Dövlət müstəqilliyi gənclərin milli mənlik şüurunu formalaşdıran mühüm siyasi hadisə kimi...

 

 Lacivərd Xəzərin şıltaqlıqlarına mətanətlə dözən Abşeron təbiətinin yaraşığı ilk növbədə yaşıl boyunbağı tək sıralanmış həmişəyaşıl zeytun ağaclarıdır. Zeytun yaşı minilliklərlə ölçülən, əhəmiyyəti müqəddəs kitablarda qeyd edilən, qida rasionumuzun ən vacib komponentinə çevrilən həyat əhəmiyyətli bir bitkidir. Zeytunun dəyəri bundadır ki, o, orqanizmi qidalandırmaqla yanaşı, həm də dərman kimi müalicə edir. 

  Milli mənlik şüuru hər bir şəxsin daxili xarakterini, insanlara, cəmiyyətə olan münasibətini bildirir. Bu gün Azərbaycan dövlətinin ən başlıca məqsədlərindən biri uşaq və gənclərin milli mənlik şüurununonlarda vətənpərvərlik hisslərinin dünyəvi prinsiplər əsasında formalaşmasıdır. Çünki milli mənlik şüuru sayəsində millət, xalqetnik qrup dünyada baş verən inkişaf qanunauyğunluqlarına yaradıcı münasibət bəsləyir, buya digər hadisələrə öz münasibətini bildirir. Məlumdur ki, milli mənlik şüuru ictimai şüurdan kənarda mövcud deyil. Bu, insanın özünün fikir və hisslərinin, mənafe və məqsədlərinin öyrənilməsində başlıca əhəmiyyət kəsb edir. Sosial şəraitdən asılı olaraq, mənlik şüuru dəyişir, insan başqaları qarşısında məsuliyyət daşıdığını dərindən dərk edir. Mənlik şüuru olan insan özünütəhlil və özünümühakimə qabiliyyətinə malik olur. Beləliklə, milli şüur, milli hisslər, milli mənlik şüuru millətin özünü dərk etməsi prosesinə təsir edir.  

 Vətənpərvərlik məfhumu öz məzmununa görə çoxşaxəlidir və onu heç bir sözlə əvəz etmək mümkün deyil. Bu hiss uşaqlarda tədricən formalaşır. İnsan dünyanı dərk etdikcə Vətəninə, torpağına məhəbbəti, sevgisi artır, vətənpərvərlik hissləri güclənir. Vətənpərvərlik doğulduğun torpağın tarixini, mədəniyyətini, adət-ənənələrini bilmək, mənsub olduğun xalqın keçmişinə və gələcəyinə hörmət etməkdir. Həmçinin bu hiss öz dövlətinin tərəqqisi üçün can yandırmaq, milli mənlik şüuruna malik olmaq, doğma xalqının tarixi və mədəniyyəti ilə fəxr etmək, Vətənin rifahı naminə əlindən gələni etmək deməkdir. Tədqiqatçılar hesab edir ki, milli şüur millətə, xalqa aid xüsusiyyətləri hər hansı bir fərdin özündə cəmləşdirmək bacarığıdır. Milli şüur insanın hisslərinin, duyğularının milli səviyyədə ifadəsidir. Burada vicdan, milli mənlik mühüm əhəmiyyət kəsb edir. Danılmaz faktdır ki, vicdanı olan hər bir vətəndaş doğulduğu torpağın qədrini bilirbu hissi digərlərinə aşılamağa səy göstərir. Əlbəttə, milli şüurun formalaşmasında xalqın tarixi, ənənəsi, onun görkəmli mütəfəkkir və şəxsiyyətləri, həmçinin digər milli atributlar güclü təsirə malikdir. Ancaq bütün bunlarla yanaşı, müstəqilliyin əldə olunması da vacib şərtdir. Məhz milli mənlik şüuru sayəsində hər bir millət, xalq, o cümlədən hər bir fərd tarixin inkişaf xüsusiyyətlərini, sosial-etnik cəhətləri bütün dolğunluğu ilə dərk edir. Xalqın milli şüurunun formalaşmasında görkəmli şəxsiyyətlərin, mütərəqqi fikirli insanların böyük təsiri var. Mənlik hissinə Vətəni sevmək, doğma yurda məhəbbət bəsləmək, təbii sərvətləri qorumaqs. keyfiyyətlər daxildir.  

 Vətəndaşlıq hissi özünütəsdiqin, ləyaqətin və ümumbəşəri keyfiyyətlərin məcmusudur. Hər bir azərbaycanlı gəncdə vətəndaşlıq hissləri məhz belə bir zəmin üzərində təşəkkül tapır və inkişaf edir. Mədəniyyətin, elmin inkişafı xalqın böyüklüyü və kiçikliyindən deyil, həmin xalqın müdrikliyindən və zəngin təfəkkür tərzindən asılıdır. Bu da vətəndaşlıq hissinin formalaşmasından keçir. Bu gün mənəvi tərbiyənin mühüm tərkib hissələrindən biri ölkə gənclərində milli mənlik şüurunun formalaşdırılmasıdır. Azərbaycan xalqı öz kökünə, tarixin açılmamış səhifələrinə müraciət edərək xalqın tarixi kökləri, tariximizin bəzəyi olan görkəmli şəxsiyyətlərin həyat və fəaliyyətini öyrənir, milli özünüdərkin, özünütəsdiqin, özünəməxsusluğun bütün əlamətlərini aşkar etməyə çalışır. Görünən odur ki, hər bir azərbaycanlı gəncdə vətəndaşlıq hissi belə bir zəmin üzərində təşəkkül tapır. Onu da qeyd edək ki, mədəniyyətin, elmin inkişafı xalqın böyüklüyü və kiçikliyindən deyil, həmin xalqın müdrikliyindən və zəngin təfəkkür tərzindən asılıdır.   

Azərbaycan müstəqillik əldə etdikdən sonra gənclərin timsalında milli mənlik şüurunun inkişafı yeni mərhələyə qədəm qoydu. Heç şübhəsiz ki, müstəqilliyin sözügedən məsələdə rolu əvəzsizdir. Gənclərdə sadalananların fonunda vətəndaşlıq hisslərinin formalaşması onlarda Vətənə, torpağa, dövlətə məhəbbət yaradır. Eyni zamanda, sadalananlara sədaqət hissi formalaşdırır. Gənclər dərk edir ki, dünyada Azərbaycan adında müstəqil dövlət var. Azərbaycan xalqı var olduqca dövlətimiz yaşayacaq. Başlıca məsələ gənclərdə bu işdə inamın qorunub saxlanmasıdır. Həyatımızın bir çox hadisələri özünün emosionallığı ilə gəncləri vəcdə gətirir, millətin taleyi ilə bağlı məsələlərdə onları fəaliyyətə səfərbər edir. Milli mənlik şüurunun qabarıq təzahürü olan doğma yurda, torpağa məhəbbət gəncləri müqəddəs tellərlə bağlayır, onları suverenliyin, milli bütövlüyün qorunması naminə mübarizəyə səsləyir. Milli mənlik şüuru formalaşmış və tərbiyə olunmuş Azərbaycan gənci xalqının mənəvi sərvətlərinin tarixi inkişaf xüsusiyyətlərini, sosial-etnik cəhətlərini bütün dolğunluğu ilə dərk edir, onlarla bağlı hadisələrə qiymət verir. Təsadüfi deyil ki, vətəndaşlığın məsuliyyətini dərk etmiş gəncdə əqidə bütövlüyü, sözlə işin tam vəhdəti özünü parlaq şəkildə təzahür etdirir. Hazırkı şərait gənclərimizlə aparılan təlim-tərbiyə işlərinə, xüsusilə də tərbiyə məsələlərinə yenidən baxmağı, gənc nəsildə milli ləyaqət, vətəndaşlıq ləyaqəti və dəyanətinin, mənəvi əqidənin tərbiyə edilməsini ön plana çəkməyi tələb edir. Şəhidlər Xiyabanına doğru gedən insan axını bir daha təsdiq etdi ki, Azərbaycan gəncləri özünün dərin mənəvi tarixi köklərini, milli mənliyini, milli ləyaqətini, vətəndaşlıq dözümünü dərindən dərk edir. Vətəndaşlıq hisslərinin formalaşdırılması, eləcə də tərbiyə olunması xalqın mütəşəkkil və monolit birliyini tələb edir. Gənclər arasında qarşılıqlı münasibətləri görmək, dünyanı dərk etmək sadalanan faktorların başlıca şərtlərindəndir. 

  Digər tərəfdən, dövlət ideoloji fəaliyyətlə məşğul olmağa, yeni konkret milli və dövlətçilik dəyərlərini dəstəkləməyə və təbliğ etməyə borcludur. Son illər dövlətin gənclərin vətəndaşlıq hisslərinin formalaşmasına yönəlik həyata keçirdiyi bir sıra silsilə xarakterli tədbirlər bu sahədə inkişafın getməsindən xəbər verir. Bununla yanaşı, tarix sübut edib ki, nəzəri fikrin formalaşdırılması onun tərkib hissələrinin əməli şəkildə həyata kəçirilməsi qədər məsuliyyətli işdir. Mərhum prezident Heydər Əliyev milli-mənəvi simanın daha məzmunlu istiqamət almasına, milli prosesləri milli mənafeyə uyğun şəkildə dəqiq tənzim etməyə, millət və xalq adlanan ümmana yönəltməyə nail olub. Ona görə də hər bir azərbaycanlı gəncin vətəndaşlıq şüurunun formalaşması və tərbiyə olunmasına xüsusi qayğı ilə yanaşmaq, onunla planlı, sistemli, mütəşəkkil aparmaq vacibdir.   

Azərbaycan mədəniyyətinin etik tərəfləri böyük milli cazibə qüvvəsi kəsb edərək şəxsiyyətin mənəvi tərbiyəsinə, milli mənlik şüurunun, milli dəyərlərin bərqərar edilməsinə şərait yaradır. Həmçinin, Azərbaycan gənclərinin özlərini vahid, bütöv bir millətin tərkib hissəsi kimi dərk etməsinə kömək edir, sosial və mənəvi tərbiyənin məzmununda köklü dəyişiklik etməyi zəruri məsələ kimi qarşıya qoyur. Bütövlükdə milli dövlətçilik, müstəqillik, hüquqi-demokratik, dünyəvi dövlət quruculuğunun müvəffəqiyyətlə başa çatdırılması onun ölkə vətəndaşları tərəfindən dərk olunması nəticəsində mümkündür. Bu, Azərbaycan gənclərinin dövlətimizin müstəqillik rəmzlərinə hörmət və məhəbbət hissinə tam yiyələnməsi, milli mənlik şüuruna malik olan vətənpərvər kimi yetişməsi sayəsində mümkündür. Dövlət müstəqilliyinin qorunub saxlanması, dünya birliyinə inteqrasiya indi azərbaycanlıların milli mənlik şüurunun tərkib hissəsinə çəvrilib. Məhz müstəqil Azərbaycan dövlətinə, onun hadisələrlə zəngin tarixinə görə ölkə gənci qürur hissi keçirməli və bunların qorunmasında öz vətəndaşlıq borcunu dərk etməlidir. Çünki aparılan sistemli işlər nəticəsində bu gün Azərbaycan dinamik inkişaf edən, öz ehtiyaclarını özü ödəyən müasir ölkədir. Müstəqil ölkənin vətəndaşı olan yetkin, mükəmməl düşüncəyə malik olan hər bir gənc bunun fərqində olmalı və bunu sağlam məntiqə söykənərək qiymətləndirməyi bacarmalıdır. Ona görə ki, Azərbaycan dövlətinin yeritdiyi siyasət açıq və aydındır. Güclü iqtisadi təməl üzərində müasir siyasi sistemin formalaşdırılması, dövlətçiliyin əsaslarının möhkəmləndirilməsi, azərbaycançılıq ideologiyasının gücləndirilməsi məsələləri prioritet təşkil edir.   

Sözügedən məsələni dəyərləndirən Dünya Azərbaycanlıları Konqresinin Aparat rəhbəri, Beynəlxalq Diaspor Mərkəzinin sədr müavini Samir Adıgözəllinin sözlərinə görə, ölkənin müstəqillik əldə etməsi gənclərdə milli mənlik şüurunun inkişafına ciddi təkan verib: "Bütövlükdə müstəqilliyin əldə olunması gənc nəslin şüurunda milli fikrin inkişafına ciddi təkan verib. Düzdür, bütün bunlar o anlama gəlmir ki, müstəqillikdən əvvəl gənclərin düşüncələrində milli fikir olmayıb. Olub, sadəcə bu elə də geniş inkişaf etməyib. Bu da səbəbsiz deyil, ona görə ki, Azərbaycan uzun illər Rusiyanın işğalı altında olub. Bütün bunlara rəğmən, Azərbaycan gəncliyi öz milli mənlik şüurunu qoruyub saxlaya bilib. Səksəninci illərin sonlarında başlayan xalq hərəkatı milli düşüncənin inkişafında yeni səhifənin açılmasına təkan verdi. 1990-cı ilin 20 yanvarında baş verən dəhşətli hadisələr belə, Azərbaycan xalqının, gəncliyin milli iradəsini sındıra bilmədi. Çox keçmədi ki, Azərbaycan müstəqilliyinə qovuşdu. Bu da, öz növbəsində, gənc nəslin timsalında milli mənlik şüurunun inkişafına ciddi təsir göstərdi. Milli mənlik şüuru gənclərdə olmasaydı, o zaman torpaq uğrunda bəlkə də şəhidlərimiz bu qədər çox olmazdı. Milli təəssübkeşlik və milli fikir hissinin olmasının nəticəsidir ki, müstəqillik və torpaqların qorunması uğrunda minlərlə gənc canından keçdi. Ona görə də bütün şəhidlərin qarşısında baş əyirəm. Təkcə müstəqilliyin əldə edilməsi ilə bitmir. Müstəqilliyin qorunub saxlanmasında da ölkə gəncliyinin göstərdiyi xidmətlər danılmazdır. Hesab edirəm ki, Azərbaycanın müstəqillik əldə etməsi gənclərdə milli mənlik şüurunun inkişafına ciddi təkan verib. Ancaq bütün bunlarla yanaşı, hələ görüləsi bir sıra işlər də var".

 

 

Vidadi ORDAHALLI

Bakı xəbər.-2014.-22 yanvar.-S.11.