Erməni şovinizmi
Ermənilər deyirlər: "Ədalətin bizim tərəfimizdə olub-olmaması önəmli deyildir, biz qalib gəlməliyik. Bu yeganə yoldur! Biz qalib gələndə, hansı üsullardan istifadə etdiyimizi bizdən soruşan olmayacaqdır..." Bu fikir Hitlerin dəsti-xəttinə çox bənzəyir. Doğrusu, biz millətçi erməni şovinistlərin seçdikləri yolu adlandırmaqda çətinlik çəkirik. Bu da bir həqiqətdir ki, Qriqoryan kilsəsinin ehkamlarına arxalanan və hər zaman dövlət səviyyəsində fəaliyyət göstərən bu qatı şovinizm, "Böyük Ermənistan" şüarı altında xalqları fəlakətlərə, müharibələrə, qırğınlara düçar edib, bu gün də düçar etməyə davam edir.
Azərbaycan əsrlər boyu bu şovinizmin hədəfi olub, bu gün də onun hədəfindədir. Erməni şovinizminin siyasəti böyük dövlətçilik şovinizmidir. Bu, öz rəqiblərini siyasi təzyiq altında tutmaq qüdrətinə malik effektiv bir vasitədir. Erməni şovinizmi bütün zamanlarda şantaj üsullarına bağlı olub, sirli siyasi bir oyun kimi özünü büruzə verib. Erməni şovinistlər öz mənfur ideyalarını həyata keçirmək üçün ilk növbədə Qriqoryan kilsəsinin daxildə və xaricdə fəaliyyət göstərən qüvvələrinə, xarici erməni lobbisinə və diasporuna güvənirlər. Erməni kilsəsi daima New Yorkda, Monrealda, Los-Anclesdə Azərbaycanın haqq işinə qarşı nümayişlər keçirir, rəsmi dövlət və hakimiyyət orqanlarına təzyiq edirlər. New-Yorkda keçirilən şovinist ruhlu mitinqlərdə arxiyepiskop Mesrop Eçmiədzin aşağıdakı çağırışını mitinq iştirakçılarına çatdırıb: "Biz dünya ictimaiyyətinə göstərməliyik ki, erməni xalqı yekdildir və öz tələbinin həyata keçirilməsinə nail olmaq əzmindədir." "New York Tayms" qəzeti yazırdı ki, "ABŞ şəhərlərində keçirilən bütün nümayişlərin təşkilatçısı erməni kilsəsidir."
Erməni kilsəsinin təsiri son zamanlarda kəskin surətdə artıb. Onlar dövlətlərarası təhrikçiliyin təhlükəli siyasi vasitəsinə çevrilirlər. Bu təhlükəli vasitəçilik Ermənistan - Azərbaycan münaqişəsinin timsalında daha ciddi təzahür edir. Onlar bu münaqişəyə dinlərarası münaqişə kimi rəng verməyə çalışırlar. Rusiyanı və onun rəhbərlərini "İslam təhlükəsi" ilə qorxudurlar. Rusiyada belə bir fikir yayırlar ki, Ermənistan - Azərbaycan münaqişəsində Rusiya müsəlman Azərbaycanın tərəfini tutsa, bu, xristian dəyərlərinə xəyanət etmək olacaq. Rusiyada ictimai şüura İslam təhlükəsi fikrini yeritmək məqsədi güdən şovinist təbliğatçılar Rusiya rəhbərlərini qorxudaraq yazırlar ki, bu şəraitdə regionda Türkiyə və İranın vasitəsilə türk amilinin üstünlük təşkil edəcəyindən yaxa qurtarmaq mümkün olmayacaqdır. Bu isə Şimali Qafqaza, Volqaboyuna və Orta Asiyaya da ciddi təsir edəcək. Onlar tələb edirlər ki, Rusiya dərhal fəaliyyətə başlasın, Ermənistana üz tutsun, regionda İslam ideologiyasını boğsun və əgər Zaqafqaziyada öz mövqelərini möhkəmlətmək istəyirsə, yalnız xristian Ermənistanına arxalansın. Əgər Rusiya rəhbərləri bu məsələlərə qulaq asmasalar, onda Rusiya regionda özünün yeganə təbii və tarixi dayağından məhrum olacaq. Bu isə Rusiyanın həmin bölgədə öz mənafelərini həyata keçirməsinin və onun çoxəsrlik mövqelərinin bərpa olunmasının xeyrinə olmayacaqdır. Üstəlik, əgər Rusiya özünün təbii ənənələrinə qayıtmasa, Dağlıq Qarabağa, o cümlədən azad edilən ərazilərdə Ermənistana arxa çıxmasa, onda ermənilər Qərbə üz tutmağa məcbur olacaqlar.
Erməni şovinizmi "Ermənistan Qafqazda xristianlığın dayağıdır" şüarı altında Rusiyanı Azərbaycan, Türkiyə və İran əraziləri hesabına "Böyük Ermənistan"ın yaradılmasına kömək etməyə çağırır. Xatırladaq ki, erməni şovinizminin "Böyük Ermənistan" xülyası Türkiyə, İran və Azərbaycana olan iddiaları ilə bitmir. Son zamanlar bu hərəkat Gürcüstanda da geniş miqyas alıbdır. Axalkalaki və Boqdanovkada yaşayan, milli şovinizm ruhu ilə fəaliyyət göstərən erməni əhalisi təşkil edilən mitinqlərdə bu torpaqların ermənilərə məxsus olduğunu elan edir, bu rayonlar üçün muxtariyyət tələb edirlər.
Gürcüstan müstəqillik elan etdikdən sonra Axalkalakidəki ermənilər Gürcüstanın mərkəzi təşkilatlarına tabe olmur, gürcü ordusunda xidmət etməkdən imtina edir, özlərinin yarımhərbi dəstələrini təşkil edirlər. Bu dəstələr Qarabağ döyüşlərində də iştirak ediblər. Onları Axalkalakidə məskunlaşan rus hərbi hissələri silahla təchiz edirlər. Rusiyanın hərbi bayrağı altında birləşən ermənilər Gürcüstan torpağında öz hərbi qüvvələrini yaradıblar. Mənbələr yazırlar ki, Axalkalakidə yaşayan hər bir erməninin evində silah vardır.
Rusiyanın sağlam düşüncəli siyasətçiləri Ermənistanın Rusiyanı qarşıdurmalara sövq etmək cəhdlərini görürlər. Bu baxımdan "Politiçeskie issledovaniə" jurnalında dərc edilən məqalə diqqəti cəlb edir. Məqalədə belə deyilir: "Yeni yaradılan bütün müstəqil dövlətlər arasında Ermənistan, ümumiyyətlə, yeganə dövlətdir ki, 1988-1990-cı illərdə azərbaycanlıları öz ata-baba yurdundan qovduqdan sonra təkcə 1993-cü il ərzində yaxın və uzaq xarici ölkələrə köçən 300 minə yaxın sakinindən məhrum olduğunu da nəzərə alsaq, demək olar ki, Ermənistan monomilli ölkəyə çevrilibdir. Lakin bu "uğur" erməni xalqına çox baha başa gəlibdir və bu xalq hələ bundan sonra da bu prossesin ağrısını çəkməli olacaqdır."
Məlumdur ki, 1988-ci ildə ermənilərin başlatdıqları müharibə nəticəsində Azərbaycan torpağının 20 faizi işğal edilibdir. Azərbaycan ərazilərinin işğal edilməsi nəinki şəhər və kəndlərin dağıdılmasına, eyni zamanda bitki və heyvanat aləminin məhv edilməsinə, ekologiyanın pozulmasına səbəb olubdur. Bu gün belə o bölgədə mövcud olan təbii sərvətlərin və mədəni tarixi abidələrin cinayətkarcasına dağıdılması davam etdirilir, bütün dünya ictimaiyyəti də bu qeyri-insani hərəkətləri seyr edir.
İşğal altında qalan ərazilərin ekoloji vəziyyətinin gərgin olduğu haqda kifayət qədər faktlar vardır. Bütün bunlar ermənilərin beynəlxalq hüquq qaydalarını pozaraq ekoloji cinayət törətdiklərini bir daha sübut edir.
Hal-hazırda Şuşa mağarası, Şuşanın qala divarları, M.P.Vaqifin məqbərəsi, Füzulidə Şah Abbas karvansarayı, Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan və s. yaşayış məskənlərində olan mədəni-tarixi abidələr tamamilə dağıdılıb.
2000-ci ilin oktyabr ayında Tiflisdə keçirilən Birinci Beynəlxalq Ekologiya Konqresində dünyanın 16 ölkəsindən 48 nümayəndə iştirak edibdir. Lakin dəvət edilmələrinə baxmayaraq, erməni nümayəndələri konqresdə iştirak etməyiblər. Bu Beynəlxalq forumda Qafqaz regionunda aparılan müharibələrin ətraf mühitə vurduğu zərər, eyni zamanda Qafqazın nadir flora və faunasının məhvolma təhlükəsinin aradan qaldırılması yolları müzakirə olunub. Çıxış edənlər Qarabağ bölgəsində erməni işğalı altında qalan 269 min hektar meşə sahəsinin qəddarcasına qırılıb dağıdıldığını, həmin ərazilərdə nadir bitki və heyvanat aləminin məhv edildiyini, təbii sərvətlərin yandırıldığını bildiriblər. Eyni zamanda Ermənistanda fəaliyyət göstərən AES-in radioaktiv tullantılarının işğal altında olan Qarabağ torpaqlarına atıldığını, təbii sərvətlərin dağıdıldığını, torpağın, suyun çirkləndirildiyini və bütün bunların dünya dövlətlərinin diqqətindən kənarda qaldığını qeyd ediblər. Heç şübhəsiz, ermənilərin işğal etdikləri Azərbaycan ərazisində tarixi abidələrə və təbiətə qarşı törətdiyi vəhşiliklər beynəlxalq hüquq təşkilatları tərəfindən cəzalandırılmalıdır. Birləşmiş Millətlər Təşkilatının prinsiplərinə görə "Başqa xalqın işğalı altında olan ətraf mühit və xalqın təbii sərvətləri qorunmalıdır. Silahlı münaqişə şəraitində isə dövlətlər ətraf mühitin mühafizəsini təmin edən beynəlxalq hüquq qaydalarına hörmət etməlidir..." Bu, BMT-nin qəbul etdiyi beynəlxalq qanundur. Doğrusu, bu qanunun prinsipləri ilk növbədə BMT tərəfindən nəzarət altında tutulmalı və cinayətkarlar cəzalandırılmalıdır.
Əsrlər boyu acı tarixi hadisələrlə əzilən, ümidsizlik dərəcəsinə gətirilən ermənilər təbii qanunun təsirindən xilas olmayıb, ola bilmirlər. Bu gün bütün dünyada 5,8-5,9 milyona yaxın erməni var. Bunların 4,2 milyona yaxını orada-burada, digər millətlərə əlaltılıq, qulluq edirlərsə də, yenə də uydurmalardan əl çəkmir, bir araya gələ bilmirlər. Bugünkü qondarma Ermənistanda təxminən 3,6 milyon erməninin qeydiyatda olmalarına baxmayaraq, orada yaşayanların sayı 1,6-1,7 milyon civarındadır. Heç şübhəsiz, zaman gələcək onlar da oraları tərk edəcəklər, çünki o yerlər azəri türklərinin ata-baba yurdudur. Ermənilər isə özlərinə uyğun görülən təbii qanunun altında qalmaq məcburiyyətində olacaqlar.
İndi də əslən kəlbəcərli olan Hidayət Mehdizadənin nankor qonşularımız barədə mətbuatdan, arxivlərdən, klassiklərin kitablarından əldə etdiyi məlumatları oxucularımızın nəzərinə çatdırmağa çalışaq. Görün, adları dünya tarixinə düşən dahi insanlar ermənilər haqqında nələr deyiblər:
"Bəşəri təfəkkürün mənəvi xəzinəsi adlanan Qabusnamədə yazılır ki, ermənilər yer kürəsində mövcud olan xalqlardan ona görə fərqlənirlər ki, onların təbiətində və xarakterində murdarlıq vardır." Daha sonra deyilir ki, "Ermənilərin eybi: bədfal, kündəbədən, oğru, gözügötürməyən, bir ayağı qaçmaqda olan, əmrə baxmayan, yersiz hay-küy salan, vəfasız, riyakar, söyüş söyən, ürəyi xıltlı, ağasına xain çıxan olmasıdır. Ümumiyyətlə, hər bir erməni başdan-ayağa müsbətdən çox mənfiyə yaxındır".
Roma tarixçisi Tasit ermənilər haqqında belə yazırdı: "Bu xalq istər xasiyyətinə, istərsə də coğrafi vəziyyətinə görə qədimdən ikiüzlü və riyakardır. Bunlar romalılara nifrətdən, partiyalara isə həsəddən az qala partlayırdılar..."
Alman alimi Kolmer isə belə deyib: "Mən bir müsəlmanla iş barəsində şərtləşəndə, yazılı müqavilə bağlamadan da kifayətlənirəm, çünki o, söz verdi - qurtardı. Yunanla yazılı şərt kəsirəm, çünki onlarla belə lazımdır və sərfəlidir. Ermənilərlə isə heç yazılı surətdə də iş görmürəm, çünki onların yalançılığı və fitnə-fəsadları, hətta yazılı şərti də poza bilər".
İngilis Vilson isə ermənilər haqqında belə yazıb: "Ermənilər acgöz və tamahkardılar, fitnəkar və araqarışdırandılar, heç kəsi bəyənmirlər. Onlar xırda bir işi şişirtməkdə istedad sahibidirlər və intriqa yaratmağı sevirlər."
Böyük fransız yazıçısı Aleksandr Düma yazırdı: "Ermənilər həmişə başqa dinə qulluq edən hökmdarların hakimiyyəti altında olublar. Nəticədə öz fikir, niyyət və duyğularını gizli saxlayan, hiyləgər və kələkbaz adamlara çevriliblər".
Fransız səyyahı Qraf de Şole: "Ermənilərin yoxsulluğu və əzab-əziyyət çəkmələrinin məndə onlara qarşı böyük rəhm yaratmasına baxmayaraq, onların haramzadəliyi, kələkbazlığı o dərəcədə iyrənc, alçaqlıqları o dərəcədə biabırçı, o qədər hiddətləndirici idi ki, heç vaxt onlara bağlana bilmədim".
K.Marks və F.Engels belə yazıblar: "Bəşəriyyətə ilk dəfə fahişəliyi yayan ermənilərdir". Və əlbəttə, bu əqidənin və əməlin sahibi olan xalqın şovinist nümayəndələrindən nə cür mənfur iş desən gözləmək olar". Böyük rus yazıçısı Qriboyedov İranda səfir işlərkən oradan köçürülən ermənilər haqqında rus imperatoruna göndərdiyi məktubunda belə yazırdı: "Əlahəzrət, olmaya mərkəzi rus torpaqlarında ermənilərin məskunlaşmasına izn verəsiniz. Onlar elə tayfadır ki, bir neçə on il yaşadıqdan sonra dünyaya hay-küy salacaqlar ki, bura bizim qədim dədə-baba torpağımızdır". Məhz buna görə də rus çarı erməniləri Cənubi Qafqazda yerləşdirib.
Erməni xarakterini A.S.Puşkin çox obrazlı ifadə edibdir: "Erməni, sən vəhşisən, qatilsən, cinayətkarsan, qorxaq və satqınsan, şəhər və kəndlərimizi viran qoyan bayquşsan, bütün bunlara baxmayaraq, səni qınamıram, çünki sən ermənisən".
Böyük sərkərdə Əmir Teymur belə deyib: "Gələcək xalqlar erməniləri bir millət kimi yer üzündən silmədiyim üçün ya məni qarğıyacaq, ya da ki, alqışlayacaqlar."
Məşhur fars şairi Sədi Şirazi də:
"Ermənidir yer üzünün Əhri məri,
İnsanlığın düşmənidir, düşməni" - deyibdir.
Yaşlı nəslin yaxşı yadındadır, - 1949-cu ilin dekabrında Ermənistan KP MK Bürosunun DQMV-nin Ermənistana birləşdirilməsi haqqında verdiyi qərar Arutunyanın imzaladığı məktubla Kremlə göndərilib. Stalinin dərkanarına əsasən Azərbaycan hökumətinin həmin qərara münasibətini öyrənmək məqsədilə məktub Azərbaycan KP MK-ya göndərilir. M.C.Bağırovun göstərişinə əsasən Azərbaycan hökuməti bu mövzu ilə əlaqəli bir arayış hazırlayır. Sonradan növbəti telefon danışığı zamanı Bağırov Stalinə ermənilərin müraciətinə cavab arayışının hazır olduğu barədə məlumat verərkən Stalin belə deyib: "Mircəfər Abbasoviç, bəs siz nə üçün bugünə qədər bu məsələ ilə bağlı olaraq qonşunuz Ermənistan rəhbərlərinin üzünə tüpürməyibsiniz?.." Bununla da erməni şovinistlərinin növbəti məkrli bir hiyləsi puç olubdur. Bağırov isə Stalinlə apardığı telefon danışığını olduğu kimi qara rəngli mürəkkəblə 45 abzasdan ibarət olan arayışa əlavə edib arxivə verib.
Erməni tarixçisi Movses Xorenatsinin özləri haqqında dediklərini yada salmaq yerinə düşər: "İndi olduğu kimi, keçmişdə də qədim "hay"ların (ermənilərin) elmə, ağızdan-ağıza keçən nəğmələrə həvəsləri olmayıb. Ona görə də kəmağıl, nadan və vəhşi adamlar haqqında danışmaq artıqdır..." Amerika vətəndaşı olan məşhur erməni yazıçısı L.Z.Sürməliyan "Xanımlar və cənablar, müraciətim sizədir" adlı kitabında belə yazıb: "Türklərlə ermənilər arasındakı ziddiyyətlərin yaranmasının əsas səbəblərindən biri də türk və azəri xalqlarının humanizminə, qayğıkeşliyinə, vətənpərvərliyinə qarşı erməni millətçilərinin aramsız qəddarlığıdır".
Hesab edirik ki, ermənilər qeyri-insani davranışlarına, əsilsiz iddialarına görə tarix qarşısında özlərini məhkum etdiklərini bilməlidirlər. Onlar tarixi həqiqətləri gördükdən sonra yürütdükləri çirkin siyasətlərinə görə türk millətindən üzr istəməlidirlər!..
Fazil QARAOĞLU,
Professor
Bakı Xəbər.- 2015.- 5
noyabr.- S13.