Laçının
işğalı - Azərbaycan dövlətçilik tarixində
erməni təcavüzünün ən ağır təzahürlərindən
biri kimi...
Laçın ağrılı bir nəğmə, ağı, sinədağlayan bir bayatı kimidir indi. Adı gələndə kürəyimiz qovuşur, ürəyimiz yaralı quş kimi çırpınır, sanki can veririk. Laçın qürur, əzəmət, qalibiyyət simvolu kimi yaddaşlarımıza köçüb. Ancaq bir anlıq ağlımıza gələndə ki, indi Laçın tora salınmış varlığımızdır, imdad diləyən ruhdur, onda başqa hallara düşürük. Laçın Güləbirdli Sarı Aşığın yurdudur. Könül oxşayan bayatılar deyən, özü də bir bayatıya çevrilən Sarı Aşığın ruhu dolaşır o yerlərdə-nigaran, sərgərdan.
Azərbaycan dövlətçilik tarixində xüsusi yeri olan qəhrəmanlar yurdu Laçın indi elə əlçatmaz olub ki... Sultan bəyin yurd-yuvası indi erməni tapdağında inildəyir. Xəyanətkar, türk düşməni Andranikin, onun tərəfdarlarının yağısı olan igidlərin, ulu babalarımızın yurdu yağı caynağındadır. Erməni işğalından illərdir əziyyət çəkir Laçın. Şuşadan sonra Laçının da işğal edilməsi, laçınlıların öz yurd-yuvalarından didərgin düşməsi doğrudan da ağırdır. 23 ildir yolları üzümüzə bağlanıb Laçının. Laçın deyəndə kimlər yada düşmür ki... Görkəmli sənətkarımız Məhəbbət Kazımov 22 il Laçınsızlığa dözsə də, sonda davam gətirə bilmədi bu ayrılığa...
Dağlar zirvəsində binələnən Laçın şəhəri Azərbaycan Respublikasının ayrılmaz hissəsidir və bu yurdun oğul və qızları Azərbaycanın dövlətçilik tarixində, mədəniyyətində, ədəbiyyatında, musiqisində silinməz izlər qoyub.
Coğrafi məlumatlara görə, Laçın rayonunun
ərazisi 1321 kv. km, əhali sayı isə 2007-ci il siyahıya alınmasına görə, 11519 nəfərdir.
Laçın-Azərbaycan Respublikasıda şəhər, Laçın rayonunun inzibati mərkəzi. Məlumatlara görə, respublikanın paytaxtı Bakı şəhəri ilə şosse yolla ara məsafəsi 450 km, Xankəndi dəmir yolu stansiyası ilə ara məsafəsi isə 60 km olub. Bəlli olduğu kimi, 18 may 1992-ci ildən erməni silahlı qüvvələrinin işğalı altındadır.
Tarixçilərin verdiyi məlumatlara görə, Laçın əvvəllər Abdallar adlanıb, 1923-cü ildən şəhər statusu alıb və 1926-cı ildən Laçın adlandırılıb. 1930-cu ildə Laçın inzibati rayonu təşkil edilərkən Laçın şəhəri onun mərkəzinə çevrilib.
Coğrafiyaşünaslar "Laçın" toponimini şərh edərkən bildirir ki, o bir oykonim kimi 1924-cü ildən xəritəmizdə özünə yer tapıb. Ona qədər isə bu ad "Yuxarı Laçın" adlı kəndin adında özünü qoruyub saxlayıb. Qismən qədim xəritələr üzərində araşdırmalar göstərir ki, Kiçik Qafqaz sıra dağlarının ən böyük silsiləsi olan Qarabağ yaylasının əsas zirvəsi ilə yanaşı Laçın adlı bir zirvə də diqqəti cəlb edir.Bu zirvə Yuxarı Qarabağ bölgəsində Böyük Kirs, Kiçik Kirs, Sarı baba zirvələri ilə üçbucaq təşkil edir. Bu zirvə Qarabağ sıra dağlarının mərkəzi hissəsində, onun cənub-qərbində yerləşir. Alimlərin araşdırmaları göstərir ki, "Laçın" adına coğrafi, tarixi və ədəbi mənbələrdə rast gəlinir. Mənbələrə baxarkən "Laçın" toponimi bir oronim-yəni dağ adı kimi bizə məlum olur. Lakin bu toponim həm də özünə bir oykonim şəklində bir növ vətəndaşlıq hüququ qazanıb. Bunu Laçın adlı kəndlərin adında görə bilərik: Şuşada Laçınlar, Kəlbəcər rayonunda Laçın adlı kəndlər, Kəlbəcər rayonundakı Laçınqaya qalası və s. buna misal ola bilər.
Alimlər qeyd edir ki, bu adın sorağı ilə ədəbi materiallara müraciət edilib və burada "Laçın" adına rast gəlinir. Hazırda, eləcə də yaxın keçmişdə bu adı axtarmaq çox asandır. Laçın adını daşıyan şəxslər hazırkı dövrdə də var. Ancaq bu adın sorağı ilə uzaq keçmişə müraciət edən alimlər bildirir ki, məşhur hind şairi Əmir Xosrov Dəhləvinin həyatından bəhs edən mənbələrdə onun atasının soyadında "Laçın" sözü diqqəti cəlb edir. Onun adı belədir: Əmir Mahmud Şəms Laçın. Tarixi mənbələrdən aydın olur ki, onun ata-babası Hindistana Orta Asiyanın işğalı ilə əlaqədar gəliblər. O zaman "Laçın" türk tayfası Türkmənistanın cənubunda Kopet dağında məskunlaşıb. Hindistanda yaşayıb-yaratmış, dövrünün ən böyük şairi Əmir Xosrov Dəhləvinin adında tayfasının adı göstərilib.
Alimlər qeyd edir ki, "Laçın" türk tayfası XIII əsrin əvvəllərində Türkmənistanın cənubundakı ərazilərdə yaşayırdılar. Monqolların hücumu zamanı Laçın tayfalarının bir hissəsi Azərbaycana pənah gətirib. Onlar Qarabağın yuxarı bölgəsində - Xaçın məlikliyində, Xəlfəlidə, eləcə də Qarqarçay, Həkəriçay hövzələri yaxınlığında məskən salıb. "Laçın" türk tayfasının bir hissəsi isə Hindistanda sığınacaq tapıb.
Orta əsrlərdə Azərbaycanda Laçın qalası və Laçın şəhəri də olub. Qarabağda Laçın qalasının olmasını Kirakos Gəncəli qeyd edib. O, yazır ki, Laçın Həsən Cəlalın qalalarından biri idi. Azərbaycanda orta əsrlərdə Laçın adlı şəhər də olub ki, bu şəhərdə pul kəsilirdi. Bu şəhər Çobani xanlarının zamanında daha da şöhrətlənib.
Laçın rayonunun memarlıq abidələri öz qədimliyi və əzəməti ilə maraq doğurub. Rayonun ərazisində 300-ə yaxın tarixi, mədəniyyət və memarlıq abidəsi, onlarla kurqan, qala tipli arxeologiya baxımından faydalı olan abidə, çoxlu sayda qəbirüstü abidə, stellalar, at, qoç fiqurları, süjetli daşlar aşkarlanıb, eləcə də bu ərazi çoxlu təbii sərvəti, qiymətli mineral suları ilə zəngin olub. Bu ərazidə olan abidələrin əksəriyyəti Qafqaz Albaniyası dövrünün yadigarlarıdır. Alimlərimizin verdiyi məlumata əsasən, bu ərazidə olan Qafqaz Albaniyası dövrü abidələrinin bir çoxu bizim eranın xristianlıqdan əvvəlki dövrünə aiddir. Bu yerlərin mürəkkəb relyefi, sərt iqlimi bir çox çay keçidlərində, yolların keçilməz hissələrində körpülərin inşasına səbəb olub. Onlar əsasən birtağlı və yaxud ikitağlı körpülərdir.
Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalı zamanı rayonda mövcud olan əksər tarixi, mədəni və dini abidələr dağıdılıb. Rayonun ərazisində aşağıda adları çəkilən abidələr rayondakı abidələrin yalnız 70%-ə qədərini təşkil edir.
Abdallar (Bəylik) kənd ərazisində: Həkəri çayı üzərində körpü XVIII əsr, daş qutu-dəmir dövrü, qəbiristanlıq.
Zabux kəndi ərazisində: Sümüklü qəbiristanlığı, XVI əsrə aid Xallanlı qəbiristanlığı.
Malıbəy kəndi ərazisində: qədim qəbiristanlıq.
Kosalar kəndi ərazisində IX əsrə aid Ağoğlan qəsri, qədim qəbiristanlıq.
Sultanlar (Hüsülü) kəndi ərazisində: 1761-ci ilə aid Soltan Əhməd sarayı, XIV əsrə aid qədim qəbiristanlıq.
Zeyvə kəndi ərazisində Soltanbaba türbəsi, Şeyx Əhməd türbəsi, türbə, qədim qəbiristanlıq.
Qarıqışlaq kəndi ərazisində XI əsrə aid məscid, Dəmirovlu Pir-Məbəd.
Sadınlar kəndinin mərkəzində XVII əsrə aid məbəd.
Hacılar kəndi ərazisində: qədim qəbiristanlıq, bulaq (abidə).
Vağazin kəndi ərazisində məbəd.
Quşçu kəndi ərazisində XV əsrə aid Uşaq qalası, Böyük bulaq, Korca bulaq, Sadınlar qalacığı.
Mirik kəndi ərazisində XV əsrə aid qala, məbəd.
Bozlu kəndi ərazisində qəbiristanlıq, Xaçın yalı ərazisində XV əsrə aid Xaçın daşı.
Əhmədli kəndi ərazisində XVII əsrə aid məbəd, "Vəng" qəbiristanlığı.
Minkənd kəndi ərazisində XV əsrə aid Minkənd çayı üzərində ikitağlı, Abaxeyir ərazisində birtağlı körpü. Məbəd.
Şeylanlı kəndi ərazisində birtağlı körpü.
Qaragöl ərazisində məscid, qəbiristanlıq.
Hoçaz kəndi ərazisində mağara, məbəd.
Soyuqbulaq kəndi ərazisində Bulaq (abidə), məbəd.
Zabux kəndi ərazisində körpü (1988-ci ildə dağıdılıb).
Güləbird kəndi ərazisində XV əsrə aid Qız qəbri abidəsi, dəmir dövrünə aid kurqan, orta əsrə aid qədim qəbiristanlıq, bayatı ustadı Sarı Aşığın qəbri.
Cicimli kəndi ərazisində XVI əsrə aid Məlik Əjdər türbəsi, XVI-XVII əsrlərə aid türbə, orta əsrlərə aid Çoban daşı və qədim qəbiristanlıq.
Malxələf kəndi ərazisində XVII əsrə aid Xəlifə türbəsi, qədim qəbiristanlıq. Sınıq körpü.
Aşağı Fərəcan kəndi ərazisində X əsrə aid məbəd, Fərəcan Güləbird yolunda körpü, qədim qəbiristanlıq.
Sus kəndi
ərazisində XVII əsrə
aid bulaq.
Seyidlər kəndi ərazisində
XVII əsrə aid bulaq,
qədim qəbiristanlıq,
Pircançay üzərində
qədim körpü.
Pircahan kəndi
ərazisində XVII əsrə
aid bulaq, XI əsrə
aid Qovur qalası.
Korcabulaq kəndi ərazisində məbəd.
Ziyrik kəndi ərazisində dəmir dövrünə
aid Rizvan meşəsində
kurqan.
Ərikli
kəndi ərazisində
XVI əsrə aid Qaraşaqqal
türbəsi, araxışda
türbə və qədim qəbiristanlıq.
Piçənis kəndi ərazisində məbəd.
Şəlvə kəndi ərazisində məbəd.
Qorçu kəndi ərazisində məbəd.
Laçın şəhərində (1941-1945-ci illər) Böyük Vətən Müharibəsində
həlak olanların xatirə kompleksi.
1924-cü ildən sonra
rayonda inşa olunmuş körpülər,
bulaqlar, abidələr
və abidə kompleksləri və başqa abidələr Laçının tarixi əhəmiyyətini bir daha sübut edir. Bir məqamı da
qeyd edək ki, bu abidələrin
böyük əksəriyyəti
bizim eradan əvvələ aiddir.
Qədim
türk yurdu olan Laçın özündə çox qiymətli xəzinəni qoruyurdu. İndi erməni işğalındadır
və abidələrin
əksəriyyətinin salamat
qalması şübhə
doğurur, qalanlar erməniləşdirilib. Ermənilər saxta tarixlərini belə yaradırlar.
Laçın Tarix və Diyarşünaslıq
Muzeyi haqda da danışmaq istəyirik. 1200 kv/metr sahəni əhatə edən Laçın Tarix və Diyarşünaslıq
Muzeyi 1974-cü ildə
yaradılıb.
Tarixçilərin "Vikipediya" Açıq
Ensiklopediyasına yerləşdirdiyi
məlumatlara görə,
Laçın Tarix və Diyarşünaslıq
Muzeyi-Azərbaycan Respublikasının
Laçın rayonunda
1974-cü ildən 1992-ci ilin
may ayına qədər
fəaliyyət göstərib,
işğal olunan muzeylər siyahısına
daxil olan yüksək bədii və tarixi səciyyə daşıyan
eksponatlarla zəngin olan ən əhəmiyyətli
muzeylərdən biri.
Muzeyin memarlıq
quruluşunu təsvir
edən tarixçilər
qeyd edir ki, muzeyin yerləşdiyi
bina tarix və mədəniyyət
abidəsi kimi qiymətləndirilirdi. Bu bina sovet hakimiyyətinin
ilk illərində Pedaqoji
Texnikum üçün
nəzərdə tutulsa
da, sonralar burada VIII illik məktəb fəaliyyət
göstərib. Muzeyin ümumi
sahəsi 1200 kv/metrdən çox idi. Muzey bir dəhlizdən,
24 otaqdan, 1 nümayiş
salonundan və 72 kv/metrlik bir
fonddan ibarət idi. Muzeyin həyətində müxtəlif əsrlərdə
hazırlanmış bədii
daş nümunələri,
süjetli oymalar, at və qoç heykəlləri və bir çox məişət əşyaları
açıq havada nümayiş etdirilirdi.
1983-cü ildən 1992-ci ilə qədər muzey tərəfindən geniş şəkildə
ekspoziyalar təşkil
olundu. Muzeyin əsas fondunda
5 mindən artıq eksponat toplandı. Yardımçı fondla birlikdə
muzeydə ümumilikdə
10 minə yaxın əşya olub. 1989-cu ildə Laçın
Tarix-Diyarşünaslıq Muzeyi Ümumittifaq muzeylərə baxış
müsabiqəsində qalib
seçilib və direktoru ilə birgə xüsusi medalla təltif olunub. 1992-ci ildə Laçın rayonu işğal olunarkən muzeyin eksponatlarını çıxarmaq
mümkün olmayıb.
Muzeyin statusu haqda məlumat verən alimlər yazır ki, Laçın Muzeyi
1974-1992-ci illərdə Azərbaycan
Respublikasının Mədəniyyət
Nazirliyi nəzdində
fəaliyyət göstərirdi.
Ermənistan Respublikası silahlı qüvvələri 1992-1994-cü illərdə Azərbaycan
ərazilərini işğal
etdikdən sonra Laçın muzeyi tamamilə dağıdıldı,
eksponatları talan edilərək Ermənistan
Respublikasının İrəvan
şəhərinə aparıldı. Muzeyin ərazisində arxeoloji qazıntılara start verildi.
Muzey 1992-ci ildən
Bakı şəhərində
məskunlaşıb və
yenidən eksponatların
toplanması işini aparır. Muzey rəhbərliyinin tarixçilərə verdiyi
məlumata görə,
muzeydə xalqımızın
maddi mədəniyyətinə
dair çox qiymətli əşyalar olub. Eyni zamanda bu eksponatlar bölgənin özünəməxsus xüsusiyyətlərini
özündə əks
etdirib. Muzeydə müharibə, əmək
veteranları ilə görüşlər keçirilib.
Hələ o dövrdə muzeyin
fəaliyyəti geniş
şəkildə işıqlandırılıb.
Laçın rayonu işğal
olunduqdan sonra muzey ermənilər tərəfindən dağıdılıb
və eksponatlar erməniləşdirilərək turistlərə nümayiş
etdirilir. Muzey rəhbərliyinin
bu faktla bağlı abidələrin
qorunması ilə əlaqəli beynəlxalq
təşkilatlara müraciət
etməsinə baxmayaraq,
bu günədək məsələyə aydınlıq
gətirilməyib.
İşğalın fəsadlarından danışan
alimlər bildirir ki, muzey kompleksi
tamamilə dağıdılaraq
yerlə yeksan edilib.
Beş mindən
çox qiymətli eksponat talan edilərək Ermənistan
Respublikasına aparılıb. Muzeyin həyətində
müxtəlif əsrlərdə
hazırlanmış bədii
daş nümunələri,
süjetli oymalar, kənd təsərrüfatı
alətləri, müxtəlif
heyvan fiqurları, at və qoç heykəlləri, nehrə,
qazan, tuluq və bir çox
digər məişət
əşyalar sındırılaraq
məhv edilib.
2009-cu ildən ermənilər
muzeyin ərazisində
arxeoloji qazıntı
işlərinə başlayıb,
hazırda da bu işlər davam etdirilir.
Milli-mədəni dəyərlərin qorunmasını
və mühafizəsini
təmin edən hüquqi sənədlər
qəbul edilib. "Silahlı
münaqişə baş
verdikdə mədəni
dəyərlərin qorunması
haqqında" 1954-cü il Haaqa Konvensiyası. "Ümumdünya
mədəni və təbii irsin mühafizəsi haqqında"
UNESCO-nun 1972-ci il Konvensiyası.
UNESCO-nun
Ali Konvensiyası tərkibinə
daxil olan ölkələrə mədəni
tarixi dəyərlərin
qorunması haqqında
tövsiyələri, 1972-ci il. "Arxeoloji
irsin mühafizəsi haqqında" 1992-ci il Avropa Konvensiyası. "Tarix və mədəniyyət
abidələrinin qorunması
haqqında" Azərbaycan
Respublikasının Qanunu,
Bakı şəhəri,
10 aprel 1998-ci il.
Bu sənədlər də
erməniləri çirkin
əməllərindən daşındırmır. Özlərinə aid olmayan torpaqları müvəqqəti əldə
edərək orada özbaşınalıq edirlər.
Amma unudurlar ki, nə qədər
saxtalaşdırsalar da,
nə o torpaqların,
nə də abidələrin, dağın,
daşın, gülün-çiçəyin
ruhunda erməni izi yoxdur, ola da bilməz.
Laçın qədim-qayım Azərbaycan yurdudur. Əzəmətli ordumuzun
o yurda və işğalda olan başqa yurd yerlərimizə daxil olmasına az
qalıb. Zəfər, qələbə bizimdir. Şanlı Azərbaycan dövləti
ərazi bütövlüyünü
təmin edəcək.
İradə
SARIYEVA
Bakı xəbər.-2015.- 18 may.- S. 11.