"Azərbaycan xalçaçılığı:

keçmişdən gələcəyə"

 

Xalça sənəti Azərbaycan xalqının milli-mənəvi dəyərlərindən biri olduğu kimi, maddi-mədəni sərvətlərimiz sırasında da müstəsna yer tutur. Tarixi mübarizələrlə dolu keçmişi olan xalqımız yaşam tərzini, mənəviyyat tarixini xalı-xalçalara köçürərək yüzillər boyu nəsillərdən-nəsillərə ötürüb, bu günə kimi yaşadıb. Bu sənətin ümumxalq sənəti kimi yaşaması, inkişaf etdirilməsi, mədəniyyətimizdə, milli dəyərlər sistemində layiqli yer tutması onun əzəli və əbədi mahiyyətilə bağlıdır. İlkin, ibtidai şəklini havadan, oddan, sudantorpaqdan - bu dörd ünsürdən aldığı iddia edilən xalça sənətinin dəqiq tarixi hələ də bəlli deyil. Hətta bu sənətin ilkin himayəçilərinin peyğəmbərlər olduğu da qeyd edilir.

Əlinə qələm alıb bir xalça əsəri yaratmaq istəyən rəssamın keçirdiyi hisslər, qarşısına qoyduğu ideyalar necə mühümdürsə, toxunacaq xalça layihəsinin hazırlanması da o qədər vacib mərhələdir, bu çox böyük zəhmət, bilikzövq tələb edir.

Xalq sənətinin ən geniş yayılmış növü Azərbaycan xalqının məişətində özünəməxsus yer tutanaz qala xalqın rəmzinə çevrilən xalça sənətidir. Müxtəlif naxış elementləri və təsvirlərlə bəzədilən xovluxovsuz xalçalar çadırların, alaçıqların, habelə yaşayış evlərinin və digər binaların divar bəzəklərində, döşənməsində istifadə edilir, eyni zamanda yüksək estetik əhəmiyyət kəsb edir.

Müxtəlif naxış elementləri və təsvirlərlə zəngin Azərbaycan xalçaları təkcə görünüşü, keyfiyyəti, gözəlliyinə görə yox, həm də orijinallığı, fəlsəfiliyinə görə dünyada məşhurdur. Azərbaycan xalçaları öz texniki xüsusiyyətlərinə görə xovluxovsuz olur. Xovsuz xalçalar toxuculuq sənətinin ən erkən dövrünə təsadüf edir. Azərbaycan xalça sənəti öz yüksək bədii-texniki keyfiyyətinə, xovsuz toxunuşunun müxtəlifliyinə görə fərqlənir. Xovsuz xalçaların və ümumiyyətlə xalça sənətinin yaranmasının əsasını onların ilk sadə nümunələri olan həsir, çətən, buriya təşkil edir. Xovsuz xalçalar öz toxuma üsuluna, kompozisiya quruluşuna, ornament zənginliyinə və rəng koloritinə görə bir-birindən fərqlənən 8 növə bölünür. Bunlar palaz, cecim, ladı, kilim, şəddə, vərni, zilisumax adlanır. Sadalanan xalça növləri ilmələrinin sıxlığı, rəng çalarları, toxunuşu və ornamentlərinə görə bir-birindən fərqlənir. Xovlu xalçalar ilmə toxuma üsulu ilə yaradılır ki, bura yerdivar xalçaları, gəbələr, dəst-xəli gəbələr, namazlıqlar və s. nümunələr daxildir. Xovlu xalçalar toxuculuq sənətinin ən yüksək inkişaf mərhələsini təşkil edir. Toxunma üsuluna görə xovlu xalçalar xovsuzlardan daha mükəmməldir. Bu toxuma prosesi həm simmetrik ilmə, həm də asimmetrik üsulu ilə edilir. Kompozisiya və motivlərinə görə çox mürəkkəb ornamentlə zəngin bəzədilən xovlu xalçalar digər xalça növlərindən fərqlənir. Müxtəlif ölçülü xovlu xalçalar bu günbir çox ənənəvi toxuculuq mərkəzlərində istehsal edilir. Azərbaycan xalçaları daim xarici ölkələrdə təşkil olunan sərgilərdə yüksək yerlər tutub, qızıl və gümüş medallara layiq görülüb.

Xalça sənəti tarixən iki istiqamətdə inkişaf edib. Onlardan biri evdə - xalq ustalarının toxuduqları, digəri isə peşəkar - ustad rəssamların yaratdıqları xalçalardır. Xalçaçılıq sənətində toxucularla yanaşı, rəssamların da zəhməti danılmaz faktdır.

Xalçaçılıq

məktəbləri

Azərbaycan xalçaları sənət sahəsi kimi həm coğrafi mövqeyinə, həm də naxış, kompozisiya, rəng həlli və texniki xüsusiyyətlərinə görə şərti olaraq 7 xalçaçılıq məktəbinə bölünür:

1. Quba,

2. Bakı, yaxud Abşeron,

3. Şirvan,

4. Gəncə,

5. Qazax,

6. Qarabağ

7. Təbriz

1. Azərbaycanın şimal-şərqində yerləşən Quba xalça mərkəzi üç hissəyə-dağlıq, dağətəyi ovalıq hissələrə bölünür. Dağlıq hissəyə-Qonaqkənd, Xaşi, Cimi, Afurca, Yerfi, Buduq, Qırız Cek kəndlərində mərkəzləşmiş məntəqələri aid etmək olar.

Dağətəyi hissədə xalça istehsalı-Əmirxanlı, Əlixanlı, Xəlfələr, Pirəmsan, Bilici, Şahnəzərli, Pirəbədil, Zeyvə, Zöhrami, Sumaqobaq, Xırdagül-çiçi Sırt-çiçi kəndlərində, ovalıq hissədə isə Şabran aran zonasında Çay Qaraqaşlı, Hacı Qaraqaşlı, Süsənli, Qaraqaşlı, Dəvəçi, Mollakamallı s. kəndlərdə mərkəzləşib. Bu məktəbə həmçinin Dərbənd ərazisində toxunan xalçalar da daxildir.

Quba xalçalarının bəzəyini həndəsi naxışlardan ibarət ornamentlərin stilizə edilmiş nəbati, bəzən isə heyvan motivləri təşkil edir. Bu məktəbin xalçalarında medalyonlu çeşni üslubu da geniş yayılıb. Quba xalçalarının ən parlaq kompozisiyaları "Qədim-Minarə", "Qımıl", "Alpan", "Qollu-çiçi", "Pirəbədil", "Hacıqayıb", "Qırız", "Cek" s.-dir.

2. Bakı məktəbi Abşeronun kəndlərini - Görədil, Novxanı, Nardaran, Bülbülə, Fatmayı, Mərdəkan, Qala, Xilə digər kəndləri, həmçinin Abşerondan kənarda yerləşən Xızı rayonu ona daxil olan Qədi, Hil, Keş, Fındığan s. xalça məntəqələrini əhatə edir. Bakı xalçaları daha yumşaq olması, rənglərinin intensivliyi, bədii elementlərinin orijinallığı naxışlarının incəliyi ilə seçilir. Xalçaların bəzəklərində həndəsi formalı göllər, əyri xətli nəbati elementlər üstünlük təşkil edir. Bakı qrupuna aid xalçaların rəng koloritində ara sahə yerliyi üçün, əsasən tünd göy, nadir hallarda isə qırmızı sarı rənglərdən istifadə edilir. Bu xalçaların əksəriyyəti toxunduğu kəndin adını daşıyır. Bakı qrupuna "Xiləbuta", "Xilə-əfşan", "Novxanı", "Suraxanı", "Qala", "Bakı", "Görədil", "Fatmayı", "Fındığan", "Qədi" s. çeşnilər daxildir.

3. Şirvan xalçaçılıq məktəbi Şamaxı, Mərəzə, Ağsu, Kürdəmir, Qazıməmməd (Hacıqabul), Göyçay onların ətraf kəndlərini əhatə edir. Şirvan qrupuna "Mərəzə", "Qobustan", "Şirvan", "Kürdəmir", "Şilyan", "Şirəlibəy", "Çuxanlı","Bico", "Sor - Sor", "Hacıqabul" s. kompozisiyalar daxildir. Şirvan xalçalarının zəngin mürəkkəb naxışlı kompozisiyaları orta əsrlərdən məşhurdur.

4. Gəncə xalçaçılıq məktəbi Gəncə şəhəri onun ətraf kəndlərini, Gədəbəy Goranboy, Şəmkir, Samux rayonlarının ərazisini əhatə edir. Bu məktəbin mərkəzi Gəncə şəhəridir. Qədim şəhərlərdən olan Gəncə Azərbaycanın şimal qərbində yerləşir. Gəncə hələ X-XI yüzilliklərdə ipək, yun parçaların, ipək xalçalarını istehsal mərkəzi kimi tanınıb. Əsrlər boyu yüksək keyfiyyətli xalça istehsalı mərkəzi olan Gəncədə xüsusi xalça emalatxanaları olub. Gəncə xalçaçılıq məktəbi Gəncə ətrafında olan rayonların xalçaçılığına müsbət təsir göstərib.

Gəncə xalça məktəbinə "Gəncə", "Qədim Gəncə", "Gülkənd", "Fəxralı", "Çaykənd", "Çaylı", "Şadılı", "Çıraqlı", "Samux" s. kompozisiyalar daxildir. Gəncə qrupuna daxil olan "Fəxralı" namazlıq xalçası öz yüksək bədii xüsusiyyətinə, toxunuşuna görə digər xalça kompozisiyalarından fərqlənir.

5. Qazax xalçaçılıq məktəbinə Qazax, Gürcüstan ərazisindəki azərbaycanlılar yaşayan Borçalı 1988-ci ilə qədər azərbaycanlıların tarixi yaşayış məskəni olan Ermənistan ərazisində Göyçə xalçaçılıq mərkəzləri aiddir.

Qazax qrupuna, "Şıxlı", "Borçalı", "Qaymaqlı", "Qaraqoyunlu", "Qarayazı", "Qaraçöp", "Qaçağan", "Dağkəsəmən", "Dəmirçilər", "Kəmərli", "Göyçəli", "Salahlı" s. çeşnili xalçalar daxildir.

6. Azərbaycanın cənub - qərbində yerləşən Qarabağ xalça məktəbi iki regionda - dağlıq aran zonalarında inkişaf edib. Yazılı mənbələrdə ərəb tarixçiləri Əl-Müqəddəsi, Məsudi b. tərəfindən X əsrdən başlayaraq yun pambıq emalı ilə məşğul olan iri sənətkarlıq mərkəzi kimi adı çəkilən Qarabağın dağlıq zonasında XIX əsrdə xalça istehsalında Şuşa şəhəri Daşbulaq, Dovşanlı, Girov, Trniviz, Malıbəyli, Çanaxça, Tuğ, Tuğlar, Hadrut, Muradxanlı, Qasımuşağı, Qubadlı, Qozağ, Mirseyid, Bağırbəyli, Xanlıq, Tutmas kəndləri əsas rol oynayırdılar.

Dağlıq zonaya nisbətən xammalla daha yaxşı təmin olunmuş aran rayonlarında - Cəbrayıl, Ağdam, Bərdə Füzulidə xalça istehsalı əsas yer tutub. Bu mərkəzin hər birində əhalisi satış üçün intensiv şəkildə xalça toxuyan çoxlu miqdarda kəndlər mövcud olub. Öz bədii quruluşu, texnoloji xüsusiyyətləri, rəng həlli baxımından Zəngəzur Naxçıvan xalça istehsalı mərkəzləri Qarabağ xalça məktəbinə daxildirlər. "Aran", "Bağçada güllər", "Balıq", "Buynuz", "Bərdə", "Bəhmənli", "Qarabağ", "Qoca", "Qasımuşağı", "Ləmbərani", "Muğan", "Talış", "Ləmpə", "Malıbəyli", "Xanqərvənd", "Xanlıq", "Xantirmə", "Çələbi", "Şabalıdbuta" s. çeşnili xalça kompozisiyaları Qarabağ xalçaçılıq məktəbinin klassik nümunələrindəndir. Qarabağda evlərin interyerlərinə uyğunlaşdırılmış 5 xalçadan ibarət dəst xalı - gəbələr geniş yayılıb.

7. 1828-ci il fevralın 10-da Rusiya ilə İran arasında Təbriz yaxınlığındakı Türkmənçay kəndində bağlanan sülh müqaviləsi tarixə Türkmənçay müqaviləsi adı ilə daxil oldu bu müqavilə 1826-28-ci illər Rusiya-İran müharibəsinə son qoydu. Müqavilənin şərtlərinə əsasən, Azərbaycanın şimal hissəsi Rusiya tərkibinə qatıldı. Təbriz, Ərdəbil, Urmiya, Xoy, Marağa, Mərənd, Maku digər şəhərlər daxil olmaqla ölkənin cənub hissəsi İranın əsarəti altına keçdi. Beləliklə, Azərbaycan 2 yerə parçalandı. Bax elə həmin vaxtdan da Cənubi Azərbaycan termini yaranıb meydana gəldi. Həmin vaxtdan Təbriz xalçaçılıq məktəbinin xalça nümunələri bütün dünyada İran xalçaları adı ilə tanındı.

Təbriz xalçaçılıq məktəbi Azərbaycanın ən qədim və məşhur xalçaçılıq məktəbidir, Təbriz, Ərdəbil, Marağa, Mərənd, Maku, Xoy, Urmiya, Zəncan, Qərəcə, Heris, Sərab, Əhmədabad, Miriş, Əhər, Salmas, Gürəvan, Sennə, Qaradağbaşqa xalça məntəqələrini əhatə edir. Bu ərazidə yaşamış türkdilli tayfalar hələ qədimdən xalçaçılığın yaranması və inkişafında mühüm rol oynayaraq, müxtəlif dövrlərdə İran xalça sənətinin təşəkkülünə ciddi təsir göstəriblər.

Azərbaycan

xalçaçılığının

inkişaf dövrü

Azərbaycan xalça sənətinin sonrakı inkişaf dövrü XX əsrin ortalarına təsadüf edir. Bu dövrdə Azərbaycan xalça sənətinin inkişafı bir neçə istiqamətdə davam edərək çoxcəhətli xarakter daşıyıb. Respublikanın rayon və kəndlərində xalça sənəti ənənələri ayrı-ayrı xalça ustaları tərəfindən davam etdirilir. Onların ənənəvi çeşnilərdə toxuduqları xalçalarda klassik kompozisiyalara yaradıcı münasibət qabarıq şəkildə özünü göstərir. Eyni zamanda xalçaçılıqda yeni-yeni kompozisiyalar, naxış elementləri meydana gəlir. Yeni yaranan çeşnilərdə nisbətən əyri xətlərlə işlənmiş nəbati naxışlara, insan, heyvan, quş təsvirlərinə, lirikromantik üslubda yaradılmış süjetli kompozisiyalara meyl üstündür.

Xalça sənətinin inkişafının digər bir qolu "Azərxalça" İstehsalat Birliyinin fəaliyyətidir. "Azərxalça"nın sex və emalatxanalarında toxunan xalçalarda ənənəvi naxış və rənglərdən ustaların yaradıcı şəkildə etdiyi dəyişmələr klassik xalça kompozisiyalarının sayını artıraraq zənginləşdirir.

 

Günel CƏLİLOVA

 

"Azər-İlmə" Xalçaçılıq Mərkəzi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür.

 

Bakı Xəbər.- 2015.- 3-5 oktyabr.- S.12.