Muğamı yaşadan

sənətkara dövlət qiyməti...

 

Azərbaycan dövləti milli mədəniyyətin inkişafına, xalq musiqisinin təşəkkülünə xüsusi diqqət yetirir, qayğı göstərir. Bu qayğıdan muğam ifaçılarına, ustad sənətkarlara, görkəmli musiqiçilərə də pay düşür. Xalq artisti, görkəmli muğam ustadı Əlibaba Məmmədov dövlətin qayğı göstərdiyi, diqqətdə saxladığı sənətkarlardan biridir. Bilirik ki, 2010-cu ildə görkəmli sənətkarın 80 illik yubileyi qeyd edildi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2010-cu il 13 aprel tarixində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında xalq artisti Ə.Məmmədovun 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Onu da vurğulayaq ki, beş il bundan əvvəl keçirilən yubiley tədbirində Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nunİSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın görkəmli sənətkarın 80 illik yubileyi və "İstiqlal" ordeni alması münasibətilə Ə.Məmmədova ünvanladığı təbrik məktubu oxunub.

Qeyd edək ki, sözügedən məktubda Ə.Məmmədovun mədəniyyətimizin, musiqi sənətimizin, o cümlədən qədim muğam irsinin yaşaması, təbliği, muğam ifaçılıq məktəbinin inkişafı, yeni ifaçılar nəslinin yetişməsindəki əvəzsiz xidmətlərindən geniş bəhs edilib.

Bəli, sənətkarın layiq görüldüyü fəxri adlar və çoxsaylı mükafatlar onun fəaliyyətinin nə qədər gərəkli olduğunu sübut edir.

Məlumdur ki, Ə.Məmmədovun xanəndə kimi xalq mahnılarının ifaçılığında, muğam ifaçılığının təşəkkülündə özünəməxsus dəst-xətti və xidmətləri var. Onu da vurğulayaq ki, Ə.Məmmədov dövrünün çox novator sənətçilərindən olmaqla bərabər, muğamla müasir mahnılar arasında bir əlaqə yaradan xanəndə kimi fərqlənib.

Qeyd edək ki, 2010-cu ildə Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan muğam sənətinin inkişafında və təbliğində böyük xidmətlərinə görə Ə.Məmmədov "İstiqlal" ordeni ilə təltif edilib.

Bu il isə Ə.Məmmədovun 85 illik yubileyi dövlət səviyyəsində qeyd edilib. 2015-ci il fevral ayının 6-da Beynəlxalq Muğam Mərkəzində milli musiqi mədəniyyətimizin görkəmli nümayəndəsi, xalq artisti, Prezident təqaüdçüsü, "İstiqlal" ordenli muğam ustadı Ə.Məmmədovun 85 illik yubileyi münasibətilə "Unudulmaz nəğmələrin gecəsi" adlı tədbir keçirilib.

Azərbaycan Milli Konservatoriyasının rektoru, xalq artisti, professor Siyavuş Kərimi çıxış edərək Ə.Məmmədovun sənət dünyasından, Azərbaycan muğamının tədrisi, təbliği istiqamətindəki bənzərsiz fəaliyyətindən söz açıb.

Bildirilib ki, xalq musiqisinin incəliklərini, klassik Azərbaycan poeziyasını gözəl bilən və öz orijinal ifa üslubu ilə milli musiqi xəzinəmizi zənginləşdirən Ə.Məmmədovun xidmətləri əvəzsizdir.

Onu da bildirək ki, sənətkarın ifasında lentə alınmış "Bayatı-Şiraz", "Çahargah", "Dəşti", "Rahab", "Şur" kimi muğamlaronlarca başqa xalq mahnıları, təsniflər radionun "Qızıl fond"unda saxlanır.

Ə.Məmmədov xanəndələrin repertuarından bu gün də düşməyən 100-dən çox mahnı və təsnif yaradıb. O, uzun illərdir gənc nəslə muğamxalq mahnılarımızın incəliklərini məhəbbətlə öyrədir.

Azərbaycanın, bütün türk dünyasının çox sevilən sənətçisi olan Ə.Məmmədovun hələ gənclik illərində oxuduğu "Simayi-Şəms" ritmik muğamı, "Şur" dəstgahı, "Çahargah" muğamı dinləyicilərin qəlbini fəth edib. Ustadı Seyid Şuşinskidən aldığı dərslər ömrü boyu yaddaşından silinməyib. Oxuduğu hər bir muğama, xalq mahnısına öz möhürünü vuran Ə.Məmmədov milli musiqimizin təbliğində, inkişafında, tədrisində böyük rol oynayıb.

Bildiyimiz kimi, Azərbaycan muğam sənətinin qorunmasına və inkişafına xüsusi diqqət və qayğı göstərən Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə sənətkarın 85 illik yubileyi münasibətilə xanəndənin həyat və yaradıcılığına həsr olunmuş yeni musiqi albomu nəşr edilib.

Ə.Məmmədovun yaradıcılığına Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva da böyük diqqət və qayğı göstərir. Bildiyimiz kimi, bu ilin fevral ayının 10-da Mehriban xanım Əliyeva xalq artisti Ə.Məmmədovun 85 illik yubileyi münasibətilə xanəndə ilə görüşüb. Azərbaycan muğam sənətinin qorunmasına və inkişafına xüsusi diqqət və qayğı göstərən Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə milli musiqi mədəniyyətimizin görkəmli nümayəndəsi, xalq artisti, muğam, təsnif və xalq mahnılarının mahir ifaçısı Ə.Məmmədovun 85 illik yubileyi münasibətilə xanəndənin həyat və yaradıcılığına həsr olunan yeni musiqi albomu nəşr edilib. Topluda ustad xanəndənin uşaqlıq və gənclik illəri, zəngin və unudulmaz hadisələrlə yadda qalan yaradıcılıq yolundan söhbət açılır.

Görüşdə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva bildirib ki, alboma xalq musiqisinin incəliklərini, klassik Azərbaycan poeziyasının nümunələrini gözəl bilən və öz orijinal ifa üslubu ilə Azərbaycan milli musiqi xəzinəsini zənginləşdirən Ə.Məmmədovun həyat və fəaliyyətindən bəhs edən kitab, onun müəllifi olduğu mahnı və təsniflərin not yazılarının yer aldığı iki nəşr və xanəndənin ifasında xalq mahnıları, təsniflər və muğamlardan ibarət 4 CD daxildir. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Ə.Məmmədovun milli xanəndəlik məktəbinin ənənələrinin qorunub saxlanması və inkişaf etdirilməsində əvəzsiz xidmətlərinin olduğunu vurğulayıb.

Qeyd edək ki, dövlətin mədəniyyətə, xüsusən də muğam sənətinə bəslədiyi qayğı yaşlı sənətkarlara, ustadlara stimul verir.

Tədqiqatçıların yazdığına görə, Əlibaba Babaəhməd oğlu Məmmədov 5 fevral 1929-cu ildə Bakının Maştağa kəndində anadan olub. Ə.Məmmədovun xanəndə kimi yetişməsində Bakının və Abşeron kəndlərinin özünəməxsus muğam mühiti böyük rol oynayıb. Ə.Məmmədov musiqi təhsilini 1953-1958-ci illərdə Azərbaycan Dövlət Musiqi Məktəbində xanəndə Seyid Şuşinskinin sinfində alıb. 1945-ci ildən Azərbaycan Dövlət Filarmoniyasının solisti, 1978-1988-ci illərdə "Azkonsert birliyi"nin solisti olub. 1968-ci ildə Azərbaycan Dövlət Filarmoniyasının nəzdində maestro Niyazinin təşəbbüsü ilə "Hümayun" xalq çalğı ansamblını yaradıb bu günə kimi həmin ansambla rəhbərlik edir. Ə.Məmmədov Azərbaycanın görkəmli xanəndələrindən bəhrələnmiş muğam sənətində öz yolunu açan ustad xanəndə kimi tanınıb.

Onu da bildirək ki, xanəndənin böyük məharətlə ifa etdiyi "Rast", "Bayatı Şiraz", "Rahab", "Dəşti" başqa muğam- dəsgahlarının səsyazıları AzTV Fondunda saxlanır. Ə.Məmmədov 100-dən artıq mahnı təsnif yaradıb ki, onlar xanəndələrin repertuarlarına daxil edilib.

Füzuli, Vahid, Mikayıl Müşviq, Süleyman Rüstəm, Bəxtiyar Vahabzadə kimi Azərbaycan şairlərinin sözlərinə yazılmış "Yaşa məhəbbətim, yaşa ürəyim", "Gəl bizə, yar", "Bir dənəsən" s. mahnılar AzTV Fondunda bir çox görkəmli xanəndələrin lent yazısında qorunub saxlanır.

Ə.Məmmədov 1963-cü ildən Bakı Musiqi Kollecində muğamdan dərs deyir, gənc xanəndələr nəslinin yetişməsində böyük əmək sərf edir. Ə.Məmmədov həm dəfələrlə muğam müsabiqələrində münsiflər heyətinin üzvü olub.

Tədqiqatçıların yazdığına görə, bu sənətkarın adı çəkiləndə "Humayun" yada düşür. Çünki bu təsnifin ən qabil ifaçısı məhz Ə.Məmmədov olub. Ötən əsrin ortalarından oxuduğu bu təsniflə geniş şöhrət tapan Ə.Məmmədov dövrünün çox novator sənətçilərindən sayılıb. O, muğamla müasir mahnılar arasında bir əlaqə yaradan xanəndə kimi seçilib.

1968-ci ildə maestro Niyazinin təşəbbüsü ilə Filarmoniyada Xalq Çalğı Alətləri Ansamblı yaradılıb. Baxış-müsabiqədə ansambla "Humayun" adı verilib. Ə.Məmmədov bu ansamblın bədii rəhbəri ilk solisti olub. Görkəmli sənətkar Hacı Məmmədova məxsus fikirdir: "Seyiddən sonra Əlibaba kimi "Humayun"u oxuyan yoxdur". Sonralar bu ansamblda Novruz Feyzullayev, Məmmədbağır Bağırzadə, Səxavət Məmmədov, Zümrüd Məmmədova başqaları da oxudular. Onlar Ə.Məmmədovdan həm öyrənirdilər, həm dəyərli məsləhətlər alırdılar. İndi bu ansambl öz fəaliyyətini dayandırmayıb. Sorağı müxtəlif bölgələrdən, hərbi hissələrdən hospitallardan gəlir.

Ə. Məmmədov bir qərinədən çoxdur ki, Asəf Zeynallı Bülbül adına orta ixtisas musiqi məktəblərində gənc nəslə muğam xalq mahnılarımızın incəliklərini məhəbbətlə öyrədir. Bu müqtədir sənətkarın ifasında lentə alınmış "Bayatı-Şiraz", "Çahargah", "Dəşti", "Rahab", "Şur" kimi muğamlar onlarca başqa xalq mahnıları, təsniflər radionun "Qızıl fondu"nda saxlanmaqdadır.

Tədqiqatçılar bildirir ki, Ə. Məmmədov təsnif janrında ustad oxuyan sənətkar sayılıb. "Ağarma saçım, ağarma", "Ağrıma ürəyim, ağrıma" kimi mahnıları elə həzin, ürəkdən oxuyub ki, bu gün həmin musiqi parçalarını biz bu ifaçıda eşitməyi daha çox sevirik.

Tədqiqatçılar qeyd edir ki, Ə. Məmmədov gənclik illərindən mahnılar bəstələyib. Mikayıl Müşfiqin, Əliağa Vahidin sözlərinə yazdığı mahnıları dövrümüzün şöhrətli müğənniləri - Zeynəb Xanlarova, Rübabə Muradova digər tanınmış sənətçilər sevərək ifa ediblər. Sovet dövründə müğənninin, xüsusilə xanəndənin bəstəkarlıq etməsi bir qədər yasaq idi. Ona görə Ə.Məmmədovun musiqi həyatı verdiyi sözlər artıq xalq mahnısı libasına bürünərək oxunurdu. Amma el arasında, xüsusilə sənətkarların özləri bilirdilər ki, bu, bəstəkar mahnısıdır, onun yaradıcısı da Ə.Məmmədovdur. Xalq tərəfindən həm öz ifası, həm mahnıları rəğbətlə qarşılanan müğənni bəstəkar kimi tanınmasında maraqlı deyildi. Çünki o, ürəyinin diktəsi ilə hərəkət edirdi. Şeir xoşuna gəlirdisə, ona musiqi qoşmaq iradəsindən asılı olmurdu.

1959-cu ildə Moskvada keçirilən Azərbaycan ədəbiyyatı incəsənəti ongünlüyündə iştirak edən Bülbül, Xan Şuşinski, Şövkət Ələkbərova, Sara Qədimova, Hacı Məmmədov kimi sənətkarlar arasında Ə.Məmmədov da var idi. Onun oxuduğu "Bayatı Kürd" muğamı tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanmışdı. İlk dəfə sovet hökumətinin fəxri fərmanına da həmin il layiq görülmüşdü. Sonra isə Azərbaycanın əməkdar artisti, xalq artisti fəxri adlarını da aldı.

Bildirilənə görə, bir müddət xalq mahnılarına, muğamlara, xüsusilə bu ruhda olan musiqi parçalarına münasibətdə laqeydlik var idi. Ə.Məmmədov da bu biganələr mühitində öz dəst-xəttindən, avazından bir an da olsun çəkinmədi: "Muğam millətin ruhudur. Ruhu heç vaxt öldürmək mümkün deyil. Onu adi insan yaratmayıb ki... Allah vergisidir. Mövlam edərsə, gözəl edər. Yəqin ki, milli musiqimizi bürümüş bu qaranlıq aləmə bir işıq düşəcək". Uzaqgörənliklə düşünülmüş fikirlər gerçəkləşdi. UNESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın sənət sənətkarlara, xüsusilə Azərbaycan muğamlarına, xalq mahnılarına göstərdiyi diqqət yaşlı sənətkarlarımızın hədsiz sevincinə səbəb oldu. Birdən-birə suyu qurumuş, cadarlaşmış torpağa sanki bahar yağışı yağdı. Ə.Məmmədov: "Bakıda muğam evinin tikiləcəyi xəbərini eşidəndə qulaqlarıma inanmadım. Ara-sıra toplaşdığımız guşələr, Filarmoniyanın yanı, Sahil bağı yadıma düşdü. Şükür, nəhayət, bizim bir yerdə əyləşib söhbətləşmək, sənət düşüncələrini bölüşdürmək üçün imkanımız yerimiz olacaq".

Ömrünün ahıl çağını yaşayan xalq artisti, Prezident təqaüdçüsü, muğam ustadı, təsniflərimizin mahir ifaçısı Ə. Məmmədov Azərbaycanın, bütün türk dünyasının çox sevilən sənətçisidir.

Onun hələ gənclik illərində oxuduğu "Simayi-Şəms" ritmik muğamı, "Şur" dəstgahı, "Çahargah" muğamı başqa boğazlardan fərqli şəkildə dinləyici qəlbini fəth edib. Ustad Seyid Şuşinskidən aldığı dərs ömrü boyu yaddaşından və yaradıcılıq fəaliyyətindən silinməyib. Oxuduğu hər bir muğama, xalq mahnısına öz möhürünü vuran Ə.Məmmədov milli musiqimizin təbliğində, inkişafında, öyrədilməsində böyük rol oynayıb.

Dövlətin muğama göstərdiyi qayğı və diqqət sənətkarları daha da ürəkləndirir və onlarda muğamın gələcəyinə əminlik yaradır. Azərbaycanda muğam sənəti dövlət qayğısı ilə tam əhatə olunub. Bu da bu sənətin gələcəyinin daha işıqlı olacağına ümid verir.

 

İradə SARIYEVA

 

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.

 

Bakı Xəbər.- 2015.- 9 oktyabr.- S.15.