Azərbaycan qoruq və yasaqlıqları - dövlətin qoruduğu sərvət...

 

 Bəsitçay və Qaragöl qoruğu, Arazboyu yasaqlıqlar isə erməni tapdağındadır

 

Qoruqlar, yasaqlıqlar dövlətin diqqəti və qayğısı sayəsində həm inkişaf edir, həm zənginləşdirilir, həm də mühafizə olunur. Bu torpağın hər bir sərvətinin qayğı ilə əhatə olunmasından yaxşı nə ola bilər ki. Dövlət təbiətin yaratdıqlarına sahib çıxır və onları məhv olmaq təhlükəsindən xilas edir. Bu qoruq və yasaqlıqlarda müxtəlif növdə bitki, nadir ağaclar, heyvanlar, quşlar, balıqlar qorunur.

Onu da qeyd edək ki, Azərbaycan qoruq və yasaqları, milli parkları haqqında yazı hazırlayarkən əsasən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və bəzi icra hakimiyyəti orqanlarının saytlarında gedən məlumatlardan istifadə etmişik. Hesab edirik ki, buradakı məlumatlar daha dəqiq və etibarlıdır. Maarifçilik yükü də kifayət qədərdir.

Bu sayımızda da bir neçə qoruq haqqında danışacağıq. Dövlətin mühafizə edib dəyər verdiyi bu qoruqların bütün mənalarda əhəmiyyəti böyükdür.

İsmayıllı Dövlət Təbiət Qoruğu 1981-ci ildə yaradılıb. Qoruqda fıstıq, vələs, palıd, şabalıdyarpaq palıd, qaraçöhrə, ağcaqayın, göyüş, cökə ağacları meşəliklər əmələ gətirir. Burda boz ayı, meşə pişiyi, vaşaq, Qafqaz nəcib maralı, cüyür, qararaça, Dağıstan turubaşqa heyvanlar yaşayır. Quşlardan toğlugötürən, Qafqaz tetrası, qartal, qırğı dimdikli tetraçalan, balıqlardan çay xallı balığı Azərbaycanın "Qırmızı kitab"ına düşüb.

Digər bir qoruq isə İlisu Dövlət Təbiət Qoruğudur ki, bu qoruq nadir və nəsli kəsilməkdə olan fauna və floranı qorumaq, artırmaq, meşələrin əvvəlki vəziyyətini bərpa etmək məqsədilə 1987-ci ildə yaradılıb. Qax rayonunda yerləşən qoruqda 500 növ bitki var ki, onlardan 60-a yaxını endemik növlərdir. Burada maral, cüyür, dağ kəli, çöl donuzu, dələ, qararaças. heyvanlar yaşayır. Qoruqda dərman, endemik, nadir və nəsli kəsilmək təhlükəsi altında olan bitki növləri çoxdur. Ərazidə Şərq fısdığı, Qafqaz vələsi, Şərq palıdı, Litvinov tozağacı, Trautvetter ağcaqayını, quşarmudu, itburnu, böyürtkən, dovşan alması, topulqa, yabanı gilas, zoğal, moruqs. bitkilər yayılıb. Qaraçöhrə, radde ağcaqayın bitkilərinin adları "Qırmızı kitab"lara daxil edilib. Qoruqda nəcib maral, cüyür, köpgər, təkə, çöl donuzu, qonur ayı, canavar, tülkü, daş və meşə dələləri, gəlincik, porsuq, yenot, meşə pişiyi, vaşaq, dovşan, süleysinlər, siçanlar, sincablar var. Qoruqdakı çaylarda forel balığı yaşayır.

Şahbuz Dövlət Təbiət Qoruğu 2003-cü ilin 16 iyun tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun inzibati ərazisinin 3139 hektar sahəsində yaradılıb. Batabat ərazisində əsasən dağ çəmən landşaftı inkişaf edib. Ərazinin florasının əsasını dərman bitkiləri, palıd ağacları, faunasını - quşlardan Avropa tüvüyü, kəklik, enliquyruq bülbül, məməlilərdən qonur ayı, porsuq, vaşaqs. təşkil edir.

Eldar Şamı Dövlət Təbiət Qoruğu - Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 16 dekabr tarixli Sərəncamı ilə Samux rayonunun inzibati ərazisinin 1686 hektarında yaradılıb. Qoruğun yaradılmasında əsas məqsəd nadirendemik növ olan Eldar şamının və ardıc ağaclarının qorunub saxlanmasıdır. Eldar Şamı Qoruğunun ərazisi (392 ha) 1967-ci ildən Göy-göl Dövlət Təbiət Qoruğunun filialı kimi fəaliyyət göstərib. Ərazidə dərman bitkiləri, palıd ağacları qorunur. Burada quşlardan Avropa tüvüyü, kəklik, enliquyruq bülbül, heyvanlardan qonur ayı, porsuq, vaşaq yaşayır. Azərbaycanda olan 50 növ sürünənlərin hamısına - 3 növ tısbağaya, 22 növ ilana və 25 növ kərtənkələyə qoruğun ərazisində rast gəlinir. Qoruğun geniş hissəsini palıd, ardıc, ağır iyli ardıc, Araz palıdı ağacları, yemişan, alma, alça, Şərq palıdı, vən, daş armud, acı badam kolları təşkil edir. Eldar şamı ağaclarının yaşı 100-120 il, hündürlüyü 2-6 metrdir. Onun adı Azərbaycan Respublikasının "Qırmızı kitab"ına daxil edilib.

Korçay Dövlət Təbiət Qoruğu 2008-ci ildə Goranboy rayonunda yaradılıb. Burada nadir və nəsli kəsilməkdə olan heyvan növləri qorunur. Ərazisi düzənlik, təpəlik və alçaq dağlıq sahələrdən ibarətdir. Ərazidə efemerlər yaxşı inkişaf edib. Təbiəti heyvanquşlar üçün mühüm əhəmiyyətə malikdir. Burda yaşayan ceyranturac quşunun adı Azərbaycanın "Qırmızı kitab"ına daxil olunub. Burada dovşan, tülkü, çaqqal, canavar, kəklik quşu da var.

Hazırda erməni işğalında olan Zəngilan rayonunda da zəngin dövlət qoruğu olub. Hazırda bu qoruq yağı tapdağında olduğundan, onun taleyindən xəbərsizik.

Zəngilan Rayon İcra Hakimiyyətinin saytında qeyd edilir ki,

Zəngilan rayonunda 107 hektar sahəsi olan Bəsitçay Dövlət Təbiət Qoruğu, 2,2 min hektar sahəsi olan Arazboyu yasaqlıq, 4 ədəd təbiət abidəsi, 10 min hektar xüsusi mühafizə olunan Araz palıdı meşəsi, 12864 hektar dövlət meşə fondu, 1200-dək büllur sulu təbii bulaqlar, 4 mənbədən ibarət olan, tərkibi "Yessentuki-4" suyuna uyğun gələn "Qotursu" mineral bulaqları, Seyidlər və Gəyəli kəndlərində turş su mineral bulağı vardı. Rayonun ərazisi coğrafi mövqeyinə, iqlim və təbiətinə görə digər bölgələrdən fərqlənir.

Bəsitçay qoruğu-Bəsitçay hövzəsində böyük bir ərazidə təbii Çinar meşəsi mövcuddur. Yüzilliklərdən keçib gələn bu nadir çinarlıq dünyada ikinci, Avropada birinci yeri tutur. Akademik Həsən Əliyevin təşəbbüsü ilə nadir təbii meşəliyi qorumaq məqsədilə Azərbaycan SSR Nazirlər Sovetinin 04 iyul 1974-cü il tarixli qərarı ilə Bəsitçay Dövlət Qoruğu yaradılıb. Qoruğun ərazisi ilkin mərhələdə 117 hektar təsdiq olunub. Lakin sonralar, 1980-ci ildə heç bir əsaslı səbəb olmadan qoruq ərazisi 10 hektar azaldılıb, 107 hektara endirilib. Qoruğa məxsus olan 107 hektardan 100 hektarını meşə, 7 hektarını isə qumluqlar, daş yığınları təşkil edir. Hazırda Bəsitçay Dövlət Təbiət Qoruğu ərazisinə görə respublikamızın qoruqlarının ən kiçiyidir. Bəsitçay Dövlət Təbiət Qoruğunun uzunluğu 15 kilometrə, eni isə bəzi yerlərdə 150-200 metrə çatır. Qoruq Ermənistanın Qafan və Azərbaycanın Zəngilan rayonunun dövlət meşə fondu torpaqları ilə həmsərhəd idi. Qoruq dəniz səviyyəsindən 600-800 metr hündürlükdə, əsasən dağlıq ərazidə yerləşir. Qoruqda bitən çinarlar həm eninə, həm də dərininə yaxşı kök atdığı üçün çox güclü küləyə, dağ selinə davamlıdır. Bu çinar ağacları yaxşı tikintimebel materialı kimi çox qiymətlidir. Onun oduncağı möhkəm və yüngül olub qonur rənglidir. Qoruq 1993-cü ilin oktyabrından erməni işğalçıları tərəfindən zəbt olunub. Alınan məlumatlara görə, bu gözəl təbiət incisi vəhşicəsinə qırılıb Ermənistana daşınır: "Arazboyu yasaqlığı-zəngin florafaunaya malik Araz çayı hövzəsi Zəngilanın təbii sərvətləri sırasında özünə məxsus yer tutur. 70 il SSRİ-nin sərhəd qoşunlarının nəzarətində olan Azərbaycan-İran sərhədindəki bu yasaqlıqda 1993-cü ilin ortalarında Bəsitçay Qoruğunun tərkib hissəsi kimi Arazboyu qoruğu yaradılıb. Uzunluğu təqribən 50 km olan qoruğun eni Araz çayının axınına uyğun olaraq 50 metrdən 250 metrə qədər dəyişir. Burada müxtəlif ağaclar, çöl heyvanları və quşları var. Ərazinin əsas torpağı gildir. Burada əsasən suya tələbatı çox olan ağaclar bitir".

Qaragöl Dövlət Təbiət Qoruğu 1987-ci ildə buzlaqlardan əmələ gəlmiş dağ gölünün nadir ekoloji sistemininsu hövzəsi ətrafı təbiət kompleksinin qorunub saxlanması məqsədilə 240 hektar ərazidə yaradılıb. Göl əsasən qar, yağış və qismən də bulaq suları hesabına qidalanır. Qoruğun florasında 278 ailəyə, 68 cinsə və 100-dən artıq növə aid bitkilər təmsil edilib. 1967-ci ildə gölə forel balığı buraxılıb. Qaragöl Dövlət Təbiət Qoruğu işğal altındadır və qoruq rejimi məhv edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi məlumatına görə, ölkəmiz Yer kürəsində palçıq vulkanlarının unikalklassik inkişaf regionu kimi tanınıb. Planetimizdə olan 800 palçıq vulkanından 300-dən çoxu Azərbaycanın şərqində və onunla həmsərhəd Xəzər akvatoriyasında yerləşir. Palçıq vulkanlarının əksəriyyəti Bakı və Abşeron yarımadasında yayılıb və onlardan bəziləri təbiət abidəsi kimi formalaşıb. Tam qətiyyətlə Azərbaycanı palçıq vulkanları diyarı adlandırmaq olarbu vulkanlar bizim həm milli, həm də təbii sərvətimizdir. Palçıq vulkanları neft-qaz yataqlarının müəyyən edilməsində xərcsiz başa gələn kəşfiyyat quyusu rolunu oynayır. Bundan əlavə, palçıq vulkanlarının gili faydalı qazıntı hesab olunur. Həmçinin, vulkan palçığı bir sıra xəstəliklərin-əsəb sistemi, dəri və oynaq xəstəliklərinin müalicəsində uğurla istifadə olunur. Eyni zamanda vulkanlar seysmik hadisələrlə sıx bağlı olmaq etibarilə, zəlzələlərin baş verməsi və bu kimi hadisələrin proqnozlaşdırılmasında əhəmiyyət daşıyır.

Son illər Bakı və Abşeron yarımadasında yerləşən palçıq vulkanlarına antropogen təsirlərin artması nəticəsində onların əraziləri dağıdılır, orada intensiv inşaat işləri aparılır, vulkanların püskürmə ehtimalı olan zonalarında yaşayış binaları inşa olunurdu. Bu səbəbdən ölkə ərazisində mövcud olan palçıq vulkanlarının mühafizəsini təşkil etmək, təbiətin bu nadir hadisələrinə daha qayğı ilə yanaşmaq aktual əhəmiyyət kəsb edirdi.

Hələ 1982-ci ildə Azərbaycan Respublikası Nazirlər Sovetinin 167 nömrəli Qərarı ilə 4 palçıq vulkanına təbiət abidəsi statusu verilib (Qobustan qəsəbəsində - Böyük Kənizdağ, Ayrantökən və Daşgil, Lökbatanda-Lökbatan palçıq vulkanları). Daha sonra təbii görkəmi və geoloji xüsusiyyətlərinə görə 23 palçıq vulkanına təbiət abidəsi statusu verilib, həmin vulkanların etibarlı mühafizəsini təşkil etmək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyində Milli Elmlər Akademiyasının mütəxəssislərinin iştirakı ilə "Palçıq vulkanları üzrə Elmi Koordinasiya Şurası" yaradılıb. Bakı və Abşeron yarımadasında yerləşən palçıq vulkanlarına antropogen təsirlərin aradan qaldırılması və mühafizəsinin təşkili, onların fəaliyyətinin öyrənilməsinin böyük elmipraktiki əhəmiyyətini nəzərə alaraq bu təbiət sərvətlərinin qorunması və gələcək nəsillərə çatdırılması, respublikamızın təbii irsinin geniş miqyasda təbliğ olunması məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 avqust 2007-ci il tarixli, 2315 nömrəli Sərəncamına əsasən, "Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu" yaradılaraq 52 palçıq vulkanına Dövlət Təbiət Qoruğu statusu verilib.

Öz növbəsində, Azərbaycan Respublikası Prezidentinin 15 avqust 2007-ci il tarixli, 2315 nömrəli Sərəncamından irəli gələn məsələlərin həlli ilə əlaqədar müvafiq işlərin yerinə yetirilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 14 sentyabr 2007-ci il tarixli, 512/ü nömrəli əmri ilə müvafiq Tədbirlər Planı təsdiq edilib.

Tədbirlər Planına əsasən, Palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğunun Əsasnaməsinin layihəsinin hazırlanması və Nazirlər Kabinetinə təqdim edilməsi, palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğuna daxil olan vulkanların yerləşdiyi ərazilərə baxış keçirilməsi və inventarlaşdırma işinin aparılması, ərazinin sərhədlərinin müəyyən edilərək xəritə-sxeminin hazırlanması, qoruq elan edilmiş palçıq vulkanlarından ən çox antropogen təsirlərə məruz qalanlarının (Pirəkəşkül, Keyrəki, Qaradağ, Daşgil, Bozdağ, Qobu, Hökməli və s.) real vəziyyətinin qiymətləndirilməsi və mühafizəsinin gücləndirilməsi üçün sərhədlərinin müəyyənləşdirilməsi, qoruq elan olunmuş palçıq vulkanlarının mühafizəsinin təşkili, elmi cəhətdən hərtərəfli tədqiq olunması və bu ərazilərdə aparılan tikinti işlərinin qarşısının alınması istiqamətində işlərin təşkili nəzərdə tutulur.

Hazırda Tədbirlər Planına müvafiq olaraq nazirlik tərəfindən "Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu"nun Əsasnaməsi hazırlanaraq aidiyyəti qurumlarla razılaşdırılıb və təsdiq olunmaq üçün Nazirlər Kabinetinə təqdim edilib, qoruq statusu verilmiş palçıq vulkanlarının sxematik geoloji xəritələri hazırlanıb. Hazırda Dövlət Təbiət Qoruğu statusu verilmiş palçıq vulkanlarının mühafizəsi və tədqiqi istiqamətində digər tədbirlər də ardıcıl olaraq həyata keçirilməkdədir. Bu işlərin icrası ilə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər aidiyyəti qurumlar məşğul olur.

 

İradə SARIYEVA

Bakı xəbər.-2015.- 4 mart.- S.15.