Beynəlxalq Ana Dili Günü və Azərbaycan dili...

 

Dil bəşəriyyətin ən böyük nailiyyətidir desək yanılmarıq. Şüurla sıx əlaqəsi olan dil bizə yalnız fikirlərimizi ifadə etmək imkanı vermir, həm də bizim milli kimliyimizi, genetik mənsubiyyətimizi ifadə edir. Bu çətin və şərəfli işi ana dilimiz həyata keçirir. Ana dili olmayan xalqın mədəni bir xalq kimi tanınması sual altındadır. Bəlli məsələdir ki, dil hər bir xalqın maddi və mənəvi irsini qoruyaninkişaf etdirən ən mühüm və ən güclü vasitədir.

Alimlər haqlı olaraq qeyd edir ki, hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır. O da faktdır ki, ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm əhəmiyyət daşıyır. Odur ki, dilimiz olmasa, biz çox şeydən təcrid olunarıq.

Məlum olduğu kimi, 21 fevral bütün dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. Məlumat üçün bildirək ki, Birləşmiş Millətlər Təşkilatı 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə fevralın 21-ni Beynəlxalq Ana Dili Günü elan edib. Hadisənin tarixi isə bir qədər də əvvələ gedir. 21-22 fevral 1952-ci ildə Pakistanda benqal dilinin qadağan edilməsinə etiraz olaraq keçirilən aksiyada polis və silahlı qüvvələrin müdaxiləsi nəticəsində 4 nəfər şəhid olub. Banqladeş nümayəndələri fevralın 21-ni məhz həmin şəhidlərin xatirəsinə ehtiram əlaməti kimi Ana Dili Günü adlandırılması haqqında müraciət ediblər. UNESCO-nun Baş Konfransında 21 fevral - Beynəlxalq Ana Dili Günü elan olunubüzv ölkələrə bildirilib ki, həmin gün məktəblərdə, universitetlərdə ana dilinin əhəmiyyəti ilə bağlı tədbirlər, konfranslar, seminarlar keçirilsin. Bunun keçirilməsi BMT Baş Məclisi tərəfindən rəsmi olaraq elan edilib. BMT-nin bu barədə yaydığı məlumatda deyilirdi: "Dil real və mənəvi irsin qorunması və inkişafı üçün ən mükəmməl bir alətdir. Ana dilinin yayılması üçün atılmış hər bir addım təkcə dil müxtəliflikləri və çoxdilli tədrisi deyil, həmçinin dilçilik və mədəni ənənələr haqda biliklərin artması, qarşılıqlı anlayış, dözümlülükdialoq üzərində qurulmuş həmrəyliyi inkişaf etdirmək məqsədi daşıyır". Sənəddə qeyd edilir ki, Beynəlxalq Ana Dili Günündə BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı olan UNESCO və BMT agentlikləri dilçilik və mədəni müxtəlifliyi təbliğ edən tədbirlərdə iştirak edir: "Onlar həmçinin insanları digər bir dili öyrənərkən və ya həmin dildə danışarkən öz ana dillərini qoruyub saxlamağa çağırır. Hökumət və qeyri-hökumət təşkilatları bu günü dil öyrənmə və ona dəstəyə çağıran siyasətləri elan etmək üçün istifadə edirlər".

11-ci Beynəlxalq Ana Dili Günü Mədəniyyətlərin Yaxınlaşmasının Beynəlxalq İli çərçivəsində qeyd edilir.

UNESCO-nun baş direktoru xanım İrina Bokovanın Beynəlxalq Ana Dili Günü ilə bağlı məktubunda deyilir ki, ilk sözlərin söyləndiyi və fərdi düşüncələrin ifadə olunduğu ana dili hər bir şəxsin tarixi və mədəniyyətinin təməlidir. Bundan başqa, sübut edilib ki, uşaqlar məktəbin ilk illərində öz ana dillərində daha yaxşı təhsil alır. UNESCO ən azı 3 səviyyəli dil bacarıqlarının: ana dili, milli dil, ünsiyyət dilinin öyrənilməsini təbliğ etməklə dilçiliklə bağlı əsas məsələ olan çoxdilliyi təbliğ edir: "Bütün dillərə qarşı hörmət heç bir mədəniyyəti və onun üzvlərini kənarlaşdırmadan sülhün bərqərar olmasında əsas rol oynayan amildir. Çoxdillilik müəyyən bir ərazidə danışılan bütün dillərin harmoniya içərisində mövcudluğu kimi başa düşülür. Buna görə də təhsil və mədəni siyasətlərin əsasını təşkil edən bu məsələyə olan diqqət artırılmalıdır".

Qloballaşma dalğasının tüğyan etdiyi bir vaxtda yaşayırıq. Qloballaşmanın əsas hədəflərindən biri ana dillərini məhv etmək, mədəniyyətləri əritmək və s. neqativ hallardır. Bu gün dünyada məhv olmaq təhlükəsi ilə üzləşən dillər az deyil. Təbii ki, bu dillərin qorunmasına ciddi ehtiyac var. Əslində ənənəvi keçirilən Beynəlxalq Ana Dili Günününsimvolik mənası məhv olmaq təhlükəsi ilə üzləşən ana dillərini qorumaqdır. Bu gün elə dillər var ki, onda az adam danışır, bu dilin nə dövlət statusu var, nə də bu dildə kitablar mövcuddur, yalnız bir ovuc insan danışır o dildə. Bu qəbildən olan dillər də mühafizə edilərək yaşamalıdır. Dilin dövlət dili statusuna yüksəlməsi millətin öz taleyinə sahibliyinin, dövlət qurmaqqorumaq qüdrətinin, eyni zamanda dilinin zənginliyinin sübutudur.

Ekspertlər bildirir ki, bu gün yaşayan minlərlə millət və etnik qrup sayı heç iki yüzə çatmayan dövlətlərin bayrağı altında cəmləşib və sayı 200-ə yaxın olan bu dövlətlərin rəsmi dövlət dillərinin sayı 70-i keçmir. Azərbaycan dili dünyanın qədim dil ailəsinə-türk dili qrupuna aiddiruzun əsrlər keçərək indiyə qədər gəlib çıxa bilib. Azərbaycan dili dünyanın elə bir dilidir ki, onu bilmək, onda danışmaq çox böyük şərəf verir insana. Ümummilli liderimiz Heydər Əliyev ana dilimiz haqda deyirdi: "Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevirbu dildə danışmağımla fəxr edirəm". Onu da qeyd edək ki, dilimizin fədakarlıqla qorunmasında müstəsna rol oynayan ümummilli lider bu sahədə çox böyük işlər görüb. Onu da bildirək ki, respublikamızda ana dilinin hərtərəfli inkişafı, işlək dilə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə yol tapması ana dilimizin gözəl bilicisi, mahir natiq ulu öndər Heydər Əliyevin dilin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir. Onu da deyək ki, bu siyasətin əsası hələ 1970-ci illərdə, onun Azərbaycana birinci dəfə rəhbərlik etdiyi dövrdə qoyulub. Rəsmi mətbuatda gedən məlumatlara görə, Heydər Əliyev 1970-ci ildə Bakı Dövlət Universitetinin 50 illik yubileyində Azərbaycan dilində çıxış edib. Az keçməmiş bu dil dövlət əhəmiyyətli tədbirlərə yol açıb. Azərbaycan SSR-in 1978-ci il Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi qəbul edilməsi isə həmin dövr üçün əhəmiyyətli hadisə idi. Müstəqillik ərəfəsi və onun ilk illərində dilin adının dəyişdirilməsi, onunla bağlı ənənələrin nəzərə alınmaması indi də təəssüf doğurur. 1995-ci ildə qəbul edilən Konstitusiya ilə dövlət dilinin adı bərpa olundu. Bundan sonra hökumət səviyyəsində ana dilinin inkişafı və qorunması istiqamətində əhəmiyyətli sənədlər qəbul edildi.

Azərbaycan Konstitusiyasının 45-ci maddəsi ilə hər kəsin ana dilindən istifadə etmək, istədiyi dildə tərbiyə və təhsil almaq, yaradıcılıqla məşğul olmaq hüququ təsbit olunur. Konstitusiyamıza görə, heç kəs ana dilindən istifadə hüququndan məhrum edilə bilməz. 2002-ci il 30 sentyabr tarixdə "Azərbaycan Respublikasında Dövlət dili haqqında" Azərbaycan Respublikasının Qanununun qəbul edilməsi Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünümüdafiə ehtiyaclarının ödənilməsi istiqamətində daha bir addımdır. Bu sənəd ümummilli lider Heydər Əliyevin xalqımıza və onun dilinə tükənməz məhəbbətinin, qayğısının parlaq nümunələrindən biridir. Bu ənənələri ölkə Prezidenti İlham Əliyev uğurla davam etdirməkdədir. Dövlət başçısının müxtəlif vaxtlarda imzaladığı "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" və "Azərbaycan Milli Ensiklopediyasının hazırlanması haqqında" sərəncamları və bu istiqamətdə görülən işlər də dilimizin inkişafına böyük qayğının təzahürüdür. Ana dilimizi qorumaq, inkişaf etdirmək bizimborcumuzdur.

Beynəlxalq Ana Dili Günü 1999-cu il noyabrda UNESCO-nun Baş Konfransında elan edilib və 2000-ci ilin fevral ayından etibarən hər il dilçilik, mədəni müxtəliflik və çoxdilliliyi təbliğ etmək üçün qeyd edilir.

Ulu öndər ana dilimizlə bağlı etdiyi çıxışlarından birində qeyd edirdi: "Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Mən keçmişdə də demişəm və bu gün də deyirəm, şəxsən arzum ondan ibarətdir ki, hər bir azərbaycanlı çox dil bilsin. Ancaq birinci növbədə öz ana dilini - dövlət dilini yaxşı bilsin. Bizim çox gözəl, zəngin, cazibədar dilimiz var".

30 sentyabr 2002-ci ildə isə ulu öndər Heydər Əliyev tərəfindən "Azərbaycan Respublikasında dövlət dili haqqında" Qanun təsdiq olundu. Bu sənəddə göstərilir ki, Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayır, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi qayğısına qalır, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsi üçün zəmin yaradır. Bu qanun, ölkə Konstitusiyasına uyğun olaraq, Azərbaycan Respublikasında Azərbaycan dilinin dövlət dili kimi hüquqi statusunu nizamlayır. Ötən illər ərzində isə bu qanun xeyli dərəcədə təkmilləşdirilib. Ulu öndər Heydər Əliyevin qərarı ilə 1 avqust tarixi hər il Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunur. Yeri gəlmişkən, ümummilli lider Heydər Əliyevin 2001-ci il avqustun 9-da imzaladığı Sərəncama əsasən, avqustun 1-i respublikamızda Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir. Bu, Azərbaycan dili tarixində əlamətdar, önəmli hadisədir. Bundan əlavə, qəbul edilən digər fərman və sərəncamlar əsasında dilimizin inkişafı, ana dilində təhsilin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılıb. Ulu öndər müxtəlif ölkələrdəki diaspor nümayəndələrimizlə görüşlərində dəfələrlə vurğulayıb ki, hansı ölkədə yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı öz ana dilini, milli adət-ənənələrini unutmamalıdır: "Nə yaxşı ki, Azərbaycan dili bütün tələblərə cavab verir. Daha doğrusu, onun böyük potensialı imkan verib ki, o artıq dünya dilləri içərisində öz layiqli yerini tutsun".

Heydər Əliyevin həyata keçirdiyi dil siyasətini bu gün Azərbaycan Prezidenti İlham Əliyev uğurla davam etdirir. Latın qrafikasında kütləvi nəşrlərin meydana çıxması bunun parlaq göstəricisidir. Onu da deyək ki, ümummilli liderin ideyalarını layiqincə yerinə yetirən Azərbaycan Prezidenti İlham Əliyev doğma dilimizə, milli adət-ənənələrimizə, qədim mədəniyyətimizə böyük həssaslıqla yanaşır. Azərbaycan ədəbiyyatını, azərbaycanlı düşüncəsini əks etdirən sanballı əsərlərin latın qrafikasında yenidən nəşr edilməsi məhz dövlət başçısının təşəbbüsü ilə baş tutdu. Prezidentin 2004-cü il yanvarın 12-də imzaladığı "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" Sərəncamı həm də əlifba ilə bağlı problemləri tamamilə həll etdi. Bunun da nəticəsində kütləvi nəşrlərin latın qrafikasına keçirilməsi təmin olundu. Dövlət başçısının sonrakı sərəncamları əsasında isə 150 cildlik "Dünya ədəbiyyatı kitabxanası", 100 cildlik "Dünya uşaq ədəbiyyatı kitabxanası", 100 cildlik "Azərbaycan ədəbiyyatı kitabxanası" seriyasından olan yeni nəşrlər respublika kitabxana şəbəkəsinin latın qrafikalı ədəbiyyat fondunu zənginləşdirdi. Prezident İlham Əliyevin həyata keçirdiyi mühümuğurlu tədbirlərdən biri də 2004-cü il 13 yanvar tarixində imzaladığı "Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında" Sərəncam oldu. Prezident İlham Əliyev milli xüsusiyyətlərimizin saxlanmasında ana dili və ədəbiyyatımızın başlıca amillərdən olduğuna dəfələrlə diqqət çəkərək deyib: "Bizi millət kimi qoruyub saxlayan məhz dilimiz, ədəbiyyatımız, tariximiz, ənənələrimizdir".

Ölkə başçısı, həmçinin, 2012-ci il mayın 23-də "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında" Sərəncam imzalayıb. Sərəncamda deyilir: "Son dövrlərdə müasir Azərbaycan ədəbi dilinin tükənməz imkanlarından lazımınca və düzgün istifadə edilməməsi diqqət çəkir. Ədəbi dilimizin özünəməxsus inkişaf qanunauyğunluqlarına xələl gətirə biləcək yad ünsürlərin üzə çıxarılması və qarşısının alınması istiqamətində mütəxəssislər heç də həmişə çeviklik nümayiş etdirə bilmirlər. Nəticə etibarilə dövlət dilimizin tətbiqi sahəsində bir sıra problemlər özünü qabarıq şəkildə büruzə verir".

Ana dilinə qayğı göstərilməsi o dilin ömrünü neçə yüzilliklər bundan sonra da uzanmasına səbəb olur. Dilsiz xalq heç zaman öz keçmişini tanımaz, ulu əcdadları ilə fəxr edə bilməz. Dil bizim mayalandığımız, ilhamlandığımız və istinad etdiyimiz sərvətimizdir. Ana dilimiz dövlət dilidir, dünyanın hər yerində bu dilə hörmət-ehtiram var. Himnimiz ana dilimizdə səslənir. Dünyada əlli milyondan artıq insan Azərbaycan dilində danışır. Bundan gözəl nə ola bilər... Yaşa ana dilim, dillər içində!

 

İradə SARIYEVA

Bakı xəbər.-2015.- 25 fevral.- S.15.