"Peyğəmbər özündən bəzi şeylər uydurub Bizə isnad etsəydi, ..."

            Yazı Həzrəti Məhəmmədin mövluduna ithaf edilir

 

 Məntiq və dünyəvi elmlərin bəzilərilə tanış olan hər kəs Qurani-Kərimi oxuyub hətta səthi təhqiq etsə onun heç bir kitaba bənzəmədiyinə əmin olar. Quranın dil və ifadə tərzi isə həmin əminliyi daha da möhkəmləndirir.    Lakin 1400 il ərzində müqəddəs Kitabın hər bir surəsinin enini-uzununu, solunu-sağını, yuxarısını-aşağısını ağlasığmaz dərəcə və sayda tədqiq, təhqiq, təftiş edən qərəzli qeyri-islam alimləri və hətta onların quranşünasları Quranı dünyaya Məhəmməd(ə) tərəfindən yazılan bir bəşər kitabı kimi təqdim etmək istəyiblər və bunu indi də edirlər.    Həqiqəti indi də bilə-bilə gizlədənlər var    Həqiqəti əsrlərlə bilə-bilə gizlədib, Qurana qərəzli mövqedən yanaşanlar barədə Rəbb buyurub: "Kitab (Tövratİncil) verdiyimiz şəxslər onu (Məhəmmədi) öz oğullarını tanıdıqları kimi tanıyırlar. (Buna baxmayaraq) Onların bir qismi, şübhəsiz ki, həqiqəti bilə-bilə gizlədir" (Bəqara 146).    Əlbəttə, qeyri-islam aləminin "bir qisminin həqiqəti bilə-bilə gizlətməsi" Quranın səməviliyinə, Məhəmməd(ə)-nin Onun peyğəmbəri olmasına və dünyanın imanlı bəndələrinin inancına zərrə qədər də kölgə salmır və sala da bilməz! Çox kiçik dünyanın kövrəkliyini nəzərə alıb, belələrinə: "Sizin öz dininiz var, mənim də öz dinim!" (Kəfirun, 6) Rəbb kəlamı ilə cavab vermək də olar. Hərçənd ki, imanlı bəndə kimi bizlərin ən ümdə vəzifələrindən biri də, həmin "bir qismi" zor, təhqir, rişxənd yolu ilə yox, iman, elm və iradə vəhdətilə maarifləndirib imana gətirməkdir. Unutmamalıyıq ki, bu vəzifə peyğəmbərlər və onların varisləri olan ziyalıların, alimlərin işidir.    Bəzi müsəlmanların Quranı Rəbb kəlamı yox, Məhəmməd(ə)-nin sözü, digər azlığın müqəddəs Kitabın həm Rəbb, həm də Məhəmməd(ə) kəlamları toplusu kimi zənn etməsi isə sözügedən mövzunun narahatlıq doğuran ikinci tərəfidir. Deyilənləri bu yaxınlarda paytaxtda nəşr olunan bir qəzetdə "Məhəmməd peyğəmbərin Qurana daxil olmayan kəlamları" adı ilə gedən məqalə təsdiq edir. Məqalədəki məntiqə görə, güya Həz.Peyğəmbərin Qurana daxil olan kəlamları da var. Əlbəttə, həmin kiçik qrupların zənnini şərait, əsrlərin gətirdiyi şübhə və tərəddüdlərlə əlaqələndirmək də olar. Ümumən isə bu sahədəki axsamaboşluq, əsasən dini maariflənmənin yetərsizliyindən irəli gəlir. Fəqət təəccüb, təəssüf, təərrüq (tər tökmə), ürək ağrısı, vicdan əzabı və xəcalət doğuran paradoks odur ki, təəyyün (özünü böyük göstərmə) və təəzzümlü (təkəbbürlü) digər bir qrup, həmin "bəzi müsəlmanların" müəyyən hissəsini təşkil edir. Belələri dini və dünyəvi savadı yetərli olmayan müsəlmanlardan fərqli olaraq, əsasən cəmiyyətdə qabaqda gedən, savadlı imicini qazananpendirin bıçağı kəsə biləcəyi qədər özləri barədə ifrat yüksək fikirdə olan bəzi "ziyalılardır". Hətta Həmd-surəni oxumağı bilməyən (və ya oxumağı qəbahət sayan) belələrinin durumu "Quran kimin kəlamıdır" sualına cavab verə bilmədikləri üçün, "iki" verdikləri tələbənin durumu ilə eynidir.    Göründüyü kimi, istər Quranın məlum ayəsindəki əhli-kitabın qərəzini puç etmək, istərsə də bəzi müsəlmanların tərəddüd və zənninə yəqinlik gətirmək üçün məlum mövzunun şərhi bu gün də aktuallığını itirməyib. Həmin səbəbdən, Qurani-Kərimin yalnız Allah kəlamı və Məhəmməd(ə)-nin isə vəhy yolu ilə nazil olan bu kəlamları ümmətinə çatdıran bir Peyğəmbər olmasını sübut edən bəzi dəlillərin açıqlanmasına ehtiyac var.    Dəlillər    I. Peyğəmbər(ə)-yə xitabən Rəbb buyurur: "(Ya Məhəmməd!) Sən bu Qurandan əvvəl də nə bir kitab oxumusan, nə də onu əlinlə yazmısan. Belə olsaydı, onda batilə uyanlar (onun barəsində) şəkk-şübhəyə düşərdilər" (Ənkəbut, 48). Bəli, 1400 il bundan öncəki oxuyub-yazmışlara, indiki və gələcəkdəki oxuyub-yazanlara oxuyub-yazmaqda meydan oxuyan şəxs, oxumağı-yazmağı bilməyən Peyğəmbər(ə) olub. Yaratdığı bütün bəşərə Məhəmməd(ə)-nin savadsız olduğunu bəyan edən Rəbb həm də buyurub: "Hamınız köməkləşib bir ayənin oxşarını belə yaza bilməzsiniz". Deməli, Quran bəşər və bəşərin iftixar abidəsi olan Məhəmməd(ə)-nin sözü yox, Allah kəlamıdır.    II. "Bəndəmizə (Məhəmmədə) nazil etdiyimizə (Qurana) şəkkiniz varsa, sizona bənzər bir surə gətirin və sizin (bu, bəşər kəlamıdır) iddianız doğrudursa, Allahdan başqa bütün şahidlərinizi bu işdə köməyə çağırın" (Bəqara, 23); "Bu Quran Allahdan başqasına aid edilə bilməz. Yoxsa: "(Peyğəmbər) onu özündən uydurdu!" - deyirlər. De ki: "Doğru deyirsinizsə, ona bənzər surə gətirin və Allahdan başqa kimə gücünüz çatarsa, onu da (köməyə) çağırın" (Yunus, 37,38). Zaman, məkan, şəraitdən asılı olaraq bəşər sözündə yanlışlıq, ziddiyyət olduğuna işarə edən Rəbb sonra buyurur: "Onlar Quran barəsində (onun Allah kəlamı olması haqqında) düşünməzlərmi? O, Allahdan qeyrisi tərəfindən olsaydı, əlbəttə, onda çoxlu ziddiyyətlər tapardılar" (Nisə, 82). Allah kəlamında isə ixtilaf, ziddiyyət olmadığı üçün Quran bəşər yox, Allah kəlamıdır.    III. Məlumdur ki, Quranla həz.Məhəmmədin ifadə və bəyan tərzləri müxtəlifdir. Quranın bəlağət (gözəl nitq, ritorika), fəsahət (gözəl, incə, aydın danışıq qabiliyyəti) və ifadə gücünə heç bir bəşər nail ola bilməz. Seçilən hər bir cümlə, söz və hərfin sıra, say, səs, daxili ahəng və enerji tutumu, olduğu yerbütün bunların Quranın əvvəli və sonu ilə münasibət və əlaqəsi, hətta onların riyazi qanunlara tabeliyi, bir tabloda hər rəngin ayrı-ayrı ton və fonlarının müxtəlif mənalar ifadə etməsi Rəbb kəlamının bəşər sözündən müqayisəedilməz dərəcədə üstünlüyünə dəlalət edir.    IV. Quran nazil olduğu dövrdə şer çox dəbdə idi. Gözəl şer nümunələri Kəbənin divarından asılardı. Məkkə əhli isə gözlərinin qabağında boya-başa çatan həz.Məhəmməddən nə şer, nə cinas, nə də nəsr eşitmişdi. Quranın dili də bunların heç birinə oxşamırdı. Həmin səbəbdən, Quranın dilüslubu ilə heç vaxt rastlaşmayan müşriklər deyirdilər: "Quran şer, nəzm, kahincin sözünə oxşamadığı üçün o, bir sehrdir". Bununla yanaşı onlar özlərini bu "sehirdən" də məhrum etmirdilər. Belə ki, müşriklər bir-birindən xəbərsiz gecələr Quran oxunan yerə yaxınlaşıb həmin səsdən gizlicə faydalanardılar. Hətta dövrün məşhur şairləri olan Xansa və Ləbir müsəlman olduqdan sonra dedilər: "Quranı oxuduqdan sonra biz şer yazmağa həya edirik".    V. Həmin dövrdə şer inkişaf etsə də, fəqət ərəb dili metafizik məna, elmi, dini, fəlsəfi məfhum və ifadələrdən, mədəni lüğətdən məhrum idi. O vaxt bu dil sadəcə çöl ərəblərinin duyğu və düşüncələrini, dar həyatlarını ifadə etməyə yararlı idi. Lakin Quranın nazil edilməsilə bu dil dəyər və zənginliyinə görə, Qiyamətə qədər ifadə oluna biləcək bütün termin və məfhumları ehtiva etdi. Dilçilik tarixində belə bir hadisə heç vaxt olmayıb. Tarixən çox qısa-23 il ərzində bütün zaman və məkanı ehtiva edən belə filoloji inqilabı təbii ki, Həz.Məhəmməd də daxil olmaqla, heç bir bəşər edə bilməzdi və bu, mümkündeyil. Çünki dilin zənginləşməsi üçün əsrlər lazımdır. Digər tərəfdən, elə bir bəşər kitabı da yoxdur ki, alimindən avamına, uşağından ağsaqqalına qədər hamı onda təskinlik, rahatlıq, dərdinə əlac tapsın. Quran xaricində elə kitab yoxdur ki, o, usanmadan dəfələrlə oxunsun və aktuallığını itirməsin.    VI. İnsanı maddi-mənəvi tərəfilə anlatması, həyatın bütün sahələri üzrə düstur, təklif, tövsiyə, icazə və qadağalar qoyması, dünya səadətilə yanaşı Axirət xoşbəxtliyini, qəlbin rahatlığı və ruhun tələbatını ehtiva edən prinsiplər baxımından da, Quran bəşər kəlamı deyil. Çünki ilahi vəhylərə söykənməyən bəşəri sistemlər zaman keçdikcə öz təravət və aktuallığını itirir, təftiş edilir və yenisilə əvəz olunur. Allah kəlamları olan Quran ayələri isə həmişəcavan və həmişə aktualdır. Sərvətin sadəcə varlıların malı olmaması (Həşr,7), insan üçün səy və əməyin rolu (Nəcm,39), əmanət və vəzifələrin sədaqətli insanlara tapşırılması, hökmün ədalətlə verilməsi (Nisə,4), bir nəfərin qətlinin bütün bəşəri öldürmək kimi qəbul edilməsi (Məidə, 32), fərd, ailə və cəmiyyət üçün faiz, qumar, içki, zinanın öldürücü zəhər olması, yalan, iftira, rüşvət, dəbdəbəli həyat tərzi və israfın qadağan olunması, namaz oruc, zəkat, həcc, yaxşılıq və digər ibadətlərin fərz buyrulması, bəşər ağlına sığmayan Axirət və onun təsviri və s. müddəalar Quranın Rəbb kəlamı olduğunun sübutudur. Quran kainatın başlanğıc və sonuna, insanın yaradılışına aid qəti ifadələr işlədir. Heç bir yazar həmin işi görə bilmədiyi üçün o, "bunu bəşər edə bilməz" deyib, itaətcəsinə Ona həmd-sənada bulunur. Bir sözlə, Rəbbin qulu və peyğəmbəri Məhəmməd(ə) də daxil olmaqla insankainat kimin əsəridirsə, Quran da Onun əsəridir.    VII. Hansı vicdanlı yazar əsərinin heç bir tənqidə məruz qalmayacağı, Qiyamətə qədər ona bənzər heç bir əsər yazılmayacağı iddiasında buluna bilər? Əlbəttə, hər hansı yazar dünyanın məşhur siyasətçisi, sərgərdəsi və mütəfəkkirinə kitab həsr edib, onun adından danışa bilər. Lakin bu danışmalar həqiqətən, onun bütün əmr, yasaq, qanun və tövsiyələrini olduğu kimi əhatə edərmi? Və əgər bu kitab həm müəllif anadan olmazdan çox-çox əvvəlki dövrü, həm də müəllifin vəfatından çox-çox sonrakı hadisələrdən bəhs edərsə, belə kitabın bəşər kitabı olması qeyri-mümkündür. Yazar ədalətli, doğru danışan, əmin, mötəbər bir şəxsdirsə, belə bir kitab barədə yalnız bunu deyə bilər: "Bu, mənə Allah tərəfindən göndərilən bir kitabdır ki, sizə təbliğ edim".    Ağlı başında olan istənilən yazar hətta elm və texnikanın inkişaf etdiyi indiki zamanda yaratma, həyat vermə, öldürməklə bağlı qərarlar verməkdə acizdir ("Bir qum dənəsini yarada bilsəydim, bütün dünyanı yaradardım" - A.Eynşteyn). Bəs dağ, okean, ağac, heyvan və insanların, mələk, cin və şeytanların, Ay, Günəş, Yer, ulduzlar və qalaktikaların yaranması barədə hansı yazaralim dəqiq məlumat verə bilər? Hansı yazar qəbr, Qiyamət, Məhşər, sorğu-sual məhkəməsi, Axirət, Cənnət, Cəhənnəmdən yenidən dünyaya qayıdıb ki, onları təsvir etsin? "(Ya Rəsulum!) Sənə vəhy etdiyimiz xəbərləri bundan qabaq nə sən, nə də ümmətin bilirdi" (Hud, 49).    VIII. Quranda Allahın Peyğəmbərinə xitabən: "De "(Ərəbcə-qul) əmri 332 dəfə təkrar olunub. Hansı kitabda təbliğ belə ifadə tərzində və bu sayda işlədilib? Hansı yazar yazdığı kitabında həm özü-özünü, həm də başqası tərəfindən özünü təhdid etdirib, bilərəkdən özünü qınaq hədəfinə çevirər? Halbuki, Quranın: "(Peyğəmbər) özündən bəzi şeylər uydurub Bizə isnad etsəydi, Biz ondan mütləq şiddətli intiqam alardıq. Sonra onun şah damarını qoparardıq" (Haqqa 44-46) ayəsi, Tabuk hərbinə getməyənlər üçün Rəbbin Peyğəmbər(ə)-yə xitabən: "Onlaraüçün izn verdin" - deməsi, onun Allah kitabı olduğunu təsdiq etmirmi?! Uca dağları görməyən və orada oksigen çatışmazlığından xəbəri olmayan (bax: Ənam, 125), "Yaxud onların əməlləri əngin dənizin zülmətinə bənzər. Onu bir dalğa, o dalğanın üstündən bir dalğa, bu (ikinci) dalğanın üstündən də bir dalğa - zülmət üstündən zülmət örtər. O, əlini çıxartdıqda, hardasa onu görməz..." (Nur, 40) - kəlamındakı həqiqətləri bilməyən yazar, onları öz əsərində təfsilatı ilə necə yaza bilərdi?    IX. Əsbəbi-Nuzul deyilən teoloji sahə hər hansı bir ayənin nazil olma səbəbindən bəhs edir. Quranda 15 ayədə "Yəsəlunəkə" (Ərəbcədə-səndən soruşurlar) şəklində Peyğəmbər(ə)-yə suallar verilirondan cavab istəyirlər. Halalharamlar, qənimətlərin bölünməsi, Qiblənin müəyyən edilməsi, aylar, Qiyamət, ruh və digər suallara Həz.Məhəmməd yalnız Allahın diqtəsilə cavab verib. Məsələn: "De ki, ruh Allahın əmrlərindəndir, aylar 12-dir..." və s. Bu sualların cavablarını bilən yazar onları başqasının adına yazarmı?    X. Həzrəti Peyğəmbər azad etdiyi köləsi Zeydə "övladım" deyirdi. Rəbbin: "Allah oğulluğa götürdüklərinizi sizə doğma oğul etməyib" (Əhzab, 4) kəlamı ilə Peyğəmbər(ə) bir də həmin sözü işlətmədi. Zeynəblə izdivacda bulunmağı heç fikirləşməyən həz.Peyğəmbər, ilahi əmrlə onunla evləndi (Əhzab, 37). Peyğəmbər(ə) Bədr döyüşündəki əsirləri əfv edib, azadlığa buraxmaq istəyirdi. Allah isə fidyə (para, pul) verilməklə azad olunmalarını hökm etdi. Bu və digər hadisələr göstərir ki, Kainatın fəxri heç vaxt özbaşına görməyib. Onun bütün hərəkətləri Allahın hökmünə uyğun olub. Bir sözlə, həz.Məhəmməd yalnız Allahın kəlamlarını ümmətinə çatdırdığı üçün "Kefi istədiyini danışmır (O, vəhyə tabedir)" (Nəcm, 3,4).    XI. Məlumdur ki, heç bir kəs, o cümlədən yazar öz namusuna ləkə gətirmək istəməz və bunu əsərində heç vəchlə yazmaz. Bu şəxs ömrü boyu "Əmin" kimi tanınan bir iffət və namus abidəsidirsə, onda onun öz əsərində bunu hallandırması hətta nəzəri cəhətdən qeyri-mümkündür. Halbuki, "ifq" hadisəsi (625 il) bunun tam əksindən xəbər verir. Belə ki, həz.Aişə Bəni Mustalıq hərbindən qayıdarkən, boyunbağısını yolda itirdiyi üçün geriyə qayıdır və nəticədə karvandan xeyli uzaqlaşır. Lakin bir nəfər ona rast gələrək, dəvəsinə mindirirkarvana çatdırır. Fürsət axtaran münafiqlər, xüsusən Abdullah ibn Ubeyy ona böhtan atır. Həz.Peyğəmbər bu hadisədən çox sarsılır. Nəhayət, həz.Aişənin pak olduğu barədə bu ayə nazil olur: "Həqiqətən, (Aişə) barəsində yalan xəbər gətirənlər öz içərinizdə olan zümrədir (münafiqlərdir). Onu (o xəbəri) pis bir şey zənn etməyin. O, bəlkə də, sizin üçün xeyirlidir. O zümrədən olan bir şəxsin qazandığı günahın cəzası vardır. Onlardan günahın böyüyünü öz üstünə götürəni (Abdullah ibn Ubeyyi) isə (Qiyamət günü) çox şiddətli bir əzab gözləyir" (Nur, 11). Hansı yazar ailəsilə bağlı bu olayı öz qələmilə açıqlayar və onu bütün bəşərin malı edər?    Beləliklə, hətta qısa və azsaylı təhlillər göstərir ki, insan və kainatı Kim yaradıbsa, Quran da daxil olmaqla, bütün səmavi kitabların müəllifi də Odur. Həz.Məhəmməd isə Onun əmrilə Onun kitabını təbliğ edən bir Peyğəmbərdir. O ki qaldı həmin ilahi təbliğdən bizim necə yararlanmağımıza, bunu bir Allah, birOnun dəlili olan vicdanımız bilir.    P.S. "Dünyanıza aid işləri siz məndən yaxşı bilirsiniz... Mən də sizin kimi bir insanam, yanıla da bilərəm. Lakin Allah adından sizə bir söz söylədimmi, bilin ki, o doğrudur, həqiqətdir. Tanrıya yalandan isnad etmərəm mən. Allahın adından yalan danışmaram mən"(Həz.Məhəmməd).

 

Vaqif CƏLİLOĞLU, T.e.üzrə fəlsəfə doktoru

   Bakı xəbər. - 2014.- 27 yanvar.- S.15.