2011-ci ildə açılışı olan I Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu - Azərbaycandan dünyaya yayılan səs...

 

Azərbaycan bütün dünya üçün açıq bir ölkədir. Mədəniyyətlərarası şəffaf əlaqələri, dövlətləri birləşdirən sülh, mədəniyyət, tolerantlıq körpülərinin memarlarından biri dövlətimizdir. Dövlətimiz sülh, əminamanlıq, mədəniyyətlərin öz kökünü saxlamaqla başqa mədəniyyətlərlə təmas qurmasına çalışır və bu sahədə də böyük işlər görür.

Məlum olduğu kimi, müasir dövrdə dünya xalqlarının yaxınlaşması, qlobal təhlükələrin qarşısının alınması üçün qüvvələrin birləşdirilməsi və vahid anlamın formalaşdırılması bəşəriyyətin qarşısında duran vacib problemlərdən biri kimi gündəmdədir. Bu gün bəşəriyyətdə cəmiyyətlər, dövlətlər, sivilizasiyalar, fərqli dini areallar arasında ünsiyyətin tənzimlənməsi, onlar arasında vahid münasibətlər sisteminin formalaşması vacibdir, bunun açarı isə mədəniyyətdir. Mədəniyyət vasitəsi ilə körpülər qurmaq, yeni-yeni əlaqələr formalaşdırmaq, sülhü, humanizmi, multikultralizmi yaymaqayaqda saxlamaq olar. Mədəniyyətin dili çox yüyrəkdir və təbliğ imkanları böyükdür.

Bu mənada Azərbaycanın müstəqilliyə qədəm qoyduğu gündən üzərinə götürdüyü missiya böyük əhəmiyyətə malikdir. Bu gün Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə beynəlxalq tədbirlər keçirilir. Bu tədbirlərin isə əhəmiyyəti olduqca böyükdürbu hər zaman qeyd edilməlidir. Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bu tədbirlər sırasında yeri ayrıcadır və dünyanın əksər dövlətləri üçün əhəmiyyət kəsb edən Dialoq Forumu bir neçə ildir davamlı olaraq ölkəmizdə keçirilir. Onu da bildirək ki, belə bir missiyanın Azərbaycan tərəfindən yerinə yetirilməsi təsadüfi deyil. Bu həm də tarixən ona məxsus olan zəngin mədəni irsinin xarakterindən, milli ruhundan, düşüncə tərzindən və çoxəsrlik humanist ənənələrindən irəli gəlir.

Tarix üzrə fəlsəfə doktoru, dossent İbrahim Əliyev qeyd edir ki, özünün coğrafi mövqeyinə görə fərqli sivilizasiyalar, coğrafi məkanlar, fərqli mədəniyyətlərin kəsişdiyi nöqtədə yerləşən Azərbaycan dünyada özünəməxsus bir missiyanın daşıyıcısı kimi çıxış edir: "Şərqlə - Qərbin, Şimalla - Cənubun, İslamXristian dünyalarının kəsişdiyi məkanda uzun əsrlər boyu özünəməxsus zəngin bir mədəniyyət, düşüncə tərzi, ətraf xalqlara açıq olan münasibət fəlsəfəsi formalaşıb ki, müasir dövrdə bu keyfiyyətlər fərqli mədəniyyətlərə, düşüncə tərzinə, dini əqidəyə malik insanlar və onların cəmiyyətlərinin qarşılıqlı anlaşma şəraitində yaşamasi, bir-birini başa düşərək yaxınlaşması üçün unikal mühit funksiyasını yerinə yetirə bilər və hazırda bu funksiyanı yerinə yetirməkdədir. Azərbaycanın belə keyfiyyətləri ilə dünyaya tanınması və buna müvafiq funksiya ilə çıxış etməsi bilavasitə onun öz dövlət müstəqilliyini bərpa etməsi ilə sıx şəkildə bağlıdır. Uzun müddət RusiyaSovet imperiyalarının tərkibində olmuş Azərbaycan, həmin vaxtlarda müstəqil iradə sahibi olmadığından, özünü dünyaya təqdim etmək, öz dəyərlərini və təkrarolunmaz mədəniyyətini sərbəst şəkildə təqdim etmək imkanına malik olmayıb. Bütün bu məhdudiyyətlərə baxmayaraq, Azərbaycanın unikal mədəniyyəti, çətinliklə də olsa, özünə yol taparaq müəyyən qədər dünyada tanınıb. Lakin, şübhəsiz, onu yaxşı tanıyanların, onun mədəni-mənəvi, sosial-iqtisadihumanitar potensialını görən və dəyərləndirənlərin dairəsi o qədər də geniş deyildiçox zaman həmin sahənin mütəxəssisləri ilə məhdudlaşırdı. Belə məhdudiyyət çox hallarda Azərbaycan mədəniyyətinin yanlış təqdim olunmasına, onun xeyli nümunələrinin oğurlanaraq başqa ad altında təqdim edilməsinə, özgəninkiləşdirilməsinə münbit şərait yaradırdı.

Azərbaycanın öz siyasi müstəqilliyini bərpa edərək müstəqil dövlətə çevrilməsi, onu dünyanın öz maraqları ilə çıxış edən beynəlxalq münasibət subyekti etməklə yanaşı, mədəniyyət sahəsində də öz sərvətlərinin, tarixinin, maddi və mənəvi dəyərlərinin tamhüquqlu sahibi kimi çıxış etmək imkanı verdi. O, dünya dövlətləri üçün yeni bir məkan kimi tanınmağa başladı. Dünya unikal və zəngin mədəniyyətə, humanist keyfiyyətlərə, milli ruha malik olan bir xalqı özü üçün kəşf etdi. Azərbaycanın milli keyfiyyətləri və çoxşaxəli mədəniyyəti dünyanı, sözün həqiqi mənasında, fəth etdi. Həmin keyfiyyətlərə malik olan bir ölkə kimi bir sıra beynəlxalq humanitar missiyaları daşımağa haqlı olduğunu təsdiq edərək, onu konkret olaraq həyata keçirməyə başladı.

Azərbaycan xalqının milli mentaliteti, onun mədəni ənənələri, mənəvi dəyərlər sistemi, milli ruhu, səmimiliyi və ümumbəşəri dəyərlər üçün açıqlığı millətlərarası, mədəniyyətlərarası, dinlərarası, sivilizasiyalararası dialoq üçün ideal mühiti təmin edir. Dünyanın ən müxtəlif nöqtələrindən müxtəlif məqsədlərlə buraya gələn insanlar dünyanın, demək olar ki, heç bir yerində olmayan tolerantlıq müşahidə edirlər. Onların xeyli hissəsinin etiraf etdiyi ifadəni səsləndirmək yerinə düşərdi: "burada insan rahat nəfəs alır", "burada adam özünü çox sərbəst hiss edir".

Bəzən bu cür dözümlülüyün (tolerantlığın) səviyyəsi müəyyən narahatlıqlara da səbəb ola bilir. Çox vaxt Azərbaycanın qonaqpərvərliyi, fərqli dinə, fərqli milli keyfiyyətlərə, fərqli düşüncə tərzinə malik olan insanlar üçün belə açıq olması ayrı-ayrı fərdlər səviyyəsində yüksək dəyərləndirilir. Lakin regionda iqtisadi, geosiyasi maraqları olan bəzi dövlətlər, transmilli siyasi qüvvələr Azərbaycanın təkcə sosial-iqtisadi, siyasi problemlərinə münasibətdə deyil, onun bütün cəhətlərinə münasibətdə qərəzli mövqe nümayiş etdirirlər. Həmin məsələlərdə ikili standartlar reallığı bu məqamın real ifadəsidir.

Bütün bu çətinliklərə, haqsız məqamlara, dedi-qodulara baxmayaraq, Azərbaycanın öz yüksək humanist xarakterinə güvənərək ardıcıl, prinsipial humanist mövqe nümayiş etdirməsi onun bu sahədə möhkəm xarakterini və iradəsini göstərir. Ötən ilin aprelində Bakı şəhərində dünyanın 80 ölkəsinin dövlət və hökumət nümayəndələrinin, ictimai və beynəlxalq təşkilatların 400-dən artıq nümayəndəsinin iştirakı ilə keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təkcə Azərbaycanın deyil, həm də bütün dünyanın həyatında əlamətdar bir hadisə kimi yadda qaldı.

Dünyanın bir tərəfində müharibələr, qanlı toqquşmalar, vətəndaş qarşıdurmaları, terror əməliyyatları, işğallar getdiyi bir zamanda, Azərbaycan humanist ideyaların öndə gedənlərindən biri kimi çıxış edir".

Tarixçi qeyd edir ki, ümumdünya mədəniyyətlərarası dialoqa çağırışın məhz Azərbaycan Respublikasının paytaxtından start götürməsi Azərbaycan xalqının humanist, sülhpərvər xarakterini, həm də onun dövlətinin mövqeyini nümayiş etdirir.

Onu da qeyd edək ki, ilk Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi 2011-ci ildə Bakıda - "Gülüstan" sarayında olub. Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nunİSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva da iştirak edib. Forum "Sərhədsiz dünyaya doğru" mövzusunda sessiya ilə başlayıb.

Onu da bildirək ki, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Azərbaycanın irəli sürdüyüBMT-nin Sivilizasiyalar Alyansı, UNESCO, Avropa Şurası, AŞ-nin Şimal-Cənub Mərkəzi və İSESCO-nun dəstəklədiyi təşəbbüsdür. Bu təşəbbüs mədəniyyətlərarası dialoqun dünyada ən təxirəsalınmaz vəzifələrdən biri olduğunu göstərir.

Ekspertlər bildirir ki, I Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda qarşıya qoyulan məsələlərə nail olunub və Bakı Forumunda mədəniyyətlərarası dialoqun konseptual, idarəçilik, siyasipraktiki aspektləri müzakirə olunub, dialoqa yönələn maneələr nəzərdən keçirilibonun müxtəlif mühitdə ən yaxşı formada aparılması konkret şəkildə müzakirə edilib. Onu da deyirlər ki, 2011-ci ildən başlayaraq Forum, həmçinin, təcrübə mübadiləsi, eləcə də yeni təşəbbüslərin irəli sürülməsi baxımından əlverişli imkanlar yaradıb.

I Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda ölkə başçısı İlham Əliyev çıxış edərək forumun əhəmiyyətini qeyd edirdi: "Mədəniyyətlərarası forumun Azərbaycanda keçirilməsi böyük əhəmiyyət kəsb edir. Mən çox şadam ki, bizim qonaqlarımız dəvətimizi qəbul edib Azərbaycana gəlmişlər və hesab edirəm ki, bu gün, sabah çox səmimi, açıq şəkildə geniş fikir mübadiləsi aparılacaq. Ümid edirəm ki, forumun nəticələri çox müsbət olacaq və mədəniyyətlərarası dialoqun inkişafı üçün yeni imkanlar yaranacaq.

Təsadüfi deyil ki, bu forum məhz Azərbaycanda keçirilir. İki ildən artıqdır ki, "Bakı prosesi" gedir. "Bakı prosesi"nin təməli Azərbaycanda qoyulmuşdur. 2008-ci ildə Avropa Şurasına üzv olan ölkələrin mədəniyyət nazirlərinin toplantısında Azərbaycan tərəfindən İslam ölkələrinin nümayəndələri dəvət olunmuş birgə keçirilmiş tədbirdə çox səmimi açıq fikir mübadiləsi aparılmışdır. O tədbirin sonunda "Bakı bəyannaməsi" qəbul edilmişdir. İlk dəfə olaraq bu formatda beynəlxalq tədbir keçirilmişdir. 2009-cu ildə isə İslam Konfransı Təşkilatına üzv olan ölkələrin mədəniyyət nazirlərinin Bakıda keçirilmiş toplantısında Avropa ölkələrinin nümayəndələri dəvət olunmuş bir daha bu formatda görüş keçirilmişdir. Keçən il - 2010-cu ildə Bakıda dünya dinləri liderlərinin zirvə görüşü keçirilmişdir. Həmin zirvə görüşünün çox böyük əhəmiyyəti olmuşdur o toplantının müsbət nəticələrini biz bu gün görürük...".

2011-ci ildə Bakıda keçirilən Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyətini vurğulayan cənab Prezident qeyd edirdi ki, güclü iradə olan yerdə mədəniyyətlərarası dialoqun məzmunu da dolğun olur bu görüşlər bütün xalqları bir-birinə daha da yaxınlaşdırır bizi daha da birləşdirir: "Bizim niyyətimiz bundan ibarətdir.

Biz istəyirik ki, bütün xalqlar, bütün dinlərin nümayəndələri bir-biri ilə sıx təmasda olsunlar, bütün problemləri açıq şəkildə müzakirə etsinlər, öz fikirlərini bildirsinlər. Bakı, Azərbaycan belə mötəbər tədbirlərin keçirilməsi üçün artıq ənənəvi bir məkana çevrilmişdir. Əlbəttə, bunun həm coğrafi, həm tarixi, həm də mədəni əsasları var. Çünki əsrlər boyu Azərbaycanda bütün xalqlar, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşamışlar. İctimai-siyasi quruluşdan asılı olmayaraq, heç vaxt Azərbaycanda milli, ya dini zəmində nəinki qarşıdurma, heç anlaşılmazlıq da olmamışdır. Bütün dövrlərdə Azərbaycanda xalqlar bir ailə kimi yaşamışlar, onları həmişə dostluq münasibətləri bağlamışdır. Biz çox şadıq ki, indi, Azərbaycanın müstəqil ölkə kimi inkişaf etdiyi dövrdə bu müsbət meyllər daha da güclənir. Azərbaycanda bütün xalqların nümayəndələri bərabərhüquqlu vətəndaşlardır, bütün tarixidini abidələr qorunur. Azərbaycanda din azadlığı, vicdan azadlığı tam şəkildə bərqərar olunub. Müstəqillik dövründə dövlət tərəfindən yüzlərlə dini abidə-məscidlər, kilsələr, sinaqoqlar tikilib və təmir edilmişdirbu proses indidavam edir. Yəni Azərbaycanda millidini dözümlülüyün, tolerantlığın yüksək səviyyədə olması artıq faktdır və bu bizim güc mənbəyimizdir. Hər bir cəmiyyətin gücü onun dinimilli müxtəlifliyindədir. Biz tam əminik ki, dinimilli amildən asılı olmayaraq, istənilən cəmiyyətdə normal münasibətlər qurmaq mümkündür. Əlbəttə, bunun üçün ənənələr lazımdır, eyni zamanda, dövlət siyasəti də lazımi səviyyədə aparılmalıdır. Azərbaycanda hər iki amil mövcuddur. Həm tarixi keçmişimiz bugünkü şəraiti bizim üçün yaradır, həm də bu sahədə dövlət siyasətimiz birmənalıdır. Bir daha demək istəyirəm ki, bizim gücümüz birliyimizdədir. Millidini mənsubiyyətindən asılı olmayaraq, Azərbaycanda yaşayan hər bir kəs bizim dəyərli vətəndaşımızdır. Mən şübhə etmirəm ki, Azərbaycanda millidini dözümlülük məsələləri bundan sonra da uğurla öz həllini tapacaq, Azərbaycan vətəndaşları bundan sonra da bir ailə kimi yaşayacaqlar".

İlk Forumda ölkə başçımız Forumun ənənəvi xarakter alacağına ümid etdiyini bildirirdi. "Ümid edirəm ki, Mədəniyyətlərarası Dialoq Forumu ənənəvi xarakter alacaqdır" deyə bildirən Prezidentin ümidləri doğruldu. Artıq indiyə qədər üç Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilib.

Tarixçilər bildirir ki, bu forumlarda iştirak edən dövlətlərin, ayrı-ayrı mədəniyyətlərin, dinlərin təmsilçiləri dəfələrlə şahidi olublar ki, Azərbaycan dövləti mədəniyyətə, xalqlar və dövlətlərarası münasibətlərin yüksək səviyyədə olmasına böyük önəm verir. Azərbaycan dövləti mədəniyyətlərarası dialoqların təşkilində hər zaman yüksək mövqedə dayanır. Ölkəmizdə yaşayan heç bir millətin, dini nümayəndəsinə "gözün üstə qaşın var" deyən yoxdur. Tarixçilər bildirir ki, bunu bütün dünya yaxşı görür, amma təəssüflər olsun ki, Azərbaycana hələ də ikili standartlarla yanaşanlar var. Bu standartların da Azərbaycanın düzgün formada təbliği sayəsində əriyib itəcəyini deyən tarixçilər bildirir ki, Azərbaycan islam dünyasının tərkib hissəsidir. İslam bizim dinimizdir, islam dəyərləri, milli dəyərlər bizim üçün çox əzizdir. Müstəqillik dövründə Azərbaycan çox böyükuğurlu yol keçib. Müstəqillikdən əvvəlki dövrdə milli mənsubiyyətimizi, milli xarakterimizi qoruyub saxlamaq üçün bizim tariximiz, mədəniyyətimiz, dilimiz, dinimiz müstəsna rol oynayıb.

Bunu ölkə başçısı İlham Əliyev də vurğulayıb":...

Azərbaycan İslam Konfransı Təşkilatının üzvüdür və müsəlman ölkələri ilə bizim çox sıx əlaqələrimiz var. 2009-cu ildə Bakı İslam mədəniyyətinin paytaxtı elan edilmişdi. 2018-ci il üçün isə bu şərəfli ada Azərbaycanın qədim şəhəri Naxçıvan layiq görülmüşdür. Eyni zamanda, Azərbaycan bütün dövrlərdə Qərb dünyasına da çox bağlı, çox yaxın olub. Müsəlman Şərqində ilk demokratik respublika 1918-ci ildə Azərbaycanda yaradılmışdır. Müsəlman Şərqində ilk teatr məhz Azərbaycanda yaranmış, ilk opera burada səhnəyə qoyulmuşdur. Qadınların səs vermək hüququ müsəlman aləmində ilk dəfə məhz Azərbaycanda təmin edilmişdir. Yəni bizdə dünyəvi dövlətin bu ənənələri var, baxmayaraq ki, uzun illər, əsrlər boyu Azərbaycan müstəqillikdən məhrum edilmişdi. Buna baxmayaraq, o vaxt qısamüddətli müstəqil həyatımız o qədər güclü ənənələr qoymuşdur ki, bunlar bu gün də yaşayır və cəmiyyətimizin inkişafı üçün o ənənələrin müstəsna rolu var. Azərbaycan, eyni zamanda, Avropa Şurasının üzvüdür. İslam Konfransı Təşkilatının və Avropa Şurasının üzvlərinin sayı yüzdən artıqdır. Yəni bu, özlüyündə nadir bir təcrübədir. Təsadüfi deyil ki, mədəniyyətlərarası dialoqun keçirilməsi üçün məhz Azərbaycan həm coğrafi, həm tarixi baxımdan, həm bugünkü reallıqlar baxımından mərkəzə çevrilir. Biz bunu çox alqışlayırıq. Əlbəttə, təkcə bizim təşəbbüslərimiz bu məsələyə nail olmaq üçün kifayət etməzdi. Bizim qonaqlarımız, Azərbaycana xoş münasibət bəsləyən, bu gün forumda iştirak edən bütün qonaqlar Bakının bu sahədə mərkəzə çevrilməsi üçün öz dəstəyini vermiş olurlar".

Mövzunun davamı olacaq.

 

İradə SARIYEVA

Bakı xəbər.-2015.- 25 may.- S. 15.