Şirvanşahlar Saray Kompleksi yaşayan tariximiz...

 

Tariximizin hər səhifəsi xalqımız üçün dəyərlidir. Bu misiliz xəzinədən əsrlərdir bəhrələnir, bədii-estetik zövqümüzü formalaşdırırıq. Bakının mərkəzində yerləşən yüzillərdən bəri öz memarlıq quruluşuna, tarixi əhəmiyyətinə görə seçilən Şirvanşahlar Saray Kompleksi bu gün öz əzəmətini qoruyur. Bu kompleksin hazırda dövlət qayğısı ilə tam əhatə olunduğu bəllidir.

Tarixdən məlumdur ki, XV əsrdə Şirvanşah I Xəlilullahın dövründə tikilən Saray Kompleksi İçəri Şəhərdə yerləşir. Bu Saray Kompleksi Yaxın Şərqin ən görkəmli memarlıq abidələrindən biridir. Kompleksə Şirvanşahlar Sarayı, Divanxana, Keyqubad məscidi, Şirvanşahlar türbəsi (1435-1436), Şah məscidi (1441), Seyid Yəhya Bakuvi türbəsi, Murad darvazası (1585), saray hamamı ovdan daxildir. 1964-cü ildən muzey-qoruq kimi fəaliyyət göstərir dövlət tərəfindən mühafizə olunur. Onu da qeyd edək ki, 2000-ci ildə UNESCO tərəfindən İçəri Şəhər Qız qalası ilə birlikdə Ümumdünya Mədəni İrsi Siyahısına daxil edilib.

Şirvanşahlar memarlıq kompleksinin aşağı həyətində yerləşmiş Şirvanşahlar türbəsi ilə Şah məscidi birlikdə yuxarı həyətin memarlıq kompleksindən fərqlənən, kiçik bir tikinti kompleksi yaradıb. Düzbucaqlı prizma formasında olan Şirvanşahlar türbəsinin şərq fasadı portal (baş tağ) kompozisiyası ilə qeyd edilib dekorativ ünsürlərlə bəzədilib. Bu binanın ifadəli görkəm almasına kompozisiya aydınlığı memarlıq formalarının ciddiliyi səbəb olub. Türbə tikintisində işıq kölgə ləkələrinə, şaquli memarlıq hissələri ilə üfüqi formalar arasındakı kontrastlığa ustaların məharətlə yaratdığı daş üstündəki oymalara geniş yer verilib.

Binanın daxili hissəsi çatma günbəzlə nəhayətlənib. Cənub şimal tərəflərdə yerləşmiş xidmət otaqları tağ tavanla örtülüb. Şimal tərəfdəki otaqda dama aparan dolama pilləkənlər yerləşdirilib. Daxili quruluşun əsas hissəsi salona verilib. Salonun divarlarında çatma tağlı dərin taxçalar yerləşdirilib. Salonun üstü itibucaqlı təpəsi olan günbəzlə örtülüb. Bu günbəz kürəvi formalı yelkənlər üzərində yerləşdirilib. Günbəzin daxili səthi zərif dilim hissələrə parçalanıb. Salonun qərb tərəfindəki iki kiçik otaqda türbə əmlakı saxlanırmış. Salonun ciddi üslublu memarlıq görkəmində nəzərə çarpan cəhət interyerlə qamətli günbəzin düzgün nisbətdə tikilməsidir. Günbəz vaxtilə firuzəyi kaşı lövhələrlə örtülü olub. Bu türbəni fərqləndirən əlamətdar xüsusiyyətlərdən biri onun yeraltı sərdabə hissəsinin olmasıdır. Nəşlər salonun döşəməsində yerləşdirilmiş sərdabələrdə dəfn edilib sərdabə daş lövhələrlə örtülüb.

Türbənin baş tağı Azərbaycan portallarının ən gözəllərindəndir. Bu baş tağın dilimi tavanı yuxarıdan çatma yarımgünbəzlə nəhayətlənib, aşağıdan isə stalaktitlərlə bəzədilib. Yarımgünbəz 4 cərgədə yerləşdirilmiş stalaktit kəmərinə söykənib.

Baş tağda çatma tağın üstündə nəbati üslublu naxışlar, sol sağdakı medalyonda isə güzgü əksliyi ilə təkrar olunan "Memar Əli" sözləri verilib, portalın yuxarı hissəsində isə nəsx xətti ilə iki sırada Quran ayələri qabarıq formada oyulub. Baş tağı soldan ayıran çatma tağlı giriş qapısının üstündəki ikisətirli daş kitabə abidənin tikilmə tarixindən xəbər verir:

Ən böyük sultan, əzəmətli Şirvanşah, Allahın nəbisinin adaşı, dinin köməkçisi-Allah onun dövlət hökmdarlığını əbədi etsin-anası oğlu üçün-Allah onların hər ikisinə rəhmət etsin-bu nurlu türbənin tikilməsinə 939-cu ildə (miladi 1435-1436) əmr etdi.

Şirvanşahlar Saray Kompleksinin şimal-qərb hissəsində, divarla əhatə edilmiş kvadrat həyətdə Divanxana yerləşir. Həyətin ortasında 1,5 metr hündürlüyündə olan bünövrənin üstündə divanxananın səkkizguşəli mərkəzi pavilyonu ucaldılıb. Bu pavilyonun mərkəzi salonu beş tərəfdən açıq eyvana baxır. Divanxananı təşkil edən xüsusi formalı sütunlar onların yaratdığı çatma tağlı arka abidənin mərdlik, qüvvət müdriklik ifadə edən memarlıq obrazını yaradıb.

Abidənin damı ikiqat örtüklə örtülüb, xarici görünüşü dilim-dilim memarlıq formasındadır. Divanxana həyətinin divarları boyu sütunlar üzərində qurulmuş çatma tağlı arkaların yaratdığı uzun, düzbucaqlı eyvan mərkəzi binanı, pavilyonu üç tərəfdən əhatə edir. Həyətin günbatana baxan xarici giriş yolu küçə tərəfdən dərin baş tağla qeyd edilib. Abidənin ikinci baş tağı pavilyonun çatma tağlı eyvanına qərb tərəfdən bitişərək, darısqal yerdə, pavilyona əzəmətlilik, vüqar ucalıq təsiri bağışlayır. Bu portalın çatma tağlı taxçası zərif, dilim-dilim formalı yarımgünbəzlə nəhayətlənir. Bu yarımgünbəz zəngin stalaktitlər quruluşuna söykənib. Baş tağın timpanları giriş yolunun üstündəki səth üzərində oyma naxışlarla, qabarıq nəbati ornamentlərlə bəzədilib. Güman edilir ki, giriş yolunun üstündə abidənin tarixinə dair yazılar olub, lakin vaxtsa silinib.

Bildirək ki, 1932-1934-cü illərdə Şirvanşahlar Sarayının təmiri bərpası sahəsində müəyyən işlər görülüb ki, bu da abidənin uçmasının qarşısını alıb. Həmin dövrdə abidədən Azərbaycan Tarix Muzeyinin binası kimi istifadə etmək nəzərdə tutulurdu. Saray Kompleksinin ardıcıl şəkildə öyrənilməsi tədqiq edilməsi işlərinə yalnız Böyük Vətən Müharibəsindən sonra başlanıb. 1945-ci ildə Şirvanşahlar Saray Kompleksinin ayrı-ayrı abidələri elmi əsaslarla bərpa edilməyə başlanıb. Bərpa işlərinə AMEA-nın həqiqi üzvü, professor Sadıq Dadaşov rəhbərlik edib. Lakin 1946-cı ildə alimin vəfatı Şirvanşahlar Saray Kompleksinin bərpasını xeyli ləngidib. Yalnız 1950-ci ildə memarlıq işləri idarəsində elmi-bərpa istehsalat emalatxanasının yaradılması nəticəsində Şirvanşahlar Saray Kompleksinin bərpası yekunlaşdırılıb.

Qeyd etdiyimiz kimi, Azərbaycan dövlətinin milli mədəni irs silsiləsində özünə müstəsna yer tutan Şirvanşahlar Saray Kompleksinə maraq diqqəti böyükdür. Onu da bildirək ki, Şirvanşahlar Saray Kompleksinin binası dövlət tərəfindən əsaslı şəkildə təmir edilib, burada bərpa işləri aparılıb.

Qədim Saray Kompleksi dünya muzeyləri ilə sıx əməkdaşlıq əlaqələri saxlayır: Rusiya Federasiyasının, MDB dövlətlərinin, Türkiyə, İran, Amerika, İngiltərə, İtaliya, Yaponiya, Norveç muzeyləri ilə təcrübə mübadiləsi aparır. 2009-cu ilin may ayında Şirvanşahlar Saray Kompleksi Dövlət tarixi-memarlıq qoruq-muzeyi özünün təsis edilməsinin 45 illiyi ərəfəsində 15 milyonunçu fəxri tamaşaçısını təntənəli surətdə qəbul edib.

"İçəri Şəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Bakının qədim tarixinin rəmzlərindən olan, min illik tarixə malik Şirvanşahlar dövləti hökmdarlarının iqamətgahı, orta əsr Şərq memarlığının nadir incilərindən biri, UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş Şirvanşahlar Saray Kompleksində yeni muzey ekspozisiyasını təqdim edib.

Onu da bildirək ki, 2014-cü ildə ölkə başçısı İlham Əliyev

Şirvanşahlar Saray Kompleksində olub. Dövlət tarix-memarlıq qoruq-muzey statusunu almış Şirvanşahlar Saray Kompleksi tarixində ilk dəfə olaraq qonaqları müasir dünya standartlarına cavab verən muzey ekspozisiyası ilə qarşılayır. İçəri Şəhər ərazisində yerləşən çoxsaylı tarixi abidələrin qorunub saxlanması, bərpası və təbliği sahəsində həyata keçirilən genişmiqyaslı işlər Prezident İlham Əliyevin milli-mədəni irsimizə göstərdiyi daimi diqqət və qayğısı nəticəsində mümkün olub. Ölkəmizin mədəni dəyərlərinin, o cümlədən zəngin tarixi-memarlıq irsinin incilərindən biri olan İçəri Şəhərin qorunmasında və dünyada tanıdılmasında Azərbaycanın birinci xanımı, UNESCO-nunİSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun böyük rolu xüsusi qeyd edilməlidir. Məhz Heydər Əliyev Fondunun təşəbbüsü ilə maddi-mədəniyyət abidələrimizin, xalqımızın zəngin mənəvi irsinin qorunması və təbliği istiqamətində müxtəlif layihələrin ardıcıl olaraq həyata keçirilməsi nəticəsində Azərbaycan mədəniyyəti dünya miqyasında tanınmağa başlayıb. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Şirvanşahlar Saray Kompleksində yeni yaradılan muzey ekspozisiyası ilə yaxından tanış olublar. Şirvanşahlar Saray Kompleksində muzey ekspozisiyasının hazırlanması prosesində abidənin tarixi, memarlıq xüsusiyyətləri, saray həyatı və burada yaşamış hökmdarlar haqqında elmi tədqiqatlar aparılıb, müvafiq məlumatlar toplanaraq sistemləşdirilib. Yeni ekspozisiyanın yaradılmasına yerlixarici mütəxəssislər cəlb olunubbu işlər dünya muzeylərinin tərtibatı sahəsində ixtisaslaşan Avstriyanın "Arteks" şirkəti ilə birgə həyata keçirilib. Ekspozisiyada zəngin muzey eksponatları ilə yanaşı, videoproyeksiya, animasiyalı multimedia, audiovideo təqdimatlardan da geniş istifadə olunub. Bununla yanaşı, Şirvanşahlar Saray Kompleksində qonaqlar ilk dəfə multimedia bələdçilərindən də faydalana biləcək. "İpad Mini" bazasında hazırlanmış multimedia bələdçisi vasitəsilə ekspozisiyanın mövzuları ilə bağlı audio yazını Azərbaycan, ingilis, rus, alman və fransız dillərində dinləmək, müvafiq fotovideo materiallarla tanış olmaq mümkün olacaq. Sarayın taxt-tac zalının tərtibatı və burada nümayiş etdirilən eksponatlarvideo təqdimatlar Şirvanşahlar dövründə olan ab-havanı və interyer elementlərini təsəvvür etməyə imkan yaradacaq, Şirvanşahların tarixinin həcmli animasiyalı modeli isə buraya gələnlərdə xüsusi maraq doğuracaq. Muzeydə, həmçinin, saray həyatı, şəhər memarlığı, etnoqrafiya, musiqi, xəttatlıq, arxeologiya kimi maraqlı mövzular da təqdim olunur.

Muzey ekspozisiyası, həmçinin, Saray Kompleksinin ikimərtəbəli yaşayış binasının əvvəllər bura gələnlər üçün bağlı olan aşağı mərtəbəsini də əhatə edir. Binanın aşağı mərtəbəsinin otaqlarında Şirvanşahların dənizdən müdafiə istehkamına - Bayıl qəsrinə aid geniş ekspozisiya da təqdim edilir. Bununla yanaşı, muzey ekspozisiyasına hazırlıq mərhələsində Saray Kompleksinə daxil olan yaşayış binasının divarlarının əzəli daş hörgüsü bərpa edilib, ərazidə abadlıq işləri aparılıb.

Şirvanşahlar Saray Kompleksi bu gün şəhərimizin ən əzəmətli abidələrindən biri olaraq diqqətimizi cəlb edir. Burada zəngin tariximiz, şanlı keçmişimiz yaşayır. Hər daşı, qayası, hər bir eksponatı bizim üçün əzizdir.

 

İradə SARIYEVA

Bakı xəbər.-2015.- 11 fevral.- S.15.