Nizami rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər

 

 

Bakının günü-gündən abadlaşan yaşayış rayonları sırasında Nizami rayonunun ayrıca yeri var. Bir neçə il Bakının Nizami rayonunda yaşamışam və rahatlığına, təmizliyinə, səliqə-sahmanına, sakinlərinin mehribanlığına görə bu rayonu çox sevmişəm. İnditez-tez Nizami rayonuna, onun mərkəzi sayılan "Neftçilər" metro stansiyası yaxınlığına yolum tez-tez düşür.

İntensiv getdiyim məkanlardan biri də Bakı Şəhər Nizami Rayonu Uşaq-Gənclər Yaradıcılıq Mərkəzidir.

Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinə gələn uşaqların sayı həddindən artıq çoxdur. Buradakı vəziyyət, Mərkəzin yüksək səviyyədə qurulması, müəllimlərin peşəkarlığı uşaqları buraya cəlb edir. Onu da qeyd edim ki, Yaradıcılıq Mərkəzinə qonşu rayonlardan da şagirdlər, hətta bağça uşaqları gəlir.

Mərkəzdə olarkən öyrəndim ki, burada rəsm, milli rəqs, bədii qiraət, mahnı teatrı, bədii naxış, təbiətsevənlər, gənc fototurist, bədii gimnastika, şahmat, fiziki hazırlıq, çoxbilənlər, uşaq sirk studiyası, vokal, dram, bal rəqsləri, xalçaçılıq, qobelen, muğamsevərlər, qarmonçalanlar, nağaraçalanlar, sazçalanlar, tarçalanlar, xalq çalğı alətləri ansamblı, bacarıqlı əllər, müasir rəqs, gənc dizayner, gənc proqramçı, "Çiçəyim" uşaq teatrı, ingilis dili, xor tədris olunur. Uşaqlar böyük maraqla bu Mərkəzə gəlir və burada çox sevdikləri sahəni öyrənirlər.

Aydın olduğu kimi, Mərkəzin başlıca vəzifəsi uşaqların dünyagörüşünün formalaşdırılması, məlumat dairəsinin genişləndirilməsi, asudə vaxtının səmərəli və maraqlı təşkili, istedad və qabiliyyətinin üzə çıxarılması, gənc nəsli respublikanın layiqli vətəndaşı kimi müstəqil həyata hazırlamaqdır. Mərkəzdə 3 şöbə - metodiki, kütləvi işlər və bədii yaradıcılıq şöbələri üç istiqamətdə aparır: dərnəklərlə, rayon ümumtəhsil məktəbləri, Uşaq Birliyi təşkilat rəhbərləri ilə və mədəni-kütləvi işlər.

Yaradıcılıq Mərkəzi Heydər Əliyev Fondu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Ombudsman aparatı və müxtəlif hökumət və qeyri-hökumət təşkilatları ilə əlaqəli işləyir. Məktəbdənkənar tərbiyə müəssisəsi olan Nizami Rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi 1974-cü ildən fəaliyyət göstərir. Təhsil Nazirliyinin tabeliyində olan Mərkəzdə 2000-ə yaxın uşaq, yeniyetmə və gənc aşağıda adları qeyd olunan 30 adda müxtəlif dərnəklərdə öz asudə vaxtlarını səmərəli və faydalı keçirir.

Böyük Azərbaycan mütəfəkkiri, dahi şair Nizami Gəncəvinin adını daşıyan rayon 1980-cı ilin noyabr ayında yaradılıb. Bildiyimiz kimi, rayonun ərazisi 19,6 kv. km-dir.

Bakının qədim yaşayış məntəqələrindən sayılan Keşlə qəsəbəsi rayonun inzibati ərazi bölgüsünə daxildir. Qəsəbənin ərazisi 10,4 kv. km-dir. Qəsəbədə Rayon İcra Hakimiyyətinin Keşlə qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi fəaliyyət göstərir.

Bakı şəhəri Nizami rayon inzibati ərazi vahidi tərkibindəki Nizami rayonu ərazisinin inzibati ərazi dairəsi ilə əhatə olunmayan hissəsində Nizami Rayon İcra Hakimiyyətinin 1, 2 və 3 nömrəli sahə inzibati ərazi dairələri yaradılıb və bu sahə inzibati ərazi dairələrində Rayon İcra Hakimiyyətinin nümayəndəlikləri fəaliyyət göstərir.

1 nömrəli sahə inzibati ərazi dairəsinin sahəsi 2,36 kv. km, 2 nömrəli sahə inzibati ərazi dairəsinin sahəsi 2,44 kv. km, 3 nömrəli sahə inzibati ərazi dairəsinin sahəsi isə 4,4 kv. km-dir. Rayonda yerli özünüidarəetməni Nizami və Keşlə bələdiyyələri həyata keçirir.

Nizami rayonu Nərimanov, Sabunçu, Suraxanı və Xətai rayonlarının inzibati əraziləri ilə əhatə olunur. Heydər Əliyev, Qara Qarayev və Babək prospektləri, son illərdə yeni inşa olunmuş müasir yolötürücü kompleksləri ilə yanaşı, "Koroğlu", "Qara Qarayev", "Neftçilər" və "Xalqlar dostluğu" metro stansiyaları Bakı şəhərinin yol-nəqliyyat infrastrukturunda xüsusi əhəmiyyətə malikdir.

Sənayenin müxtəlif sahələrini özündə birləşdirən Nizami rayonunda Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu, Elektron Hesablama Maşınları Zavodu, Peyk Zavodu, "NJT-2000" firması, "Bakı Şərab-1" ASC, "Azərtunelmetrotikinti" SC-nin Dəmir-beton Konstruksiyaları Zavodu, "Körpü Tunel" ASC, "Bakı Diyircəkli Yastıq" ASC, "European-Tobacco Baku" ASC, "Bakı Yağ-Qida Sənaye" ASC, "Veysəloğlu" MMC, "Kaspi-Yıldız" MMC kimi müəssisələr, 18 bank filialı, Nizami Telefon Qovşağı, 7 rabitə şöbəsi, iri ticarət və iaşə mərkəzləri fəaliyyət göstərir. Bildirək ki, rayonda 22 orta ümumtəhsil məktəbi, "Zəngi" liseyi, Kimya-biologiya təmayüllü respublika liseyi, "Dədə Qorqud" özəl türk liseyi, Uşaq-Gənclər və Texniki yaradıcılıq mərkəzləri, 20 uşaq bağçası, 1 uşaq evi, Kar uşaqlar üçün 2 respublika internat məktəbi, 2 peşə liseyi, 1 peşə məktəbi, 2 kollec və özəl ali təhsil ocağı olan "Xəzər" universiteti yerləşir. Rayon ərazisində 9 xəstəxana, 13 ambulator poliklinika fəaliyyət göstərir.

6 stadion, 8 idman-sağlamlıq kompleksi, 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi əhalinin, xüsusilə də gənclərin sağlam həyat tərzinin təminatına xidmət edir. Paytaxtın ekoloji vəziyyətinin yaxşılaşdırılması məqsədilə vaxtilə mövcud olmuş sənaye müəssisələrinin köçürülməsi nəticəsində boşaldılmış ərazilərdə yeni yaşayış massivləri, mərkəzi icra hakimiyyəti orqanlarının müasir inzibati binaları, olimpiya idman kompleksləri inşa olunur, abadlıq-quruculuq işləri aparılır. Bakı şəhərinin perspektiv inkişafı ilə bağlı həyata keçirilən irimiqyaslı və məqsədyönlü tədbirlər Nizami rayonunun da simasını dəyişir, onun abadmüasir rayon kimi daha da gözəlləşməsinə böyük imkanlar yaradır.

Qeyd edim ki, Nizami rayonunda mütəmadi olaraq təmir-tikinti işləri aparılır, burada abadlığa xüsusi fikir verilir. Onu da da vurğulayım ki, Nizami Rayon İcra Hakimiyyəti tərəfindən tez-tez müharibə əlilləri və veteranları ilə görüşlər keçirilir, onların qayğısına qalınır. Belə tədbirlər orta məktəblərdə şagirdləri maarifləndirmək baxımından çox əhəmiyyətlidir. 12 saylı tam orta məktəbdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu ilə Nizami Rayon İcra Hakimiyyətinin birgə təşkil etdiyi "Devizimiz sağlam həyat tərzidir" adlı rayon tədbirinin bu baxımdan əhəmiyyəti böyükdür.

Nizami rayonunda 2015-ci ilin doqquz ayının sosial-iqtisadi göstəricilərinə nəzər saldıqda xeyli inkişafın şahidi olursan. Belə ki, 2015-ci ilin 9 ayı ərzində rayonda fəaliyyət göstərən müəssisələr tərəfindən 346,9 milyon manat dəyərində məhsul istehsal edilib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 5,1 faiz çoxdur. İstehsal olunmuş məhsulun 24,8 faizi qeyri-dövlət sektoruna aiddir. Sənayenin dövlət sektorunda 260,9 milyon manatlıq və ya ümumi istehsalın 75,2 faizi qədər məhsul istehsal edilmiş və xidmətlər göstərilib. Müəssisələr tərəfindən bazar münasibətlərinin düzgün qurulması nəticəsində 2015-ci ilin 9 ayında istehlakçılara 364,4 milyon manat dəyərində məhsul göndərilib. 2015-ci ilin 01 oktyabr tarixinə olan vəziyyətə görə müəssisələrin anbarlarında hazır məhsul qalığının həcmi 1,7 milyon manat olub. Cari ilin doqquz ayında rayonda iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələri hesabına əsas kapitala 162,8 milyon manat həcmində investisiya yönəldilib. Dövlət mülkiyyətinə məxsus müəssisə və təşkilatlar əsas kapitala 81,6 min manat (50,1 faiz), qeyri-dövlət mülkiyyətinə məxsus müəssisələr isə 81,2 milyon manat (49,9 faiz) sərmayə yönəltmişlər. Adambaşına düşən investisiyaların həcmi il ərzində 836,6 manat olub. Hesabat dövrü ərzində bütün maliyyə mənbələri hesabına 24,5 milyon manatlıq əsas fondlar istifadəyə verilib. 2015-ci ilin yanvar-sentyabr aylarında istifadə edilmiş investisiyaların 150,9 milyon manatı və ya 92,7 faizi tikinti-quraşdırma işlərinə sərf edilib ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 6,1 faiz çoxdur.

Cari ilin 9 ayında pərakəndə ticarət dövriyyəsinin həcmi 0,2 faiz artaraq 1450,0 milyon manat olub. Ümumi ticarət dövriyyəsinin 16,9 faizi ticarət fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin, 22,7 faizi fiziki şəxslərin, 60,4 faizi yarmarka və kənd təsərrüfatı məhsulları bazarlarının payına düşür. İlin əvvəlindən özəl müəssisələrin fəaliyyət dairəsi daha çox genişlənmiş və rayon əhalisinin ərzaq və qeyri-ərzaq mallara olan tələbatının ödənilməsində onlar müstəsna rol oynamışlar. Pərakəndə ticarət dövriyyəsinin, demək olar ki, 100,0 faizi onlar tərəfindən aparılıb. Hesabat dövründə iaşə müəssisələrində 37,2 milyon manatlıq xidmət göstərilib ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 8,5 faiz çoxdur. 2015-ci ilin yanvar-sentyabr aylarında əhaliyə göstərilən pullu xidmətlərin həcmi 180,8 milyon manat olub. Pullu xidmətlərin 72,8 milyon manatı və ya 40,3 faizi hüquqi şəxslərin, 108 milyon manatı və ya 59,7 faizi fiziki şəxslərin fəaliyyəti hesabına yaranıb. Hesabat dövründə məişət obyektlərində 29,3 milyon manatlıq müxtəlif xidmətlər göstərilib ki, bu da əhaliyə göstərilən pullu xidmətlərin 16,2 faizini təşkil edib. 2015-ci ilin 9 ayında rabitə sahəsində 244,2 milyon manat dəyərində xidmətlər göstərilib ki, bu da əvvəlki ilə nisbətən 38,0 faiz çox olub. Nəqliyyat sahəsində isə 84,7 milyon manat dəyərində və ya 29,3 faiz çox xidmət göstərilib. Hesabat dövründə Nizami rayonunda 1847 yeni yeri açılıb ki, ondan 307-si yeni açılmış, 210-u mövcud müəssisə və təşkilatlara, 1330-u isə fiziki şəxslərə aiddir. Ümumilikdə 2003-cü ildən bu günə kimi rayonda 28012-si daimi yeri olmaqla 28109 yeni yeri açılıb. Cari ilin yanvar-avqust aylarında orta aylıq əməkhaqqı ötən illə müqayisədə 7,3% artaraq 528,3 manat təşkil edib. Ayrı-ayrı sahələr üzrə-sənaye sahəsində-11,0 faiz, informasiya və rabitə sahəsində-11,2 faiz, maliyyə sahəsində-14,0 faiz, tikinti sahəsində-21,9 faiz, dövlət idarə edilməsi və müdafiə sahəsində-7,7 faiz, təhsil sahəsində-0,8 faiz, səhiyyə sahəsində-3,9 faiz, istirahət, əyləncə, incəsənət sahəsində- 3,7 faiz, inzibati və yardımçı xidmətlərin göstərilməsi üzrə isə 28,6 faiz artıb.

Nizami rayonunun sosial-iqtisadi inkişaf dinamikasını biz rəqəmlərdə gördük. Bu inkişafı rayon sakinləri təqdir edironlar hesab edir ki, yeni yerlərinin açılması rayon sakinlərinin işlə təmin olunması deməkdir. "Neftçilər" metro stansiyası ətrafında aparılan abadlıq və yenidənqurma işləri hələ də davam etdirilir.

Yeni obyektlər inşa edilir. Bu da rayon sakinləri arasında işsizliyin aradan qalxmasına şərait yaradır. Nizami rayonu günü-gündən inkişaf edirbu inkişafı hər birimiz alqışlayırıq. Çünki inkişaf olan yerdə xoşbəxtlik var.

İradə SARIYEVA

Bakı xədər.- 2015.- 12 dekabr.- S.13