Dövlətin muğam

ustadlarına qayğısı...

 

Muğam sənəti Azərbaycan xalqının qədim-qayım mədəniyyətinin böyük bir hissəsini təşkil edir. Yaşı xalqımızın ömrü qədər uzun olan muğamlarımıza Azərbaycan dövləti böyük qayğı ilə yanaşır, bu sənətin qorunması üçün təqdirəlayiq işlər görür. Sözsüz ki, bu sahədə Heydər Əliyev Fondunun əməyi danılmazdır. Heydər Əliyev Fondunun prezidenti, millət vəkili, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın muğama bəslədiyi böyük sevgi və qayğı, diqqət bu sənətin inkişafına güclü təkan verir, onu yeni inkişaf yollarına çıxarır.

Muğam sənətinin UNESCO-nun Dünya İrs Siyahısına salınması Mehriban xanımın əməyi sayəsində mümkün olub, bu nəcib işin başında o durur.

Azərbaycan dövləti muğamın inkişına böyük töhfələr verib. Muğam sənətinin inkişafında xidmətləri olan sənətkarları qiymətləndirir, onlara fəxri adlar, təqaüdlər, mükafatlar, ordenmedallar verir. Mübaliğəsiz deyə bilərik ki, bu gün bütün muğam məktəblərinə yüksək diqqət, qayğı bəslənir. Əlbəttə, dövlətin həyata keçirdiyi qayğı siyasəti muğam sənətkarları ilə yanaşı, tamaşaçıların da ürəyincədir. O da məlumdur ki, görkəmli muğam ifaçılarının yubileyləri keçirilir, onların sənətinə layiqli qiymət verilir. Dövlət muğam sənətinin bütün nəsillərinə dəyər verir, istər yaşlı, istər orta yaşlı, istərsə də gənc xanəndələr tam olaraq dövlətimizin qayğısı ilə əhatə olunub. Hətta dünyadan köçən xanəndələr də unudulmur, dövlət tərəfindən onların xatirə günləri, yubileyləri qeyd olunur.

Azərbaycan dövlətinin muğam ifaçılarının sənətinə, fəaliyyətinə, xalqın sərvətini könlündə daşıyanlara verdiyi önəm misilsizdir.

Azərbaycan muğam ifaçılığında bir şəxsiyyət var ki, onun ifası, pedaqoji fəaliyyəti, gördüyü bütün işlər həm tamaşaçıların, həm də dövlətin nəzərindədir.

Oktyabrın 1-də 55 yaşını qeyd edən Azərbaycan Dövlət AkademikOpera Teatrının solisti, xalq artisti, professor, "Şöhrət" ordenli Mənsum İbrahimov muğamın inkişafında, xüsusən də bu sənətin yeni dövrünün təkmilləşməsində müstəsna rol oynayıb. Müəllim kimi, xanəndə kimi, münsif kimi, vətəndaş, ziyalı kimi onun xidmətləri ölçüyəgəlməzdir.

Qeyd edək ki, Azərbaycan dövləti Mənsum İbrahimov yaradıcılığına, şəxsiyyətinə, fəaliyyətinə çox böyük dəyər verib.

Məlum olduğu kimi, 2010-cu ildə Beynəlxalq Muğam Mərkəzində xalq artisti Mənsum İbrahimovun 50 illik yubileyinə həsr edilən tədbir keçirilib. Azərbaycan dövlətinin xanəndə üçün keçirdiyi yubiley tədbiri doğrudan da muğama verilən dəyərli qiymət idi. M.İbrahimovun Azərbaycan musiqisinin inkişafı, təbliği və gənc nəslə öyrədilməsi istiqamətində gördüyü əvəzsiz işlər qiymətlidir.

Onu da vurğulayaq ki, 2010-cu il 30 sentyabr tarixində

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycan muğam sənətinin inkişafındakı xidmətlərinə görə Mənsum İbrahimov "Şöhrət" ordeni ilə təltif edilib.

Qeyd edək ki, Mənsum İsrafil oğlu İbrahimov 1960-cı il oktyabrın 1-də Azərbaycan Respublikasının Ağdam rayonunun İmamqulubəyli kəndində anadan olub. 1982-1987-ci illərdə Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunun muğam şöbəsində, 1988-1993-cü illərdə Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetinin Mədəni-Maarif fakültəsində təhsil alıb. 1985-ci ildə Üzeyir Hacıbəyovun anadan olmasının 100 illiyinə həsr olunan müsabiqədə I dərəcəli diploma layiq görülüb. Şövkət Ələkbərovanın məsləhəti ilə Azərbaycan Dövlət Akademik Opera Balet Teatrına dəvət olunub. 1993-cü ildən "Leyli Məcnun" operasında Məcnun rolunu oynayır. Milli opera tamaşalarında ikinci dərəcəli rollarla səhnəyə qədəm qoysa da, hazırda əksər tamaşalarda aparıcı partiyaları ifa edir. "Leyli Məcnun" operasında Məcnun, "Aşıq Qərib"də Qərib, "Gəlin qayası"nda Camal, "Sevil"də Azançı rollarını ifa edib. Opera səhnəsindəki fəaliyyəti ilə bərabər həm xalq bəstəkar mahnıları, muğamların gözəl ifaçısıdır. Dövlət səviyyəli tədbirlərdə, yubileylərdə tez-tez çıxış edir. Azərbaycan muğam sənətini dünyanın yaxın uzaq ölkələrində - İran, Türkiyə, İraq, Fransa, Belçika, Lüksemburq, Kipr, ABŞ Kanadada ləyaqətlə təmsil edir. Bununla bərabər pedaqoji fəaliyyətlə məşğul olur. Azərbaycan Milli Konservatoriyası Konservatoriyanın nəzdində fəaliyyət göstərən Musiqi Kollecinin müəllimi kimi gənc muğam ustalarının yetişməsinə böyük əmək sərf edir. Yetirmələri Azərbaycanda keçirilən muğam müsabiqələrində uğurla çıxış edirlər. 1998-ci ildə Azərbaycanın əməkdar artisti, 2005-ci ildə isə xalq artisti fəxri adına layiq görülüb. 9 may 2012-ci ildə, 30 aprel 2014-cü ildə 6 may 2015-ci ildə Prezident mükafatına layiq görülüb. Azərbaycan Milli Konservatoriyasının professorudur.

M.İbrahimov dəfələrlə qeyd edib ki, həyatını muğamın inkişafına həsr edib bütün bilik, bacarığını, səylərini bu sənətin inkişafına töhfə verməyə yönəldib. Müsahibələrindən birində qeyd edib ki, xanəndə muğamı təbliğ tərənnüm etməlidir, əgər ifaçı fəxri ad üçün çalışırsa, o zaman bitir: "İfaçı fəxri ad üçün çalışırsa, o zaman bitir. Fəxri ad alan kimi çalışmağa son qoyulur. Dövlətimiz zəhmətimizə böyük qiymət verib. Əlbəttə, bu xoşdur. Amma hər yeni ad alanda elə bilirəm çiynimə ağır bir yük götürürəm. Ona görə ki, o etimadı doğrultmaq lazımdır. 50 yaşımda "Şöhrət" ordeni ilə təltif olundum. Bu çox nadir hallarda baş verir. Bizim arxamızca böyük bir tələbə ordusu gəlir. Gənclərin konsertlərini təşkil edirik. "Gəncləşən muğam" layihəmiz var. Artıq 6 layihə başa çatıb. Hər dəfə Heydər Əliyev Sarayında 40-50 gəncin konsertini təşkil edirik. Konsertlərdə eyni zamanda tar kamança ifaçıları da çıxış edir. Məqsəd gəncləri bir araya toplayıb dəstək olmaqdır. Zamanımız dar olsa da, bunu da edirik ki, gənclər arasında mehribançılıq olsun. Orada ilk dəfə səhnəyə çıxanlar olur, bu layihədə yeni üçlüklər yaranır".

Görkəmli xanəndə, professor, ustad Arif Babayev M.İbrahimov sənətinə yüksək qiymət verərək bildirir ki, M.İbrahimov xalq tərəfindən sevilir: "Mən Mənsum haqqında ürəkdolusu söz deyə bilərəm. Öz üzərində çalışan, xalq tərəfindən sevilən xanəndədir. Sizə deyim ki, xanəndə üçün xalq tərəfindən sevilmək böyük uğurdur. Onun ən yaxşı cəhəti budur ki, xalq mahnıları, muğamlara bağlıdır, onları yaşadır. O çalışır ki, bizim muğamlarımız, xalq mahnılarımız yaşasın. Köhnə mahnıları götürüb işləyirlər. Onun gözəl müşayiətçiləri var. Mənsum haqqında çox danışmaq olar. Bu yaxınlarda Ağdama, onun 55 illiyini qeyd etməyə gedəcəyik. Ona uğur, can sağlığı arzulayıram. Həmişə sevilsin, xalq tərəfindən unudulmasın".

M.İbrahimov haqqında səhnə dostu, həmkarı, xalq artisti Nəzakət Teymurova da fikirlərini bildirib: "...Mənsum müəllimin ad günü bizim şad günümüzdür. Bu ili ona həsr edirik. Bölgə-bölgə gəzirik, sevgimizi bölüşürük. O bizim yaxın dostumuz, yaxın insanımızdır. Buna görə onun cəfasını çəkmək bizim üçün xoşdur. Təbrik edirəm. Allah can sağlığı versin. "Qarabağ" triosu da yanınızdan əskik olmasın. Çünki siz birlikdə çox gözəl görünürsünüz".

Azərbaycan muğam sənətinin görkəmli simalarından olan M.İbrahimovun həm bu il 55 yaşı tamam oldu, həm Akademik Opera Balet Teatrında fəaliyyətə başlamağının 30 ili tamamlanıb.

Xalq artisti, yubilyar M.İbrahimov "Bakı-Xəbər"ə bildirdi ki, Azərbaycan dövlətinin muğam sənətinə qayğısı böyükdür bunun nəticəsində sənət inkişaf edir: "Dövlətimiz mənə hər zaman böyük diqqət-qayğı göstərib, sənətimə, fəaliyyətimə dəyər verib. Buna görə ölkə başçısı cənab İlham Əliyevə, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevaya xüsusi təşəkkürümü bildirirəm. Bilirsiz ki, uzun illərdir muğam sənətindəyəm. Bu sənətə gələndə əziyyətli, çətin günlərim çox olub, ancaq şükür Allaha ki, yolumdan dönməmişəm, həmişə sənətə sadiq olmuşam. Sənətə çoxları gələ bilər, amma burada qalmaq çətindir. Sənətdə qalmaq, onun cəfasına qatlaşmaq fədakarların işidir. Mən o vaxtdan danışıram, indi sənətə gəlməyin nəyi var, çox asandır, çünki dövlət böyük qayğı göstərir, gəncləri qiymətləndirir. Sənətə verilən dəyər bizə stimul verir. Özümü muğam sənətinə həsr etmişəm, dövlət mənim fəaliyyətimə böyük dəyər verir. Bu gün biz özümüz gəncləri, yeniyetmələri axtarıb üzə çıxarırıq, onlara şərait yaradılır, amma o vaxt belə deyildi. Bildiyiniz kimi, ölkəmizdə 5 televiziya 4 beynəlxalq muğam müsabiqəsi keçirilib. Nəticədə bütün bölgələrdən istedadı olan uşaqları seçib üzə çıxardırıq. Bu işdə bizi dəstəkləyən Heydər Əliyev Fondunun prezidenti, birinci xanım Mehriban Əliyevanın rolu danılmazdır. Mehriban xanım muğama o qədər bağlıdır ki, sanki özü muğamşünasdır. Bu insanın adı muğamla sıx bağlıdır. Mehriban Əliyeva Azərbaycan mədəniyyətini, xalqını çox sevir. Bizimlə görüşəndə həmişə fikrimizi, problemimizi, səhhətimizin vəziyyətini soruşur. Muğam gününün Mehriban xanımın ad günü ilə eyni vaxtda olması böyük hadisədir. Yeri gəlmişkən, Mehriban xanımı ürəkdən təbrik edirəm. O xanımın, digər sahələrdə olduğu kimi, muğamımızın inkişafında rolu böyükdür. Mehriban xanım bu sənətə xüsusi stimul verdi. Dövlətin diqqətindən sonra gənclərin bu sənətə marağı daha da artdı".

Mənsum müəllim bildirdi ki, Akademik OperaBalet Teatrında fəaliyyətə başlamasının 30 ili tamam oldu: "Mən toy müğənnisi olmamışam, sırf sənətlə, pedaqoji fəaliyyətlə məşğul olmuşam. Artıq mənim opera səhnəsinə gəlməyimin 30 ili tamamlanıb. Sevinirəm ki, peşəkar səhnədə olmuşam. Bilirsiz, operada işləmək çox çətindir, sənətkarın sağlamlığını, enerjisini alır əlindən. Bu çətinliyə baxmayaraq, həmişə məsuliyyətlə işləmişəm. Bilirsiz ki, hər zaman baş rollarda çıxış etmişəm. Mənim fəaliyyətimi, əməyimi qiymətləndirən hər kəsə təşəkkür edirəm".

Mənsum müəllim sonda onu da qeyd etdi ki, 55 illik yubileyini keçirmək üçün oktyabrın 4-də Ağdama - doğulduğu rayona gedəcək. M.İbrahimovun sözlərinə görə, Arif Babayev, Rəmiş və digər ağdamlı sənətkarlar başda olmaqla, bu yurdda doğulan bütün xanəndələr, musiqiçilər həmin tədbirə qatılacaq: "Mən öz arzumla 55 illik yubileyimi Ağdamda əsgərlərlə birgə keçirəcəyəm. Bu mənim özümə yubiley hədiyyəmdir. Bu günlərdə ağdamlı bir balamız şəhidimiz oldu, onların ailəsinə gedib başsağlığı verəcəyəm. Mənim borcum Vətənə, el-obaya, xalqa, dövlətə xidmət etmək, muğamlarımızı yüksək səviyyədə təbliğ etməkdir. Ön cəbhədə əsgərlərlə birgə yubiley keçirmək hesab edirəm ki, çox yaxşı haldır və bu mənim ürəyimdən gəlir".

 

İradə SARIYEVA

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.

 

Bakı xəbər.- 2015.- 3-5 oktyabr.- S.15