"Azərbaycanın alternativ
(bərpa olunan) enerji
mənbələri: mövcud vəziyyət,
əsas prioritetlər və perspektiv imkanlar"
İnsanın ən böyük dostu təbiətdir. Minillər boyu insanlar təbiətə arxalanaraq yaşayıb, onun bəxş etdiklərindən yararlanıb. Bir vaxtlar insan oğlu bilmirdi ki, günəş, su, külək, başqa təbii məfhumlar tükənməyən enerjidir və onların yoxa çıxması mümkünsüzdür. Reallıqdır bu. Milyon illərdir təbiətin bir parçası olanlar həyatımızın ayrılmaz hissəsinə çevrilib. İnsan ən böyük enerjini, gücü təbiətdən alır.
Elə bir çağda yaşayırıq ki, texniki tərəqqi öz sürəti və təsir gücü ilə irəlidədir. Bu gün biz ona çatmaq üçün qaçışdayıq. Bilirik ki, neçə illərdir neft, qaz kimi təbii sərvətlər əsas enerji mənbəyi olaraq böyük çəkiyə malikdir. Amma görünən odur ki, bütün dünyada neft və qaz enerjisinin bir gün tükənəcəyini, yaxud azalacağını zənn edən insanlar alternativ enerji məsələsini gündəmə gətirib və ondan istifadə edir. Bu gün sirr deyil ki, dünyanın əksər ölkələrində, eləcə də Azərbaycanda alternativ enerji mənbələri var və ondan geniş şəkildə istifadə edilir. Azərbaycanda alternativ-bərpa olunan enerji mənbələrindən danışmazdan əvvəl bildirək ki, bərpa olunan enerji - günəş, külək, dalğa, geotermal enerji və digər bərpa olunan mənbələrdən alınan enerjiyə deyilir. Ekspertlər bildirir ki, bu zaman təbiətdə daim baş verən proseslərdən istifadə olunur və bu mənbələr insan istifadəsi nəticəsində tükənə bilməz. Alternativ energetikanın təkcə ətraf mühitin mühafizəsi üçün vacib olmadığını qeyd edən mütəxəssislər bildirir ki, qeyri-ənənəvi enerji mənbələrindən istifadə iki vacib şərtə əsaslanır: yanacaq mənbəyinin bərpa olunan olması və verilmiş ərazidə mövcudluğu. Ekspertlər deyir ki, bu, ölkələrin, ərazilərin, təsərrüfat sistemlərinin neftdən və onun qiymətindən asılılığını yumşaldır. Regionun xüsusiyyətindən asılı olaraq alternativ enerjidən istifadənin strukturunda bu və ya digər mənbə üstünlük təşkil edir. Qeyd edilənə görə, İslandiya, Danimarka və ABŞ-ın bəzi ştatlarında alternativ enerji istehsalında üstünlük geotermal mənbələrə verilir. Norveçdə əsasən kiçik gücə malik hidroenergetik qurğulardan istifadə edilir. Düzən ərazilərdə külək, cənub regionlarında günəş batareyalarından istifadə edilir. Zəngin meşə ehtiyatlarına malik ölkələrdə biokütlənin (yonqar, talaşa) yanma texnologiyasından geniş istifadə edilir. Qeyri-ənənəvi (alternativ) bərpa olunan enerji mənbələri bunlardır:
1.Biokütlə enerjisi (bioqaz);
2. Külək enerjisi;
3. Günəş enerjisi;
4. Hidroelektrik enerji;
5. Geotermal enerji;
6. Dalğa enerjisi;
7. Hidrogen yanacağı enerjisi;
8. Qabarma-çəkilmə enerjisi;
9. Dünya okeanının termik enerjisi.
Onların tətbiqinə gəlincə,
qeyd edək ki, ekoloji cəhətdən
təmiz alternativ və bərpa olunan enerji mənbələrindən
elektrik enerjisinin istehsalında ABŞ, Kanada,
Almaniya, Finlandiya, Norveç, Danimarka, İspaniya, Çin, Yaponiya və digər inkişaf etmiş ölkələr
qabaqcıl mövqe tuturlar. BMT-nin
hesabatına əsasən,
2008-ci ildə dünyada
alternativ enerji mənbələrinə 140 mlrd.
ABŞ dolları, neft və daş
kömürün istehsalına
isə 110 mlrd. ABŞ dolları vəsait
xərclənib. Dünya
üzrə ümumilikdə
külək enerjisindən
istifadəyə 51.8 mlrd.,
günəş enerjisindən
istifadəyə 33.5 mlrd.,
bio-yanacaqdan istifadəyə
isə 16.9 mlrd. ABŞ dolları vəsait
xərclənib. Avropa
ölkələri 2008-ci ildə
alternativ enerjiyə 50
mlrd., Amerika 30 mlrd., Çin 15.6 mlrd., Hindistan isə 4.1 mlrd. ABŞ dolları vəsait
sərf edib. Onu da qeyd
edək ki, ənənəvi enerji mənbəyi kimi karbohidrogen ehtiyatlarının
məhdudluğu və
ətraf mühitin çirklənməsinin qarşısının
alınması vacibliyi
nəzərə alınaraq
dünyada alternativ və bərpa olunan enerji mənbələri
hesabına istehsal olunan enerjinin həcminin artırılmasını
zəruri edən bir sıra məqamlar
var. Artıq bu istiqamətdə müsbət
təcrübə mövcuddur
və bir sıra ölkələrdə
günəş, külək
və digər təmiz və bərpa olunan enerji mənbələrindən
istifadə ildən-ilə
genişlənir. Dünyada
uğurla tətbiq olunan bu təcrübədən
Azərbaycanda geniş
istifadə edilməsinə
şərait yaratmaq üçün ölkəmizin
əlverişli təbii
şəraiti ilə kifayət qədər alternativ və bərpa olunan enerji potensialına malik olmasını nəzərə alaraq Azərbaycan Respublikası
Prezidentinin 21 oktyabr
2004-cü il tarixli, 462 nömrəli Sərəncamı ilə
"Azərbaycan Respublikasında
alternativ və bərpa olunan enerji mənbələrindən
istifadə olunması
üzrə Dövlət
Proqramı" təsdiq
edilib. Mütəxəssislər qeyd edir ki, bir sıra
dünya ölkələrində
tətbiq edilən layihələrdən biri də istilik nasoslarının köməyi
ilə geotermal enerjidən isitmə məqsədilə istifadə
olunmasıdır. İstilik nasosları
aşağı temperaturlu
istilik daşıyıcısının
temperaturunu xaricdən
enerji sərf etməklə yüksəltməyə
imkan verir. Bu zaman 1 kVt.saat
elektrik enerjisi sərf etməklə aşağı potensiallı
enerjidən 4 kVt.saata qədər yüksək potensiallı enerji almaq mümkündür.
Bununla bağlı Ukrayna Respublikasının Elm-İstehsalat
"Stels" Şirkətinin
mütəxəssisləri "Azəristiliktəchizat" ASC-də
geniş təqdimat keçirib.
Bir məqamı
da vurğulayaq ki, Avropa İttifaqının
Azərbaycan nümayəndəliyi
2012-2020-ci illər üçün
Azərbaycanda alternativ
və bərpa olunan enerji mənbələrindən
istifadəyə dair Dövlət Strategiyasının
hazırlanması haqqında
Prezident İlham Əliyevin imzaladığı
son Sərəncam haqda
müsbət filkir açıqlayıb. Avropa İttifaqı nümayəndəliyinin
sabiq rəhbəri
Roland Kobia mətbuata bildirib: "Neft və qazdan savayı, Azərbaycan günəş, külək,
su, geotermal və biokütlə enerjisi kimi böyük
yaşıl enerji potensialına malikdir. Prezident İlham Əliyevin təlimat verdiyi kimi, müvafiq qanunvericilik bazasının
tezliklə hazırlanması
yaranan sektorun inkişafına təkan verəcək, Azərbaycan
iqtisadiyyatına fayda gətirəcək, iqlim dəyişikliyi ilə mübarizə sahəsində
qlobal məqsədlərin
əldə edilməsinə
töhfə olacaq".
Onu da yada salaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 oktyabr 2004-cü il tarixli "Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında Sərəncamı bu məsələnin sürətlənməsinə böyük təkan verdi. Sənəddə bir sıra mühüm məsələlərə toxunulub və bu sahədə qabaqcıl ölkələrin təcrübəsi qeyd edilib. Sərəncamda bildirilirdi ki, bərpa olunan enerji mənbələrindən istifadə sahəsində Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda, Radiasiya Problemləri İnstitutunda, Azərbaycan Elmi-Tədqiqat Energetika və Enerji-layihə İnstitutunda, həmçinin Bakı Hidrolayihə İnstitutunda məqsədyönlü işlər aparılıb. Dövlət Proqramı "Enerji resurslarından istifadə haqqında", "Elektroenergetika haqqında", "Energetika haqqında", "Elektrik və istilik stansiyaları haqqında" Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 20 fevral tarixli, 854 nömrəli Fərmanı ilə təsdiq edilən "2003-2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı", 2002-ci il 25 mart tarixli, 893 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Enerji və su sektorlarında maliyyə intizamının gücləndirilməsi tədbirləri haqqında", "Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında" 2003-cü il 24 noyabr tarixli, 4 nömrəli Fərmanı, 2004-cü il 11 fevral tarixli, 24 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)", habelə "Azərbaycan Respublikasının Yanacaq və Energetika Nazirliyinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 aprel tarixli, 458 nömrəli Fərmanı və s. normativ-hüquqi sənədlər əsasında hazırlanıb. Sənəddə vurğulanırdı ki, külək enerjisi digər alternativ enerji mənbələri olan günəş, hidroenergetika, geotermal və biokütlə enerjisindən özünün maya dəyərinə, ekoloji təmizliyinə və tükənməzliyinə görə ən sərfəlisidir. Təcrübə göstərir ki, Azərbaycanın bir çox rayonlarında külək enerjisi qurğularının tətbiqinin böyük perspektivi var. Hesablamalara görə, Azərbaycan Respublikası özünün coğrafi vəziyyətinə, təbii şəraitinə və iqtisadi infrastrukturuna görə 800 MVt-a yaxın illik külək enerjisi ehtiyatına malikdir. Günəş enerjisi - Azərbaycanın təbii iqlim şəraiti günəş enerjisindən istifadə etməklə elektrik və istilik enerjisinin istehsalını artırmağa geniş imkanlar açır. Belə ki, günəşli saatların miqdarı il ərzində ABŞ-da və Orta Asiya ölkələrində 2500-3000 saat, Rusiyada 500-2000 saat, Azərbaycanda isə 2400-3200 saatdır. Günəş enerjisindən istifadənin inkişafı Azərbaycanın bir çox rayonlarında enerji problemini qismən həll edə bilər. Son zamanlar dünyanın bir sıra qabaqcıl dövlətlərində Fotovodtaik Proqramının (FVP) geniş şəkildə tətbiq olunmasına başlanıb. Azərbaycanın bu Proqrama cəlb olunması regionda belə tip enerji sistemlərinin tətbiqində mühüm rol oynaya bilər. Kiçik su elektrik stansiyaları - Azərbaycan Respublikasının ümumi enerji sistemində su elektrik stansiyalarının istehsal gücünün xüsusi çəkisi hazırda 17,8 faiz təşkil edir. 2003-cü ildə istehsal olunan elektrik enerjisinin 2,4 mlrd. kVt.s. su elektrik stansiyalarının payına düşür ki, bu da istehsal olunmuş ümumi elektrik enerjisinin 11,4 faizini təşkil edir.
Ölkədə indiyə qədər istifadə edilməmiş hidroenergetika ehtiyatlarının mənimsənilməsi üçün geniş imkanlar var. Bu istiqamətdə aparılmış tədqiqat işləri nəticəsində Azərbaycan Respublikasındakı çayların tam hidroenerji potensialının 40 mlrd. kVt.s., texniki cəhətdən əlverişli potensialın isə 16 mlrd. kVt.s. olduğu müəyyən edilib ki, bunun da 5 mlrd kVt.s. kiçik su elektrik stansiyalarının payına düşür. Su elektrik stansiyalarının tikintisi - sel sularının tənzimlənməsi, ekoloji cəhətdən təmiz elektrik enerjisi istehsalı və yeni suvarma sistemlərinin yaradılması kimi dövlət əhəmiyyətli məsələlərin həllində mühüm rol oynayır. Qeyd edək ki, alternativ enerji sahəsində irəliləyişlər əldə olunub. 1994-cü il sentyabrın 20-də 8 ölkəni təmsil edən 13 şirkətin imzaladığı "Əsrin müqaviləsi" ilə Xəzər neftinin Avropa və dünya bazarına çıxarılmasına imkan yaradılıb, 3 dənizi birləşdirən Bakı-Tiflis-Ceyhan neft və Bakı-Tiflis-Ərzurum qaz kəməri çəkildi və bununla da neft-qaz sənayesi inkişaf etdi. Mütəxəssislərə görə, Cənubi Qafqaz iqtisadiyyatının 80 faizi Azərbaycanın payına düşür. 2013-cü il fevralın 1-də yaradılan Dövlət Agentliyi günəş, külək enerjisindən elektrik enerjisi almaq üçün böyük işlər görüb. Bu sahədə görülən mühüm işlərdən biri Qobustan Poliqonunun yaradılmasıdır. Bu ilin mayında elektrik enerjisi istehsalına başlayan bu Poliqon indiyədək 1 milyon kilovat/saat enerji istehsal edərək "Azərenerji"yə təhvil verib. Dövlət Agentliyi "Azərbaycanda Dayanıqlı Enerjinin İnkişafı" layihəsi çərçivəsində BMT ilə səmərəli əməkdaşlıq edir. Eyni zamanda Avropa İttifaqı, Almaniya, İsveç, Çexiya, Slovakiya, Sloveniya, Ukrayna, Argentina, Türkiyə, Litva və digər ölkələrlə müxtəlif sahələr üzrə əmkdaşlıq əlaqələri qurulub. Rəsmi məlumatlara görə, 2020-ci ilədək Azərbaycanda istehlakın ümumi həcmində alternativ enerji mənbələrinin payı hazırkı 2,3 faizdən 9,7 faizə çatdırılacaq. Mətbuatd gedən fikirlərə görə, 2020-ci ilədək ümumi həcmi 2500 meqavat olan yeni enerji istehsal güclərinin formalaşdırılması hesabına istehlakın ümumi həcmində alternativ enerjinin payının artırılması planlaşdırılır. 2020-ci ilədək ölkədə istehsalın ümumi həcmində alternativ enerjinin payının hazırkı 10 faizdən 20 faizədək çatdırılması planlaşdırılır. Ötən ilin yekunları üzrə bunun 9,8 faizi su elektrik stansiyalarının, yerdə qalanı isə digər növlərin payına düşür.
Azərbaycanda alternativ enerji proqramı yüksək səviyyədə
həyata keçirilir. Bildiyimiz
kimi, artıq bir
sıra rayonlarda, ərazilərdə alternativ enerji
stansiyaları və ötürücüləri
quraşdırılıb. Bütün bunlar dövlətin sərvətidir. Alternativ enerji siyasətinin
həyata keçirilməsi üçün
böyük işlər görülür
və görülməkdə davam edir.
İradə SARIYEVA
Bakı xəbər. - 2015.- 25
avqust.- S. 12.