, o cümlədən pedaqoji əlaqəsidir.
Doğma yurda, doğma dilə məhəbbət insan üçün kiçik məfhumlardan - öz
ailəsinə, evinə məhəbbətdən
başlayır. Bünövrəsi möhkəm
qoyulan bu məhəbbətin
dayaqları da möhkəm olur və get-gedə daha böyük məfhumlara - vətənə, xalqa, onun tarixinə, mədəniyyətinə
sevgiyə aparıb çıxarır. Şübhəsiz, milli mənlik şüuru
da elə-belə yaranmır. Bu hisslər insanda
uşaqlıq illərindən formalaşır və möhkəmlənir.
Tədqiqatçılar
hesab edirlər ki, milli şüur millətə, xalqa aid
xüsusiyyətləri hər hansı bir fərdin
özündə cəmləşdirmək bacarığıdır.
Milli şüur
insanın hisslərinin, duyğularının milli
səviyyədə əxz olunmasıdır. Burada
vicdan, milli mənlik
önəmli rol oynayır. Vicdanı olan hər bir vətəndaş
doğulduğu torpağın qədrini
bilməli, onun təbii sərvətlərini
qorumalı və mühafizə etməlidir. Milli
şüurun formalaşmasında
xalqın tarixi, onun
görkəmli mütəfəkkir və tarixi
şəxsiyyətləri, o cümlədən
digər milli atributlar
güclü təsirə malikdir.
Milli mənlik şüuru
sayəsində millət, xalq və etnik qruplar tarixi
inkişaf xüsusiyyətlərini, sosial-etnik cəhətləri bütün
dolğunluğu ilə dərk edirlər.
Milli mənlik şüuru,
vəzifəsindən, tutduğu
mövqeyindən asılı olmayaraq, hər
bir vətəndaşa xas
olan keyfiyyətdir. Milli
mənlik şüuru ictimai
şüurun bir hissəsi
kimi çıxış edir
və hər bir şəxsin daxili xarakterini, insanlara, cəmiyyətə olan
münasibətini əks etdirir.
Heç kimə sirr deyil ki, mənəviyyat
olmayan yerdə milli mənlik şüurundan, vətənpərvərlikdən
söhbət gedə bilməz. Azərbaycan
xalqının tarixində müəyyən iz
qoymuş məşhur şəxsiyyətləri
dünyada tanıtdıran və gələcək
nəsillər üçün örnək
edən səbəb onların yüksək mənəviyyata,
müqəddəs amallara malik
olmasıdır. Ulu şairimiz
Nizami Gəncəvi vətənini,
xalqını sevməsə idi, ölməz
əsərlər yarada bilərdimi?
Əlbəttə, yox. Mərhum prezident Heydər Əliyev gənclərlə
görüşlərinin birində demişdi:
"Gənclərimiz bizim tariximizi
yaxşı bilməlidir, keçmişi
yaxşı bilməlidir, dilimizi
yaxşı bilməlidir, milli dəyərlərimizi
yaxşı bilməlidir. Milli dəyərlərimizi,
milli ənənələrimizi
yaxşı bilməyən, tariximizi bilməyən
gənc yaxşı vətənpərvər ola
bilməz. Hər bir gənc vətənpərvər
olmalıdır. Vətənpərvərlik böyük
məfhumdur. Bu, sadəcə, orduda xidmət etmək deyil,
Vətənə sadiq olmaq,
Vətəni sevmək, torpağa
bağlı olmaq - budur
vətənpərvərlik".
Xalqımız ta qədimdən
döyüşlərdə bərkiyib, ata-babalarımız mərdlik,
cəsurluq məktəbi keçib. Onlar
torpaqlarını öz qanları
bahasına qoruyub. Tariximizin
şanlı səhifələrini vərəqləsək,
mütləq ata-babalarımızın qəhrəmanlığından,
vətənpərvərliyindən bəhs edən faktlarla rastlaşacağıq. Bu
xalq Babək, Cavanşir,
Koroğlu, Şah
İsmayıl Xətai, Cavad xan, Hüseynəli xan kimi qəhrəmanların, Tomris,
Nüşabə, Burlaxatun kimi
kişi qeyrətli xanımların varisidir. Müasir Azərbaycan
gəncliyi bu qəhrəmanlardan ibrət
alır.
Bu gün Azərbaycan
Respublikasının bayrağını müxtəlif beynəlxalq
turnirlərdə dalğalandıran
idmançılarımız tariximizin qəhrəmanlıq
salnaməsini davam etdirənlərdir. Yetişməkdə
olan gənc nəslin
sağlamlığının təmin edilməsində,
onların vətənpərvərlik hisslərinin tərbiyəsində,
əməyə və Vətənin müdafiəsinə
hazır olan mərd və cəsur insanlar kimi yetişməsində
idmanın rolu böyükdür.
Gənclərin fiziki və
mənəvi tərbiyəsində müstəsna rol oynayan bədən tərbiyəsi
və idmanın inkişafını daha da sürətləndirmək, onun
kütləviliyini təmin etmək üçün
Azərbaycanda məqsədyönlü və möhtəşəm
işlər aparılır.
Milli mənlik şüuru
ayrı-ayrı şəxslərin və ümumilikdə cəmiyyətin
böyük uğurlar qazanmasına stimul verir. Müşahidələr
göstərir ki, keçmişə,
tarixə və ənənələrə olan
inamı itirmək mədəniyyət və sivilizasiyanın
tənəzzülünə aparıb çıxarır. Təcrübə göstərir ki,
milli mənlik şüuru
və vətənpərvərlik hissləri bəşəriyyətin
real tərəqqisi, elm,
texnika, idman və
iqtisadiyyatın inkişafı üçün
əhəmiyyətli rol oynayır. Öz kökünə bağlı olan meyarlar Vətəninin,
xalqının tarixini dərindən bilməyi,
öz soykökünə
bağlılığı özündə birləşdirir.
Emosional meyarlar isə
digər insanlara hörmət, ana yurda, doğma
təbiətə məhəbbət, təbii sərvətlərə
qayğını ifadə edir. Fəaliyyət
meyarı isə insanın müəyyən sahədə
qabiliyyətini, özünütəsdiqetmə
bacarığını, vətənin, torpağın şərəfini
öz şərəfindən üstün tutmağı əks etdirir. Bu meyar tarixi
abidələri, dövlət əmlakını
qorumağı, yaşlı insanların,
kiçikyaşlı uşaqların qayğısına
qalmağı, sağlam həyat tərzi
keçirməyi, ətraf mühitə qayğını, fiziki və mənəvi kamillik
prinsiplərini əsas götürür.
Müşahidələr göstərir ki,
uşaqların və gənclərin vətənpərvərlik
tərbiyəsində onların vətəndaşlıq mövqeyinin formalaşması əsas götürülür.
Məsələyə münasibət
bildirən tarix üzrə fəlsəfə doktoru, dosent Məhərrəm
Zülfüqarlının sözlərinə görə,
tariximizin öyrənilməsində milli mənlik
şüuru mühüm rol oynayır: "Sovet dönəmində,
ondan əvvəlki dövrlərdə Azərbaycan əhalisi
milli şüurdan məhrum edildi. Ən
azından, bu istiqamətdə imperiya çox
çalışdı. Ancaq bütün bunlara baxmayaraq, Azərbaycan xalqı böyük
xalqdır ki, öz milli mənlik şüurunu
qoruyub saxlaya bildi. Eyni zamanda, müasir dövrdə
onu inkişaf etdirir. Ona görə də
Azərbaycan tarixini yenidən tədqiq etməliyik,
xüsusən də 1828-ci ildən sonrakı dövrü.
Yəni Azərbaycanın Rusiya tərəfindən
işğalı və sovet dönəmi
yenidən tədqiq olunmalıdır. Elə etməliyik ki, Azərbaycan tarixi ağ ləkələrdən təmizlənsin.
Ona görə də o
dövrü tədqiq edən tarixçilərdə
savadla yanaşı, milli
şüur da
olmalıdır. Yəni milli şüur olmalıdır ki,
xalqın tarixini düzgün,
obyektiv tədqiq etmək mümkün
olsun. Bütün bu sadalananlar tarixin öyrənilməsində mühüm rol
oynayır".
Vidadi ORDAHALLI
Bakı xəbər.-2014.-20 yanvar.-S.11.