Milli uşaq
mahnılarımız - müasir uşaqlara çatmayan
töhfə...
Biz uşaq olanda Azərbaycan Radiosundan ünvanımıza yazılan uşaq mahnılarını hər zaman dinləyirdik. Ağabacı Rzayevanın "Dəcəl buzovum" mahnısını hələ də unuda bilmirəm. Uşaq psixologiyasını dərindən bilən, uşaq duyğusunu yaxşı anlayan şairlər, bəstəkarlar elə gözəl, elə maraqlı mahnılar yazırdılar ki, bu yaşımızda da onlardan zövq alırıq. Bizim uşaqlığımız o qədər maraqlı, o qədər rəngarəng idi ki, onu sözlə təsvir etmək çətindir.
Al-əlvan oyuncağımız olmasa da, al-əlvan günlərimiz vardı. Bizi dinlədiyimiz uşaq mahnıları, uşaq şeirləri, nağıl və hekayələr formalaşdırırdı. Uşaqlar üçün yazılan hər bir nəğmə dilimizin əzbərinə çevrilərdi. Biz mənəviyyata söykənib, elin ruhundan güc alıb formalaşmışıq. Ona görə də maddiyyat adamından daha çox mənəviyyat adamıyıq. Uşaq mahnıları, uşaq şeirləri öz gözəlliyi, cəlbediciliyi ilə yüzillər boyu insanların mayasına hopub, mənəviyyatını formalaşdırıb, əxlaqını gözəlləşdirib. Bizim uşaqlığımız sanki nağıllar aləmində, qeyri-adi bir dünyada keçib-zəngin, al-əlvan, gözəl, unudulmaz.
Gəl,
gəl, a yaz günləri,
İlin
əziz günləri...
Oxuyardıq baharı çağıranda. Olduqca maraqlı,
olduqca zəngin mahnılardı bunlar.
Bəzən fikirləşirəm ki, indiki uşaqlar
əsl uşaqlığın
nə olduğunu bilmir. Ancaq sonra fikrimdən daşınıram ki, hər dövrün öz gözəlliyi, hər dövrün öz maraqlı tərəfləri var. Bu öz
yerində, amma 20 il bundan əvvəllə
indiki çağ arasında belə dərin uçurumun tez bir zamanda
yaranması adamı incidir. Dünən biz uşaq idik,
uşaq mahnılarını
sevirdik, o bizim dünyagörüşümüzü, arzu və istəyimizi
tam ifadə edirdi.
Lakin müasir uşaqlar o mahnılarda özünü
tapa bilmir. Niyə?
Mənə belə gəlir
ki, uşaqlar arasında uşaq mahnıları təbliğ
olunmur, çağdaş
bəstəkarlar onların
zövqünü oxşayan
mahnılar, nəğmələr
yaratmır. O da həqiqətdir ki, insan gördüyünü,
duyduğunu tələb
edir. Uşaqlar üçün elə mahnı yazılmalıdır ki, bu onların hisslərinə toxunsun, onları milli ruha qaytarsın.
Azərbaycan bəstəkarlarının uşaq
mahnıları yazması
dövrü sovet illərinə təsadüf
edir. Təbii ki, bəstəkarlarımız
xalq ədəbiyyatından,
zəngin folklorumuzdan istifadə edərək gözəl nümunələr
yarada biliblər.
Bilirik ki, Azərbaycan xalqının çox zəngin uşaq folkloru mövcuddur. Uşaq mahnıları da analarımızın laylasından,
nənələrimizin əzizləmə
və oxşamalarından
boy atıb.
Atım,
tutum mən səni,
Şəkərə qatım mən səni.
Baban evə gələndə
Önünə tutum mən səni...
Anaların yaratdığı bu bayatı bitkin bir uşaq nəğməsidir. Əsrlər əvvəl qoşulan bu nəğmələr bəstəkarlara böyük
qol-qanad verib, onların uşaq mahnıları yaratmasına
stimul olub.
Azərbaycan bəstəkarlıq məktəbinin
nümayəndələri zaman-zaman
uşaqlar üçün
çox maraqlı, yaddaqalan nəğmələr
yazıb. Onlardan biri, özü
də ən çox populyar olanı Oqtay Zülfüqarovdur. O.Zülfüqarov 1958-ci ildə Qara Qarayevin sinfini uğurla başa vurduqdan sonra müəlliminin məsləhəti
ilə uşaqlar üçün silsilə
mahnılar yaratmağa
başlayıb. Eyni zamanda
o, "Qız-ulduz", "Pişik və sərçə" və
"Meşə nağılı"
operalarını da yazıb. "Şəngülüm, şüngülüm
və məngülüm"
adlı musiqili komediyasını yazıb.
2010-2012 illərdə O.Zülfüqarov
"Məlik Məmməd"
nağılı əsasında
uşaqlar üçün
"Sehirli alma" iki
hissəli balet, "Tumurcuq" və "Aysel" Mahnı Uşaq Teatrının bədii rəhbəri Tamilla Babayeva və Vidadi Xəlilovla birgə II və V siniflər üçün musiqi dərslikləri yazıb.
Uzun illər "Tumurcuq" və "Aysel" Uşaq Mahnı Teatrı Oqtay Zülfüqarovun rəhbərliyi
altında Azərbaycan
Dövlət Televiziyasında
verilişlər hazırlayıb.
Musiqi ilə yanaşı, bəstəkar həm də şeirlər yazmış və onlar "Oxuyur Aysel" adlı topluda işıq üzü görüb.
Prezident təqaüdçüsü, xalq
artisti, bəstəkar
Oqtay Zülfüqarov hazırda Dövlət Uşaq Filarmoniyasının
bədii rəhbəridir.
Digər uşaq bəstəkarı
Əfsər Cavanşirovdur. Dahi bəstəkar
Üzeyir Hacıbəyovun
yetirməsi olan Əfsər Cavanşirov yaradıcılığında əsasən simfonik musiqi janrı yer alıb. Bəstəkar BSO üçün 7 simfoniya, poemalar, kapella xoru üçün
və uşaq xoru üçün əsərlər yaradıb.
Uzun illər Azərbaycan Respublikası Dövlət
Teleradio Verilişləri
Şirkətinin "Bənövşə"
uşaq xorunun və rəqs ansamblının bədii rəhbəri olan Ə.Cavanşirov 1982-ci ildə
respublikanın əməkdar
mədəniyyət işçisi
və qabaqcıl maarif xadimi fəxri
adlarına layiq görülüb. Əfsər Cavanşirov
2006-cı ildə Bakı
şəhərində vəfat
edib. Bəstəkarın
dillər əzbəri
olan "Ağacdələn",
"Oyun-oyuncaqlarım", "Quşlar" kimi uşaq mahnıları indi də maraqla
dinlənir.
Uşaq mahnılarının mahir
ifaçısı Zabitə
Məmmədovanın əməyini
xüsusi qeyd etməliyik. O, uşaq mahnılarının ərsəyə
gəlməsində, onların
ifasında xüsusi yer tutur. Bildirək ki,
uşaqlıqdan sevə-sevə
dinlədiyimiz bir sıra uşaq mahnılarını Zabitə
xanım ifa edib. Onun ifasında biz qızların
uşaq vaxtı tez-tez qulaq asdığımız
Ağabacı Rzayevanın
"Kukla" mahnısı
unudulmazdır. Z.Məmmədovanın
özü də uşaqlar üçün
"Çəpişim",
"Məktəb valsı"
mahnılarını yazıb.
Görkəmli qadın bəstəkarımız,
dahi Üzeyir bəyin ilk tələbələrindən
olan Hökümə Nəcəfovanın "Günəş
olaram mən də" mahnısı heç yadımızdan çıxmır.
Uşaqlar üçün bir-birindən
gözəl əsərlər
yazan bəstəkar Oqtay Rəcəbovun "Göyçək Fatma"
cizgi film-operası
(1992) "Xeyir və Şər" uşaq operası (N.Gəncəvinin
əsəri əsasında,
1994), "Uşaqlar sevinsin
həmişə" mahnısını
tez-tez dinləyirik.
Uşaqlar üçün Oqtay
Zülfüqarov, Rəşid
Şəfəq, Əfsər
Cavanşirov, Səid Rüstəmov, Zabitə Məmmədova, Hökümə
Nəcəfova, Ağabacı
Rzayeva, Soltan Hacıbəyov, Oqtay Rəcəbov, Musa Mirzəyev,
Qəmbər Hüseynli,
Fikrət Əmirov, Tofiq Quliyev, Vasif Adıgözəlov, Ramiz Mirişli, Aygün Səmədzadə,
Səadət Fərziyeva,
Nazim Quliyev və başqaları əsərlər, mahnılar
yazıb. Gördüyümüz kimi, onların
sayı elə də çox deyil, ancaq yazdıqları
bütün dövrlər
üçün aktualdır.
Sadəcə o mahnıların
təbliğatı zəif
olduğundan, indiki uşaqlara çatdırılmasında
problemlər var. O da məlumdur ki, respublikada fəaliyyət göstərən uşaq
bağçalarının çoxunda musiqi dərsi keçilir, amma bəzi istisnaları nəzərə
almasaq, o dərslərdə
uşaq mahnıları
elə də dərindən öyrədilmir.
İllər əvvəl yaranan
"Ad günü", "Ad günün mübarək
olsun", "Ağacdələn",
"Ala-bula boz keçi", "Anamın
köməkçisiyəm mən", "Ay nəğməsi",
"Azərbaycan", "Bahar bayramı", "Bahar gəlir",
"Bizim gəmi", "Bənövşə", "Can nənə", "Cücələrim",
"Çəpişim", "Dostluq himni", "Gözəl bahar",
"Gözəl yolka",
"Günəş olaram
mən də",
"Gəl, gəl, a
yaz günləri",
"Heyvanların qonaqlığı",
"İdman", "Kukla",
"Lavaş", "Məktəb
illəri", "Məktəb
valsı", "Məktəbə
yazdırsana", "Mənim
dəcəl buzovum",
"Mənim gülüm",
"Nağara", "Nənəm
evdə qalıb tək", "Oynaq topum", "Oyun-oyuncaqlarım",
"Qaçma dayan",
"Qaranquş", "Qaranquşum",
"Qırmızı şar",
"Qonaqlıq", "Quşlar",
"Saat", "Sürücü",
"Səməni", "Sərçə",
"Tar çalıram", "Telefon-telefon", "Tıq-
tıq xanım",
"Uşaqlar sevinsin
həmişə", "Vətən", "Vətənim",
"Xoruz", "Yeni il gəlir", "Yol", "Yolka",
"Əziz ana, can ana", "Alma", "Balaca
kapitan", "Balaca
neftçiyəm", "Balaca ovçu", "Bip-bipin nəğməsi",
"Bizim Bakı metrosu" və başqa uşaq mahnıları uğurlu bələdçilərdir.
Arzu edərdim
ki, müasir bəstəkarlar da uşaq mahnıları bəstələsin. Uşaq mahnıları müasir
dövrdə uşaqların
mənəvi aləminin
zənginləşməsinə, dünyagörüşünün formalaşmasına böyük
təsir göstərir.
Düzdür, uşaq
mahnıları sifarişlə
yaranmır, o, bəstəkarın
ürəyindən süzülüb
gəlməlidir ki, səmimi olsun və ünvanına çatsın...
İradə
SARIYEVA
Bakı xəbər.-2015.- 23 iyun.-
S. 14.