Azərbaycan parlamentarizminin tarixi

 

 

Azərbaycanın üç min ildən artıq dövlətçilik tarixi var. Bu cür qədim dövlətçilik tarixinə malik olan bir ölkədə hakimiyyətin seçki yolu ilə formalaşdırılması böyük tarixi yol keçmişdir. Qədim tarixi mənbələrdə, o cümlədən türklərin mədəniyyət abidəsi olan Dədə Qorqud dastanında qədim türklərdə bir çox məsələlərdə kollektiv rəyin əsas götürülməsi haqqında məlumatlar var.

Hələ Rusiyada və Avropanın əksər ərazilərində dövlət olmadığı bir zamanda 498-ci il may ayının 13-də Azərbaycanda kollektiv şəkildə, müasir dövrdə də aktuallığını itirməmiş Aquen qanunu kimi bir hüquqi sənəd qəbul olunmuşdur. Baxmayaraq ki, Aquen məclisi feodalizm cəmiyyətinə xas toplantı idi, bu məclisi müəyyən mənada ilkin burjua cəmiyyətlərinin parlamentləri ilə müqayisə etmək mümkündür. Çünki Aquen məclisində qəbul edilmiş qanunlar kollektiv əməyin məhsulu olmaqla yanaşı, məclis iştirakçılarının ümumi razılığı ilə qəbul olunmuşdur. Bundan başqa, bütün Alban zadəganları bu sənədə öz möhürlərini vurmuşdular. Azərbaycan tarixinin qədim və orta əsir dövrlərinə aid bu cür faktlar olmasına baxmayaraq, seçkilərin keçirilməsi və vətəndaşların seçkilərdə iştirakının əsası XIX əsrin sonu - XX əsrin əvvələrində, milli şüurun oyanışı ilə bir vaxtda qoyulmuşdur.

Rusiya imperiyasının tərkibində olan müsəlman əhali, o cümlədən azərbaycanlılar XX əsrin əvvəlindən keçirilməyə başlamış Dumayerli özünü-idarə seçkilərində iştirak etmişlər.

XIX əsrin sonu - XX əsrin əvvəllərində Rusiya imperiyası siyasiiqtisadi islahatlar dövrünə qədəm qoyduğu vaxtda Azərbaycan Rusiyada yaşayan müsəlman xalqların demokratik və azadlıq hərəkatının mərkəzinə çevrilmişdi. O dövrün azərbaycanlı aparıcı siyasətçiləri birinciikinci çağırış Rusiya Dövlət Dumasının deputatları olmuşlar. Dumada ən iri fraksiyalardan biri olan müsəlman fraksiyasının sədri Əlimərdan bəy Topçubaşov seçilmişdi. Beləliklə, Azərbaycanın bir sıra görkəmli siyasi xadimləri Rusiya Dövlət dumalarında zəngin parlament təcrübəsi qazanmışlar.

 

Azərbaycan Xalq Cumhuriyyəti dövründə seçkilər

 

1918-ci il mayın 28-də elan edilmiş Azərbaycan Xalq Cumhuriyyətinin parlament respublikası kimi formalaşması tarixi reallıqla şərtlənmişdir. Azərbaycan Milli Şurasının 1918-ci il noyabrın 19-da keçirilmiş iclasında parlament yaradılması barədə qərar qəbul edilmişdir. Parlament əsasən 1917-ci ildə Müəssislər Məclisinə seçilmiş deputatlardan formalaşdırılmışdır. Parlament 120 nəfərdən ibarət idi. Onlardan 80 nəfəri müsəlmanları, 21 nəfəri erməniləri, 10 nəfəri rusları, 1 nəfəri almanları və 1 nəfəri yəhudiləri təmsil edirdi. 1918-ci ilin dekabrından 1920-ci il aprelin sonuna qədər AXC parlamenti 145 iclas keçirmiş və Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsinə və müstəqilliyin qorunub saxlanmasına, insan hüquq və azadlıqlarının tam həcmdə təmin ediləcəyi demokratik dövlət yaradılmasına yönəlmiş çox mühüm qanunlar və qərarlar qəbul etmişdir. Azərbaycan Xalq Cumhuriyyətinin mövcud olduğu 23 ay ərzində, vəziyyətin gərgin və ziddiyyətli olmasına baxmayaraq, bələdiyyə seçkiləri də keçirilmişdir.

 

Azərbaycan parlamentarizmi sovet dövründə

 

Aprel işğalının ertəsi günü - 1920-ci il aprelin 28-də RK(b)P-nin qərarı ilə təşkil olunan Azərbaycan Müvəqqəti İnqilab Komitəsi (Azərbaycan Hərbi-İnqilab Komitəsi, Azərbaycan İnqilab Komitəsi) respublikanın ali dövlət hakimiyyəti orqanı elan edildi. Qanunvericilik funksiyalarını həyata keçirən Azərbaycan Müvəqqəti İnqilab Komitəsinə (AMİK-ə) yalnız azərbaycanlı kommunistlərin daxil edilməsi isə gözdən pərdə asmaq niyyəti güdürdü. Çox keçmədi AMİK-in yerlərdə orqanları - qəza, nahiyə, kənd inqilab komitələri yaradıldı. Ali dövlət hakimiyyəti orqanı olmasına baxmayaraq, bu təşkilatın real səlahiyyəti yox idi və müstəqil deyildi. Real hakimiyyət əslində RK(b)P-nin yerli təşkilatı olan AK(b)P MK-ya, daha dəqiq desək, onun Bakı bürosuna məxsus idi.

Azərbaycanın müstəqilliyi formal xarakter daşıyırdı və 1920-ci il sentyabrın 30-da Azərbaycan SSR Sovet Rusiyası ilə bağlamağa məcbur olduğu hərbi-iqtisadi ittifaq haqqında müqavilə ilə özünün formal olan hərbi və iqtisadi müstəqilliyini itirdi.

Azərbaycan Xalq Cumhuriyyətini devirən Rusiya Azərbaycanda sovet hakimiyyəti qurulduğunu elan etsə də, ilk əvvəl - 1920-ci ilin sentyabrında yoxsul komitələri yaradılmağa başladı. Bu, ölkədə sovetlərin yaranması üçün əlverişli şəraitin olmadığını göstərirdi. Sovetlərin "yuxarıdan" tətbiqi və qeyri-demokratik tədbirlərin (seçki hüququnun məhdudlaşdırılması və s.) həyata keçirilməsi nəticəsində Azərbaycanda 1921-ci ilin baharında yerlərdə fəhlə və kəndli deputatları sovetləri "seçilməyə" başladı. Deputatların əsasən savadsız fəhlə və kəndlilərdən, kommunistlərdən seçilməsi parlamentin yuxarıdan idarə edilməsini asanlaşdırırdı. I Ümumazərbaycan Sovetlər qurultayında Azərbaycan SSR-in ilk Konstitusiyasının qəbulu ilə Azərbaycanda sovetlərin hakimiyyətinə hüquqi status verildi. AMİK ləğv edildi, onun yerinə ali dövlət orqanı kimi Ümumazərbaycan Sovetlər qurultayı, qurultaylararası dövrdə isə qurultayın seçdiyi Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi təsdiq edildi. Qanunverici, sərəncamverici və nəzarətedici orqan kimi yeni formatda və tərkibdə fəaliyyət göstərən Azərbaycan MİK-ə seçkilər çoxpilləli idi. Əvvəl ali hakimiyyət orqanı olan Ümumazərbaycan Sovetlər qurultayına seçkilər keçirilir, sonra qurultay qanunvericilik orqanı olan Mərkəzi İcraiyyə Komitəsini, o isə özünün rəyasət heyətini seçirdi. Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 75 üzvü və 25 namizədi var idi. Rəyasət heyəti isə 13 nəfərdən ibarət seçilirdi. Oraya, demək olar ki, bütün partiya rəhbərləri daxil idi.

Bolşeviklər öz siyasi məqsədlərinə çatmaq naminə Azərbaycanın olan-qalan müstəqilliyinin də ləğv edilməsi istiqamətində işə başladılar və 1922-ci il martın 12-də Cənubi Qafqazın 3 respublikası (Azərbaycan, Gürcüstan, Ermənistan) vahid dövlətdə - Zaqafqaziya Sovet Sosialist Respublikaları Federativ İttifaqında (ZSSRFİ) birləşdirildi. Buna baxmayaraq, Rusiya Azərbaycanın müstəqilliyinin az-çox saxlanılmasından narahat olub, 9 ay keçməmiş - 1922-ci il dekabrın 10-da keçirilən I Zaqafqaziya Sovetlər qurultayında ZSSRFİ-ni Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası (ZSFSR) ilə əvəz etdi. Vahid qanunvericilikicra orqanları olan ZSFSR-nin yaradılması Azərbaycanın müstəqilliyinə növbəti sarsıdıcı zərbə endirdi. 1922-ci il dekabrın 10-13-də keçirilən I Zaqafqaziya Sovetləri qurultayında Azərbaycandan 175 deputat iştirak edirdi. Bu qurultayda Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsi (150 üzv və 50 namizəd) seçildi.

Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsi Rusiya, UkraynaBelorusiya ilə birlikdə SSRİ-nin təşkil edilməsi haqqında qərar qəbul etdi. 1922-ci il dekabrın 30-da Moskvada keçirilən I Ümumittifaq Sovetlər qurultayı SSRİ-nin yaranması ilə bağlı qərar verdi. Bununla da Azərbaycanın müstəqilliyinə tamam son qoyuldu. Azərbaycan SSR SSRİ-nin atributlarına uyğunlaşdırılan bir sıra dövlət atributlarını - bayraq, gerb, himn və konstitusiyanı qoruyub saxlasa da, beynəlxalq hüququn subyekti olmaq statusunu itirdihüquqi cəhətdən bolşevik Rusiyasının müstəmləkəsinə çevrildi. SSRİ-də ali dövlət hakimiyyəti sovetlər qurultayı, qurultaylararası dövrlərdə isə qurultayın seçdiyi Mərkəzi İcraiyyə Komitəsi idi.

Azərbaycanın ZSFSR tərkibində SSRİ-yə qatılması Azərbaycan MİK-in mövcud formal müstəqilliyini itirməsi, birbaşa Zaqafqaziya və SSRİ MİK-lərindən asılı vəziyyətə düşməsi ilə nəticələndi.

İnzibati-amirlik üsuli-idarəsinin inkişaf etməsi qanunvericilik orqanının işinə də təsir edirdi. Mövcud siyasiiqtisadi sistemin qorunması, məhkəmə sisteminin təkmilləşdirilməsi sahəsində qanun yaradıcılığı prosesi xeyli sürətləndi. 1927-ci ilin martında V Ümumazərbaycan Sovetlər qurultayı Rusiya konstutusiyası nümunəsində hazırlanmış Azərbaycan SSR-in II Konstitusiyasını qəbul etdi. Bu vaxta qədər respublikanın siyasi, iqtisadi quruluşunda zorakı metodlarla həyata keçirilmiş dəyişikliklər Konstitusiyaya salındı. 1937-ci ildə Azərbaycan IX Fövqəladə Sovetlər qurultayında Azərbaycan SSR-nin yeni Konstitusiyasının qəbulu ilə qanunverici orqan yeni mərhələyə qədəm qoydu.

1921-1937-ci illərdə Ümumazərbaycan Sovetlərinin qurultayları aşağıdakı ardıcıllıqla keçirilib:

I Ümumazərbaycan Sovetlər qurultayı - 6-19 may 1921-ci il

II Ümumazərbaycan Sovetlər qurultayı - 28 aprel-03 may 1922-ci il

III Ümumazərbaycan Sovetlər qurultayı - 25 noyabr-01 dekabr 1923-cü il

IV Ümumazərbaycan Sovetlər qurultayı - 10-16 mart 1925-ci il

V Ümumazərbaycan Sovetlər qurultayı - 18 mart 1927-ci il

VI Ümumazərbaycan Sovetlər qurultayı - 1-9 aprel 1929-cu il

VII Ümumazərbaycan Sovetlər qurultayı - 19-25 yanvar 1931-ci il

VIII Ümumazərbaycan Sovetlər qurultayı - 11-17 yanvar 1935-ci il

IX Ümumazərbaycan (Fövqəladə) Sovetlər qurultayı - 17 noyabr 1936-cı il; 10-14 mart 1937-ci il

Ali Sovet

Yeni qəbul edilən Konstitusiyaya əsasən Azərbaycanın qanunvericilik orqanı - respublikanın Ali Soveti kimi təşkil olundu. Lakin bu adi forma dəyişikliyi deyildi. Deputatların tərkibi, kimlərin seçilməsi, parlamentdə neçə nəfər fəhlə, kolxozçu, qulluqçu, qadın, gənc, bitərəf s. olması yuxarıdan müəyyən edilirdi. I çağırış Azərbaycan SSR Ali Sovetinə birbaşa seçkilərdə (24 iyun 1938-ci il) seçilmiş 310 deputatdan 107-si fəhlə, 88-i kolxozçu, 115-i ziyalı-qulluqçu, bunlardan 72-si qadın idi. Kommunist Partiyasının əslində bütün dövlət funksiyalarını mənimsədiyi, hər hansı bir siyasi təşəbbüsün düşmənçiliklə qarşılandığı şəraitdə Ali Sovet səmərəli fəaliyyət göstərə bilmirdi.

Azərbaycan SSR Ali Soveti - 1938-1991-ci illərdə Azərbaycan SSR ərazisində ali dövlət hakimiyyət orqanı aşağıdakı müddətlərdə fəaliyyət göstərib:

I çağırış (1938-1946)

II çağırış (1947-1950)

III çağırış (1951-1954)

IV çağırış (1955-1959)

V çağırış (1959-1962)

VI çağırış (1963-1966)

VII çağırış (1967-1970)

VIII çağırış (1971-1975)

IX çağırış (1975-1979)

X çağırış (1980-1984)

XI çağırış (1985-1990)

XII çağırış (1991)

1991-ci ildən Ali Sovetin səlahiyyətləri Azərbaycan Respublikası Prezidenti Azərbaycan Respublikası Milli Məclisinə verilir.

 

Azərbaycan Respublikası

 

1991-ci ildə Azərbaycan parlamentarizminin tarixində yeni səhifə açılmışdır. Azərbaycan SSR Ali Sovetinə axırıncı seçkilər 1990-cı il sentyabrın 2-də həmin il qanlı 20 Yanvar hadisələrindən sonra ölkədə tətbiq edilmiş fövqəladə vəziyyət şəraitində keçirilmişdir. Bu seçkilər artıq laxlamış sovet hakimiyyəti rejimini qoruyub saxlamaq vəzifəsini güdürdü. Dövlət Fövqəladə Hallar Komissiyasının avqust qiyamı məğlubiyyətə uğradıqdan bir neçə gün sonra - 1991-ci il avqustun 30-da, Azərbaycan Ali Sovetinin növbədənkənar sessiyasında Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında Bəyannamə, 1991-ci il oktyabrın 18-də Azərbaycan Ali Soveti Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul etmişdir.

29 dekabr 1991-ci il tarixdə referendumunda xalqın mütləq əksəriyyəti Dövlət müstəqilliyini dəstəkləmişdir.

1995-ci ilin avqust ayında Azərbaycan Milli Məclisi yeni Seçki Məcəlləsi qəbul etdi. Həmin məcəlləyə uyğun olaraq ali qanunverici orqan qarışıq qayda üzrə (100 deputat proporsional, 25 deputat majoritar prinsip üzrə irəli sürülür) seçilən 125 deputatdan formalaşır. Qanuna görə, Azərbaycanın partiya sisteminin qurulduğu dövrdə seçicilərin 8 faizlik səs həddini aşan partiyalar parlamentə düşürdülər. 1995-ci il noyabrın 12-də keçirilmiş seçkilərlə eyni vaxtda ölkənin yeni konstitusiyasını qəbul etmiş ümumxalq referendumu da keçirilmişdi. 1998-ci ildə Azərbaycan parlamentinin nümayəndə heyəti Avropa Şurasında müşahidəçi statusu qazanmış 2000-ci ildə Avropa Şurasının tamhüquqlu üzvləri sırasına qəbul edilmişdi.

Parlament seçkilərində seçici fəalığının səviyyəsi:

* 12 noyabr 1995-ci il. Parlament seçkisi konstitusiya referendumu - 86,05%

* 5 noyabr 2000-ci il. Parlament seçkisi - 71,33 %

* 6 noyabr, 2005-ci il. Parlament seçkisi - 46,6 %

* 7 noyabr 2010 - Parlament seçkisi - 50,14 faiz

6 noyabr 2005-ci il seçkilərində seçicilərin ümumi sayı 4675572 nəfər olmuş, onlarda 1974036 nəfəri seçkilərdə iştirak etmişdir. 4 DSK-da seçkilərin nəticələri ləğv edilmiş, 121 dairədən millət vəkilləri seçilmişdir. 4 may 2006-cı ildə boş qalaqn 4 yerə seçkilər keçirilmiş Milli Məclis üzvləri tam tərkibdə işlərini davam etdirmişdir.

7 noyabr 2010-cu il seçkilərində seçicilərin ümumi sayı 4 928.594 nəfər olmuş, onlardan 2 442.365 nəfəri seçkidə iştirak etmişdir. 125 dairədən milləıt vəkilləin seçilmiş, 46 məntəqədə seçkilərin nəticələri ləğv edilmişdir.

 

Qadınların seçkilərdə iştirakı

 

XIX əsrin sonlarına qədər dünyanın heç bir ölkəsində qadınlar seçki hüququna malik deyildi. Qadınlar bu hüququ əldə etmək uğrunda əksər ölkələrdə gərgin mübarizə aparmış nəhayət XIX əsrin sonlarında buna nail olmuşlar. Qadınlara seçki hüququ ilk dəfə 1893-cü ildən Yeni Zelandiya daha sonra Avstraliyada verilib. Bundan sonra Finlandiya Norveçdə 1906-1907-ci ildə, Danimarkada 1915-ci ildə, Almaniya, İsveç Böyük Britaniyada 1918-ci ildə qadınlar bu hüququ əldə ediblər.

Azərbaycanda ilk dəfə qadınların səsvermə hüquqları barədə məsələnin 1907-ci ildə Çar Rusiyasının Dumasında Azərbaycanın nümayəndəsi Xəlil bəy Xasməmmədov qaldırmışdır. III Dumaya seçkilər zamanı türk-müsəlman əhalisinin yaşadığı Mərkəzi Asiya, Sibir və digər regionlar seçki hüququndan məhrum edilməsi, Bakıya isə öz nümayəndəsini irəli sürmək hüququ verilməməsi Cənubi Qafqazın müsəlman əhalisini yalnız bir nəfər deputatla, Xəlil bəy Xasməmmədov təmsil olunması ilə nəticələnmişdir. Lakin buna baxmayaraq o Dumada türk-müsəlman əhalisinin seçib, seçilmək hüququnu axıradək müdafiə etmişdir. Xəlil bəy Xasməmmədovla yanaşı, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Məmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski, Şəfiqə Əfəndizadə, Ömər Faiq, Yusif Vəzir Çəmənzəminli kimi görkəmli şəxsiyyətlər müsəlman - türk əhalisinin seçki hüququ ilə yanaşı, kişilərlə bərabər qadınların da seçki hüquqlarının müdafiə etmiş, 1918-ci ildə qadınların parlament seçkilərində iştirakının elmihüquqi əsaslarını hazırlamışlar. Əhməd bəy Ağaoğlu Məhəmməd Peyğəmbərin "Allah Cənnəti anaların ayaqları altına qoydu" hədisini misal göstməklə ilkin islamda qadınlara yüksək qiymət verildiyini sübut etmişsonrada onun bu fikri qadın hüquqularının müdafiəsində geniş istifadə olunmuşdur. Əlamətdar haldır ki, Azərbaycan Xalq Cumhuriyyəti Şərqdə qadınlara seçki hüququ verən ilk dövlət olmuşdur.

Azərbaycanda 1918-ci ilin dekabrında qadınlara seçki hüququ verildiyi halda, ABŞ-da 1920-ci ildə, Türkiyədə 1929-cu ildə, Fransada 1944-cü ildə, Yaponiyadaİtaliyada 1945-ci ildə, Yunanıstanda 1956-cı ildə, Meksikada 1958-ci ildə qadınlara seçki hüququ verilib.

Lakin qadınların seçki hüququ əldə etməsinə baxmayaraq, əksər ölkələrin siyasətində qadın liderliyi və qadın-kişi partnyorluğu problemi hələ də həll edilməmiş qalır. Baxmayaraq ki, qadınlar təxminən seçicilərin yarısını təşkil edirlər, onların payına parlamentdə orta hesabla 10%, milli dövlət idarələrində 6% yer düşür. Azərbaycan Parlamentində qadınların təmsilçiliyi 1975-ci ildə 37,8 %, 1980-ci ildə 39,8%, 1985-ci ildə 39,8 %, 1990- cı ildə 4,3 %, 1995-ci ildə 12,1%, 2000-ci ildə 10,7 %, 2005- ci ildə 10,5 %, 2006-cı ildə 11,2 % təşkil edirdisə, 2010- cu ildən sonra 16% təşkil edir.

Azərbaycan Respublikasında 1 noyabr 2015-ci il tarixdə növbəti Parlament seçkiləri keçiriləcək. Bu seçkilərdə Azərbaycan vətəndaşlarının əvvəlki seçkilərlə müqayisədə daha fəal olacağına inam böyükdür. Biz bütün seçicilərə və namizədlərə uğurlar arzulayırıq.

 

Məhərrəm Zülfüqarlı

 

Bakı xəbər.- 2015.- 18 avqust.- S.6.