Kamandar Eyvazlı - 55
Hayıf sizə dağlar, min dəfə
hayıf...
55 yaşlı tanınan şair-jurnalist Kamandar Eyvazlı özünəməxsus nəfəsi olan, öz cığırı, yol-ərkanı bəlli qələm adamlarındandır. Ömrünün çox böyük hissəsini yazıya, sözə xərcləyən, bununla da təsəlli tapan və oxucularının könlünü dilləndirən şair hər il yeni şeirlərini "Bakı-Xəbər"ə təqdim edir. Bu dəfə də Kamandar Eyvazlı yeni söz sovqatı ilə redaksiyamızın qapısını döydü. K.Eyvazlının 55 illik yubileyi münasibətilə qəzetimizin bu sayında onun yeni şeirlərini təqdim edirik.
Olum
(Eloğlum, dəyərli insan
Namiq İsmayılova)
Yaman vaxtda gərək oldun,
Gərəyinə qurban olum.
Kömək
oldun, dirək oldun,
Dirəyinə qurban olum.
Nə dərdimi
sual eylə,
Nə halımı xəyal eylə.
Çörək
verdin, halal eylə,
Çörəyinə qurban olum.
Taleyi kəm,
bəxti qara,
Şair hara, sevinc hara?
Qucaq
açdın Kamandara,
Ürəyinə qurban olum.
Hayıf
İl gəlib
calandı ilə, bilmədim,
Bir dəfə yanına gələ bilmədim.
Əhvalın
necədi, bilə bilmədim,
Hayıf sizə dağlar, min dəfə hayıf.
Aradan
gör neçə fəsillər ötdü,
Həm yaxşı, həm də ki, pis illər
ötdü.
Nəsillər
dəyişdi, nəsillər ötdü,
Hayıf sizə dağlar, min dəfə hayıf.
Oxşarın, bənzərin, tayın harda var?
Günəşin, ulduzun, ayın harda var?
Payızın harda var, yayın harda var?
Hayıf sizə dağlar, min dəfə hayıf.
Göyündə
dumanı, çəni görürəm,
Yerində bitməyən dəni görürəm.
Gecələr
yuxuda səni görürəm,
Hayıf sizə dağlar, min dəfə hayıf.
Sənsiz
ocağımın odu azalıb,
Doğması dağılıb, yadı azalıb.
Ağzımın
ləzzəti, dadı azalıb,
Hayıf sizə dağlar, min dəfə hayıf.
Bir də
o bağçanı-bağı deyirəm,
Gəzəydim hər axşam çağı deyirəm.
Adını
çağırıb ağı deyirəm,
Hayıf sizə dağlar, min dəfə hayıf.
Ayağım
tutulub, yolum bağlıdı,
Sağım yaralanıb, solum bağlıdı.
Burdan sənə
tərəf yolum bağlıdı,
Hayıf sizə dağlar, min dəfə hayıf.
İndi dərələrdən
selin yığılmır,
Cəm olub bir yerə, elin yığılmır.
Çiçəyin
dərilmir, gülün yığılmır,
Hayıf sizə dağlar, min dəfə hayıf.
Nə
yükdü çiynimə götürdüm, billəm,
Gələndə mən nəyi gətirdim, billəm.
Sizinlə
nəyi də itirdim, billəm,
Hayıf sizə dağlar, min dəfə hayıf.
Kamandar
gedəmmir o dağa, hayıf,
Dözür bu həsrətə, bu dağa, hayıf.
Müqəddəs
saydığım torpağa hayıf,
Hayıf sizə dağlar, min dəfə hayıf.
Yaşındayam
Bir
ömürdü, yol gedirəm,
Atım yoxdu, maşındayam.
Hərdən
dərin dərələrdə,
Hərdən dağlar başındayam.
Hər
qarışda qalır izim,
Hər yoxuşda mənim sözüm.
Axtarsanız
kəndimizin
Torpağında-daşındayam.
Damcı-damcı
axılaram,
Yerə düşüb yox olaram.
Bir yel əssə
yıxılaram,
Dərin yarğan qaşındayam.
Ay
Kamandar, getdi günlər,
Neçə gecə, neçə səhər.
Gələn
ilə döz bir təhər,
Ata-baba yaşındayam.
Yorulmuşam
Yazı-yayı
keçib gəldim,
Qarlı qışda yorulmuşam.
Yoxuş
qalxdım, zirvə gördüm,
Yastı döşdə yorulmuşam.
Yolum
haqqın yolu oldu,
Sağı oldu, solu oldu.
Nə
gördümsə dolu oldu,
Yalan işdə yorulmuşam.
Məndən
soruş həsrət nədi,
Sevgi nədi, nifrət nədi.
Uzun
ömrə heyrət nədi,
Mən bu yaşda yorulmuşam.
Torpaq əkdim,
yorulmadım,
Zülüm çəkdim, yorulmadım.
Qala
tikdim, yorulmadım,
Qalıb boşda yorulmuşam.
Qismət
budu, verən verib,
Kim becərib,
kim də dərib.
Mən
şəhərdə ömür sürüb
Dağda-daşda yorulmuşam.
Ürəyimdə
yanır ocaq,
Gözümdə var qaynar bulaq.
Çəkdirdiyim
son şəklə bax,
Bu duruşda yorulmuşam.
Ayı-günü
izləyirdim,
Kamandara döz deyirdim.
Səksən
beşi gözləyirdim,
Əlli beşdə yorulmuşam.
Gözəl
Boyuna
sözüm yox, yerişin əla,
Gəlişin,
gedişin, görüşün əla,
Baxışın əladı, duruşun əla.
Bu nə
teldi, bu nə sığal, bu nə əl,
Gözəlim,
gözəlsən, gözəldən gözəl!
Mən sənə
parlayan ay deyəmmirəm,
Mən sənə çağlayan çay deyəmmirəm.
Tanrının
verdiyi pay deyəmmirəm,
Gəlmisən
ömrümə sən ondan əvvəl-
Gözəlim,
gözəlsən, gözəldən gözəl!
De,
hansı eldənsən, elinə qurban,
Baxıb
bəslədiyin gülünə qurban,
O
şirin ləhcənə, dilinə qurban.
Hardaydın,
çıxmırdın qarşıma əzəl-
Gözəlim,
gözəlsən, gözəldən gözəl!
Düşdün
Kamandarın elə vaxtına,
Neyləyim,
əl çatmır bəylik taxtına,
Olsun qismətinə, olsun baxtına.
Bir
kiçik hədiyyə bu şeir, qəzəl,
Gözəlim,
gözəlsən, gözəldən gözəl!
Ay ellər
Ötüşən
hər ayda, gündə dəyişdim,
Sıxlaşan dumanda, çəndə dəyişdim.
Məni
qınamayın, mən də dəyişdim,
Görün
indi nə haldayam, ay ellər!
Bu
vaxtımda çatan hanı haraya,
Bu ağlımla mən gedirəm haraya?
Kimlər
saldı bu həsrəti araya,
Görün
indi nə haldayam, ay ellər!
Mənim
daha günəşim yox, ayım yox,
Payızım
yox, baharım yox, yayım yox,
Çəmənim
yox, çiçəyim yox, çayım yox,
Görün
indi nə haldayam, ay ellər!
Axşam-səhər
yaş kəsilmir gözümdən,
Ürək gülmür, qəlb açılmır
sözümdən.
Baş
açmıram hərdən özüm-özümdən,
Görün
indi nə haldayam, ay ellər!
Ayrılanım,
gedənim var nə qədər,
Qırılanım,
itənim var nə qədər,
Qeybətimi
edənim var nə qədər,
Görün
indi nə haldayam, ey ellər!
Kamandaram,
səsə-ünə alışdım,
Açılmayan min düyünə alışdım.
Yetim
ömrə, kasıb günə alışdım,
Görün
indi nə haldayam, ay ellər!
Deyirəm
(Məhəbbət
Kazımovun xatirəsinə)
Gecə
ürəyimdə, gündüz dilimdə,
Laçın söyləyirəm, Laçın deyirəm.
Bəzən
silah olur qələm əlimdə,
Qaçın qabağımdan, qaçın, deyirəm.
Nə
oldu, istəkdən-sevgidən oldu,
Qapqara saçlarım dümağ dən oldu.
İl
ötdü, ay getdi, ömür tən oldu,
Ey ayım-günəşim, saçın, deyirəm.
Görün
o dağlarda nələr qalıbdı,
Kim
ağlar, kim də ki, gülər
qalıbdı.
Nə
vaxtdı Kamandar mələr qalıbdı,
Açın
o yolları, açın, deyirəm,
Gecə də, gündüz də Laçın deyirəm.
Dondum
Bu nə
tale, nə qismətdi,
Qışda yanıb, yayda dondum.
Dərya
məni üşütmədi,
Çimdim, dayaz çayda dondum.
Onda bildim
kədər nədi,
Ömrü
vermək hədər nədi,
Qismət
nədi, qədər nədi,
Vaxtsız düşən vayda dondum.
Dağ
çəkildi ürəyimə,
Ox vuruldu kürəyimə.
Bayis oldu
çörəyimə,
Neçə insan, sayda dondum.
Ay
Kamandar, çox ağlama,
Aya, ilə bel bağlama.
Yeri gəlib
de, saxlama,
El qaldıran vayda dondum.
Görəsən
(Hörmətli
müəllimim
Məsim
Qasım oğluna)
Əlac gəzdim,
tapammadım dərdimə,
Dərman varmı bizim eldə görəsən?
Bölüşməyə
kədəri mən, dərdi mən,
Loğman varmı bizim eldə görəsən?
Vaxtlı-vaxtsız
heç bilmirəm biz niyə
Düçar olduq bir bu qədər itkiyə?
Heç
olmasa innən sonra dözməyə
Güman varmı bizim eldə görəsən?
Kamandarı
tanımırsan elə də,
Dərdi onu salıb dildən dilə də.
Ölüm
saçan, qan ağlayan hələ də
Tufan varmı bizim eldə görəsən?
Sehr
Saz sinədə,
göz bəbəkdə ağladı,
Bu aləmin sirri nəydi, sehri nə?
Aram-aram
elə coşdu, çağladı,
Məni saldı barmaqların sehrinə.
Ayrılığı
qana-qana çaldı o,
Olanları
ana-ana çaldı o,
Alovlandı,
yana-yana çaldı o,
Dözəmməyib bu dünyanın qəhrinə.
Ay
Kamandar, hekayətdi, gördün ki,
Yuxu deyil,
həqiqətdi, gördün ki,
Ədalət
də Ədalətdi, gördün ki,
Yaman düşdün bu ovqatın təhrinə.
Kəndimin
Belə
söyləyirlər gəlib-gedənlər
Azalıb şirini-balı kəndimin.
Bulaqlar
üstündə əvvəlki kimi
Açılmır süfrəsi, xalı kəndimin.
Ağaclar
boy atmır barı düşəndən,
Yarı
quruyannan, yarı düşəndən,
Şaxtası,
çovğunu, qarı düşəndən
Çoxalıb saçının çalı kəndimin.
Şair
Kamandarın özü də deyir,
Söhbəti
də deyir, sözü də deyir,
Yanan
ocaqların közü də deyir
Yamanca dəyişib halı kəndimin.
Ötən
günlər sorağında
Qarşımda
şəkil var, sənə oxşayır,
Başımda
duman var, çənə oxşayır,
Saçına
ağ düşüb, dənə
oxşayır,
Tanıya
bilmirəm həmin gözləri,
Mən necə qaytarım ötən günləri?
Yadına düşürmü, biz görüşərdik?
Verib
bir-birinə söz, görüşərdik,
Vaxtına-vədinə
düz, görüşərdik,
Bölüb
saatları-dəqiqələri,
Mən necə qaytarım ötən günləri?
Səni
qısqanardım deyib-güləndə,
Dərsə mənsiz gedib, mənsiz gələndə.
Sən
sağa baxanda, sola dönəndə
Cırıb
dağıdardım kitab-dəftəri,
Mən necə qaytarım ötən günləri?
Biri elm
öyrənib, dərs oxuyardı,
Biri dostlarıyla birgə olardı.
Mənim
bir adətim, bir işim vardı-
Gəzərdim
arxanca bütün şəhəri,
Mən necə qaytarım ötən günləri?
Budur, həmin
guşə, həminki təhər,
Səni gözləmişəm burda hər səhər.
Mindiyin
avtobus gələnə qədər
Sayardım
yığdığım son qəpikləri,
Mən necə qaytarım ötən günləri?
Bu duyğu payızın əsən yelimi?
Bu həsrət dağların axan selimi?
Ən əziz
xatirə kitabı kimi
Açıb
vərəqlədim keçən illəri,
Mən necə qaytarım ötən illəri?
Bu şəkil
necə də oxşayır sənə,
Bu duman
necə də oxşayır çənə...
Bir zaman
gözəl tək əzizdin mənə,
Bu
günsə ana tək... el bəxtəvəri,
Mən necə qaytarım ötən günləri?
Mənimdi
Göz
açıb yummamış əllini keçdim,
Alnıma yazılan bu yaş mənimdi.
Özüm
istədiyim bir yolu seçdim,
Bu ağıl, bu kamal, bu baş mənimdi.
Yanan
ocaqlara pərvanə oldum,
Eşqdən
alovlanıb divanə oldum,
Mən
necə dağılıb biranə oldum,
Bu nəmli göz üstə bu qaş mənimdi.
Kamandarla
hər bir adam danışar,
Küsən varsa gələr, görər,
danışar.
O
çay daşı məzarıma yaraşar,
O daşa
dəyməyin, o daş mənimdi.
İradə SARIYEVA
Bakı xəbər.-2015.- 22 iyul.- S. 13.