Oğuz kəndlərində dövlət tərəfindən qorunan tarixi abidələr...

Azərbaycanın qədim memarlıq abidələri haqqında yazarkən, ümumiyyətlə, bu mövzunu araşdırarkən qarşımıza olduqca maraqlı faktlar çıxdı. Bu abidələr ulu babalarımızın qurub yaratdığı, bugünkü və bizdən sonrakı nəsillərə miras qoyduğu daş abidələr, daş məktublardır. O abidələrə baxdıqca ulularımızın səsini eşidir, onların həyat tərzi, düşüncəsi, dünyagörüşü, sahib olduğu maddi mədəniyyət haqqında bilgi alırıq.

...Tədqiqatçılar qeyd edir ki, Azərbaycan ərazisi Qafqaz Albaniyası ilə bağlı olan qədim və orta əsr memarlıq abidələri ilə zəngindir. Rayonun şimal-şərqində yerləşən məbəd öz memarlıq üslubuna görə xüsusilə fərqlənir. Onu da qeyd edək ki, özünəməxsus üslub xüsusiyyətləri və plan quruluşu olan bu abidə qədim və orta əsr memarlığının ən gözəl və maraqlı nümunəsidir. Tədqiqatçılar yazır ki, həm daxili quruluşu, həm də əzəmətli xarici görkəmi onu "dindirməyi" bacaranlara - arxeoloqlara, memarlara, inşaatçılara çox şey deyə bilər. Abidənin ilk baxışdan dəqiq memarlıq biçimi, kompozisiya aydınlığı diqqəti cəlb edir. Məbədin divarlarının hündürlüyü 6 metr olub, şərqdən giriş, qərbdən çıxış qapıları qoyulub. Binanın 5 iri pəncərəsi var. Bunlardan 3-ü şimal divarına, 2-si isə cənub divarına qoyulub. Məbəd yonulmuş müxtəlif ölçülü çay daşı və əhəng məhlulundan inşa edilib. Yalnız qapıların kənar hissələri və binanın künclərində tuf daşından istifadə olunub. Plan quruluşuna görə düzbucaqlı formaya malik olan məbədin şimal və cənub tərəflərində iki otaq (bunların arasında isə yarımdairəvi formalı üçpilləli stilobat) yerləşir. Məbədin əsasını təşkil edən zal otağının diametri təxminən 14 metrdir. Binanın tavan hissəsi isə 3 künbəzli barabandan ibarət olub, 4 enli dayaq üzərində dayanıb. Dayaqlar zalı həm də 3 hissəyə bölür. Binanın dayaqları hamar yonulmuş daşdan hörülüb. Döşəməyə də hamar daş döşənib. Binanın barabanları tuf daşından dairəvi formada tikilib. Ümumiyyətlə, abidənin kompozisiyasını, konstruktiv xüsusiyyətlərini, Azərbaycan ərazisində yerləşən digər alban abidələri ilə eyniyyət təşkil etməsini nəzərə alsaq, onun tikilmə tarixini VI əsrə aid etmək olar. Oğuz rayon tarix-diyarşünaslıq muzeyinin yerləşdiyi məbəd də dövlət tərəfindən mühafizə edilən memarlıq abidələrindəndir. Binanın tarixi dəqiq müəyyənləşdirilməsə də, bu günöz möhtəşəmliyi ilə əzəmətini saxlamaqdadır. Abidə 1 günbəzli tikinti qrupuna daxildir. Günbəzin barabanı daxildən və xaricdən dairəvi formadadır. Mərkəzdəki dairənin daxilində- künclərdə dörd yoğun pilon (sütun, dayaq) günbəzaltı kvadratı əmələ gətirmiş plan kompozisiyasının əsasını təşkil edir. Binanın ümumi sahəsi 112 kv. m., hündürlüyü təxminən 10-metrdir. Abidədə inşaat materialı kimi iri kvadrat formada kəsilmiş tuf daşından və kirəc məhlulundan istifsdə edilib. Onun 4 ədəd iri, 2 ədəd kiçik ensiz sahəsi var. Bu abidə 1981-ci ildə bərpa olunaraq bu günə kimi tarix-diyarşünaslıq muzeyi kimi istifadə edilir.

Oğuz rayonunun tarixinin maraqlı nişanələrindən biriYaqublu kəndi yaxınlığında Kərimli kənd bələdiyyəsinə məxsus torpaq sahəsində yerləşən qədim kurqanlardır.

Oğuz rayonunun Calud kəndi ərazisində qədim tuf daşından tikilmiş daha bir memarlıq abidəsi - məbəd binası da var ki, bu günbu abidənin tarixi müəyyənləşdirilib. Abidənin bərpasına böyük ehtiyac varbinadan heç bir məqsədlə istifadə olunmur. Dövlət tərəfindən mühafizə edilir.

Digər abidələr rayonun ən böyük kəndləri - XaçmazSincan kəndlərində yerləşir. Xaçmaz kəndi ərazisində 2 məscid var ki, tarixləri XIX əsrə aiddir. Məscidlərdən biri bərpa olunaraq kənd məscidi kimi, dini məktəb kimi istifadə olunur. Xaçmazdakı digər məscid dövlət qeydiyyatında olsa da, bərpa olunmayıb, hazırda istifadə olunmur. Sincan kəndindəki məscid dövlət tərəfindən mühafizə edilərək XIX əsrə aid abidələrdən hesab edilir. Dini dərslərin tədrisində binadan istifadə edilir. Oğuz rayonunun cənub-qərbində yəhudilərə məxsus 2 qədim sinaqoq binaları var. Bu qədim ibadət binasının üzərindəki ivrit dilində yazılmış daş kitabədən bəlli olur ki, bina 1897-ci ildə inşa edilib. Bina təxminən 2007-ci ildə Oğuzda yaşayan yəhudilərin, yəhudi dini icmasının, İsraildə yaşayan yəhudilərin maliyyə dəstəyi ilə çox nəfis şəkildə bərpa edilib.

Bu qədim abidədən başqa yenə Oğuzun cənub-qərbində bir başqa sinaqoq da var ki, bu abidənin üzərindəki ivrit dilində yazılmış kitabədə tarixi 1849-cu il göstərilib. Abidə 2 mərtəbəli olub, təxminən 5 il əvvəl bərpa edilib. Binada yəhudilərə məxsus bütün dini bayramlar, mərasimlər, rituallar bu günolunur. Məscidlərin hər birinin öz ravini (mollası) var, həm də orada ivrit dili öyrədilir, dini dərslər tədris olunur.

Ancaq onu da qeyd edək ki, bu 2 abidənin hər ikisi də dövlət tərəfindən qeydiyyatda olan abidələr siyahısına salınmayıb.

Daha bir məbəd Oğuz rayonunun Qarabulaq kəndinin qərb hissəsində yerləşir. Bina düzbucaqlı formada inşa edilib. Kənd sakinlərinin söylədiklərinə görə, əvvəllər üçmərtəbəli olmuş, hazırda bir mərtəbəsi qalır. Məbədin tavanı dörd iri sütun üzərində dayanıb. Bu sütunlar yarımdairəvi tağlar şəklində qurulub. Binanın içəri hissəsində, baş tərəfdə keşiş dayanmaq üçün kürsü var. Kürsünün sağsol divarlarında işıq düşmək üçün kiçik ölçüdə üç pəncərə var. Məbədin şərq divarında gizli yeraltı yol var. İnşaat materialı kimi binanın tikintisində tuf daşından, əhəng məhlulundan, gildən istifadə edilib.

Qarabulaq kəndində yerləşən ikinci alban məbədi təxminən kəndin mərkəzində, çox da hündür olmayan təpə üzərində inşa edilib. Bina düzbucaqlı quruluşa malikdir. Binanın qərb divarında yeganə bir qapısı var. Məbəd iri bir zaldan ibarət olub, tavanı dörd sütun üzərində yarımdairəvi tağlarla qurulub. Məbədin yuxarı hissəsində keşiş dayanması üçün kürsü var. Kürsünün sağsol divarlarında çox güman ki, şamdanlar qoymaq üçün taxçalar düzəldilib. Hər taxçanın üst hissəsində işıq düşmək üçün kiçik pəncərələr qoyulub. Hazırda məbədin tavanının orta hissəsi uçub tökülüb.

Qədim alban qəbiristanlığı da Qarabulaq kəndinin mərkəzində kiçik təpə üzərində yerləşir. Qəbiristanlığın ərazisində təxminən iyirmiyə qədər sənduqə formalı baş daşları var.

Abidə Oğuz rayonunun Malıx deyilən ərazisindən təxminən 1 km cənub-qərbdə hündür bir təpə üzərində inşa edilib. Qala divarları ilə əhatə olunmuş ərazi 1 ha-a yaxındır. Qalanın divarları bəzi yerlərdə sıldırım qayalıqda, bəzi hissələri isə təpənin kənarları ilə uzanıb gedir. Qalanın bu gün qalan tikililərinin əsas hissələri künc hissələrindədir. Qalanın cənub-qərb hissəsindəki künc divarında iki sıra mazğal yerləri bu gün də qalmaqdadır. Qala qalıqlarından bəlli olur ki, divarların hörülməsində çay daşından, əhəng və gil məhlulundan istifadə edilib. Qalaya uzanan yola baxdıqda dəqiq müəyyən etmək olur ki, çox da enli olmayan bu yol fayton yolu olub. Xarabalıqları qalmış bu qalanın heç bir mənbədə adı çəkilmədiyi üçün elmi araşdırmaya, arxeoloji qazıntı işləri aparılmasına ehtiyac var.

Oğuz rayonunun tarixinin maraqlı nişanələrindən biriYaqublu kəndi yaxınlığında Kərimli kənd bələdiyyəsinə məxsus torpaq sahəsində yerləşən qədim kurqanlardır. Məlumat üçün onu da qeyd edək ki, "Kurqanlar çölü" adlandırılan bu ərazidə vaxtilə mövcud olmuş 9 kurqandan 5-i öz ilkin formasını saxlamış, 4-nün isə yerüstü hissəsi təsərrüfat işləri aparılarkən dağıdılıb. Son 2 ildə həmin bu ərazidə genişmiqyaslı arxeoloji qazıntı işləri aparılmış, eramızdan 1500 il bundan əvvələ aid qədim əşyalar tapılıb.

Milli Elmlər Akademiyasının ArxeologiyaEtnoqrafiya İnstitutunun Şəki-Qax arxeoloji dəstəsinin rəisi Nəsib Muxtarovun rəhbərlik etdiyi ekspozisiya kurqanlarda aparılan arxeoloji qazıntılar zamanı yalnız Azərbaycanın deyil, həm də regionun tarixinin öyrənilməsi üçün maraqlı, nadir arxeoloji materiallar üzə çıxarıb. Kurqanlardan 1-nin ölçüsü 12 metrdir. Həmin ərazidən gildən düzəldilmiş quşilan fiqurları, eramızdan əvvəlki minilliklərə aid 100-ə qədər qab, mis, tunc, sümükdən hazırlanmış ox ucları, tunc və misdən hazırlanmış əşyalar, qızıldan hazırlanmış öküz maskası da aşkarlanıb. Arxeoloqlar belə bir qənaətə gəlmişlər ki, kurqanlar tunc dövrünün sonu, ilk dəmir dövrünə aiddir. Kurqanın üstündə günbəz də tikilib.

Oğuz rayonunda son illər davamlı olaraq müxtəlif kurqanlar ərazisində arxeoloji qazıntı işləri davam etdirilir.

Oğuz Azərbaycanın qədim yaşayış məskənlərindən biri kimi özündə olduqca zəngin mədəniyyəti qoruyur. Azərbaycanda dövlət səviyyəsində abidələrin mühafizəsinə xüsusi diqqət yetirilir. Oğuzun gözəl təbiəti, turizm üçün əlverişli olması həm vətəndaşlarımızı, həm də turistləri rayona çəkir. Onlar burada qədim çağlardan qalan abidələrlə, kurqanlarla tanış olur. Əlbəttə, ululardan əmanət qalan maddi-mədəniyyət abidələrini dövlətlə yanaşı, vətəndaşlar da, ictimaiyyət də qorumalı, onun qeydinə qalmalıdır. Çünki hər bir abidə tarixdən tarixə mirasdır.

İradə SARIYEVA

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.

Bakı xəbər.- 2015.- 25 dekabr.- S.15