Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi - milli sərvətimizin beşiyi

 

Əvvəlki çağlarda çox az adam tapılardı ki, evində fabrikdə toxunan xalçalar olsun, qalan bütün ailələrdə, evlərdə əl xalçaları, nənələrimizin öz əlilə naxış vurduğu, cilaladığı, gerçək bir əsərə çevirdiyi xalılar olardı. Azərbaycan qadınının nəfəs verdiyi xalçalar tariximizin, təsviri incəsənətimizin, mədəniyyətimizin, miniatür sənətimizin nadir inciləri kimi yaşayır.

Azərbaycanda dövlət qayğısı ilə tamamilə əhatə edilən Azərbaycan xalçaları, bu sənət, bu müqəddəs sahə özünün yeni dövrünü yaşayır. Azərbaycan xalçalarının bütün dünyada əfsanəyə çevrildiyi, milyonların ürəyini fəth etdiyi məlumdur. Bilirik ki, dünyanın bir çox muzeylərində, kolleksiyalarda milli xalçalarımız var, özüçoxdur.

Azərbaycanda xalçalarımızın qayğı ilə əhatələndiyi, qorunduğu, təbliğ edildiyi bir məkan var-Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi. Bu muzeydə Azərbaycan xalqının milli mədəniyyətinin və incəsənətinin əvəzsiz xalçaxalq tətbiqi sənəti nümunələri ilə birgə müasir dövr rəssam və xalq sənətkarlarının ən nümunəvi əsərləri toplanıb.

Muzeylə bağlı rəsmi məlumatlarda bildirilir ki, Azərbaycan xalqının maddi və mənəvi irsini təşkil edən Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi dünyada xəzinəsindəki nadir xalçaların dəyərinə və əhəmiyyətinə görə ən böyük xalça kolleksiyası, xalça sənəti üzrə birinci, nüfuzlu, ixtisaslaşmış muzeydir. Onu da qeyd edirlər ki, arxeoloji materiallara əsasən, Azərbaycanda xalçaçılıqla hələ tunc dövründən (e.ə. II minillik) məşğul olunub. Azərbaycanda xalçaçılığın inkişafı haqqında Herodot, Klavdi Elian, Ksenofont kimi antik tarixçilərin, eləcə də orta əsr ərəb tarixçilərinin və Azərbaycan şairlərinin (Nizami Gəncəvi (XII əsr), Xaqani Şirvani (XII əsr)) əsərlərində məlumat verilib. Məlumatlarda daha sonra qeyd edilir ki,

XIII-XIV əsrlərdə Azərbaycandan xarici ölkələrə çoxlu xalçaxalça məmulatı ixrac edilirdi. Tarixi mənbələrdə bildirilir ki, incə ornamentləri, zərif və nəfis naxışları ilə diqqəti cəlb edən bu xalçalar məşhur Avropa rəssamlarının əsərlərində öz əksini tapıb. XV əsr Niderland rəssamları Hans Memlinqin "Məryəm öz körpəsi ilə" tablosunda "Şirvan" xalçası, Van Eykin "Müqəddəs Məryəm" əsərində "Zeyvə" xalçası, alman rəssamı Hans Holbeynin (XV əsr) "Səfirlər" əsərində "Qazax" xalçasının təsvirləri verilib. Azərbaycan xalçaları haqqında internet saytlarında, o cümlədən də bir sıra sənətşünasların əməyi sayəsində hazırlanan "Vikipediya" məlumatında qeyd edilir ki, Azərbaycan el sənətkarlarının yaratdıqları xalça sənəti inciləri yüzilliklər boyu dünyanın bir çox muzeylərini: Nyu-Yorkda "Metropoliten", Londonda "ViktoriyaAlbert", Sankt-Peterburqda "Ermitaj", Parisdə "Luvr"us. bəzəyib. Eləcə də bu gün Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində bu sənət incilərinin nadir nümunələri ilə tanış olmaq olar. Muzeyin ekspozisiyasında Azərbaycanın Quba, Bakı, Şirvan, Gəncə, Qazax, Qarabağ, Təbriz kimi klassik xalça məktəblərinə məxsus olan xalçalar öz kompozisiyaornament quruluşlarına, eləcə də rəng həllinə görə diqqəti cəlb edir. Məlumatlarda o da qeyd edilir ki, Qubada toxunan xalçalardan -"Pirəbədil", "Qımıl", "Sırt-Çiçi" zərifliyi, rəsm və naxış elementləri ayrıntılarının nəcibliyi, səthə taxılmış kimi görünən - toxunması belə hiss olunmayan elementləri, xırdalanmış cizgi rəsmi, yığcam rəng qammaları ilə insanı heyran edir. Şirvan xalçalarından - "Muğan", "Şilyan" bir növ ilk - qədim xalçalarımıza oxşayır. Bu xalçalarda qədim xalça kompozisiyaları ciddi ritmlə realizə edilir, sakit kolorit üstündür. Qarabağ xalçaları - "Xanlıq", "Malıbəyli", "Ləmpə"də yüksək kompozisiya ustalığı, ağlasığmaz fantaziya, kolorit əlvanlığı ön planda dayanır. Bakıda hazırlanan xalçalardan - "Xilə - Buta"nın, "Novxanı"nın, "Fatmayi"nin zərif cizgi rəsmi, mürəkkəb ornamentləri var. Olduqca böyük şərtiliyə əsaslanan "Faxralı", "Şıxlı", "Borçalı", "Qaçağan", "Qədim Göyçə", "Dəmirçilər" kimi Gəncə və Qazax məktəblərinə aid xalçalarda əsasən naxışların həndəsi üslubuna daha çox üstünlük verilir. Bu naxışlar kainatın sirlərini, mistik təsəvvürləri damğalar və cizgilərin dili ilə bizlərə yetirir. Təbriz xalçalarından - "Sərabi", "Əfşan", "Ləçək - Turunc"da dairəvi və ya spiralvari plastik formaların dekoru, dünyanın əbədiliyi, gözəlliyi və həyat ritmi haqqında təsəvvür yaradır. Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi Azərbaycanın məhz belə nadir sənət nümunələrini öz kolleksiyasında toplayıb.

Muzeydə saxlanan dəyərli xəzinənin təsvirinə gəlincə, rəsmi məlumatlara görə, bundan başqa, muzeyin ekspozisiya və fondlarında palaz, cecim, kilim, şəddə, zili, ladı, vərni və sumax daxil olan, bir-birindən rəng çalarları, çeşniləri və texnoloji toxunma üsulları ilə seçilən xovsuz xalçalar, məişətdə geniş uteletar əhəmiyyət kəsb etməklə yanaşı, yaraşıqlı bəzək elementləri ilə toxunulmuş məfrəş, xurcun, heybə, çanta, çul, xarals. kimi xalça məmulatları da toplanıb. Muzeyin zəngin kolleksiyasında qiymətli metaldan hazırlanmış zərgərlik məmulatları, ziynət əşyaları və soyuq silahlar; çini, kağız, şüşə, ağacdaş üzərində oyma ilə işlənmiş əşyalar; bədii tikmə, parçakişi, qadın, uşaq milli geyimləri; zərif naxışlı bədii metal məmulatları və s. kimi xalq tətbiqi sənət nümunələri nümayiş etdirilir. Onların içərisində tunc dövrünə aid edilən tunckeramikadan düzəldilmiş, üzəri həndəsi və zoomorf naxışlarla bəzədilmiş qablar, silahlar, bəzək əşyaları və s. arxeoloji nümunələr, XIV əsrə aid bədii metals. daha çox diqqəti cəlb edir. Muzeyin ekspozisiyasında toxuculuğun müxtəlif üsullarını, 10-dan artıq toxunma növünü, onun sirlərini öyrənmək və əyani tanış olmaq olar. Muzeyin nüfuzlu elmi mərkəz kimi tanınması onun beynəlxalq miqyasda ekspert kimi çıxış etməsinə imkan verir. Muzeyin zəngin maddielmi bazası əsasında 1983-1988 və 2003-cü illərdə "Şərq xalça sənəti", "Azərbaycan xalça sənəti" və "Azərbaycan xalçası və xalq tətbiqi sənəti" mövzularında I, II və III beynəlxalq simpoziumlar keçirilib.

Azərbaycanın mədəni irsinin uzaq və yaxın xaricdə təbliğ edilməsi məqsədilə muzey respublikada və 30-dan artıq xarici ölkədə xalçaxalq tətbiqi sənətinə aid sərgilər təşkil edib. Bunların sırasında Fransa, Avstriya, İsveç, Danimarka, Belçika, Hindistan, Yaponiya, İsrail, Böyük Britaniya, Kuba, İran, Hollandiya, Kamboca, Madaqaskar, Türkiyə və s. ölkələri göstərmək olar.

Muzeydə qonaqlara bəyəndikləri əşyanın önündə rəngarəng və zövqlə tikilmiş Azərbaycan milli geyimlərindən istifadə edərək xatirə olaraq fotovideo çəkilişlərin aparılması üçün şərait yaradılıb. Muzeydə müxtəlif növ və çeşnidə xalçaların toxunulması və suvenirlərin hazırlanması üçün sifarişlər qəbul olunur, xalçaxalq tətbiqi sənətinin müxtəlif mövzularına dair mühazirələr, ekskursiyalar, müsabiqə, sərgilər, eləcə də xalça toxunan bölgələrə etnoqrafik turlar təşkil edilir. Muzey buklet, bələdçi, kataloqs. materiallar nəşr edir. Muzeyin zəngin elmi bazası əsasında müxtəlif mövzularda təhsil, folklor proqramları təşkil olunur. Bu proqramlarda maraqlı etnoqrafik səyahətlər, milli xalq ənənəsi üslubunda bədii gecələr və s. təşkil edilir. Eyni zamanda, gənc nəslin tədris proqramında yaxından iştirak etmək, onların estetik zövqünün inkişafı, tarixi-bədii ənənələrimizin öyrədilməsi, təsviri sənət, bədii tikmə sənəti, xalça toxuma ənənələrinin incəliklərinin öyrədilməsi məqsədilə muzey təhsil proqramı hazırlayıb və bu proqram əsasında da məktəblilərlə aparır. Muzeyin Şuşa filialı Şuşanın işğalından sonra, 1992-ci ildən etibarən öz fəaliyyətini Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində davam etdirir.

Məlum olduğu kimi, uzun illər muzey binasız idi və fəaliyyətini Muzey Mərkəzində davam etdirirdi. Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə muzey üçün dənizkənarı Milli Parkda möhtəşəm bina inşa olunub və 26 avqust 2014-cü ildə Prezident

İlham Əliyevin və Heydər Əliyev Fondunun rəhbəri, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın iştirakı ilə Xalça Muzeyinin açılışı olub.

Qeyd edək ki, Azərbaycan xalçaçılıq sənəti sahəsində dünyanın aparıcı ölkələrindən biridir. 2010-cu ildə Azərbaycanın ənənəvi xalçaçılıq sənəti UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsin Reprezentativ Siyahısına salınıb. Tətbiqi sənətin nadir nümunələrinin toplandığı Xalça Muzeyi ayrı-ayrı dövrlərdə müxtəlif ünvanlarda yerləşib. Rəsmi məlumatlara görə, ölkəmizin nadir incilərindən olan xalçaların daha geniş və səmərəli nümayişi məqsədilə Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən muzey üçün xüsusi bina tikilməsi qərara alınıb və 2008-ci il mayın 15-də dənizkənarı Milli Parkın ərazisində binanın təməlqoyma mərasimi keçirilib.

Bildiyimiz kimi, muzeyin yeni binasının yaradılması işində Heydər Əliyev FondununUNESCO-nun müvafiq dəstəyi və köməyi olub. Orijinal üslubda inşa olunan bina bükülmüş xalçanı xatırladır. Hazırda muzeyin sərgi və fondlarında 13 min 300-dən artıq eksponat və əşya saxlanır. Muzeydə xalçaxalça məmulatları, metal məmulatlar, parça, geyim və tikmə, keramika, şüşə, ağac, kağız, zərgərlik əşyaları, kitablar, fotoşəkillərdən ibarət nadir kolleksiya mühafizə olunur. Bu kolleksiyanın ziyarətçilərə təqdimatı üçün binada ideal şərait yaradılıb. Muzeyin fondunda mövcud olan xalçaxalça məmulatlarının saxlanması və konservasiyası 2013-cü ildə Bakıya dəvət edilmişbu sahədə zəngin təcrübəsi ilə dünyada məşhur olan "ViktoriyaAlbert" Muzeyinin parçalarının konservasiyası üzrə mütəxəssis Luis Squirerin tövsiyələri və tərtib etdiyi təlimatlar əsasında təmin olunur.

Açılış mərasimində çıxış edən ölkə başçımız İlham Əliyev muzeyin inşa olunması zərurətindən və onun əhəmiyyətindən danışıb: "Azərbaycanda Xalça Muzeyi 1960-cı illərin sonlarında görkəmli alim, professor, rəssam Lətif Kərimovun təşəbbüsü ilə açılıb. Ancaq muzeyin öz binası olmayıb. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə muzeyin fondlarının zənginləşdirilməsi üçün vəsait ayrılmışdı və birinci ekspozisiya İçərişəhərdə Cümə məscidində 1972-ci ildə nümayiş etdirilmişdi. Müstəqillik dövründə isə Xalça Muzeyi Muzey Mərkəzində fəaliyyət göstərirdi. Yadımdadır, 2006-cı ildə Muzey Mərkəzində olarkən o cümlədən Xalça Muzeyinə də baş çəkdim və əlbəttə, elə o vaxt dərhal qərar qəbul etdim ki, mütləq Azərbaycanda Xalça Muzeyi üçün ayrıca bina tikilməlidir. Çünki orada həm saxlanma yerləri bizim tələblərimizə uyğun deyildi, eyni zamanda, ekspozisiya üçünyer çox məhdud idi. Ona görə 2007-ci ildə sərəncam imzalanmışdır ki, Azərbaycanda Xalça Muzeyinin binası tikilsin və 2008-ci ildə bax burada UNESCO-nun baş direktoru cənab Matsuuranın iştirakı ilə bu gözəl, möhtəşəm binanın təməli qoyulmuşdur. Əlbəttə ki, Azərbaycanda tikiləcək Xalça Muzeyi həm daxili tərtibatı, eyni zamanda, xarici görünüşü ilə də fərqlənməli idi. Çünki xalça bizim milli sənətimizdir. Azərbaycanı xalçasız, xalçanı isə Azərbaycansız təsəvvür etmək mümkün deyil...".

Ölkə başçısı xalçaçılıq sənətinin Azərbaycanın milli sənəti olduğunu da vurğulayıb: "...Çünki bu, bizim xalqımızın nə qədər istedadlı xalq olduğunu bir daha göstərir. Çünki xalça bizim milli sənətimizdir. Biz hesab edirik ki, Azərbaycan xalça sənətinin vətənidir, xalça muğam, memarlıq abidələri kimi bizim milli dəyərimizdir, sərvətimizdir. Təsadüfi deyil ki, muzeyin tikintisinə başlayandan sonra bizim təşəbbüsümüzlə Azərbaycan xalçaçılıq sənəti UNESCO-nun Qeyri-maddi İrs üzrə Reprezentativ Siyahısına daxil edilmişdir. Biz öz xalçamızı, xalçaçılıq sənətimizi qoruyuruq. Azərbaycan xalçasının qorunması və inkişaf etdirilməsi haqqında müvafiq qanun da qəbul edilmişdir. Bu, bizim böyük sərvətimizdir və əlbəttə çalışmalıyıq ki, gənc nəsil bu sənətə maraq göstərsin. Biz bunu təşviq etməliyik.

Hazırda həm Bakıda, həm də müxtəlif bölgələrdə xalça muzeyləri fəaliyyət göstərir. Bakıda artıq bu gündən fəaliyyət göstərəcək. Eyni zamanda, son illər ərzində demək olar ki, bütün bölgələrdə Heydər Əliyev mərkəzlərinin nəzdində xalçaçılıq dərnəkləri fəaliyyət göstərir. Bu, bizə imkan verəcək ki, bu sənət inkişaf etsin və nəsillər arasındakı körpülər daha da möhkəm olsun. Bizim görkəmli xalçaçılıq ustaları əlbəttə ki, öz təcrübəsini gənc nəslə ötürməlidirlər. Eyni zamanda, bu gündən burada nümayiş etdirilən bizim gözəl xalçalarımız əminəm ki, gəncləri də bu sənətə gətirəcək və beləliklə, Azərbaycan xalçaçılıq sənəti bundan sonra da inkişaf etdiriləcək. Bizim mədəni irsimiz, tariximiz, mədəniyyətimiz çox zəngindir. Son illər ərzində dünyanın müxtəlif yerlərində Azərbaycanla bağlı təqdimatlar, sərgilər, konsertlər keçirilir. Əlbəttə ki, xalça o təqdimatların mərkəzində yerləşir. Çünki bu, doğrudan da dünya miqyasında böyük bir dəyərdir. Mən hesab edirəm ki, Azərbaycan xalçası dünyada xalçaçılıq sənətinin etalonudur. Təsadüfi deyil ki, bizim xalçalarımız dünyanın ən məşhur muzeylərində nümayiş etdirilir. Onu da qeyd etməliyəm ki, mən çoxsaylı xarici səfərlərim zamanı müxtəlif yerlərdə, müxtəlif ölkələrdə prezident saraylarında Azərbaycan xalçasını görmüşəm. Qeyd etmişəm, öz həmkarlarıma bildirmişəm ki, bax bu xalça Azərbaycan xalçasıdır və onlar bunu bilirlər. Yəni bu gün Azərbaycan xalçası dünyada məhz Azərbaycan xalçası kimi tanınır. Uzun illər, əsrlər boyu bizim Azərbaycan xalçaları dünyada nümayiş etdirilirdi. Ancaq biz müstəqil ölkə olmadığımız üçün bu xalçalar Azərbaycan xalçaları kimi təqdim edilmirdi. Ona görə biz - həm dövlət, hökumət, müvafiq qurumlar, həm də ictimai təşkilatlar çox böyük apardıq ki, xalçamızı, Azərbaycan xalqına məxsus olan bu böyük sənəti məhz Azərbaycan xalçası kimi təqdim edək. Hesab edirəm ki, bu muzeyin fəaliyyətə başlaması bu işdə əlavə imkanlar yaradacaq. Çünki əminəm ki, Bakıya gələn qonaqların əksəriyyəti buraya gələcəklər. Eyni zamanda, hesab edirəm ki, biz bu muzeyin ekspozisiyasını və ümumiyyətlə, muzeylə bağlı məlumatları xarici ölkələrə də çatdırmalıyıq. Biz Azərbaycan xalçasının sərgilərini mütəmadi qaydada dünyanın aparıcı ölkələrində nümayiş etdirməliyik. Bunu biz indi edirik. Bu, sistemli xarakter almalıdır. Bir sözlə, haqlı olaraq fəxr edirik ki, bizim nadir sənətimiz - xalçaçılıq sənəti bu gün var, yaşayır, yaşayacaqdır...".

Prezident İlham Əliyevin xalçaçılıq, bu müqəddəs və möhtəşəm sənət haqqında dediyi sözlər öz dəyərini bütün zamanlar üçün qoruyacaq. Dövlətin milli xalçalarımıza qayğısı sonsuzdurbu, tariximizə, mədəniyyətimizə xidmətdir.

 

İradə SARIYEVA

Bakı xəbər.-2015.- 19 mart.- S.15.